Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1998/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əvvəlki müddət üçün müavinətin ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı «müharibə veteranı» adının və vəsiqəsinin verildiyi xx.xx.2021-ci il tarixdən üç il əvvəlki - 36 aylıq dövr üzrə ödənilməmiş müavinətin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM.m.34). İşin faktiki hallarına əsasən iddiaçı 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Ona xx.xx.2021-ci il tarixində müharibə veteranı adı və vəsiqəsi verilməsi və cavabdeh tərəfindən ona həmin tarixdən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd təyin edilmişdir. Lakin əvvəlki dövrə görə ona müvinət ödənilməmiş, bu məqsədələ keçmiş dövr üçün sosial müavinətin ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixdə ona imtina cavabı vermişdir. Cavabdehin 05 avqust 2021-ci il tarixli imtina məktubunda qeyd olunur ki, iddiaçıya veteran vəsiqəsinin təqdim edildiyi (xx.xx.2021) tarixdən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 saylı fərmanına müvafiq olaraq prezident təqaüdü təyin edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Ona “Sosial müavinət haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün sosial müavinət ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının müharibə veteranı üçün verilən müavinətin (təqaüdün) ödənilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə fililala müraciət etdiyini və filialın xx.xx.2021-ci il tarixli 15485 saylı qərarı ilə ona müharibə veteranı vəsiqəsi verildiyi xx.xx.2021-ci il tarixdən 80 manat məbləğində prezident təqaüdü təyin edilərək ödənildiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilərək, AR DİN-in iştirakı ilə işə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, 20 il müddətində ona veteran statusının verilməməsi onun təqsiri üzündən baş verməmişdir. Əgər, “Sosial müəavinətlər haqqında” Qanunda hər hansı məhdudiyyət yoxdursa, onda həmin pullar ona ödənilməlidir. Hesab edir ki, 2013-cü ildən xx.xx.2019-cu il tarixədək olan dövr üçün ona sosial müavinətlər ödənilməlidir. Ən azından əvvəlki üç il hesablandıqda, yəni, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr üçün (11 ay) ona müəvinət verilməlidir. Bu məbləğin 2 ayı 45 manatdan, digər 9 ayı 55 manatdan hessablandıqda 585 manat məbləğində sosial müvinətin ödənilməsi anlamına gəlir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, 2011-ci ildən pensiya aldığını, müharibə veteranı kimi müavinət almadığını bildirərək şikayətin təmin olunmsını məhkəmədən xahiş etmişdir (Hazırkı məhkəmə iclası barədə məlumat verilsə də məhkəməyə gəlməmiş, İPMin 62.3-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.) Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Hüseynova iddiaçıya qanunvericiliə uyğun olararaq xx.xx.2021-ci il tarixdən prezident təqaüdü təyin edildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlaılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndi ilə xx.xx.2019-cu il tarixindən 80 manat aylıq məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir (Həmin Fərmanın 3-cü bəndinə əsasən, bu Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir). İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müharibə veteranı vəsiqəsi (№034582) xx.xx.2021-ci il tarixdə verilmiş saylı vəsiqədən görünür ki, İddiaçı veteran vəsiqəsi verilmişdir. İşin mübahisələndirilməyən halarından göründüyü kimi, iddiaçıya veteran statusu verildiyi xx.xx.2021-ci il tarixdən müharibə veteranları üçün nəzərdə tutulan prezident təqaüdü təyin edilərək ödənilir. Konkret halda iddiaçı, apellyasiya şikayətinin qeyd olunan dəlillərində mübahisələndirir ki, 2013-cü ildən xx.xx.2019-cu il tarixədək olan dövr üçün ona sosial müavinətlər ödənilməli, ən azından əvvəlki üç il üçün yəni, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövr üçün (11 ay) ona müəvinət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının aşağıdakılara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, ” Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli 641 nömrəli Fərmanı ilə xx.xx.2019-cu il tarixindən prezident təqaüdü təsis edilənə qədər “Sosial müavinətlər haqqında” Qanunu ilə aşağıdakılar nəzərdə tutulurdu: 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilir; 7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda müavinət təyin edilir. 9.1. ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: - 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. “Sosial müavinətlər haqqında” Qanunun 9.1 və 9.15-ci maddələrinin qeyd olunan tələbləri nəzərə alındıqda, iddiaçıya cavabdehə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən istər əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixindən prezident təqüdü təsis edildiyi xx.xx.2019-cu il tarixədək (10 ay 11 gün) olan müddət üçün, istərsə də 2013-cü ildən xx.xx.2019-cu il tarixinədək olan keçmiş dövr üçün müharibə veteraları üçün nəzərədə tutulan müavinətin ödənilməsi istisna edilir. Belə ki, Qanunun qeyd olunan 9.1.5-ci maddəsinin məzmunundan aydın görünür ki, qanunvericiliklə müəyyən edilmiş hallarda hüququnu itirdikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə - müavinət ödənilmir. Bu Qanunun 11.1-ci maddəsi isə nəzərdə tutur ki, müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: “...11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda; ...” İddiaçının özünün də etirafından, habelə, hazırkı mərhələdə İPM-in 12.1-ci maddəsinin tələbləri qaydasında məhkəmə tərəfindən cavabdeh orqandan əldə olunmuş İddiaçı pensiyası barədə cədvəl məlumatlarına əsasən müəyyən olunmuşdur ki, xx.xx.2011-ci il tarixindən ona 345,28 manat əmək pensiysı təyin edilmiş və hal-hazırda o, 479 manat məbləğində pensiya alır (İşə əlavə olunur). Belə olan halda, Qanunun qeyd olunan 9.1.5-ci və 11.1.5-ci maddələrinin tələbləri baxımından, İddiaçı xx.xx.2019-cu il tarixinədək əmək pensiyası aldığı halda, ona müharibə veteranı kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilə və ödənilə bilməzdi. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarını mahiyyəti üzrə maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olması ilə bağlı irəli sürdüyü dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3186/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: MirzəTağızadə Zəki Babayev
Məhkəmə qərarları › İş №2-1(103)-1998/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1998/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver