Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1996/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş dövr üzrə ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-297/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı2 xx.xx.1961-ci il təvəllüdlüdür. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 25 iyul 1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı2 xx.xx.1979-cu ildə Quba inqubator quşçuluq stansiyasına quşabaxan fəhlə qəbul edilmiş, xx.xx.1979-cu ildə işdən azad edilmişdir. xx.xx.1979-cu ildə Bazaya anbarçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1981-ci ildə Kontroller qəbul edilmişdir. xx.xx.1981-ci ildə 2-ci dərəcəli kontroller vəzifəsinə verilmişdir. xx.xx.1987-ci ildə öz razılığına əsasən işdən azad edilmişdir. xx.xx.1988-ci ildə toxucu vəzifəsinə götürülmüşdür (“Brayzer 25”). xx.xx.1990-cı ildə İstehsalar sahəsi “Natavan”nın icarə şərtli işə keçirilməsi ilə bağlı “Samira” adı verilmişdir. xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli 2 saylı əmrə əsasən “Natavan” fabrikinə keçirilmişdir. xx.xx.1992-ci ildə “Natavan” toxuma və təmir fabriki “Natavan” fabrikinin emalatxanasına toxucu vəzifəsinə götürülmüşdür. xx.xx.1992-ci ildə öz razılığına əsasən Azərbaycan SSR ƏM 37 maddəsinə əsasən işdən azad edilmişdir (“həqiqi hesab edilmir” qeydi müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilmişdir) xx.xx.1999-cu ildə öz razılığına əsasən Azərbaycan SSR ƏM 37 maddəsinə əsasən işdən azad edilmişdir. xx.xx.2007-ci ildə Xətai rayon 91 saylı MKİS-ə lift bələdçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə Yeni Servis MMC-yə mətbəx işçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2017-ci ildə vəzifədən azad edilmiş, xx.xx.2021-ci ildə Yeni Servis MMC-yə mətbəx işçisi vəzifəsinə təyin edilmişdir. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının BA- 01731-2021 saylı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı Komvol Kombinatının natamam arxiv sənədlərinin şəxsi vərəqələrində vətəndaş Xaməmmədova (Duruskari) Zöhrə Mirzağa qızının xx.xx.1981-ci il tarixli, 112 saylı əmrlə xx.xx.1981-ci il tarixdən TBO-ya nəzarətçi şagirdi kimi işə qəbul olunması, xx.xx.1987-ci il tarixli, 115 saylı əmrlə xx.xx.1987-ci il tarixdən öz xahişi ilə işdən azad olunması, 1981,1982, 1983, 1984, 1985-ci illər, 1986-cı ilin mart, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 1987-ci ilin yanvar, fevral, avqust aylarına dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışında 1981, 1982, 1983, 1984, 1985, 1986 və 1987-ci illərin əmək haqqı cədvəli təqdim olunur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinə münasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavadeh orqan onun ərizəsini xx.xx.2021-ci il tarixində almış, lakin üstündən 35 gündən çox vaxt keçsə də heç bir cavab verməmişdir. Ona “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki o, tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı xx.xx.2017-ci il tarixinədək qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanlarin: kişilər - 57 yaşına çatdıqda, azı 25 ili sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 ili sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli olan işlərdə işlədiyinə görə ona 52 yaşında pensiya təyin edilməlidir. İndi isə onun tələb olunan həmin sığorta stajına nəzər salaq. O, xx.xx.1961-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşdur. xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Quba quşçuluqda quşa baxan fəhlə işləmişdir (6 ay, 9 gün ümumi staj). xx.xx.1979cu ildən xx.xx.1981-ci ilədək Azərtexstapın bazasında anbarçı işləmişdir (1 il, 6 ay ümumi staj). xx.xx.1981 -ci ildən xx.xx.1987-ci ilədək Bakı Komvol Kombinatında kontroller işləmişdir (6 il güzəştli staj). xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək Natavan (Samira, Güney, ŞFB) X2 trikotaj toxucu işləmişdir (11 il, 8 ay, 2 gün güzəştli staj). xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilədək Xətai rayonu 91 saylı MKİS-də lift bələdçisi işləmişdir (5 ay, 28 gün ümumi staj). xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC-də mətbəx işçisi işləmişdir (52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək 1 il, 1 ay, 3 gün ümumi staj). xx.xx.2017-ci ildən xx.xx.2021-ci ilədək ,”Yunis Servis” MMC-də xidməti müqavilə ilə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci ildən hal-hazıra kimi "xxxx" MMC-də mətbəx işçisi işləmişdir. xx.xx.2013-cü ilə kimi ümumi stajı 21 il, 1 ay, 12, güzəştli iş stajı isə 17 il, 8 ay, 2 gün təşkil edir. Onun işlədiyi həmin iş yerləri ləğv olunduğuna, onlar barədə heç bir məlumat əldə edə bilmədiyinə görə iş yerlərindən güzəştli arayış almağı mümkün olmamışdır. Beləliklə, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin imperativ xarakter daşıyan hüquq norması və Azərbaycan Respublikası Konstitusiyasının normaları və prinsipləri əsas götürülərək zərərli işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olduğundan ona 52 yaşından pensiya təyin edilməlidir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh orqana müraciət etsə də müraciətinə cavab verilməmişdir. Lakin adıçəkilən şəxsin iddia tələbində qeyd edilənlərlə bağlı Mərkəzi Filiala hər hansı bir müraciəti daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı2 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair iddiasının mümkün sayılmaması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı2 Mirağa qızına 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 işlədiyini iddia etdiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı Komvol Kombinatında kontroller vəzifəsinin, eyni zamanda, xx.xx.1988-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Natavan X2 trikotaj toxucu vəzifəsinin güzəştli iş stajına aid edilib-edilməməsi ilə bağlı oxşar müəssisələrə sorğular ünvanlanmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 51 nömrəli məktubda qeyd olunmuşdur ki, İddiaçı2 Mirağa qızı müxtəlif vaxtlarda «kontroller» və «toxucu» vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli siyahısının 22100000- Yüngül sənayeyə (toxuculuq sənayesi) aid olan vəzifəlilərdə «kontroller», «toxucu» vəzifələri nəzərdə tutulmamışdır. Əlavə olaraq bildiririk ki, 22002000- 16167 kod üzrə «darama-toxuma avadanlıqlarının operatoru» vəzifəsi nəzərdə tutulmuşdur. Bundan başqa, toxuculuq istehsalatı, dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin siyahısında «toxucular-metal və sintetik tor toxuyan toxucular» nəzərdə tutulur. Beləliklə, İddiaçı2 Mirağa qızının əmək kitabçasındakı qeydlərə əsasən 21 avqust 1981 -ci il tarixdən 21 avqust 1987-ci il tarixədək «kontroller» vəzifəsində fəaliyyəti təsdiq edilsə də, həmin vəzifənin zərərli işlər kateqoriyasına aid olmadığı aşkar edilmişdir. Sorğuda qeyd edilən «Brayzer» 25 maşınında toxucu kimi fəaliyyətinin zərərli işlərə aid olub-olmaması barədə "xxxx" ASC-də qeyd olunan «Brayzer» 25 maşınları olmadığına görə güzəştli arayışı və zərərli işlərə aid olub olmaması barədə məlumatı verə bilmirik. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 116 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC 2012-ci ildən istehsal fəaliyyətini tam dayandırmışdır. Sorğuda qeyd edilən müəssisələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıdakı hansı növ toxuculuq fəaliyyəti ilə məşğul olması barədə heç bir məlumatımız olmadığına görə sorğunu cavablandırmağı mümkünsüz hesab edirik. Bakıxanov Trikotaj” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 45 nömrəli məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-də “Brauzer 25 tipli maşınlar və “darama- toxuma avadanlıqlarının operatoru" vəzifəsi yoxdur. Hesab edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya şikayətinə dair yazılı etitazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarədir ki, onun işlədiyi toxucu peşəsinin siyahıda nəzərdə tutulan metal və sinteti tor toxuyan toxuculara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Onun işlədiyi peşə həm siyahıda nəzərdə tutulmuş, həm də məhkəmələr tərəfindən güzəştli olduğu təsdiq edilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onun iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı2 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə (xx.xx.2021-ci il tarixli ərizəsinə) münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçı iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və müraciət etdiyi xx.xx.2021-ci il tarixindən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik göstərilmiş, bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək tələb olunan 20 il ümumi iş stajına və 10 il güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, İddiaçı2 xx.xx.1961-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. Bununla yanaşı, əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı xx.xx.1979- xx.xx.1979-cu ilədək 06 ay 10 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək 01 il 06 ay, xx.xx.1981-xx.xx.1987-ci ilədək 06 il 01 gün, xx.xx.1988-xx.xx.1999-cu ilədək 11 il 08 ay 03 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2007-ci il tarixdən xx.xx.2007-ci il tarixədək və xx.xx.2012-ci il tarixdən xx.xx.2013 cü il tarixədək olan dövr üzrə 2007-ci ilin aprel ayından oktyabr ayına kimi, 2012-ci ilin iyun-dekabr, 2013-cü ilin yanvar-dekabr aylar üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 52 yaşının tamam olduğu xx.xx.2013-cü ilədək məcburi dövlət sosial sığorta haqları ödənilmiş illəri ümumi sığorta stajına hesablanmalıdır. Belə olan halda, iddiaçının sığorta stajı xx.xx.2007-xx.xx.2007-ci il tarixədək 05 ay 28 gün və xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 01 il 01 ay 04 gün təşkil edir. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək 21 il 03 ay 16 gün (xx.xx.1979xx.xx.1979-cu ilədək 06 ay 10 gün, xx.xx.1979-xx.xx.1981-ci ilədək 01 il 06 ay, xx.xx.1981xx.xx.1987-ci ilədək 06 il 01 gün, xx.xx.1988-xx.xx.1999-cu ilədək 11 il 08 ay 03 gün, xx.xx.2007-xx.xx.2007-ci ilədək 05 ay 28 gün, xx.xx.2012- xx.xx.2013-cü ilədək 01 il 01 ay 04 gün olmaqla) ümumi sığorta stajı toplamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş üzrə müəyyən olunur ki, iddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış iş materiallarına əlavə edilməmişdir. Lakin birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddiaçının işlədiyi yerdən zərərli işlərdə işləməsinə dair güzəştli arayışı təqdim edə bilməməsi onun işlədiyi dövrün güzəştli iş stajı kimi nəzərə alınmamasına mane təşkil etməməlidir. Belə ki, iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1987ci ilədək və xx.xx.1988-ci ildən xx.xx.1999-cu ilədək olan dövrdə zərərli işdə işlədiyini iddia etmişdir. İddiaçıya məxsus əmək kitabçası qeydlərində iddiaçının xx.xx.1981-ci ildə kontroller vəzifəsinə qəbul edildiyi, xx.xx.1987-ci ildə həmin vəzifədən azad edildiyi, xx.xx.1988-ci ildə toxucu vəzifəsinə (“Brayzer 25”) qəbul edildiyi, xx.xx.1992-ci ildə emalatxanaya toxucu vəzifəsinə götürüldüyü və xx.xx.1999-cu ildə işdən azad edildiyi göstərilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğulara əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidmətindən əldə edilmiş cavab məktublarından müəyyən olunur ki, iddiaçının işləmiş olduğu müəssisə Respublika X1muş, həmin birliyin bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 642 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.1997-ci il tarixində tam özəlləşdirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisi xx.xx.1999cu il tarixdə 617 nömrə ilə dövlət qeydiyyatından keçmiş "xxxx" Şirkəti olmuş və "xxxx" Şirkəti təsisçilərinin qərarına əsasən xx.xx.2016-cı il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Beləliklə, iddiaçının işləmiş olduğu nə Respublika İstehsalat Trikotaj icarə Birliyi, nə də onun hüquqi varisi olan "xxxx", "xxxx" Şirkəti mövcud olmadığından iddiaçının işləmiş olduğu vəzifələrlə bağlı güzəştli arayışın əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. ...Müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər”. Yuxarıda qeyd edilən icmal məktubdakı hüquqi mövqeyə uyğun olaraq məhkəmə iddiaçının işlədiyi vəzifələrin zərərli işlərə aid olub-olmaması barədə güzəştli arayışın oxşar sahədə fəaliyyət göstərən müəssisələrdən əldə edilməsi ilə bağlı sorğular vermiş, lakin Respublika İstehsalat Trikotaj İcarə Birliyi (Samira, Natavan),"xxxx", "xxxx" Şirkətləri ilə oxşar sahədə (toxuculuq, trikotaj) fəaliyyət göstərən "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC, "xxxx" ASC müəssisələrindən iddiaçının işləmiş olduğu vəzifələrin bilavasitə zərərli iş hesab edilməsinə dair arayışın əldə edilməsi mümkün olmamışdır. İddiaçıya aid əmək kitabçasındakı xx.xx.1981-xx.xx.1987-ci il tarixədək işlədiyi kontroller vəzifəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hər hansı vəzifə koduna uyğun gəldiyi müəyyən olunmamışdır. Eyni zamanda iddiaçının işlədiyi xx.xx.1988-xx.xx.1999-cu il tarixədək olan dövrün qiymətləndirməsi zamanı müəyyən olunmuşdu ki, iddiaçı həmin illərdə toxucu, xüsusən də «Brayzer» 25 maşınında toxucu vəzifəsində işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş məlumatda toxucu vəzifəsinin funksiyaları, eləcə də zərərli xüsusiyyətləri sadalanmışdır. Belə ki, toxucu—sap babinlərini toxucu dəzgahlarına yerləşdirir, ölçüləri yığır, məhsulun toxunması əməliyyatına nəzarət edir. Toxunma zamanı sap babindən açıldıqdan toz əmələ gəlir. Beləliklə, toxunma zamanı sap babindən açılmış tozun bu vəzifədə çalışanların sağlamlıqları üçün zərərli hesab edildiyi, dolayısı ilə peşənin zərərli iş olduğu aşkardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıs”nın sonuncu bəndinin əvvəlki bəndində olan “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”da “Kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndircut, trikotaj, toxuculuqqalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə) zərərli hesab edilən vəzifələrin adları sadalanır. İddiaçının toxucu peşəsini işlədiyi müəsissənin fəaliyyəti profili, eləcə də toxucu vəzifəsinin bilavasitə yuxarıda adı çəkilən zərərli xüsusiyyətindən irəli gələrək qeyd edilən bölmədə “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşəsinə uyğun hesab etmək mümkündür. Məhkəmə o halı da nəzərə alır ki, həmin hissədə “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşələrin adlarında toxucular sözündən sonra “-” (defis) işarəsi qoyulmadığından bu qənaətə gəlmək mümkündür ki, “toxucular” peşəsi ayrı, “metal və sintetik tor toxuyan toxucular” peşələri ayrı-ayrılıqda sadalanır. Başqa sözlə, iddiaçının işlədiyi toxucu vəzifəsini eyni adlı “Toxucular metal və sintetik tor toxuyan toxucular” peşələrinə aid edilməsini istisna edən hal mövcud deyildir. Eyni zamanda məhkəmə iddiaçının məhz «Brayzer» 25 maşınında toxucu işlədiyini də nəzərə alaraq hesab etmişdir ki, toxuculuq istehsalatında dəzgah və maşınlarda çalışanların vəzifəsi həm də yenə həmin bölmədə-“Kağız-pambıq, pambıq, kətan, yun, ipək, kəndir-cut, trikotaj, toxuculuq-qalanteriya, keçə istehsalatları; süni və sintetik istehsalatlarında toxuculuq sexlərində (sahə, bölmə)” “Darama avadanlığının operatorları, o cümlədən qeyri-toxunma materialların istehsalında çalışan operatorlar” vəzifəsinə də uyğun hesab etmək olar. Beləliklə, İddiaçı2 Mirağa qızının əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1988xx.xx.1999-cu il tarixədək işlədiyi dövr 11 il 08 ay 03 gün zərərli iş stajı hesab edilməklə güzəştli şərtlərlə yaşa görə pensiya təminatına imkan verir. Buna görə də iddiaçı 52 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixədək tələb olunan 20 il ümumi iş stajını, 10 il güzəştli iş stajını topladığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi müvafiq qərarlarında belə sərgilənmişdir (2-1(102)-1764/2021 saylı xx.xx.2021-ci il və 2-1(102)-180/2022 saylı xx.xx.2022-ci il tarixli qərarları). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsaslanaraq iddiaçıya pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 297/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-297/2023 saylı 18 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1996/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1996/2023
21.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver