Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1991/2024 21.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, iddiaçının və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İ. İddiaçı Cavabdehnə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddiaçının mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış və ona əlavə edilmiş texniki pasportda qeyd edilən sahə (99,9 kv.m) üzrə yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir («İPM m.33.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır. “...Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 dekabr 2010cu il tarixli məktubu ilə mənzilin qapı ilə əvəz edilməsi və qarşısında tambur quraşdırılması razılaşdırıl mış və həmin məktubəsasında Yasmal Rayon İcra Hakimiyyəti Başçısının 27 dekabr 2010-cu il tarixli 314 saylı sərəncamı ilə pəncərənin qapı ilə əvəz edilməsinə və qarşısında tambur quraşdırılmasına icazə verilmiş, daha sonra isə 12 avqust 2011-ci il tarixli 312 saylı sərəncamına əsasən həmin tamburun genişləndirilməsinə icazə verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra mənzilin ümumi sahəsi 99,9 kv m təşkil etmiş və həmin sahə çərçivəsində idd iddiaının mülkiyyət hüququ daşınmaxz əmlakın dövlət reyestrində qeyd alınaraq ona çıxarış verilmişdir. O, həmin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə cavabdehə müraciət etmiş, lakin sonuncu 22 iyul 2021-ci il tarixli cavabməktubu ilə imtina edərək qeydetmişdir ki, müvafiq qanunvericilikdə mövcud obyektlərin sənədləşdirilmə proseduru nəzərdə tutulmamışdır. İddiaçı hesab edir imtina qanunsuzdur...» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmş mümkün sayılmamasını barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddianın mümkünlük şərtləri mövcuddeyil. Belə ki, iddiaçı tərəfindən hansı hüquqi sənədlərə istinad etmsəsi müəyyən edilmir. Ona görə də İPM-in 2.2-ci maddəsində nəzərədə tutulan iddia növlərinin hər hansı biriən uyğunluğuna aaydınlıq gətirilməsini mümükünsüz edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə edilmiş texniki pasportda 99,9 kv.m ölçüdə qeyd edilən ümumi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərarı qanunvericiliyə zidd olaraq maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Belə ki, Cavabdeh 22 iyul 2021 -ci il tarixli məktubunda imtinanın əsası kimi, Azərbaycan Respublikasının Milli Məclisinin 05 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilmiş və Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti tərəfindən ona məxsus Yasamal rayonu, H.ünvan 1 ünvanda yerləşən 1 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11 -ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmişdir. Bundan sonra Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Cavabdehnə ünvanladığı xx.xx.2021 -ci il tarixli cavab məktubuna əsasən müvafiq qanunvericilikdə mövcud obyektlərin sənədləşdirmə proseduru nəzərdə tutulmadığı bildirilmişdir. Göründüyü kimi, Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan mənzilinin yaşayış sahəsindən-qeyri yaşayış sahəsinə keçirilməsi barədə mətubuna Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən müsbət rəy verilməmişdir. İddiaçının bu iddiası əsassızdır və buna görə də apellyasiya şikayəti təmin edilməlidi. Yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsi qeyd olunan binanın konstruktiv dayanıqlığı və memarlıq üslubuna xələl gətiriləcəyi əsası ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi imtina edilmişdir. Yeyd olunanlara əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilində İddiaçı məxsus mənzilin yanğın təhlükəsizliyi baxımından etibarlı və yanğına qarşı davamlı olmadığından, sanitariya-gigiyena norma və qaydalarına uyğun olmadığından, sağlam və təhlükəsiz yaşayış mühitinin formalaşdırılmasına xidmət etmədiyindən, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olmadığından, istifadəçilər üçün arzuolunmaz risklərin meydana çıxmasına və ya bədbəxt hadisələrə (yıxılmaya, sürüşməyə, yanmaya, elektrik cərəyanının vurmasına və şairəyə) zəmin yaratdığından, səs-küyün və vibrasiya təsirlərinin insan sağlamlığına təhlükə törətməyən həddi keçməsini təmin etdiyindən, istilik təchizatı, havalandırma, təbii və süni işıqlandırma, akustika (səs izolyasiyası və otaqların akustikası) tələblərinə uyğun olmadığından; enerji resurlarına qənaət edilməsi və enerji səmərəliliyi ilə bağlı tələblərə uyğun olmadığından, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu zaman qeyri-yaşayış sahəsinin əlillərin və hərəkət imkanları məhdud digər şəxslərin istifadəsi ilə bağlı zəruri infrastruktura malik olmadığından yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi mümkün deyildir…» Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, eyni zamanda bildirmişlər ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçiriməsi baərədə sərəncam verilməsi tələb olunan mənzil beşmərtəbəli binanın birinci mərtəbəində yerləşir. Mənzilin altında boş zirzəmi vardır. Birinci mərtəbədə ana məxsus həmin obyektin yan tərəfində bir neçə mənzil artıq qeyri-yaşayış sahəsinə keçirilmişdir. Bu barədə fotoşəkillər işə də əlavə olunub. Odur ki, cavabdehin imtinası əsassızdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, məcburetmə haqqında iddia vasitəsilə, mülkiyyətində olan Bakı ş, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış və ona əlavə edilmiş texniki pasportda qeyd edilən sahə (99,9 kv.m) üzrə yaşayış sahəsinin qeyri- yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 4.9.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək yerli icra hakimiyyətinin başçısının səlahiyyətindədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə isə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə dair aşağıdakı tələblər müəyyən edilmişdir: 20.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2.Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3.Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. 20.4. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. 21.1.Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin qeyd olunun 20.3-cü maddəsinin tələblərindən göründüyü kimi, çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə aşağıdakı hallarda yol verilir:
1. mənzil binanın birinci mərtəbəsində yerləşməlidir.
2. qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri mövcud olmamalıdır. İş materiallarına və iddiaçı tərəfin izahatlarına əsasən iddiaçıya məxsus mənzilin qyeriyaşyış sahəsinə keçirilməsi üçün mənzil qanunvericiliyi ilə müəyyən olunan həmin şərtlər mövcuddur. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 23 dekabr 2010- cu il tarixli məktubu ilə həmin mənzildə pəncərənin qapı ilə əvəz edilməsi və qarşısında tamburun quraşdırılması razılaşdırılmış, bundan sonra, həmin məktub əsasında cavabdeh orqan tərəfindən mənzilin pəncərəsinin qapı ilə əvəz edilməsi və tamburun quraşdırılmasına icazə verilməsi barədə 27 dekabr 2010-cu il tarixli sərəncamı qəbul edilmiş, daha sonra, 12 avqust 2011-ci il tarixli digər bir sərəncamı ilə tikintisinə icazə verilən həmin tamburun razılaşdırılmıış eskiz layihəyə uyğun olaraq genişləndirilməsi qərara alınmış və tikinti-təmir işləri başa çatdıqdan sonra, mənzil ümumi sahəsi 99,9 kv.m olmaqla, xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dvlət reyestrində qeydiyyata alınmış və bu barədə ona çıxarış və mənzilin texniki pasportu tərtib olunaraq verilmişdir. Sözügedən texniki pasportdan görünür ki, 1-ci mərtəbə ilə yanaşı, həmin mənzilin altında sahəsi 22.8 kv.m-dən ibarət zirzəmi də öz əksini tapır ki, həmin zirzəmi sahəsinin boş olması və yaşayışın mövcud olmadığı işin mübahisələndirilməyən halıdır. Həmçinin, işə əlavə olunmuş fotoşəkillərdən aydın olur ki, mənzil faktiki olaraq, qeyriyaşayış sahəsi kimi istifadə edilən bir sahədir və qonşuluğnda digər qeyri-yaşayış sahələri yerləşir. Cavabdeh orqanın da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış 24 may 2021-ci il tarixli məktubunda da qeyd edilmişdir ki, 2011-ci il tarixdə mənzildə yenidən qurma işləri aparılmış, giriş qapısı açılmışdır. Mənzil uyğunlaşdırılaraq faktiki olaraq qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərir. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunan hallar onu deməyə əsas verir ki, əslində, iddiaçının mülkiyyətində olan beşmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən və altında yaşayış olmayan zirzəmi olan mübahisəli mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün - bütün şərait əvvəlcədən hazırlanmışdır və faktiki olaraq həmin mənzil artıq qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 20.4-cü maddəsinin qeyd olunan tələbindən isə göründüyü kimi, qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi o halda yol verilməzdir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın. Konkret halda, qeyd edildiyi kimi, faktiki olaraq qeyri-yaşayış sahəsi kimi istifadə olunan həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsini rəsmiləşdirilməsini əngəlləyə bilən hər hansı maneə yoxdur. Mənzil qeyri yaşayış sahəsinə keçirilməsinə sərəncam verilməsi üçün mənzil qanunvericiliyi ilə tələb olunan bütün şərtlər mövcuddur. Beləliklə də göstərilənlər onu demyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının, ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsindən imtina etməklə, onun mənzil qanunvericiliyi ilə, eyni zamanda, inzibati icraat haqqında hüquq normaları ilə müəyyən edilən hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə isə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin məhkəmə qərar çıxararkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verdiyini, qanunsuz və əsassız qərar qəbul etdiyini mübahisələndirən dəlilləri razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-399/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.