Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1992/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, idiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun reyestrində qeydə alınıb reyestrdən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9696/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən, ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Uzun müddət 3 nömrəli Zeytun savxozunda işləmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 11 aprel 1991-ci il tarixli 64 nömrəli qərari ilə 3 nömrəli Zeytun sovxozu fəhlə və qulluqçularına 0,10 ha hesabı ilə 11,6 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Bundan sonra 3 nömrəli Zeytun sovxozunun 30 iyul 1992-ci il tarixli 56 saylı əmri ilə Bakı şəhəri, Əzizbəyov rayonu (indiki Xəzər), Qala qəsəbəsində fərdi yaşayış evin tikintisi üçün 0,10 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Həyətyani torpaq sahəsinin ona verilməsinə aid xx.xx.1991-ci il tarixli akt tərtib edilmiş və həmin aktda torpaq sahəsinin sxemi çəkilərək möhürlə təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsi artıq uzun müddət onun istifadəsindədir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Torpaq sahəsinin ayrılmasına dair “3 nömrəli Abşeron Zeytun” sovxozu direktorunun xx.xx.1992-ci il tarixli 56 nömrəli əmrinin əsli təqdim edilməmişdir, həmçinin müvafiq əmrlə arxiv arayışının məzmunu (istinad olunan protokollar) arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı eyni torpaq sahəsinin ayrılmasına dair iddiaçının adına xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmrin surəti təqdim edilmişdir. Eyni zamanda, yerləşmə cizgisində torpaq ayrılmasına dair 3 nömrəli Abşeron Zeytun sovxozunun direktorunun əmrinə istinad edilməmiş və istinadlar, istinad məsafələri qeyd olunmamışdır. Həmçinin yerləşmə cizgisinin tarixində təsdiqlənməmiş düzəliş edilmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X5) müraciəti mövcuddur. Həmçinin, idarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9696/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsinə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “…yerləşmə cizgisinin tarixində təsdiqlənməmiş düzəliş edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X5) müraciəti mövcuddur. Müvafiq əmrlə arxiv arayışının məzmunu (istinad olunan protokollar) arasında uyğunsuzluq mövcuddur. Bundan əlavə, iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti zamanı eyni torpaq sahəsinin ayrılmasına dair iddiaçının adına xx.xx.1991-ci il tarixli, 17 nömrəli əmrin surəti təqdim edilmişdir. Eyni zamanda, yerləşmə cizgisində torpaq ayrılmasına dair 3 nömrəli Abşeron Zeytun sovxozunun direktorunun əmrinə istinad edilməmişdir. Belə ki, arxiv çıxarışında torpaq sahəsinin ayrılmasına dair xx.xx.1991-ci il tarixli, 64 saylı əmrə istinad edilsə də, yerləşmə cizgisində sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin xx.xx.1990-cı il tarixli, 3 nömrəli və xx.xx.1990-cı il tarixli, 43 nömrəli əmrinə istinad edilmişdir. Bundan başqa, yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmamışdır…» Məhkəmə kollegiyasının 06 iyun 2024-cü il tarixdə keçirilən iclasında iştirak edən cavabdehin nümayəndəsi T.V.Yeganlı apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda, X5 adında şəxsin də həmin yerə iddia etdiyini bildirərək şkayətin təmin edilməsini xahiş etmişdir (Hazırkı məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır.) Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi R.E.Cəbrayılov mübahisəli onunla razılaşmamış, adıçəkilən X5 onun dayısı olduğunu və iddiaçıya qarşı hər hansı iddia tələbinin olmadığı barədə ərizəsinin işə əlavə edildiyini, bir hasar daxilində iki torpaq sahəsinin mövcud olduğu digər şəxsə (X3) isə artıq çıxarış verildiyini və torpaq sahəsinə dair bütün səndələrinin məhkəməyə təqdim edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinin tələbinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli 664 №-li Fərmanın 1.2-ci bəndi ilə Siyahıya aşağıdakı məzmunda 2.5-ci bənd əlavə olunmuşdur: 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; Həmin Fərmanın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanupuna uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir.» Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivinin 07 sentyabr 2023-cü il tarixli məktubu ilə, arxiv fondunda mövcudolan 3 nömrəli Abşeron Zeytun sovxozu direktorunun xx.xx.1992-ci il tarixli 56 nömrəli əmrindən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışda aşağıdakılar təsbit olunmuşdur: «Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarına əsasən sovxozun fəhlə və qülluqçularına 0,10 ha hesabı ilə 11,6 ha fərdi yev tikdirmək üçün torpaq ayrılmışdır. o cümlədən, İddiaçı 0,10 ha torpaq sahəsi ayrılmışdır 3 №-li Zeytun sovxozu Həmkarlar İttifaqı və ƏKŞ-nın 29/Vİİ-1992-ci il 7 №-li protokoluna əsasən sovxoz rəhbərliyindən adları protokolda qeyd olunan işçilərə 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması xahiş olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq aşağıda adları qeyd olunan fəhlə və qulluqçulara 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılması üçün əmr edirəm: …33.İddiaçı Direktor: İmza, dairəvi möhür.H.H.Hətəmov. (Əsas: F.122,s.1a,s.v.16) » İşə əlavə olunmuş, 26 oktyabr 1991-ci il tarixli «həyətyanı torpaq sahəsinin «həyəyanı torpaq sahəsinin verilməsinə aid Aktdan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 11 aprel 1991-ci il tarixli, 64 nömrəli qərarı əsasında iddiaçıya ayrılmış 0,10 ha torpaq saəhsi yer üzərindəara nişvanlvar ayrılmaqla və həmin sahənin sxemi çəilməklə daimi istifadə üçün iddiaçıya təhkim edilmişdir. İddiaçının nümayəndəsinin izahatına, təqdim etdiyi fotoşəkillərə, eləcə də qarşı tərəfin iddia ərizəsinə və apellyasiya şikayətinin dəlilərinə əsasən həmin torpaq sahəsinin faktiki oaraq iddiaçının sahbliyində olması işin mübahisəsiz halıdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını zəruri edən faktiki şərtlər mövcuddur. Lakin cavabdeh apellyasiya şikayətində mübahisələndirir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinə digər fiziki şəxsin (X5) müraciəti mövcuddur. İddiaçının nümayəndəsinin qeyd olunan izahatından göründüyü kimi, həqiqətən də ümumi hasar daxilində iddiaçıya və X3 məxsus iki torpaq sahəsi yerləşdiyini təsdiq edir, lakin hazırkı mərəhələdə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunan hallara əsasən bu sonuncu (X4) da cavabdehə qarşı öz torpağına mülkiyyət hüququnun qeydə alınıb çıxarış verilməsini məhkəmə qaydasında tələb etmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9697/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə onun tələbi təmin edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibti Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-3854/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmış, həmin qərardan kassasiya şikayəti verməyən cavabdeh Eynulla Cəbrayılovun mülkiyyət hüququnu qeydə alarıaq ona 1xx.xx.2024-cü il tarixdə (No**********) reyestrdən çıxarış vermişdir. Bakı Apeyllyasiya Məhkəməsinin sözügedən qərarı ilə müəyyən olunmuş hallardan görünür ki, həmin işdə də cavabdeh orqan, torpağın ümumi hasar daxilində olduğunu və X5 adında şəxsin həmin torpağa iddialı olduğunu bildirmişdir. Halbuki, həmin şəxsin işə əlavə olunmuş xx.xx.2023-cü il tarixdə 21 saylı Notariat ofisində təsdiq olunmuş ərizəsində, sovxoz direktorunun sözügedən qərarı əsasında iddiaçıya ayrılmış torpaq sahəsinə dair heç bir tələbi və şikayəti olmadığını bildirmişdir(i.v.58). Cavabdehin sözügedən yerləşmə cizgisində torpaq ayrılmasına dair 3 nömrəli Abşeron Zeytun sovxozunun direktorunun əmrinə istinad edilmədiyini vurğulayan dəlillərinə gəldikdə, məhkəmə kollegiyası həmin dəlili formal xarakterli dəlil kimi qiymətləndirir. Çünki, cizginin təsbit olunduğu Akt sovxozun direktoru tərəfindən imzalanmış və dairəvi möhüru ilə təsdiq olunmuşdur. Həmin cizgidə istinad və məsafələrin qeyd olunmadığına istinad olunan olunan dəlilləri də razılaşmaq mümkün deyil. Çünki, həmin cizgidə eni və uzunuluğu (38,50x26,00), uzunluq istqamətdə bir tərəfdən yol, əks tərəfdən və eninə münasibətdə hər tərəfdən qonşular, yolun axarı isə qonşu bağlara münasibətdə gedişləri təsbit olunmuşdur ki, qeyd olunan bütün bu hallar torpaq sahəsinin yerləşdiyi yeri müəyyənləşdirmək üçün kifayət qədər yetərlidir. Beləliklə də, cavabdehin mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etməsi (həm də ümumi hasar daxlində ikinci torpaq sahəsinin sahibinin mülkiyyət hüququnu məhkəmə qərarı əsasında reyestrdə qeydə aldığı halda), tamamilə əsassızdır və onun hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9696/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9696/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1992/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1992/2024
08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver