Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1995/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə qərarların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə iddiaçının ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2019-cu il tarixli **********777100 nömrəli və xx.xx.2019-cu il tarixli **********050400 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, ərizəni müxtəlif dövlət qurumlarına müraciət etməsi ilə əsaslandırmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı ərizənin təmin edilərək, apellyasiyanın mümkün sayılmasını, cavabdehin nümayəndəsi qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyü üçün, ərizənin rədd edilərək, apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. İşdən görünür ki, xx.xx.2020-ci il tarixli qərardad iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə qəbul edilmiş, bununla da qərardad ona həmin tarixdə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi-125). İPM-in 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə qərardad ona rəsmi təqdim edildiyi tarixdən hesablanmaqla, xx.xx.2020-ci il tarixdə, iş günündə başa çatmışdır. Lakin qərardaddan apellyasiya şikayəti iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış və xx.xx.2020-ci il tarixdə poçta təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş prosessual müddət onun tərəfindən 10 gün buraxılmışdır. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəsində göstərdiyi dəlil üzrlü hal kimi qəbul edilə bilməz. Belə ki, subyektiv mülahizələrlə müxtəlif dövlət qurumlarına müraciətlər etmə qanunla müəyyən edilmiş prosessual müddətin axımını dayandırmır yaxud ötürülmüş müddəti bərpa etmir. Bu mənada, hər hansı halın iddiaçıya münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hallar aşkar olunmur. Odur ki, qanunla müəyyən edilmiş prosessual müddət iddiaçının təqsiri ilə ötürüldüyü, yəni müddətin buraxılması üzrlü səbəblərdən baş vermədiyi üçün, ərizə təmin edilməməli, apellyasiya isə mümkün sayılmamalıdır. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 Bakı İnzibati Məhkəməsinin 2-1(112)-645/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Elnur Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-1995/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1995/2020
23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver