Məhkəmə qərarları › İş №2-1(103)-1994/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1994/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1994/2024 14.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən təqdim edilmiş inzibati şikayətlərə baxılaraq nəticəsinə dair qərar qəbul edilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı MMC Rusiya Federasiyasına mal ixrac etdiyi üçün və ixrac edilmiş mallar “0” (sıfır) faiz dərəcə ilə ƏDV-yə cəlb edildiyindən əvəzləşdirilmiş ƏDV məbləğlərinə görə vergi orqanında olan şəxsi hesab vərəqəsində ümumilikdə 3.352.982,55 manat artıq ödənilmiş vergi məbləği formalaşmışdır. Həmin məbləğdən 1.300.902,48 manatı MMC-nin ərizəsinə əsasən 20 gündən çox olan müddətdə geri qaytarılmışdır. Bununla əlaqədar qeydiyyatda olduğumuz vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin ödənilməsi üçün müraciət olunmuşdur. Bununla yanaşı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat və xx.xx.2023-cü il tarixli ərizə ilə 170.609,40 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlər olunmuşdur. Təqdim edilmiş ərizələr vergi orqanı tərəfindən hərəkətsizlik nümayiş etdirilərək icra edilmədiyindən Dövlət Vergi Xidmətinə vergi orqanının hərəkətsizliyindən inzibati şikayət təqdim edilmişdir. Dövlət Vergi Xidməti bir-bir ərizəyə münasibət bildirərək “İnzibati icraat haqqında” Qanunun 80.1.4-cü maddəsinə əsasən qərar qəbul etmək əvəzinə cavab məktubları göndərmiş və məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qəran ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərinə uyğun olaraq qanunauyğun tədbirlərin görülməsi barədə qeydiyyatda olduğunuz vergi orqanına müvafiq göstəriş verilmişdir. Lakin müvafiq ərizələr icra edilmədiyindən Dövlət Vergi Xidmətinin hərəkətsizliyindən İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına bir neçə inzibati şikayət təqdim edilmişdir. İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası inzibati şikayətləri icraata götürsədə bu günə qədər inzibati araşdırma apararaq qərar qəbul etməmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin inzibati şikayətləri üzrə inzibati araşdırma aparılması üçün 1 ay müddət təyin edilmişdir Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı artıq ödənilmiş vergi məbləğinin və faizlərin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən geri qaytarılmaması barədə Nazirliyin Apellyasiya Şurasına daxil olmuş inzibati şikayətlərinə Şuranın xx.xx.2023-cü il tarixində keçirilmiş iclasında müəssisənin rəhbərinin və səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxılaraq müvafiq qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 88 nömrəli Qərarına əsasən İddiaçı inzibati şikayətləri təmin edilməmişdir. İddiaçı daha sonra məhkəmə ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMCnin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) geçikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023- cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsini DVX-nin Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddiaçının vəsatəti təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi əsl olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMCnin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) geçikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023- cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması” kimi dəyişdirilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin və xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsini DVXnin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə Qərar qəbul edilməsini xahiş edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin ’’digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış"dan ibarət olduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, fəaliyyətinin aktiv olduğu, huquqi şəxsin ümumilikdə 5 işçisinin olduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, "Esma-Tex’ MMC-də direktordan başqa 2 nəfər şəxs (X3 və X4) fəaliyyət göstərir, həmin şəxslərin əsas iş yerləri isə "Azerbaijan Texnologies" firmasıdır. Bu da onların qarşılıqlı əlaqəli şəxs olmasını deməyə əsas verir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC "Azerbaijan Texnologies" firmasından (VÖEH: **********) alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etmişdir. Bununla yqnaşı, malların yalnız "Azerbaijan Texnologies" firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marşala LLC, OOO "Ecocomp") ixrac olunduğu müəyyən edilmişdir. "Azerbaijan Texnologies" frması tərəfindən "xxxx" MMC-yə təqdim olunan mallar Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edilmişdir. Sözügedan ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsi yaranmışdır ki, bu da əsas etibarilə "Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin mallarin 0% dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşmışdır. Hüquqi şəxsin "Azerbaijan Texnologies’ frmasından aldığı malların üzərinə 1 faiz ticarət əlavəsi ilə mallar ixrac etməsi və ödədiyi məbləğlərə görə büdcədən ƏDV-ni geri istəməsi vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bununla əlaqədar Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Azerbaijan Texnologies" firmasında növbədənkənar SVY təyin edilmiş və hazırda həmin müəssisədə yoxlama aparılır. Beləliklə, hüquqi şəxsin xx.xx.2021-ci il tarixdan dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin "digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış”dan ibarət o|duğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, hüquqi şəxsin rəhbərdən başqa 2 işçisinin olduğunu, həmin işçilərin əlavə iş yerləri kimi "xxxx" MMC-də çalışdığını, (X3 və X4) əsas iş yerlərinin isə "Azerbaijan Texnologies" firmasının olduğunu, "xxxx" MMC-nin "Azerbajan Texnologies" frmasından alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etdiyini, bununla yanaşı malların yalnız "Azerbaijan Texnologies” firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OOO "Ecocomp") ixrac olunduğunu, “Azerbaijan Texnologies" firması tərəfindən "xxxx" MMC- yə təqdim olunan malların Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edildiyini, sözügedən ticaral əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsinin əsas etibarilə "Azerbijan Texnologies0 firmasından alınmış mallar üzrə ödənilmiş ƏDVnin əvəzləşdirilməsi və sonradan həmin malların 0 faiz dərəcə ilə Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində formalaşdığını nəzərə alaraq "xxxx" MMC-nin iddiası təmin edilməməlidir. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyatdır. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı MMC-yə artıq ödənilmiş 196.740 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 20.067,48 manat, artıq ödənilmiş 1.104.162,48 manat geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz olmaqla xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 46.374,72 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə müvafiq rəyin Maliyyə Nazirliyinə təqdim olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 88 nömrəli qərarına əsasən Vergi ödəyicisi şikayətlərində şəxsi hesab vərəqələrində yaranmış 2,042.968,31 manat artıq ödəmə məbləğlərinin və faizlərin qaytarılması barədə müraciətlərinə Apellyasiya Şurasında baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Vergi ödəyicisinin şikayətləri icraata qəbul edilərək Şuranın xx.xx.2023-cü il tarixli iclasının gündəliyinə daxil edilmişdir, Şuranın İclasında aparılan müzakirələr zamanı işin faktikf halları və qanunvericiliyin müvafiq müddəaları nəzərə alınmaqla aşağıdakı səbəblərdən şikayətin təmin edilməməsi məqsədəuyğun hesab edilmişdir. Aparılmış araşdırma zamanı hüquqi şəxsin xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına və həmin tarixdən ƏDV qeydiyyatına alındığı, əsas fəaliyyətinin “digər qruplara daxil edilməyən İxtisaslaşdırılmamış topdansatış''dan İbarət olduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, fəaliyyətinin aktiv olduğu, hüquqi şəxsin ümumilikdə 3 işçisinin otduğu müəyyən edilmişdir. Eyni zamanda araşdırma zamanı müəyyən edilmişdir ki, ''Esma-Tex* MMC-də direktordan başqa 2 nəfər şəxs (X3 və X4) fəaliyyət göstərir, həmin şəxslərin əsas iş yerləri isə *Azerbaijan Texnologles" firmasıdır. Bu da onların qarşılıqlı əlaqəli şəxs olmasım deməyə əsas verir. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ‘Azerbaijan Texnologies'' firmasından (VÖEN: **********) alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etmişdir. Bununla yanaşı, malların yalnız “Azerbaijan Texnologies'1 firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OOO "Ecocomp") ixrac olunduğu müəyyən edilmişdir. “Azerbaijan Texnologies" firması tərəfindən "xxxx" MMC-yə təqdim olunan mallar Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən idxal edilmişdir. Sözügedən ticarət əməliyyatı nəticəsində vergi ödəyicisinin artıq ödəməsi yaranmışdır ki, bu da əsas etibarilə “Azerbaijan Texnologies" firmasından alınmış mallar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi və sonradan həmin malların 0% dərəcə ilə Rusiya Federasiyasına İxrac edilməsi nəticəsində formalaşmışdır. Hüquqi şəxsin "Azerbaijan Texnologies" firmasından aldığı malların üzərinə 1% ticarət əlavəsi ilə malları ixrac etməsi və ödədiyi məbləğlərə görə büdcədən ƏDV-ni geri istəməsi vergidən yayınma sxemi kimi qiymətləndirilir. Bununla əlaqədar Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə "Azerbaijan Texnologies" firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və hazırda həmin müəssisədə yoxlama aparılır. Beləliklə, hüquqi şəxsin xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alındığı, əsas fəaliyyətinin “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış"dan ibarət otduğu, uçot-baza məlumatlarına əsasən təsərrüfat subyektinin (obyektinin) və nəzarət kassa aparatının olmadığı, hüquqi şəxsin rəhbərdən başqa 2 işçisinin olduğunu, həmin işçilərin əlavə iş yerləri kimi “Esma-Tex" Məhdud Məsuliyyətli Cəmiyyətində çalışdığını, (X3 və X4) əsas iş yerlərinin isə "Azerbaijan Texnologies" firmasının olduğunu, "xxxx" MMC-nin “Azerbaijan Texnologies" firmasından alınmış kompüter və İT avadanlıqlarını Rusiya Federasiyasına ixrac etdiyini, bununla yanaşı malların yalnız "Azerbaijan Texnologies" firmasından alındığı və bütün malların yalnız Rusiyaya ("Comptech" LLC, Marsala LLC, OQO "Ecocomp") ixrac olunduğunu, “Azerbaijan Texnologies” firması tərəfindən "xxxx" MMC-yə təqdim olunan malların Syanqan (Honkonq), Sinqapur, Tayvan, Niderland və Çin ölkələrindən “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 79.3-cü maddəsinə əsasən şikayət üzrə İcraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. Həmin Qanunun 79.4-cü maddəsinə əsasən şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 80.1.4-cü maddəsini və Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 7.3.4-cü və 7.4,3-cü yarımbəndlərini rəhbər tutaraq İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası İddiaçı inzibati şikayətlərini təmin etməmişdir. - İddiaçı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizələrə əsasən: Artıq Tədiyyə Artıq ödəmənin yaranma səbəbi Artıq ödəmənin kodu Artıq ödəmənin adı ödəmənin məbləği ödənilmə tarixi (manatla) Əlavə 114117 xx.xx.2022 196,740 dəyər vergisi Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə dəyər114117 xx.xx.2022 167,768.71 vergisi Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə dəyər114117 xx.xx.2022 662,340.78 vergisi Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə dəyər114117 xx.xx.2022 441,821.7 vergisi Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə dəyər114117 xx.xx.2022 381,340.62 Hesabat dövründə vergi tutulan dövriyyə sıfır vergisi dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. Əlavə 114117 xx.xx.2023 179,809.2 Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dəyər vergisi dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanan Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizələrdə qeyd olunmuşdur ki, aşağıda göstərilən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış artıq ödəmələrin qaytarılması xahiş edilmişdir:

1. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 621.486,44 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDVnin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.

2. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 315.694,80 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDVnin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.

3. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 215.370,90 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDVnin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.

4. 4. Əlavə dəyər vergisi 114117 xx.xx.2023-cü il 170.609,40 manat Hesabat dövründə vergi tutulan dövriyyə sıfır dərəcə ilə vergiyə cəlb olunduğundan alınan mallar üçün ödənilən ƏDV-nin əvəzləşdirilməsi nəticəsində yaranmışdır.

5. 196.740,00 manat artıq ödənilmiş vergi məbləği geri qaytarılanadək gecikdirilən hər gün üçün hesablanmış fazi məbləği - 20.067,48 manat

6. 1.104.162,48 manat artıq ödənilmiş vergi məbləği geri qaytarılanadək gecikdirilən hər gün üçün hesablanmış fazi məbləği - 46.374,72 manat. - Geri qaytarılma ərizələri barədə cədvələ əsasən: Geri qaytarılma ərizələri Müraciət tarixi Ay Məbləğ (AZN) Ödəniş tarixi Ödənilən Ödənilməlid məbləğ ir (AZN) (AZN) xx/xx/2022 İyul 196,740.00 xx/xx/2022 196,740.00 xx/xx/2022 Avqust 167,768.71 0 167,768.71 xx/xx/2022 Sentyabr, 1,104,162.48 xx/xx/2022 1,104,162.48 - Oktyabr xx/xx/2022 Noyabr 381,340.62 0 381,240.62 xx/xx/2023 Dekabr, 937,181.24 937,181.24 0 Yanvar 7/4/2023 Fevral 215,370.90 0 215,370.90 5/8/2023 Aprel 179,809.20 0 179,809.20 6/7/2023 May 170,609.40 170,609.40

Cəmi 3,352,982.55 1,300,902.48 2,052,080.0 7 il tarixli, - İddiaçı ilə “Azerbaijan technologies” firması arasında bağlanılmış xx.xx.2022-ci 230 nömrəli alqı-satqı müqaviləsi, “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” sənədləri, gömrük bəyannamələri və dekabr 2019-noyabr 2022-ci illəri əhatə edən “Azerbaijan Technologies” firmasında aparılmış Səyyar vergi yoxlaması haqqında xx.xx.2023-cü il tarixli, **********166884 nömrəli Akt iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək; 24.1. Vergi orqanları: 24.1.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur; 59.3. Müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının: 4.8. Hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi əlavə dəyər vergisinə sıfır (0) dərəcəsi ilə cəlb olunan vergi ödəyicisinə hesabat dövründə əvəzləşdirilən vergi məbləğlərinin hesablanmış vergi məbləğindən artıq olan hissəsi vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi vaxtdan 20 gün müddətində ona qaytarılır. Digər vergi ödəyiciləri üçün – əvəzləşdirilən vergi məbləğinin hesabat dövrü ərzində hesablanmış vergi məbləğindən artıq olan hissəsi vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara elektron formada ərizəsini verdiyi vaxtdan 4 (dörd) aydan gec olmayaraq qaytarılır. 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı MMC Rusiya Federasiyasına mal ixrac etdiyi üçün və ixrac edilmiş mallar “0” (sıfır) faiz dərəcə ilə ƏDV-yə cəlb edildiyindən əvəzləşdirilmiş ƏDV məbləğlərinə görə vergi orqanında olan şəxsi hesab vərəqəsində ümumilikdə 3.352.982,55 manat artıq ödənilmiş vergi məbləği formalaşmışdır. Həmin məbləğdən 1.300.902,48 manatı (196.740 manat və 1.104.162,48 manat olmaqla) iddiaçının ərizəsinə əsasən 20 gündən çox olan müddətdə geri qaytarılmışdır. Bununla əlaqədar iddiaçı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 20.067,48 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 196.740,00 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər günə 0,1% olmaqla) və xx.xx.2022-ci il tarixli ərizə ilə 46.374,72 manat (xx.xx.2022-ci il tarixdə artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə təqdim olunmuş ərizəyə əsasən xx.xx.2022-ci il tarixdə 1.104.162,48 manat vəsait xəzinədarlıqdan MMC-nin bank hesabına ödənildiyi üçün hər bir günə 0,1 % olmaqla) gecikmə faizinin ödənilməsi üçün müraciət olunmuşdur. Bununla yanaşı, iddiaçı qeydiyyatda olduğu vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlər olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən artıq ödəmənin iddiaçının şəxsi hesab vərəqəsində əks olunması işin mübahisəsiz halıdır. Həmin artıq ödəmənin formalaşması üçün əsas olmuş əqdlər və ixrac gömrük bəyannamələri iş materiallarına əlavə olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, eyni əməliyyatlara görə iddiaçının şəxsi hesab vərəqəsində əks olunmuş artıq ödəmənin bir hissəsi (1.300.902,48 manatı) artıq vergi orqanı tərəfindən qanunda müəyyən edilmiş 20 gündən artıq müddətdə geri qaytarılmışdır. Ona görə iddiaçının həmin məbləğlərə görə qanunla müəyyən edilmiş faiz ödənişi almaq hüququ yaranmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 196.740 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş verdiyindən həmin 102 gün müddət üçün iddiaçıya 20.067.48 manat faiz (196.740x0,1%x102) məbləği (həmin faiz məbləğinin ödənilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə ayrıca ərizə ilə müraciət etmişdir), xx.xx.2022-ci il tarixli ərizə əsasında artıq ödənilmiş 1.104.162,48 manat vergi məbləğinin qaytarılması xx.xx.2022-ci il tarixdə baş verdiyindən həmin 42 gün müddət üçün iddiaçıya 46.374,72 manat faiz məbləği (1.104.162,48x0,1%x42) (həmin faiz məbləğinin ödənilməsi üçün iddiaçı xx.xx.2022-ci il tarixdə ayrıca ərizə ilə müraciət etmişdir) ödənilməlidir. İddiaçıya eyni əsaslarla yaranmış artıq ödəmənin bir hissəsinin geri qaytarılmasının təmin edilməsinə baxmayaraq, digər ərizələr əsasında qalan ödənişin həyata keçirilməsindən imtina edilmişdir. Bildirilən əsaslara münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının malları satın aldığı qurum olan “Azerbaijan Texnologies” firmasının qeyd edilən dövr üzrə fəaliyyəti səyyar vergi yoxlamasının predmeti olmuş və iddiaçı ilə aparılmış əməliyyatların vergidən yayınma sxemi kimi qiymətləndirilməsi hər hansı şəkildə aktda öz əksini tapmamışdır. Artıq ödənilmiş vergilərin tələb edilməsi ilə bağlı “Azerbaijan Texnologies” firmasında növbədənkənar səyyar vergi yoxlaması təyin edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Lakin konkret halda, vergi ödəyicisinə münasibətdə növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi halı müəyyən edilmir. Digər tərəfdən qarşılıqlı asılı olan şəxslər Vergi Məcəlləsində konkret olaraq müəyyənləşdirilmiş və iddiaçının iki işçisinin eyni zamanda “Azerbaijan Texnologies” firmasının əməkdaşları olması həmin qurumların qarşılıqlı surətdə asılı olan şəxslər kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 18.2. Bu maddənin məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər aşağıdakılar sayılır: 18.2.1. bir şəxs digər şəxsin əmlakında (nizamnamə kapitalında) bilavasitə və ya dolayısı ilə iştirak edirsə və onun iştirak payı və ya səs hüququ azı 20 faizdirsə; 18.2.2. bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabedir və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətindədir; 18.2.3. şəxslər üçüncü şəxsin birbaşa və ya dolayısı ilə nəzarətindədirlər; 18.2.4. şəxslər üçüncü şəxsə birbaşa və ya dolayısı ilə birgə nəzarət edirlər; 18.2.5. bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri. Qeyd edilən qurumlar qarşılıqlı surətdə asılı olan şəxs hesab olunsa idi belə, konkret situasiyada həmin halın iddiaçının artıq ödənilmiş vergi məbləğini geri qaytarmasını necə istisna etməsi aydın deyil. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixli ərizə ilə 167.768,71 manat, xx.xx.2022-ci il tarixli ərizə ilə 381.340,62 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 937.181,24 manat, xx.xx.2023- cü il tarixli ərizə ilə 215.370,90 manat, xx.xx.2023-cü il tarixli ərizə ilə 179.809,20 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması üçün müraciətlərinə əsasən müvafiq rəyin verilməsi də cavabdehə həvalə edilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2713/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar