Məhkəmə qərarları › İş №2-1(103)-1992/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1992/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1992/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10370/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdə ekskavator kömrəkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-cı ildə müəssisənin ləğvi ilə bağlı 23 saylı İmişli Meliorasiya su tikinti idarəsinə keçirilmiş, xx.xx.1981-xx.xx.1981-ci illərdə həmin müəssisədə ekskvatorçu işləmiş, xx.xx.1981xx.xx.1982-ci illərdə İmişli maşın meliorasiya stansiyasında ekskvatorçu, xx.xx.1982xx.xx.1986-cı illərdə İmişli Meliorasiya su tikinti idarəsində ekskvatorçu, xx.xx.1986xx.xx.1995-ci illərdə fəhlə, betonçu, mühəndis vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1999cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" X17 Cəmiyyətinin İdarə Heyətinin sədri, xx.xx.2004-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək Beynəlxalq Xilasetmə Komitəsində sürücü, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək işsiz kimi qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" Kənd Təsərrüfatı MMCnin Biləsuvar Şöbəsində elektrik montyoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək “X18 İhracat Senayesi və Limited Şirkətinin” Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək “AE Arma-Elektrofana E.S.M.T.T.A.Ş”-nın Azərbaycan Respublikasının filialında elektrik işləri üzrə usta, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" X8 Taahur Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək X16 İnşaat Sanayi və Ticarət A.Ş-də elektrik ustası, xx.xx.2015- ci il tarixdən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-də elektrik ustası, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində işləmişdir. 144500 nömrəli diplomdan görünür ki, iddiaçı 1979-1985-ci illərdə mühəndis hidrotexnik istisası üzrə ali təhsil almışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X11 Xidməti publik hüquqi şəxsi Bəhrəmtəpə Meloservis İdarəsi 26 noyabr 2024-cü il tarixli, 35 nömrəli arayış ilə iddiaçının xx.xx.1987-ci il tarixli 2 saylı əmrinə əsasən X13 Məmulatları Zavoduna 05 yanvar 1987-ci il tarxdən 5-ci dərəcəli betonçu işinə qəbul olunması və 07 aprel 1995-ci il tarixli 20/1 saylı əmrə əsasən 07 aprel 1995-ci ildən işdən azad edildiyini təsdiq etmiş, bununla bağlı müvafiq əmrləri məhkəməyə təqdim etmişdir. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, onun 1987-1995, 1999-2000, 2002-2003cü illərdə işlədiyi müddətlərin stajına daxil edilməsi və pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh isə 24 aprel 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 9200,31 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1114,38 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixindən təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 293,13 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 233,26 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixindən 342,62 manat müəyyən edilmişdir. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olunan müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajı 13 il 11 ay 15 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1995- ci il tarixinədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Təqdim olunan xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. Belə ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək və 2002-2003-cü illər üzrə onun əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Təqdim olunan diplomun surətinə əsasən xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək olan təhsil aldığı illər əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. Həmin məktubdan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə pensiyaya çıxdıqdan sonra işlədiyi müddət ərzində (xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də və 2002-2003 illərdə X5 şirkətində) qazanılan sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalının məbləği nəzərə alınmaqla qulluq stajına görə əlavənin məbləği azaldılmamaqla yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, məhkəmədən iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ATSC-də və 2002-2003-cü illərdə X5 şirkətində işlədiyi müddətin sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, 380,37 manat məbləğində pensiya alır. İddiaçıya pensiya təyin edilərkən xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavoda, xx.xx.1999- cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də və 2002-2003 illərdə X5 şirkətində işlədiyi illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı vaxtdan hesablanmaqla arada olan fərqin iddiaçıya ödənilməsi barədə cavabdehə müraciət olunsa da, nəticəsi olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunun 6-ci abzasından görünür ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün həmin dövlər sığorta stajına daxil edilməmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixli məktubunun 7- ci abzasından görünür ki, xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsasızdır. Ona görə ki, xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavoda və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi illər əmək kitabçası ilə təsdiq olunur. 2002-2003 illərdə X5 şirkətində işləməsini təsdiq edən şahidlər var. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə əsasən onun xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 9200,31 manat (2019-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 1114,38 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2021-ci il tarixdən təkrar işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 293,13 manat (2021-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı, xx.xx.2023-cü il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 233,26 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 342,62 manat müəyyən edilmişdir. Həmçinin İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006- cı il tarixədək faktiki sığorta stajı 13 il 11 ay 15 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda, iddiaçının təqdim etdiyi xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002- 2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək olan təhsil aldığı illər əmək fəaliyyəti dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına əmək fəaliyyəti dövrü daxil edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20- ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiya məbləği indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 380,37 manata çatdırılmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10370/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X13 Məmulatları Zavodunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" X17 Cəmiyyətində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə və əlavə olaraq bildirilmişdir ki, iddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) olan dövrlərin doldurulma qaydasının pozulduğu aydın görünür. Birinci intansiya məhkəməsi iddianı təmin edərkən iddiaçının proaktiv qaydada pensiya təyin edildiyi hissəni gözardı etmiş, sadəcə müvafiq iş illərinin staja daxil edilməsini və pensiyanın yenidən hesablanmasını cavabdeh orqana həvalə etmişdir. Halbuki iddiaçının faktiki sosial sığorta stajı xx.xx.2006-cı il tarixədək tamamlanmır. Birinci instansiya məhkəməsi iddiaçının hüququ yaranmasa belə, rədd olunmalı iddianı təmin etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən az, yəni 13 il 11 ay 15 gün mübahisələndirilməyən sosial sığorta stajı vardır. Məhkəmə mübahisələndirilən dövrləri, yəni xx.xx.1987-xx.xx.1995-ci il və xx.xx.1999-xx.xx.2000-ci il tarixləri iddiaçının stajına daxil etsə belə, faktiki staj tamamlanmamış, yəni iddiaçının mübahisələndirilən və mübahisələndirilməyən stajları birlikdə 25 ildən az edir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22- 1.2.1 - 22- 1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Müvafiq imperativ normanın tələbindən də aydın olur ki, proaktiv təyinat aparılmış şəxslərin pensiyası faktiki staj əsasında hesablanması üçün müvafiq staj xx.xx.2006-cı il tarixədək azı 25 il olmalıdır halbuki iddiaçıya münasibətdə müvafiq staj tamamlanmır. Məlumat üçün bildiririk ki, İddiaçı 2006-cı il tarixinədək 25 il avtomat sığorta stajına əsasən fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 25x306= 7650 manat müəyyən edilmişdir. Eyni zamanda 2006-cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2019-cu il tarixində (pensiya yaşına çatdığı tarixə) indeksləşdirilmiş məbləği 18063,05 manat təşkil edir: 2006 - 7650; 2007 8,3 8284,95; 2008 16,7 9668,53; 2009 20,8 11679,59; 2010 1,5 11854,78; 2011 5,7 12530,50; 2012 7,9 13520,41; 2013 1,1 13669,14; 2014 2,4 13997,20; 2015 1,4 14193,16; 2016 4,0 14760,89; 2017 12,4 16591,24; 2018 5,7 17536,94; 2019 3 18063,05. Əlavə olaraq bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra -MEİS) “Pensiya” altsisteminə əsasən iddiaçının xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2019-cu il tarixinə indeksləşdirilmiş məbləği 9198,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən pensiyanın ümumi məbləği aşağıdakı kimi hesablanmışdır: xx.xx.2019-(18063,05+9198,72)/144=189,31, xx.xx.2019 - xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının məbləği 200 manata çatdırılıb. xx.xx.2020- 200+200x16,6%=233,20, xx.xx.2021-233,20+233,20x11,4%=259,78, xx.xx.2021- 259,78+8,63=268,41. Həmçinin MEİS-in “Pensiya” altsisteminə əsasən iddiaçıya pensiya təyin olunduğu xx.xx.2018-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2021-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 1113,27 manat müəyyən edilmişdir: 1113.27:129=8,63 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılır) xx.xx.2021-268,41+2,36=270,77 MEİS-in “Pensiya” altsisteminə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 292,64 manat müəyyən edilmişdir: 1113.28: 24=2,36 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılır) xx.xx.2022- 270,77+270,77x3,4%=279,98, xx.xx.2023-279,98+16,66=296,64, xx.xx.2023 296,64+296,64x14,7%=340,24, xx.xx.2023-340,24+2,08=342,32. MEİS-in "Pensiya” altsisteminə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2021-ci il tarixinə indeksləşdirilmiş məbləği 232,96 manat müəyyən edilmişdir:1113.29:12=2,08 manat (Qanunun 37.3.1-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən sonra işlədiyi ayların sayı qədər azaldılır) xx.xx.2024 342,32+342,32x11,2%=380,65, xx.xx.2025-380,65+380,65x8,1%=411,48. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buradan da aydın olur ki, məhkəmə qərarında göstərilən arqumentlər nə fakt, nə də sübutlarla əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki işdə apellyasiya şikayəti cavabdeh inzibati orqan tərəfindən verildiyindən məhkəmə qərarının qanuniliyi və əsaslılığı yalnız iddianın təmin edildiyi hissədə yoxlanılır. Çünki iddianın təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “iddiaçının xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ATSC-də və 2002-2003-cü illərdə X5 şirkətində işlədiyi müddətin sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi” barədədir. İddiaçı həmin tələblə cavabdeh inzibati orqana müraciət etsə də, onun tələbi təmin edilməmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin faktiki hallarına görə, ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1974- cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdə ekskavator kömrəkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-ci ildə müəssisənin ləğvi ilə bağlı 23 saylı İmişli Meliorasiya su tikinti idarəsinə keçirilmiş, xx.xx.1981-xx.xx.1981-ci illərdə həmin müəssisədə ekskvatorçu işləmiş, xx.xx.1981xx.xx.1982-ci illərdə İmişli maşın meliorasiya stansiyasında ekskvatorçu, xx.xx.1982xx.xx.1986-cı illərdə İmişli Meliorasiya su tikinti idarəsində ekskvatorçu, xx.xx.1986xx.xx.1995-ci illərdə fəhlə, betonçu, mühəndis vəzifələrində işləmişdir. İddiaçı xx.xx.1999cu il tarixindən xx.xx.2000- ci il tarixinədək "xxxx" X17 Cəmiyyətinin İdarə Heyətinin sədri, xx.xx.2004-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək Beynəlxalq Xilasetmə Komitəsində sürücü, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixinədək işsiz kimi qeydiyyata alınmış, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək "xxxx" Kənd Təsərrüfatı MMCnin Biləsuvar Şöbəsində elektrik montyoru, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək “X18 İhracat Senayesi və Limited Şirkətinin” Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək "xxxx" MMC-də elektrik, xx.xx.2012-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək “AE Arma-Elektrofana E.S.M.T.T.A.Ş”-nın Azərbaycan Respublikasının filialında elektrik işləri üzrə usta, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" X8 Taahur Sanayi ve Ticaret Anonim Şirkətinin Azərbaycan Respublikasının filialında elektrik, xx.xx.2014-cu il tarixdən xx.xx.2015-ci il tarixədək X16 İnşaat Sanayi və Ticarət A.Ş-də elektrik ustası, xx.xx.2015- ci il tarixdən xx.xx.2015-ci il tarixinədək "xxxx" MMC-də elektrik ustası, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində işləmişdir. İddiaçıya məxsus diplomdan görünür ki, iddiaçı 1979-1985-ci illərdə mühındis hidrotexnik istisası üzrə ali təhsil almışdır . İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin tabeliyində X11 Xidməti publik hüquqi şəxsi Bəhrəmtəpə Meloservis İdarəsi 26 noyabr 2024-cü il tarixli, 35 nömrəli arayış ilə iddiaçının xx.xx.1987-ci il tarixli 2 saylı əmrinə əsasən X13 Məmulatları Zavoduna 05 yanvar 1987-ci il tarxdən 5-ci dərəcəli betonçu işinə qəbul olunması və 07 aprel 1995-ci il tarixli 20/1 saylı əmrə əsasən 07 aprel 1995-ci ildən işdən azad edildiyini təsdiq etmiş, bununla bağlı müvafiq əmrləri məhkəməyə təqdim etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 02 sentyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon təsərrüfat hesablı Maddi-texniki Təchizat müəssisəsinin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 109 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2006-cı il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya, prospektində) səhmləri güzəştli satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Müraciətdə qeyd olunan müddət ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini 28 sentyabr 2000-ci ilə kimi İddiaçı, 2000-ci ilin oktyabr ayından X3 icra etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı cavabdehin 06 sentyabr 2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.2.1-ci maddəsinə əsasən pensiya yaşına çatdığı xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyasının məbləği onun xx.xx.2006-cı il tarixinədək avtomatlaşdırılmış qaydada hesablanmış 25 il sığorta stajına və fərdi hesabının sığorta hissəsində xx.xx.2007-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək qeydə alınmış 9200,16 manat və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 1236,28 manat pensiya sığorta kapitalına əsasən müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmət illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1986-cı il tarixindən xx.xx.1987-ci il tarixinədək xx.xx.1987-ci il tarixindən xx.xx.1987ci il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 13 il 11 ay 15 gün sığorta stajı, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək işsizlikdən sığorta ödənişi aldığı 6 ay və xx.xx.2007-ci il tarixindən xx.xx.2023- cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalına əsasən 8 il 9 ay sığorta stajı nəzərə alınmaqla faktiki mübahisələndirilməyən sığorta stajı 22 il 7 ay 15 gün təşkil edir. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən onun xx.xx.1979-cu il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı illər əmək fəaliyyət dövrləri ilə üst-üstə düşdüyündən sığorta stajına həmin dövrlərdən biri (əmək fəaliyyəti dövrü) daxil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən) və xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlərin (cəmi: 8 il 8 ay 21 gün) sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Həmçinin qeyd olunmuşdur ki, iddiaçının təqdim etdiyi xx.xx.2003-cü il tarixli tövsiyə məktubu əsasında 2002-2003-cü illərin sığorta stajında nəzərə alınması mümkün hesab edilmir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 07 noyabr 2024-cü il tarixli sorğuya cavab məktubu ilə iddiaçının "xxxx" ATSCnin İdarə Heyətinin sədri vəzifəsində işləməsinə dair əmrlər təqdim olunmuşdur. Həmin əmrlərdən görünür ki, iddiaçı: - xx.xx.1999-cu il tarixli, RK-539 nömrəli əmr ilə xx.xx.1999cu il tarixdən səhmdarların birinci ümumi yığıncağı çağrılanadək olan müddətə "xxxx" X17 Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmiş; - xx.xx.2000-ci il tarixli, RK-509 nömrəli əmr ilə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçının hazırda tələbi xx.xx.1987-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Beton zavodda, xx.xx.1999-cu il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" ATSC-də işlədiyi müddətin sığorta stajına daxil edilərək, yaşa görə əmək pensiyasının yenidən hesablanması və fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Cavabdeh inizbati orqan tərəfindən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (işdən çıxma qeydində səlahiyyətli şəxsin adı, soyadı və imzası qeyd edilmədiyindən), xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmrinin tarixi və nömrəsi olmadığından) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 25-ci bəndinə əsasən əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Həmin Əsasnamənin 27-ci bəndinə əsasən ümumi iş stajına aid sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər aşağıdakı iş dövrü üzrə əmək stajına əsas kimi qəbul edilir. 14 dekabr 1962-ci ildən sonrakı dövr əgər əmək kitabçasını verən idarə, müəssisə və təşkilata işə daxil olana qədər hansı idarə, müəssisə və təşkilatda, hansı vaxtda, hansı vəzifələrdə işləməsi barədə əmək kitabçasında konkret qeyd aparılmışsa. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qanunun 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Məhkəmə qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İddiaçının yuxarıda qeyd edilən dövrlərdə işləməsi barədə qeydlər əmək kitabçasında öz təsdiqini tapsa da, cavabdeh bu qeydlərin həqiqətə uyğun olmadığını sübut edən heç bir hal olmadığı halda onları qəbul etməmiş, yalnız əmək kitabçasının doldurulma qaydasının düzgün aparılmamasına istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 3.1-ci bəndinə əsasən, əmək kitabçasının doldurulması işəgötürən vəzifələrinə aid edildiyindən və bu məsələ iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilməz. Belə ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Mübahisələndirilən dövrlə bağlı əmək kitabçasında qeyd edilən dövr ilə əlaqədar işdən çıxma qeydində səlahiyyətli şəxsin adının, soyadının qeyd edilmməsi, işdən çıxma barədə əmrin tarixinin, nömrəsinin qeyd edilməməsi və ya digər oxşar hallar, iddiaçının sərbəst iradəsinə əsaslanaraq həyata keçirilmiş hərəkətlər kimi qiymətləndirilə bilməz. Bu cür hallara görə məsuliyyət işəgötürən və onun müəyyən etdiyi səlahiyyətli şəxs tərəfindən daşımalıdır. İşəgötürən və ya səlahiyyətli şəxsin məsuliyyəttinin birbaşa iddiaçıya şamil edilməsi hüquqi baxımından əsasız hesab olunur. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərlə iddiaçının əmək kitabçasında 1987-2000-ci illərlə bağlı aparılan qeydlər öz təsdiqini tapmışdır. Göründüyü kimi, hətta nəzərə alsaq ki, həmin dövrlər ilə əlaqədar əmək kitabçasının doldurulma qaydası pozulmuşdur, iddiaçının faktiki olaraq həmin dövrlərdə işləməsi əmək kitabçası ilə yanaşı, həmçinin müvafiq əmrlərdə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının mübahisələndirilən tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün iddiaçının həmin tələbinin təmin olunmasından imtina edilməsi əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edildiyi- onun xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X13 Məmulatları Zavodunda və xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" X17 Cəmiyyətində işlədiyi dövrün sığorta stajına daxil edilməklə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin 2-1(112)-10370/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərarı mübahisələndirilən – iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10370/2024 saylı 02 dekabr 2024-cü il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova X14 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar