Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1989/2022 15.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İşin faktiki hallarına əsasən tibb müəssisəsinin (2 saylı Dəmiryol Poliklinikasının) xx.xx.2017-ci il tarixli 4384003AABU9 nömrəli Göndərişi əsasında iddiaçıya - “hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr, mərmi partlaması nəticəsində qəlpə yaralanmasından sonrakı vəziyyət.Keçirilmiş QKBTnin davamlı qalıq əlavəmtləri, posttravmatik ensefalopatiya. Diensefal sindrom. Generazə olunmuş idiopatikepilepsiya və epileptik sindromlar , tez-tez təkrarlanan epileptik qıcolma tutmaları. Koordinator statik pozğunluqlar. Başın sol ənsə qabarı nahiyyədə 1 ədəd, başın arxa sağ ənsə nahiyədə 1 ədəd, sol yanaq nahiyyədə, düzgün olaraq sol qulaq seyvanının ön hissələrinə yaxın yerdə 1 ədəd, sol baldırın orta 1/3-nin ön səthində 2 ədəd, sağ baldırın orta 1/3-nin ön sətrində 1 ədəd qəlpə yaralanmasından sonrakı köhnə çapıq toxumalar; Meyar: 2.2 İkinci dərəcə əlillik 2.2.11epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişilməsi (G40-G41.9)” əsası ilə - beş il müddətinə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Lakin ona təyin edilmiş həmin əlillik dərəcəsi cavabdeh tərəfindən ona təyin olunmuş həmin əlillik “Əlillik altsistemində” etibarsız hesab edilmişdir. Bununla bağlı iddiaçının müraciəti, cavabdeh tərəfindən cavabdandırılmamışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, əlillik təyin olunması barədə qərar - 2017-2020-ci illər ərzində rəsmiləşdirilmiş göndərişlər üzrə məlumatlar, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Sığortaedənlər tərəfinedən göndərilmiş haqq-hesab cədvələrin emalı” altsistemində olan məlumatlarla qarşılaşdırılarkən, 208 nəfərə dair göndərişlərdə qeyd olunan stasionar və ambulator müalicə tarixlərində həmin şəxslərə əmək haqqı ödənilmiş və onlara əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar öz təsdiqini tapmamış, göstərilənlər nəzərə alınaraq siyahıda adları qeyd olunmuş 208 nəfərə,(. Cümlədən iddiaçıya) aparılmış əlilik təyinatı xx.xx.2020-ci il tarixdən etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 4384003AABU9 nömrəli Göndərişi əsasında xx.xx.2017-ci il tarixdə təyin olunmuş 2-ci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında TSEK tərəfindən, şəxsin iştirakı olmadan və adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçıya 2-ci dərəcə əllilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, AR Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhduduluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, sonuncu tərəfindən inzibati icraat açılmadan, faktiki hərəkətlərlə iddiaçıya təyin edilmiş əlilliyin etibarız hesab olunmasını əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə iclasında qərardad qəbul olunmaqla, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin üçüncü şəxs qismində işdə iştirakçılığına xitam verilmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Konkret halda, iddiaçı Məcəllənin qeyd olunan tələbi qaydasında öhdəliyin icrası haqında iddia vasitəsilə ona xx.xx.2017-ci il tarixdə təyin olunmuş ikinci dərəcəli əlilliyin dayandırıldığı tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb etmişdir. İşin birinci instansiya məhkəməsi iddianı təmin edərkən aşağıdakıları qeyd etmişdir: “...Cavabdeh “İnzibati icraat haqqında” normaların tələbinə əməl etməyərək pensiyanın dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməmiş, yalnız müvafiq araşdırma nəticəsində uyğunsuzluğun aşkar edilməsinə istinad etməklə iddiaçının əlilliyini etibarsız hesab etmişdir.Bundan başqa,qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qərar qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı.İşin faktiki hallarına əsasən cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Eyni zamanda iddiaçının əlilliyinin qiymətləndirilməsi ilə bağlı cavabdehin qəbul etdiyi inzibati akta münasibətdə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində qeyd edilən hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə iddiaçının əlilliyinin qiymətləndirilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Tibbi Sosial Ekspertiza və X1 etibarsız edilməsinin heç bir hüquqi və qanuni əsasları mövcud deyildir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, inzibati orqan olaraq cavabdeh, iddiaçının iştirakı ilə əvvəllər iddiaçının əlillik müayinəsi ilə bağlı aparmış olduğu ilkin inzibati araşdırmanın nəticələri nəzərə nəzərə alınmaqla, ona əlllik dərəcəsi təyin etdiyi təqdirdə, konkret halda əvvəlki praktikasına zidd olaraq, on təyin etdiyi həmin əlillik dərəcəsini ona heç bir məlumat vermədən və iştirakını təmin etmədən ondan xəbərsiz, müvafiq qərar qəbul etmədən, xidməti məruzə əsasında faktiki hərəkətləri ilə “Əlillik” altsistemində iddiaçının əlillyini etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbindən isə görünür ki, qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. İşdən isə görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin sözügedən tələblərinə riayət olunmamış, qanuni mənafelərinə toxunduğu halda iddiaçını cəlb eməklə onun iştirakı ilə barəsində inzibati icraat başlamağa borclu olduğu halda qanunla üzərinə düşən bu öhdəlyini yerinə yetirməmiş, əlillik təyinatından xeyli müddət keçdikdən sonra iddiaçının etimad etdiyi əlillik təyinatı barədə qəbul etdiyi qərarını faktiki hərəkətləri ilə etibarsız hesab etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının qanunla qorunan hüquqları əsaslı şəkildə pozulmuşdur. Ümumiyyətlə, qeyd edilməlidir ki, sözügedən Əsasnamənin və “Qayda”nın müddəallarında əlilliyin qiymətləndirilməsi ilə şəxslərə təyin edilmiş əlilliyin etibarız hesab edilməsi nəzərdə tutulmur. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunmasını mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Odur ki, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz qərar qəbul olunduğunu mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin e- 2-1(112)-1261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1261/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-1989/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1989/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver