Məhkəmə qərarları › İş №2-1(103)-1995/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1995/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1995/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “yeni məlumat vərəqinin göndərilməsi və digər” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “yeni məlumat vərəqinin göndərilməsi və digər” tələblərinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-794/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının Cavabdehndən ehtiyata buraxıldığı zamanadək etmiş olduğu ümumi xidmət illərinin və güzəştli xidmət illərinin düzgün hesablanaraq əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin yenidən tərtib edilərək Dövlət Sosial Müdafiə fonduna göndərilməsi, iddiaçının xx.xx.2010-cu il tarixdə Cavabdehnə xidmətə qəbul olunduğu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə faizlərin düzgün hesablanması, onun Cavabdehnə xidmətə qəbul olunduğu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə əlavə faizlərin düzgün hesablanmaması nəticəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2017ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində almış olduğu bütün ödənişlərə görə hesablanmamış 5 faiz əlavələrin hesablanaraq ödənilməsi, iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində forma üzrə təmin olunmadığı geyim formasına görə müfaviq ödənişin hesablanması, iddiaçının xx.xx.2023cü il tarixində N saylı hərbi hissədə tabor komandiri vəzifəsində xidmət etdiyi zaman səhhəti ilə bağlı çəkmiş olduğu xərclərin ödənilməsi, iddiaçıya xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət ərzində dalğıc heyəti vəzifələrində xidmət müddətdə istifadə etmədiyi əlavə məzuniyyət müddəti üçün ödənişin hesablanaraq ödənilməsi, iddiaçının 2013-cü ilin may ayında 2 həftə, 2014-cü ilin may ayında 2 həftə, 2015-ci illərin may ayında 2 həftə Qazaxstan Respublikasında və 2015-ci ilin iyul ayında isə 3 həftə Türkiyyə Respublikasına ezam olunduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi, iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində həftə ərzində 41 iş saatı xidməti normanı keçdiyinə görə iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqının hesablanaraq ödənilməsi, İddiaçı Cavabdehndən ehtiyyata buraxıldığı zaman vəzifə maaşının 596 manat olmaqla hesablanması, iddiaçının əmək kitabçasının təxris olunduğu gün verilmədiyi üçün əmək kitabçasının verildiyi xx.xx.2023-cü il tarixədək işə düzələ bilmədiyinə görə cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində işləmədiyi hər aya görə 1000 manat, ümumilikdə 2000 manat pulun əldən çıxmış fayda qismində ödənilməsi öhdəliklərinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, “iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Hal-hazırda pensiyadadır və 648,47 pensiya alır. İddiaçı Cavabdehndən ehtiyyata buraxıldığı zaman ümumi xidmət illəri və güzəştli xidmət illəri düzgün hesablanmamışdır. Belə ki, iddiaçının ümumilikdə xidmət etdiyi dövrlərə nəzər salsaq xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə əsgər kimi xidmət etmiş, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N saylı hərbi hissədə müddətdən artıq xidmət etmiş, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin təlim-tədris mərkəzində kursant olmuş, xx.xx.2004-cü il tarixdən xx.xx.2004- cü il tarixinədək Müdafiə Nazirliyinin Ali hərbi dənizçilik məktəbində dinləyici olmuş, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək N saylı hərbi hissədə Kater komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək N saylı hərbi hissədə Döyüş idarəetmə qrupunun operatoru vəzifəsində xidmət etmiş, xx.xx.2010-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində dalğıc vəzifəsində xidmət etmiş, xx.xx.2015ci il tarixdən xx.xx.2017-cü il tarixədək Cavabdeh XRXX-da Qərargah rəisinin müavini və Qərargah rəisi vəzifəsində xidmət etmiş, xx.xx.2019-cu il tarixdən xx.xx.2022- ci il tarixədək FHN-nin XRXX-də Hərbi hissə komandiri vəzifəsində xidmət etmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək FHN-nin XRXX-də Tabor komandiri vəzifəsində xidmət etmişdir. İddiaçının xx.xx.2010-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Cavabdeh Xüsusi Riskli Xilasetmə Xidmətində dalğıc vəzifəsində xidmət etdiyi müddətin 1 ayı 2 ay kimi hesablanmalı idi. Belə olduğu təqdirdə Cavabdehndən ehtiyyata buraxıldığı zaman ümumi xidmət illəri 26 il 6 ay kimi hesablanmalı idi. Həmçinin iddiaçı Cavabdehndən ehtiyyata buraxıldığı zaman ümumi xidmət illəri 26 il 6 ay kimi hesablandığı təqdirdə ehtiyyata 63 faizlə buraxılmalı idi. İddiaçı xx.xx.2010-cu il tarixdə Cavabdehnə xidmətə qəbul olunduğu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə faizlər düzgün hesablanmamışdır. Belə ki, iddiaçı FHN-nə qəbul olunmamışdan qabaq Müdafiə Nazirliyində xidmət etmiş olduğu vəzifələrdən xx.xx.2002-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan müddət və xx.xx.2004-cü il tarixindən xx.xx.2008-cü il tarixinədək olan müddətin 1 ayı 1 ay yarım kimi hesablanaraq xidmət illərinə görə faizlərə əlavə edilməlidir. İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004cü il tarixdən xx.xx.2008-cü il tarixədək xidmətini hərbi gəmidə keçirdiyini nəzərə alaraq iddiaçın FHN-nə qəbul olunduğu zaman xidmət illərinə görə faiz əlavəsi 15 faiz kimi nəzərə alınmalı idi. Lakin iddiaçının FHN-nə xx.xx.2010-cu ildə qəbul olunduğu zaman bu nəzərə alınmamışdır. Həmçinin də bu hal iddiaçının FHN-dən ehtiyyata buraxıldıqdan sonra ona verilmiş xx.xx.2023-cü il tarixli, 07 nömrəli pul attestatının 5-ci bəndində də, nəzərə alınmayaraq xidmət illərinə görə əlavə faiz 30 faiz kimi qeyd olunmalı olduğu təqdirdə 25 faiz kimi qeyd edilmişdir. Cavabdehnə xidmətə qəbul olunduğu zaman Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə əlavə faizlərin düzgün hesablanmaması nəticəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində almış olduğu bütün ödənişlər xidmət illərinə görə faiz əlavəsi 10 faiz nəzərə alınmaqla ödənilmişdir. Lakin yuxarıda da, qeyd edildiyi kimi, həmin faiz dərəcəsi 15 faiz olmaqla hesablanmalı idi. Həmçinin iddiaçı xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində norma üzrə təmin olunmalı olduğu geyim forması ilə də, təmin edilməmişdir. Belə ki, iddiaçı 07 mail 2017-ci il tarixdə FHN-dən ehtiyyata buraxıldığı zaman da xx.xx.2010-cu il tarixindən təmin olunmadığı geyim formalarına görə cavabdehdən kompensasiya tələb etmişdi. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə heç bir cavab verilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2019-cu il tarixdə yenidən FHN-nə xidmətə qəbul oldu və bundan sonra da ehtiyyata buraxıldığı xx.xx.2023-cü il tarixədək olan müddət ərzində eyni hal təkrarlandı və o, təmin olunmalı olduğu geyim forması ilə təmin olunmadı. Həmçinin iddiaçı ehtiyata buraxıldığı zaman da buna dair ona cavabdeh tərəfindən heç bir məbləğdə kompensasiya da ödənilməmişdir. Bundan başqa iddiaçı xx.xx.2023-cü il tarixində N saylı hərbi hissədə Tabor komandiri vəzifəsində xidmət etdiyi zaman səhhəti ilə bağlı çəkmiş olduğu xərclər ona ödənilməmişdir. Həmin zaman iddiaçının çəkdiyi xərclərin ödənilməsi üçün xx.xx.2023-cü il tarixində N saylı hərbi hissənin komandirinə təqrirlə müraciət etsə də, bununla bağlı ona heç bir cavab verilməmişdir. Belə ki, iddiaçının xx.xx.2023-cü il xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində keçmiş olduğu müayinələrə görə ümumilikdə 210 manat, almış olduğu dərman vasitələrinə görə isə 23,78 manat xərci çıxmışdır. Bundan başqa iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək dalğıc heyəti vəzifələrində xidməti müddətində istifadə etmədiyi əlavə məzuniyyətə görə heç bir məbləğ ödənilmədiyi üçün kompensasiyada ödənilməmişdir. Belə ki, qeyd edilən xidmət illəri müddətinin 2011, 2012, 2013 və 2014-cü il tarixlərində iddiaçıya sualtı illik normanı yerinə yetirdiyinə görə ona hər ilə görə N gün olmaqla ümumilikdə 40 gün əlavə məzuniyyət verilməli idi. FHN-nin X7xilasetmə Xidməti tərəfindən 07 dekabr 2010-cu il tarixində verilmiş dalğıcın şəxsi kitabçasının 14-20 səhifələrində suyun altında qalma saatlarının hesabatları qeyd edilmişdir və iddiaçı həmin hesabatlara əsasən 2011-ci il üçün 159 saat 45 dəqiqə, 2012-ci il üçün 165 saat 27 dəqiqə, 2013-cü il üçün 123 saat 34 dəqiqə və 2014-cü il üçün 125 saat 41 dəqiqə olmaqla qeyd etmiş olduğu illərin hər biri üçün sualtı illik normanı yerinə yetirdiyinə görə hər ilə görə N gün əlavə məzuniyyət hüququ qazanmışdır. Lakin həmin məzuniyyətlər iddiaçıya verilməmiş, həmçinin ehtiyyata buraxıldığı zaman buna dair heç bir məbləğdə kompensasiya ödənilməmişdir. İddiaçı 2013-cü ilin may ayında 2 həftə, 2014-cü ilin may ayında 2 həftə, 2015-ci illərin may ayında 2 həftə Qazaxstan Respublikasının Almatı şəhərində və 2015-ci ilin iyul ayında isə 3 həftə Türkiyyə Respublikasının İstanbul şəhərinə ezam olunduğu günlərdə xarici ölkələrə ezamiyyə olunduğuna görə ona heç bir məbləğdə ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində həftə ərzində 41 saat xidməti normanı keçdiyinə görə ona heç bir məbləğdə ödəniş olunmamışdır. İddiaçı zabit olduğu üçün 5 günlük iş həftəsi ilə həftə ərzində 41 saatdan çox olmayan xidmət vaxtı ilə işləməli idi. Lakin iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədəkhər həftənin şənbə günü səhər saat 09:00-da işə gəlib 15:00-da işdən getdiyi, bundan başqa istirahət və bayram günlərində 5 saat işdə olduğu və hər həftə həftə içi günlərdə isə 18:00-da iş saatının qurtarmasına baxmayaraq saat 19-21 radələrində işdən çıxdığını nəzərə alsaq, iddiaçı həftəlik 41 saat normanı keçmişdir. İddiaçının artıq işlədiyi saatlarını FHN-nin XRXX-nin N saylı hərbi hissəsinin “Saxlancların, otaqları və digər yanğın təhlükəli obyektlərin bağlanmazdan əvvəl yanğına qarşı vəziyyətin yoxlanılmasının” qeydiyyatı kitabı, “Xidməti otaqların təhvil-təslim” kitabı, xidmətdə olduğu müddət ərzində xidməti istifadəsində olmuş “Chevrolet Niva” markalı **-PF-*** dövlət qeydiyyat nişanlı və “Lada Niva” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin yol vərəqələri və “Avtomobillərin parkdan çıxıb qayıtması” kitabı ilə əsaslandırıla bilər. Bundan başqa iddiaçı FHN-dən ehtiyata buraxıldığı zaman cavabdeh tərəfindən onun vəzifə maaşı 596 manat olmaqla hesablanmamışdır. Belə ki, iddiaçı FHN-də xidmət etdiyi zaman hərbi hissə komandiri vəzifəsindən aşağı vəzifə olan tabor komandiri vəzifəsinə qanunsuz olaraq keçirilmişdir. Əmrin hüquqi əsası olmadığından, iddiaçıya qarşı qərəzli şəkildə qəbul olunduğuna və hal-hazırda da, sosial və hüquqi vəziyyətini pisləşdirdiyindən həmin əmr ləğv edilməlidir. İddiaçı FHN-də xidmət etdiyi zaman hərbi hissə komandiri olduğu təqdirdə vəzifə maaşı 596 manat idi. Lakin tabor komandiri vəzifəsinə təyin olunduqdan sonra vəzifə maaşı 555 manat olmuşdur. Belə olduğu təqdirdə iddiaçı aşağı vəzifəyə təyin edilmiş hesab olunur. Lakin iddiaçının tabor komandiri vəzifəsinə təyin olunmağına dair təqdimata və əmrə heç bir əsaslandırma sənədləri əlavə edilməmiş, edilən sənədlər isə aşağı vəzifəyə keçməyinə dəlalət etməmişdir. Həmçinin iddiaçının təyin olduğu tabor komandiri vəzifəsinin hər bir hissə komandiri vəzifəsindən aşağı vəzifə olmasına baxmayaraq təqdimat və əmrdə sözügedən vəzifələrin əsaslandırılmadan bərabər vəzifə olduqları qeyd edilmişdir. Həmçinin iddiaçının təyinatı olduğu təqdirdə o, Daxili xidmət nizamnaməsinə əsasən hərbi hissənin qoşun təsərrüfatının təhvil-təslim edilməsi aktına imza edərək təhvil vermişdir. Lakin həmin təyinatla razılaşmamış və vəzifəsinin təhvil verilməsi ilə bağlı heç bir akt tərtib edilməmişdir. Həmin nizamnamədə qeyd edilmişdir ki, hərbi hissə komandiri ən çox N gün müddətində iş və vəzifələrin təhvil verməlidir və bu barədə yuxarı komandanlığa məlumat verməlidir. Həmçinin iddiaçının sözügedən vəzifəyə təyin olunduğu zaman heç bir intizam cəzası da olmamış və 2022-ci ilin yekunlarına görə komandanlıq tərəfindən 100 faiz pul mükafatına da layiq görülmüşdür. Belə olduğu təqdirdə iddiaçı ehtiyata hərbi hissə komandiri kimi buraxılmalı idi və bu zamanda vəzifə maaşı 596 manat olmaqla hesablanmalı idi. Bu halda iddiaçının vəzifə maaşına əlavə və xidmət illərinə görə əlavədə 596 manata olan nisbətlə hesablanmalı idi. Lakin iddiaçının qanunsuz olaraq aşağı vəzifə olan tabor komandiri vəzifəsinə keçirildiyi üçün ehtiyata buraxıldığı zaman vəzifə maaşı 555 manat olmaqla hesablanmışdır. Bu da, öz növbəsində vəzifə maaşına əlavə və xidmət illərinə görə əlavənində 555 manata uyğun olaraq hesablanmışdır. Bundan başqa iddiaçının əmək kitabçası təxris olunduğu gün verilmədiyi üçün əmək kitabçası verildiyi xx.xx.2023-cü il tarixədək işə düzələ bilmədiyinə görə ona maddi ziyan dəymişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardadı ilə iddiaçının iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin həmin qərarı irəli sürülmüş iddia tələblərinə münasibətdə əsassız və qanunsuzdur. Belə ki, həmin qərardadın əsaslandırma hissəsində iddianın mümkün sayılmamasına dair qeyd edilir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı yönəlmiş tələblərin bir- birindən asılılığı müəyyən olunmadıqda tələblərin ayrıca icraata ayrılması nəzərdə tutulmuşdur. Bundan sonra məhkəmə qeyd edir ki, “hazırkı halda isə iddiaçı bir-birindən asılı olmayan müxtəlif tələbləri bir cavabdehə qarşı yönəltmişdir ki, bu hal tələblərin ayrıca icraata ayrılmasına deyil, iddianın qeyri-mümkün hesab edilməsinə əsas verir. Qeyd edilənlərlə birmənalı razılaşmaq mümkün deyildir, çünki qeyd edilən halın hansı səbəbdən tələblərin ayrıca icraata ayrılmasına deyil, iddianın qeyri-mümkün hesab edilməsinə əsas verdiyi əsaslandırılmamışdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında bir-birindən asılı olmayan müxtəlif tələblərin bir cavabdehə qarşı yönəldiyi zaman həmin tələblərin ayrıca icraata ayrılmasının mümkün olmadığına dair bir hal qeyd edilməmişdir. Məhkəmə bizə məlum olmayan və 2015-ci il tarixli 5 nömrəli qərarda da, göstərilməyən və həmçinin öz qərardadında belə əsaslandırmadığı hansısa bir hala əsaslanaraq qeyd etmişdir ki, bir cavabdehə qarşı yönəlmiş bir neçə tələb ayrıca icraata ayrıla bilməz. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd edilmişdir ki, (10.1.) Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. (10.2.) Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Qeyd edilənlərdən göründüyü kimi məhkəmə bir neçə tələbdən ibarət olan iddianın mümkünlük şərtləri hər bir tələbə münasibətdə yoxlanılmalı və tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda iddiaya həmin hissədə baxılmalıdır. Lakin məhkəmə bu xüsusata önəm verməmiş, həmçinin 10.2-ci bəndin tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda tələbini nəzərə almadan ümumilikdə bütün tələblərə dair iddianın mümkünsüz sayılması qənaitinə gəlmiş, tələblərin ayrıca icraata ayrılmasına dair “2015-ci il tarixli 5 nömrəli qərarda göstərilməyən, tələblərin bir cavabdehə yönəlməsi” sözlərini əsas göstərərək mümkünsüz sayılma barədə qərardad qəbul etmişdir. Həmçinin onu qeyd etmək istəyirəm ki, məhkəmənin qərardadında qeyd edilmişdir ki, iddiaçı bir iddiada həm xidmət illərinin hesablanaraq yeni məlumat vərəqinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi, həm də müxtəlif məsələlərlə bağlı ona ödənilməmiş ödənişlərin ödənilməsi tələblərini bir icraatda birləşdirmişdir ki, yeni məlumat vərəqinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələbinin digər tələblərlə heç bir əlaqəsi yoxdur. Belə ki, qərardadın bu hissəsi ilə də, razılaşmırıq. Hesab edirik ki, bir iddiada birləşdirdiyimiz tələblər bir cavabdehə yönəlmişdir və bu Azərbaycan Respublikası Cavabdehdir, Bakı İnzibati Məhkəməsində baxılmalıdır və bir-biri ilə əlaqəlidir. Həmçinin onu qeyd etmək lazımdır ki, məhkəmənin iddianın mümkünsüz sayılması barədə qərardadında ilkin tələbimizin öhdəliyin icrası, digər tələblərimizin isə pul vəsaitinin ödənilməsi, yəni kompensasiya tələbləri barədə olduğu qeyd edilmişdir. Lakin hesab edirik ki, iddiada olan bütün tələblər öhdəliyin icrası ilə bağlıdır. Çünki burada İnzibati-Prosesual Məcəllənin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialardan söhbət getmir. Belə ki, burada iddiaçıya hər hansı bir ziyanın vurulmasına görə hər hansı bir məbləğ tələb edilmir. İddiada göstərilən tələblər iddiaçının qanunla da müəyyən edilmiş almalı olduğu müvafiq ödənişlərdir. Lakin Məcəllənin 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddiada isə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə ödənilməli olan kompensasiyalardan söhbət gedir. O halda iddiaçının tələbi 2.2.7-ci maddə də, nəzərdə tutulan tələb olardı ki, iddiaçı cavabdehdən hal-hazırda qoymuş olduğu tələblərə dair ödənişləri etməyib və bunun da nəticəsində iddiaçıya “ziyan” dəyib. İddiaçının vəziyyətində isə hələ ki ona qanunla müəyyən edilmiş qaydada çatası olacaq ödənişlərdən söhbət gedir və bu ödənişlərin hal-hazırki vaxtadək ödənilməməsi cavabdehin müəyyən hərəkətləri etməməsindən irəli gəlmişdir və öhdəliyin icrası haqqında iddiadır. Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi qərardad İnzibati Prosessual Məcəllənin bir sıra prinsiplərə ziddir. Həmin Məcəllənin 13-cü maddəsi “Məhkəmənin yardım etmək vəzifəsi” ” prinsipinin izahını özündə əks etdirir. Bu prinsip məhkəmədə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Belə ki, məhkəmə həmin prinsipə əsaslanaraq iddiaçıya təklif etmişdir ki, iddiada olan xidmət illərinin hesablanaraq yeni məlumat vərəqinin tərtib edilməsi və Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi tələbindın imtina etsin və digər tələbləri iddiada saxlasın, çünki bu tələblər bir icraatda baxıla bilməz və yenidən imtina etdiyi tələblərə dair iddia verə bilər. Bu təklif hazırlıq iclası zamanı olmuşdur və video çəkilişdə də, mövcuddur. Lakin bu zaman iddiaçı tərəfi olaraq məhkəməyə əgər tərəfimizdən verilmiş hansı ki, məhkəmədə bizə təklif edir ki, həmin tələbdən imtina edək, imtina etdiyimiz tələblərə dair yenidən iddianın verilməsi mümkündürsə, hansı səbəbdən ilkin tələb saxlanılmaqla digər tələblər ayrıca icraata ayrılmamışdır. Məhkəmə mövqeyimizə heç bir münasibət göstərmədən, bir daha bildirmişdir ki, “siz digər ilkin tələbdən imtina edin yoxsa iddianın mümkünsüz sayılmasına” dair qərar qəbul olunacaqdır. Hesab edirik ki, iddiada olan tələblər “məhkəmənin gəldiyi qənaətlə belə olsa” bir-biri ilə əlaqəli olmadığından məhkəmənin də “adını yardım etmək vəzifəsi olaraq adlandırdığı” təklifində də, qeyd edildiyi kimi ilkin tələbdən imtina edib digər tələblərin saxlanılmasına dair ərizənin verilməsi və həmin iddia tələbinə dair yenidən iddia ilə məhkəməyə müraciət etməyimiz mümkün olduğunu bildirməsindən də, aydın olur ki, əgər biz imtina edəcəyimiz tələblərə dair yenidən iddia ərizəsi verə biliriksə, bu halda hansı səbəbdən iddia üzrə məhkəmənin bizə imtina etməyimizi təklif etdiyi tələbi ayrıca icraata ayıra bilmir. Qeyd edim ki, iddianın mümkün sayılmamasına dair qərardad 6-cı hazırlıq iclası zamanı qəbul edilmişdir və 6-cı hazırlıq iclasının keçirildiyi xx.xx.2025-ci il tarixdə artıq tərəfimizdən məhkəməyə iddianın verildiyi tarixdən 1 il 1 gün müddət ötmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2025 saylı xx.xx.2025-ci il tarixli Qərardadı ilə çıxarmış olduğu yekun məhkəmə aktı iddiaçıya heç bir yardım etmək vəzifəsi daşımır. Həmin qərarın qüvvədə qalacağı təqdirdə iddiaçı yenidən 10 ayrı tələb ilə Bakı İnzibati Məhkəməsinə iddia verməlidir və bu da həm iddiaçının 1 il müddətinin boşuna getmiş olması, hər bir iddiaya görə vəkil ilə yeni müqavilənin bağlanması və ən vacibi məhkəmədə olan işlərin sayının heç bir əsas olmadan artması ilə nəticələnəcəkdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllə Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının hazrki iş üzrə tələbi iddiaçının Cavabdehndən ehtiyata buraxıldığı zamanadək etmiş olduğu ümumi xidmət illərinin və güzəştli xidmət illərinin düzgün hesablanaraq əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan məlumat vərəqinin yenidən tərtib edilərək Dövlət Sosial Müdafiə fonduna göndərilməsi, iddiaçının xx.xx.2010-cu il tarixdə Cavabdehnə xidmətə qəbul olunduğu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə faizlərin düzgün hesablanması, onun Cavabdehnə xidmətə qəbul olunduğu zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyində etmiş olduğu xidmət illərinə görə əlavə faizlərin düzgün hesablanmaması nəticəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində almış olduğu bütün ödənişlərə görə hesablanmamış 5 faiz əlavələrin hesablanaraq ödənilməsi, iddiaçının xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək və xx.xx.2019cu il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddət ərzində forma üzrə təmin olunmadığı geyim formasına görə müfaviq ödənişin hesablanması, iddiaçının xx.xx.2023cü il tarixində N saylı hərbi hissədə tabor komandiri vəzifəsində xidmət etdiyi zaman səhhəti ilə bağlı çəkmiş olduğu xərclərin ödənilməsi, iddiaçıya xx.xx.2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək olan müddət ərzində dalğıc heyəti vəzifələrində xidmət müddətdə istifadə etmədiyi əlavə məzuniyyət müddəti üçün ödənişin hesablanaraq ödənilməsi, iddiaçının 2013-cü ilin may ayında 2 həftə, 2014-cü ilin may ayında 2 həftə, 2015-ci illərin may ayında 2 həftə Qazaxstan Respublikasında və 2015-ci ilin iyul ayında isə 3 həftə Türkiyyə Respublikasına ezam olunduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi, iddiaçının xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan müddət ərzində 41 iş saatı xidməti normanı keçdiyinə görə iş vaxtından artıq işlədiyi saatlara görə əmək haqqının hesablanaraq ödənilməsi, onun Cavabdehndən ehtiyata buraxıldığı zaman vəzifə maaşının 596 manat olmaqla hesablanması, iddiaçının əmək kitabçasının təxris olunduğu gün verilmədiyi üçün əmək kitabçasının verildiyi xx.xx.2023-cü il tarixədək işə düzələ bilmədiyinə görə cavabdeh tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində işləmədiyi hər aya görə 1000 manat, ümumilikdə 2000 manat pulun əldən çıxmış fayda qismində ödənilməsi ilə bağlıdır. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərarda bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı yönəlmiş tələblərin bir-birindən asılılığı müəyyən olunmadıqda tələblərin ayrıca icraata ayrılması nəzərdə tutulmuşdur və hazırkı halda iddiaçı bir-birindən asılı olmayan müxtəlif tələbləri bir cavabdehə qarşı yönəltmişdir ki, bu hal tələblərin ayrıca icraata ayrılmasına deyil, iddianın qeyri-mümkün hesab edilməsinə əsas verir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən əsaslarla iddianın qeyri-mümkün sayılması barədə gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. (10.2). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Hazırki işdən görünür ki, iddiaçı cavabdeh inzibati orqana qarşı bir neçə müxtəlif tələb irəli sürmüşdür. Birinci instansiya məhkəməsi eyni cavabdehə qarşı sürülən iddia tələblərinin bir-birindən asılı olmadığı və hər birinə ayrıca icraatda baxılmasının məqsədəmüvafiq olduğuna istinad edərək iddianı bütövlükdə mümükün saymamışdır. Halbuki məhkəmə öz xidməti vəzifəsindən irəli gələn hüquqi yardımı iddiaçıya göstərərək tələblərini azaltmasını deyil, bir icraatın müstəqil işlər üzrə icraata ayrılmasını təklif edə bilərdi və ya mümkün olan iddia tələblərini bir işdə saxlamaqla, digər iddia tələblərini bu icraatla bir yerdə baxılmasının qeyri-mümkünlüyünü nəzərə alaraq onları ya qeyri-mümkün saymalı, ya da mümkün olduğu halda öz təşəbbüsü ilə həmin iddia tələblərini ayrıca icraata ayıra bilərdi. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının qoyduğu tələblərin onun hüquqi marağını əhatə edib-etmədiyini bir daha yoxlamalı, mümkün olduğu təqdirdə ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli, iddia tələblərinin mümkün olan hissəsinə mahiyyəti üzrə baxmalı, bir icraatda baxılması mümkün olmayan iddia tələblərini isə ayrıca icraata ayıra bilər. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 2-1(112)-794/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardad Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələbləri pozulmaqla qəbul edildiyi üçün ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-794/2025 saylı 31 yanvar 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar