Məhkəmə qərarları › İş №2-1(103)-199/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-199/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-199/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N- 1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xidmət etdiyi dövr ərzində (N003- N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və çıxmadığı əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsi və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirilməklə hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin N8 fevral N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) ona qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 01 oktyabr N0N0-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1999-cu ildən N017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və N017ci ildə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Xidmət müddətində N003-cü il fevral ayı tarixdən N008-ci ilin noyabr tarixinədək N006-saylı hərbi hissənin 13-cü (Şin) sərhəd zastavasının rəisi, N008-ci ilin noyabr ayından N009-cu ilin oktyabr ayınadək 3-cü (Laza) sərhəd zastavasının rəisi vəzifələrində xidmət etmişdir. Xidmət etdiyi yuxarıda adları qeyd olunan sərhəd zastavaları Nazirlər Kabinetinin N00N-ci il tarixli 137 nömrəli qərarına və Dövlət Sərhəd Xidməti rəisinin 14.0N.N006-cı il tarixli 11 nömrəli əmrinin olmasına baxmayaraq xidməti müddətində ona veriləcək yüksəklik pulu və əlavə məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 0N.1N.N019-cu il tarixli ərizə təqdim etmişdir. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. Nazirlər Kabinetinin NN avqust 137 nömrəli qərarına, (Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi), “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin “v” (möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) - hər il 15 təqvim günü) bəndinə və Dövlət Sərhəd Xidməti rəisinin 14 fevral N006-cı il tarixli 11 nömrəli əmrinə əsasən ona yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və əlavə məzuniyyət verilməli idi. Göstərilənlərə əsasən hesab edir ki, yuxarıda qeyd olunan (N003-N009-cu illər) xidmət etdiyi dövr ərzində ona qanunla müəyyən olunmuş qaydada veriləcək yüksəkliyə görə pul əlavəsi (Azərbaycan Respublikasının dəniz səviyyəsindən 1500 metrdən N000 metrədək yüksəklikdə olan yüksək dağlıq ərazilərində xidmət edən zabitlərə, gizirlərə və müddətdən artıq xidmət edən hərbi qulluqçularına vəzifə maaşına N0 faizlik əlavə) və verilməyən əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, yüksək iqlim şəraitinin xüsusiyyətlərinə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə və xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluçu qruplarına, hərbi qulluqçunun sağlamlığına pis təsir göstərən neqativ amillərin təhlükəsinin reallığını əsas götürərək, qanunverici (“Hərbi Xidmətkeçmə haqqında" Əsasnamə) 136-cı maddəsinin axrıncı abzasında əlavə məzuniyyətin müddətinin 15 gün müəyyənləşdirmişdir. Qeyd edildiyi kimi, hərbi qulluqçulara növbəti məzuniyyətlə yanaşı xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavə məzuniyyət müddətinin verilməsi hərbi qulluqçunun səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət bu xidmət yerində xidmət etməsinə görə mükafatlandırılmasına yönəlib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N- 1(103)-513/N0N1 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin N0N0-ci il 1 oktyabr tarixli N-1(11N)-N455/N0N0 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.N0N1-ci il tarixli, N-1(10N)-1050/N0N1 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 fevral N0N1-ci il tarixli, N1(103)-513/N0N1 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Növbəti apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi iş materiallarına uyöun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı N0.07.1999-cu il tarixdən 04.1N.N017-ci il tarixədək X5 xidmət etmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin NN fevral N003-cü il tarixli, 046 saylı əmrindən çıxarışdan görünür ki, Dövlət Sərhəd Xidməti rəisi – X1, baş leytenant İddiaçı 6-cı sərhəd dəstəsinə 13-cü sərhəd zastavasının rəisi vəzifəsinə təyin olunmuş hesab edilmiş, baş leytenant İddiaçı NN fevral N003-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş hesab edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N1 noyabr N008-ci il tarixli, 0N74 saylı əmrindən çıxarışdan görünür ki, 13-cü sərhəd zastavasının rəisi mayor İddiaçı 19 noyabr N008-ci il tarixdən tutduğu vəzifədən azad olunmaqla 3-cü sərhəd zastavasına rəis vəzifəsinə təyin olunmuş hesab edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti N saylı hərbi hissə komandirinin N7 oktyabr N009-cu il tarixli, 0N51 saylı əmrindən çıxarışdan görünür ki, 6-cı sərhəd dəstəsi 3-cü sərhəd zastavasının rəisi, mayor İddiaçı 5-ci sərhəd dəstəsinə 3-cü sərhəd komendantlığı komendantının 1-ci müavini – qərargah rəisi vəzifəsinə təyin edildiyi üçün, şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və N7 oktyabr N009-cu il tarixdə vəzifəsindən azad olunmaqla N005 saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı N009-cu ilin növbəti məzuniyyətindən istifadə etmiş, maddi yardım və məzuniyyət müavinəti almışdır. 01 yanvar N009-cu il tarixdən N7 oktyabr N009cu il tarixədək olan xidmət müddətinə görə birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya cavab olaraq ünvanladığı 07.01.N0N0-ci il tarixli, 10/1 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli NN avqust N00N-ci il tarixli qərarına uyğun olaraq Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən ödənilir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrilə təsdiq edilmiş yüksək dağlıq ərazidə yerləşən sərhəd məntəqələrinin siyahısında onun həqiqi hərbi xidmətdə olduğu sərhəd məntəqələrindən yalnız X7 “Laza” sərhəd zastavası öz əksini tapmışdır. “Laza” sərhəd zastavasında həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsinin hesablanaraq ödənişi təmin ediləcəkdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin iddiaçıya cavab olaraq ünvanladığı 18.08.N0N0-ci il tarixli, 10/49 saylı məktubundan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, hərbi qulluqçulara yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli NN avqust N00N-ci il tarixli qərarı ilə təsdiq edilmiş məntəqələrin siyahısında Qəbələ rayonunun “Laza” kəndi dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşdiyindən həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə yerləşdiyindən həqiqi hərbi xidmətdə olduğu dövr üçün yüksək dağlıq ərazilərdə xidmətə görə faiz əlavəsi (vəzifə maaşının 10%-i) hesablanaraq qısa müddət ərzində ödənişi təmin ediləcəkdir. - 05.06.N0N0-ci il tarixli, N770 saylı xidməti məktubdan görünür ki, Nazirlər Kabinetinin N6 dekabr N014-cü il tarixli, 399 nömrəli qərarında həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qeyd olunmuşdur. Sabiq hərbi qulluqçu İddiaçı 19.11.N008-15.10.N009-cu il tarixlərində Laza sərhəd zastavasında xidmət etdiyi dövr üzrə N006 nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş cədvəl əsasında 35N,59 manat Beynəlxalq Bankda adına açılmış AZ04İBAZ******************** nömrəli şəxsi hesabına 10.04.N0N0-ci il tarixdə köçürülmüşdür. - cavabdeh tərəfindən iddiaçının tələbi üzrə müraciətinin təmin edilməsindən 13-cü Şin sərhəd zastavasının Sərhəd Qoşunlarının komandanının 14.0N.N006-cı il tarilxi 11 nömrəli əmri ilə dəniz səviyyəsindən 1500 metr və daha yüksəkdə yerləşən sərhəd məntəqələrinin siyahısında müəyyən edilmədiyi, həmin zastavanın xüsusi mürəkkəb şəraiti olan sərhəd məntəqələrinin siyahısında isə 13-cü (Şin) sərhəd zastavasının qeyd olunduğu əsası ilə imtina edilmişdir. - Dövlət Sərhəd Xidməti rəisinin 13 fevral N0N0-ci il tarixli, 041 saylı əmrinə N nömrəli əlavədən görünür ki, Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinin siyahısında Sərhəd Qoşunlarının 6-cı sərhəd dəstəsi üzrə 3-cü “Laza” sərhəd zastavası (1360 metr) müəyyən edilmişdir. - Dövlət Sərhəd Xidməti rəisinin 13 fevral N0N0-ci il tarixli, 041 saylı əmrinə 4 nömrəli əlavədən görünür ki, xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd bölmələrinin (komendantlıqlar, sərhəd zastavaları, məntəqələr) siyahısında Sərhəd Qoşunlarının 6-cı sərhəd dəstəsi (N saylı hərbi hissə) üzrə 3-cü “Laza” sərhəd zastavası və 13-cü “Şin” sərhəd zastavası müəyyən edilmişdir. İşə Ali Məhkəmədə baxılarkən məhkəmə qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi istər yüksəkliyə görə pul əlavəsinin ödənilməsi ilə bağlı, istərsə də məzuniyyətə görə ödənilməli olan pul məbləğinin müəyyən edilməsi ilə bağlı maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, eyni zamanda iş üzrə tam, hərtərəfli araşdırma aparmayaraq hazırkı qərarın 30-31-ci bəndlərində göstərilən prosessual normaların tələblərini pozmuşdur. İşə təkrar baxan məhkəmə 13-cü (“Şin”) sərhəd zastavasının xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrinin Siyahısında əks edilməsinin səbəblərini, həmin sərhəd zastavasının yüksəklikdə yerləşən sərhəd zastavalarına aid edilib-edilmədiyini araşdırmalı, bundan başqa, iddiaçının əlavə məzuniyyətə görə ödənilməli olan pul məbləğinə dair tələbini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – X4 N006-cı il 14 fevral tarixli 11 nömrəli əmrinin göstərişlərinə uyğun qiymətləndirməlidir. Eyni zamanda, məhkəmə Laza sərhəd zastavasında iddiaçının xidmət etdiyi dövr üzrə ona ödənilmiş məbləğin hesablanma qaydasını müəyyən etməli və nəticədən asılı olaraq ədalətli qərar qəbul etməlidir. Qeyd olunmalıdır ki, İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N00N-ci il NN avqust tarixli 137 nömrəli qərarına N nömrəli əlavədə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” əks olunub. X8 kəndi və Şin kəndi öz əksini tapıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 199N-ci il 19 oktyabr tarixli 56N nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 199N-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri, o cümlədən bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik verilən əlavələr təsdiq edilmişdir. Həmin Qərarın N-ci hissəsinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə görə əlavələr DSX-nın hərbi hissə və bölmələrində xidmət edən hərbi qulluqçulara (müddətli hərbi qulluqçar istisna olmaqla) vəzifə maaşının 15 faizi həcmində ödənilir. Qeyd olunan əlavə xidmət illərinə görə faiz əlavəsinin hesablanmasında nəzərə alınır (yeni vəzifə maaşı əmələ gətirmək ilə). Xidmət şəraiti ağır (mürəkkəb) və zərərli olan, iqlim şəraitinə görə xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX-nın rəisinin əmri ilə təsdiq edilir və hərbi qulluqçuya vəzifənin icrasına başlayan gündən etibarən ödənilir və əmrə əsasən vəzifələrin icrasından azad olunan gündən dayandırılır (həmin gün daxil olmaqla). “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı bəndində görə hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m . və daha yüksək) — hər il 15 təqvim günü. Qadın hərbi-qulluqçulara əlavə məzuniyyətlər bu Əsasnamənin 135-ci maddəsinin tələblərinə uyğun olaraq verilir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə xüsusi hallarda 15 təqvim günü müddətində əlavə məzuniyyət xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına da verilə bilər. Əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. ““Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30.03.1998-ci il tarixli, 69N nömrəli Fərmanının N-ci bəndinə əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səalhiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirlər. Göründüyü kimi, iddia iki tələbdən – yüksəkliyə görə pul əlavəsinin ödənilməsi və çıxmadığı məzuniyyətə əvəzinə pul kompensasiyası ödənilməsi – ibarətdir. Yüksəkliyə görə pul əlavəsinin ödənilməsi tələbinə münasibətdə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N00N-ci il NN avqust tarixli 137 nömrəli qərarına N nömrəli əlavədə “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı” əks olunub. X8 kəndi və Şin kəndi öz əksini tapmışdır. İddiaçının xidmət keçdiyi “Laza” və “Şin” sərhəd məntəqələri qeyd olunan kəndlərdə yerləşir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xidmət keçdiyi “Laza” və “Şin” sərhəd məntəqələri 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrində yerləşdiyindən, dəniz səviyyəsindən 1N00 metrdən 1500 metrədək yüksəklikdə yerləşən sərhəd məntəqələrinə aid edilməlidir. Hazırki işə baxmış Ali Məhkəmənin qərarında qeyd olunmuş məcburi göstərişə uyğun olaraq qeyd olunan məsələ ilə bağlı növbəti apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müvafiq sorğu ünvanlanmışdır. Məhkəmə kollegiyası tərəfindən müvafiq sorğuya cavab alınması məqsədilə məhkəmə iclasları dəfələrlə təxirə salınmasına baxmayaraq cavabdeh tərəfindən cavab alına bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 56N nömrəli, 199N-ci il 19 oktyabr tarixli qərarının N-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən təsdiq edilən Əsasnamə ilə müəyyən edilir. Göstərilmiş bəndin icrası ilə bağlı Azərbaycan Respublikası DSX rəisinin N018-ci il 31 avqust tarixli 0N51 nömrəli əmrilə “DSX-nin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnaməyə görə xidmət şəraiti ağır və zərərli olan, iqlim şəraitinə görə və xidmət üçün əlverişli olmayan bölmələrin siyahısı DSX rəisinin N006-cı il 14 fevral tarixli 11 nömrəli və N0N0-ci il 13 fevral tarixli 041 nömrəli əmrləri ilə təsdiq edilir. Həmin əmrlərdə Şin və Laza sərhəd məntəqələri xüsusi mürəkkəb xidmət şəraitli sərhəd məntəqələrinin siyahısında öz əksini tapmışdır. DSX-nın 41 nömrəli N0N0-ci il 13 fevral tarixli əmrində iddiaçının xidmət etdiyi sərhəd məntəqələri (Laza və Şin) xüsusi mürəkkəb xidmət şəraitli olan məntəqələrin siyahısında qeyd olunmuş və buna görə ona “DSX-nın hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 4.6-cı bəndinə əsasən 15 faiz pul əlavəsi ödənilməli olduğu halda heç bir ödəmə aparılmamışdır. Ona yüksəkliyə görə faiz əlavəsi Nazirlər Kabinetinin 137 nömrəli NN avqust N00N-ci il tarixli qərarı ilə təsdiq edilmiş məntəqələrinin siyahısında Qəbələ rayonunun “Laza” kəndi dəniz səviyyəsindən 1360 metr yüksəklikdə yerləşdiyindən (hərbi xidmətdə olduğu dövr üzrə yüksəklik dağlıq ərazilərdə faiz əlavəsi vəzifə maaşının 10% ilə indeksləşdirmədən N008-N009-cu illərdə tutduğu vəzifə maaşı üzrə) ödənişi təmin edilmişdir, baxmayaraq ki, xidmət etdiyi digər 13-cü (Şin) sərhəd zastavasının yerləşdiyi Şin kəndi NN avqust N00N-ci il tarixli 137 nömrəli Nazirlər Kabinetinin qərarında (N nömrəli əlavə) öz əksini tapıb. Bundan başqa, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnaməyə əsasən əlavə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir və növbəti məzuniyyətlə birləşdirilir. Göstərilənlərdən göründüyü kimi, yüksək iqlim şəraitinin xüsusiyyətlərinə, xidmət üçün əlverişli olmayan yerlərdə xidmətə və xüsusi mürəkkəb xidmət şəraiti ilə bağlı uzadılmış istirahətə ehtiyacı olan digər hərbi qulluqçu qruplarına, hərbi qulluqçunun sağlamlığına pis təsir göstərən neqativ amillərin təhlükəsinin reallığını əsas götürərək, qanunverici “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 136-cı maddəsinin axırıncı abzasında əlavə məzuniyyətin müddətini 15 gün müəyyən etmişdir. Qeyd edildiyi kimi, hərbi qulluqçulara növbəti məzuniyyətlə yanaşı xüsusi mürəkkəb xidmət şəraitinə görə əlavə məzuniyyət müddətinin verilməsi hərbi qulluqçunun səhhətinin bərpasına, digər tərəfdən onların uzun müddət bu xidmət yerinə xidmət etməsinə görə mükafatlandırılmasına yönəlib. Həmin Əsasnamənin 1NN-ci maddəsinin ikinci abzası və 136-cı maddəsinin axırıncı abzasında qeyd olunur ki, bu əsasnamənin 114-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş növbəti məzuniyyət əlavə məzuniyyətə cəmlənərək birlikdə verilməlidir. Göründüyü kimi, qanunverici həm ağır iqlim şəraitinə görə əlavə məzuniyyət hüququnu tanımaqla onun məhz növbəti məzuniyyətlə cəmlənərək birlikdə verilməsini qeyd etməklə onu icra edilməli (imperativ) norma kimi müəyyənləşdirmişdir. Hərbi qulluqçuya məzuniyyət verilərkən növbəti məzuniyyətə birləşdirilmiş əlavə məzuniyyətin məhdudlaşdırılması, belə hüququn hüquqi təminatından kənarda qalmasına zəmin yaratmış olur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N455/N0N0 saylı, 01.10.N0N0-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Xidmət etdiyi dövr ərzində (N003-N009-cu illər Şin və Laza sərhəd məntəqəsi üzrə) İddiaçı qanunla müəyyən olunmuş yüksəkliyə görə pul əlavəsinin və istifadə etmədiyi əlavə məzuniyyət əvəzinə pul kompensasiyasının indeksləşdirməklə birdəfəlik ödənilməsi öhdəliyi cavabdehə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar