Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1993/2025 01.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni ünvanın verilməklə mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X10 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Tərəflərin iştrakı olmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1725/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli 3-Ə-199 nömrəli məktubunda qeyd edilmişdir ki, “Nəsimi Rayon İcra Hakimiyyəti, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı evin sizə məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m qeyri-yaşayış sahəsi kimi istifadə olunması məqsədi ilə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş sənədlərə baxaraq sahənin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə xx.xx.2022-ci il tarixli 332 saylı sərəncam qəbul etmişdir.”
2. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamında qeyd edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin nəzdində İdarələr arası komissiyanın rəyi təsdiq edilərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi, keçirilmiş sahədən istifadə edərkən yanğın təhlükəsizliyi, sanitar-gigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması vətəndaş İddiaçı tərəfindən təmin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 200 saylı Qərarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə İddiaçı bildiriş verilməsinə dair sərəncam verilmişdir.
3. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti nəzdində X15 Komissiyanın xx.xx.2022-ci il tarixli 151 nömrəli rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin ona məxsus hissəsinin ölçülərinin dəqiqləşdirilməsinə və yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evi DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışına və 04/1167 saylı, xx.xx.2022-ci il tarixli Texniki Pasportuna əsasən paylı mülkiyyət hüququ ilə ümumi sahəsi 134,70 kv.m-dən ibarətdir. Həmin evin “A”tikili 4 otaq - 64.5 kv.m və “B” tikili -1/4 hissə və “A” tikili 2 otaq48.7 kv.m-dən ibarət hissəsi vətəndaş İddiaçı məxsusdur. Ünvana baxış zamanı müəyyən edildi ki, sözügedən evin vətəndaş İddiaçı məxsus olan hissəsinin faktiki ümumi sahəsi 64.55 kv.m təşkil edir və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. (Bu barədə 59 saylı MKİS-in xx.xx.2022-ci il tarixli Aktı və cizgisi əlavə olunur). Nəsimi Rayonu İcra Hakimiyyəti nəzdində X6 Texniki Komissiya keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini məqsədəuyğun hesab edilməsi qərara alınmışdır.
4. Fövqəladə Hallar Nazirliyinin X24 Xidmətinin İddiaçı müraciəti ilə əlaqədar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdınlmasına dair xx.xx.2023-cü il tarixli 0690 nömrəli rəyində qeyd edilmişdir ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğundur.
5. Fövqəladə Hallar Nazirliyinin X24 Xidmətinin İddiaçı müraciəti ilə əlaqədar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yanğın təhlükəsizliyinə cavab verməsi haqqında xx.xx.2023- cü il tarixli 1067 nömrəli aktında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89* “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalan”nın yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir.
6. Daşınmaz Əmlakların Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 134.70, torpaq sahəsinin sahəsi 0.0240 ha, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin fərdi yaşayış evi "A" tik. 4 otaq - 64.5 kv.m və "B" tik.- 1/4 hissədə X3, "A" tik. 4 otaq- 64.5 kv.m və "B" tik,- 2/4 hissədə X7 və "A" tik. 4 otaq- 64.5 kv.m və "B" tik.-1/4 hissə və "A" tik. 2 otaq- 48.7 kv.m hissədə İddiaçı xüsusi mülkiyyət kimi Dövlət reyestrində **********05-10301 nömrə ilə qeydə alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli texniki pasportundan görünür ki, ünvan 6 fərdi yaşayış evi kimi texniki pasportu tərtib edilmişdir.
8. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, ünvan 5 ünvandan yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, lakin bir dam altında olduğunda bölgü sxemi tərtib etmək mümkün olmamışdır.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Məhkəmənin qərardadı ilə iddiaçı ərizəsinə əsasən iddia tələbi “ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərində ayrıca ünvan verməklə mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evi DƏDRX-nin ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli çıxarışına və 04/1167 saylı, xx.xx.2022-ci il tarixli Texniki Pasportuna əsasən paylı mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmaqla evin ümumi sahəsi 134,70 kv.mdən ibarətdir. Həmin evin “A” tikili 4 otaq -64.5 kv.m və “B” tikili -1/4 hissə və “A” tikili 2 otaq48.7 kv.m-dən ibarət hissəsi iddiaçıya, yəni İddiaçı məxsusdur. Sözügedən evin İddiaçı məxsus olan hissəsinin faktiki ümumi sahəsi 64.55 kv.m təşkil edir və həmin sahədən qeyri-yaşayış sahəsi kimi istifadə olunur. Nəsimi RİH nəzdində X15 komissiyanın xx.xx.2022-ci il tarixli 151 nömrəli rəyi və qəbul aktından görünür ki, komissiyanın keçirdiyi texniki baxış zamanı gəldiyi qərara əsasən, sözügedən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A" tikilisinin ümumi sahəsinin 64.55 kv.m hesab edilməsini nəzərə almaqla yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Sərəncama qeyri-yaşayış sahəsinin faktiki sxemi əlavə edilmişdir. Nəsimi RİHB-nin xx.xx.2022-ci il tarixli, 332 nömrəli sərəncamı əsasında Nəsimi Rayon İcra Hakimiyyətinin nəzdində idarələrarası komissiyanın rəyi təsdiq edilərək, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 72 saylı fərdi yaşayış evinin İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Fövqəladə Hallar Nazirliyi X24 Xidmətinin YTNƏŞ-0690 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı müraciəti ilə əlaqədar Baki şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72B ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi baxımından razılaşdırılmasına dair rəydən görünür ki, tərtib olunmuş layihə sənədləri Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN, 2.08.02-89* “İctimai bina və qurğular" Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” Tikinti Norma və Qaydalarının, 2.04-09-84 “Bina və qurğuların yarığın avtomatikası” Tikinti Norma və Qaydalarının və “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın tələblərinə uyğun hesab edilmişdir. Fövqəladə Hallar Nazirliyi X24 Xidmətinin YTNƏŞ-1067 nömrəli, xx.xx.2023-cü il tarixli İddiaçı müraciəti ilə əlaqədar Baki şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72B ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yanğın təhlükəsizliyinə cavab verməsi haqqında aktdan görünür ki, Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nin, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.04-09- 84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi" Dövlətlərarası Tikinti Normalarının və “Elektrik qurğularının quraşdırılması Qaydalarının yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğın-texniki ləvazimatlarla təmin edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi barədə müraciət etmişdir. Cavabdeh inzibati orqan bu müraciətə, bölgüsü nəzərdə tutulan fərdi yaşayış evinin bir dam altında yerləşməsi əsası ilə bölgü sxeminin verilməsindən imtina edilmişdir. Halbuki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/1167 nömrəli texniki pasportdan görünür ki, A və В tikililəri ümumi olaraq paylı mülkiyyətdə olsa da, müstəqil təcrid edilə bilən və bölgü ilə ayrıla bilən tikililərdir. Həmçinin, hazırda İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunan ümumi sahəsi 64.55 kv.m olan hissə də digər payçıların yaşayış sahələrindən müstəqil təcrid edilə bilir. Digər payçılar Qafarova Cəmilə və Hüseynova Gülçöhrə notarial qaydada ərizə verərək, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış kimi qeyd edilməsinə etiraz etmədiklərini bildirmişlər. İddiaçı hüquqmüəyyənedici sənədlərlə birlikdə paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ona məxsus ümumi sahəsi 64.55 kv.m olan hissəsinin qeyri-yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasına dair cavabdeh inzibati orqana müraciət etmiş, lakin 1 aydan çox vaxt keçməsinə baxmayaraq, hələ də müraciətinə cavab verilməmiş, hər hansı hərəkət edilməmişdir. Daha sonra yenidən eyni əsaslarla müraciət etmiş və eyni zamanda hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan öz üzərinə düşən vəzifələri yerinə yetirməkdən yayınmaqla mülkiyyət hüquqlarını pozur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin qərar məzmun baxımından təftiş edilə və onun qüvvədə olduğu müddətdə həmin qərarın icrasından imtina oluna bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən yuxarıda istinad olunan normalara uyğun qaydada sərəncam verildiyi və həmin sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair cavabdehə təqdim etdiyi həmin sənədlər hüququn dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır.
12. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı müvafiq iddia ilə bağlı deyil, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, № 5 qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1725/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
14. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi nəzərdə tutulan sahə paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evinin bir hissəsidir. Bu səbəbdən fərdi yaşayış evi çoxmənzilli yaşayış binasına keçirildikdən sonra onun tərkib hissələrinin təyinatının dəyişdirilməsi məqsəduyğundur. Həmçinin iddiaçının iddia etdiyi sahə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi ilə bir dam altında yerləşməklə, həmin tikilinin bir hissəsidir. “A” literli tikilinin 64,5 kv.m hissəsi paylı mülkiyyət hüququ ilə X8, X13 və İddiaçı birgə mülkiyyətində olsa da, məhkəmə qərarı yalnız İddiaçı ilə bağlı olmuş, digər payçıların əmlaka dair mülkiyyət hüquqları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Odur ki, məhkəmə tərəfindən qeyri-yaşayış sahəsinin iddiaçının adına qanunamüvafiq qaydada ayrılıb-ayrılmaması ilə bağlı tam və ətraflı araşdırma aparılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatları
17. Məhkəmənin 17 aprel 2025-ci il tarixli iclasında iştirak edən 3-cü şəxslər X18 və X8 iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onlara heç bir aidiyyatının olmamasını və iddianın təmin edilməsinə etirazlarının olmamasını bildirmişdirlər.
18. Məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişlər, 3-cü şəxslər isə məhkəmə iclasında iştrak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən tərəflərin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
21. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”: 1.4. Ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. 1.5. Ünvan reyestrinin aparılması və ünvanların verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən həyata keçirilir. 3.2. Daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir: 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.3. Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi, tikintisi başa çatmayan daşınmaz əmlak obyektlərinə münasibətdə həmçinin sifarişçisi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Dövlət Xidmətinə müraciət edir. 3.4. Ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir. 3.6. Daşınmaz əmlak obyektinə ünvanın verilməsi bu qaydaların 3.7-ci bəndində göstərilən rekvizitlərin həmin daşınmaz əmlak obyektinə təhkim və müvafiq məlumatların ünvan reyestrinə daxil edilməsi ilə həyata keçirilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
24. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən) 26.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 19-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 27.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı onun paylı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçıya məxsus ümumi sahəsi 64.55 kv.metr olan yaşayış sahəsi üzərindəki mülkiyyət hüququnun qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ayrıca ünvan verilməklə bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini tələb edir. 28.Cavabdeh orqan isə iddianı təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı müvafiq iddia ilə bağlı deyil, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinə dair bölgü sxeminin tərtib edilməsi ilə bağlı 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.
29. İş materiallarından görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 134.70, torpaq sahəsinin-0.0240 ha-dır, torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqlarıdır. Həmin fərdi yaşayış evi "A" tikilisi 4 otaq - 64.5 kv.m və "B" tikilisi -1/4 hissədə X3, "A" tikilisi 4 otaq- 64.5 kv.m və "B" tikilisi - 2/4 hissədə X11 və "A" tikilisi 4 otaq- 64.5 kv.m və "B" tikilisi-1/4 hissə və "A" tikilisi 2 otaq- 48.7 kv.m hissədə İddiaçı xüsusi mülkiyyət hüququ üzrə Dövlət reyestrində **********05-10301 nömrə ilə qeydə alınmışdır.
30. Eyni zamanda Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin nəzdində İdarələr arası komissiyanın rəyi təsdiq edilərək, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 72 saylı fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin ümumi sahəsi 64.55 kv.m hesab edilərək yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, paylı mülkiyyətçilər X23 (X7 əvəzinə) və X3 notariat qaydasında təsdiq olunmuş ərizələrinə əsasən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72 ünvanda yerləşən fərdi yaşayış evinin vətəndaş İddiaçı məxsus “A” tikilisinin qeyri-yaşayış kimi qeyd edilməsinə etiraz edilmədikləri bildirilmişdir.
31. Apellyasiya baxışı zamanı Bakı şəhəri 53 saylı notariat ofisinə verilmiş sorğuya əsasən 15 aprel 2025-ci il tarixli cavab məktubu ilə 16 aprel 2014-cü il tarixli 4Ə-448 reyestr nömrəsi ilə qeydə alınmış notariat işinin surəti, 23 fevral 2024-cü il tarixli 4Ə-42 reyestr nömrəsi il qeydə alınmış X13 ilə X18 arasında bağlanmış alqı-satqı müqaviləsinin surəti, xx.xx.2024-cü ildə DƏDRX tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın surəti əldə edilərək, aşağıdakılar müəyyən edilmişdir.
32. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72 ünvanda yerləşən 63.6 kv yararlı sahəsi olan fərdi yaşayış evi İsrafil Qafarova və X19 (payın ilkin sahibi X14 olmuşdur) hərəsinə ½ pay müəyyən edilməklə məxsus olmuşdur. İsrafil Qafarov 06 oktyabr 1971-ci ildə vəfat etdiyinə görə onun həmin evdə olan ½ payı qanun üzrə vərəsəlik hüququ əsasında qızı X7 adına rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinin digər ½ hissəsi 07 yanvar 1999-cu ildə X20 tərəfindən X1. Sonradan ilkin sahibin vərəsələri ilə əldə edilmiş barışıq sazişinə əsasən X4 qeyd olunan fərdi yaşayış evində payı ¼ hissə təşkil etmişdir. Sevinc Ağagülova fərdi yaşayış evində özünə məxsus olan ¼ payını 16 aprel 2014-cü ildə X12,o isə öz növbəsində həmin payı İddiaçı satmışdır. DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən **********05-10301 qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Həmin çıxarışda X3, X7 və İddiaçı mülkiyyət hüquqları təsbit edilmişdir. X13 ilə X18 arasında bağlanmış 03 fevral 2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cəmilə Qafarovaya məxsus həmin evin A tikilinsində 4b otaq-65 kv.m və B tikilidə 2/4hissə İlkin Ələkbərovun mülkiyyətinə verilmiş və sonuncu əmlakın bu hissəsində olan paya mülkiyyət hüququna dair şəhadətnamə əldə etmişdir. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 72 ünvanda yerləşən fərdi yaşayış evinin yeni mülkiyyətçiləri kimi X8, X18 və İddiaçı qeydə alınaraq bu barədə müvafiq çıxarış verilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 332 saylı sərəncamı əsasında fərdi yaşayış evinin İddiaçı aid olan hissə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı icra hakimiyyətinin nəznində X15 komissiyanın rəyi əsasında verilmişdir. A və B literlərin altında olan torpaq sahələri barabər şəkildə 3 payçının arasında bölünmüş və hər payçıya 64,5 kv.m torpaq sahəsi düşmüşdür. Qeyd olunan torpaq sahələrinin üzərində payçılara məxsus olan fərdi yaşayış evlərinin hissələri yerləşir. İddiaçı özünə məxsus A liter hissəsində olan 64,5 kv.m hissəsinə ayrıca ünvan verilməsini və veriləcək yeni mülkiyyət hüququna dair çıxarışda qeyri-yaşayış sahəsi kimi qeyd olunmasını cavabdeh təşkilatdan tələb edir. Cavabdeh təşkilat isə payların naturada bölünməməsi, çoxmənzilli yaşayış binasına keçirilməməsi və bir dam altında yerləşməsi səbəbindən rəsmiləşdirilməsinin əleyhinə olmasını bildirmişdir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilmiş paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydalarına əsasən paylı mülkiyyətin ümumi paydan ayrılmasının məqsədi ümumi əmlakdakı payın naturada ayrılması üçün tələb olunur. Yəni paylı əmlakın mülkiyyətçisi məhkəmə qaydasında öz payını naturada ayırmaqla vaxtı ilə ümumi mülkiyyətdə olan əmlakın bir hissəsinə müstəqil əmlak hüququnu əldə etmiş olur və əldə etdiyi əmlak üzərində sərəncam verməkdə sərbəst olur. Hazırki, iddia tələbi araşdırılarkən Mülki Məcəllənin 220-ci maddəsində qeyd olunan qaydalara riayət olunmaması, yəni payıların məhkəmə qaydasında naturada ayrılmaması müəyyən edilsə də, payçıların ümumi razılığı əsasında paylar naturada ayrılması müəyyən edilib. Bu fakt məhkəmə tərəfindən 21 aprel 2025-ci ildə yerli baxış keçirilən zaman öz təstiqini tapdı. Belə ki, mülkiyyət hüquqna dair çıxarışda qeyd olunan mənzillərin girişinə və yerləşmə yerinə baxış keçirilərkən müəyyən edildi ki, hər bir tikilinin girişi bir birindən ayrıdır və bir birinə maneəçilikləri yoxdur. Qeyd olunan yerli baxış cavabdeh təşkilatın mühəndisinin iştrakı ilə həyata keçirilmişdir.
34. Nəzərə alınmalıdır ki, payların naturada ayrılmasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Qanunda öz əksini tapmamışdır. Başqa sözlə desək paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması o halda məhkəmə tərəfindən həyata keçirilir ki, payçıların buna etiraz olmuş olsun. Payçıların birgə razılığı olduğu tədqirdə isə məhkəmə qaydasında paylı əmlakın naturada ayrılmasına zərurət yoxdur.
35. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi 2004-cü ildə X9 tərəfindən ona məxsus ¼ hissədə alqı-satqı müqaviləsi əsasında X2 və sonuncunun həmin payın indiki iddiaçıya satması, o cümlədən həmin pay altında olan 64,5 kv.m hissəyə müstəqil giriş- çıxışın olması çıxarışda paylı mülkiyyət kimi göstərilmiş fərdi yaşayış evinin payçıların razılığı ilə naturada ayrılmasına dəlalət edir. Başqa sözlə desək, Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş paylı əmlakın məhkəmə qaydasında naturada bölünməsi tərəflər arasında mübahisə olduğu təqdirdə həyata keçirilir. Lakin indiki iddianın araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş digər payçılar fərdi yaşayış evinin iddiaçıya aid olan hissəsinin qeyri-yaşayış sahəsinə çevrilərək ayrıca ünvan kimi qeydə alınmasına etirazları yoxdur.
36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxsə məxsus mənzillər naturada ayrı olduğundan və bölgü sxem tərtib edilməklə yeni ünvanın verilməsində payçılar arasında mübahisə olmadığından, iddianın təmin edilərək iddiaçıya yeni ünvan verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 37.Beləliklə də tədqiq olunan sübutlarla müəyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir. 38.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 39.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 40.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1725/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1725/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.