Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1998/2025 17.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Azərbaycan Texniki Universiteti) qarşı “təhsilinin davam etdirilməsi və ali təhvil alma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı Eunulla oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin iddiaçıya ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə daxil olmuş (3-29- 68/1-H-2104-4/2024 nömrəli və xx.xx.2024-cü il tarixli) müraciətinizə cavab olaraq bildiririk ki, bərpa olunma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli, KQ-02 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na əsasən yay və qış tətili dövründə ali təhsil müəssisələri tərəfindən həyata keçirilir. Sözügedən Qaydalara uyğun olaraq, yay və qış tətili müddətində ali təhsil müəssisəsinə müraciət etməyiniz tövsiyə olunur.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Azərbaycan Texniki Universiteti” X5 iddiaçıya ünvanlandığı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndinə əsasən ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Siz 2017/2018-ci tədris ilində hərbi liseylərə qəbulla bağlı test imtahanlarında 132 bal toplayaraq H.Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) qəbul olmusunuz. Lakin Siz 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməmisiniz (ancaq buraxılış imtahanında iştirak etmisiniz) və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin daxili əmri ilə tələbələr sırasına qəbul edilmisiniz. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizin Azərbaycan Texniki Universitetinə “Radiotexnika və telekommunikasiya mühəndisliyi” ixtisası üzrə bərpa olunmağınız barədə müraciətinizin təmin edilməsi qeyri-mümkündür.”
3. Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutunun iddiaçıya təqdim etdiyi xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil almışdır. xx.xx.2023-cü il tarixdə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Texniki Universitetində hər hansı bir ixtisasına uyğun fakültələrdə qalan təhsilini davam etdirmək və ali təhsil almağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Texniki Universiteti üçüncü şəxs qismində (adi cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Ali Hərbi Məktəbində Dəniz rabitəçisi fakültəsində kursant kimi təhsil almış, lakin müəyyən səbəblərdən 4-cü kursa keçəndə Azərbaycan Ali Hərbi Məktəbindən xaric edilmişdir. xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilədək N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Hal-hazırda müraciəti ondan ibarətdir ki, Azərbaycan Ali Hərbi Məktəbində Dəniz rabitəçisi fakültəsində və ya Təhsil Nazirliyinin nəzdində X1 təhsilini davam etdirmək və ali təhsil almaqdır.
7. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı 3-29- 68/1-H-2104-4/2024 nömrəli xx.xx.2024-cü il tarixli ərizəsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır və həmin müraciət 3-29-68/2-71-2104/24 nömrəli xx.xx.2024-cü il tarixli məktubla cavablandırılmışdır. Eyni zamanda, sözügedən müraciətə həmçinin Azərbaycan Texniki Universiteti tərəfindən xx.xx.2024-cü il tarixli məktubla münasibət bildirilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-02 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 4.11-ci yarımbəndinə əsasən xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələr üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3-4.9- cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirilir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmət keçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının KQ-02 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndində ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. Aparılan araşdırma zamanı İddiaçı 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanında iştirak etməməsi və xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin daxili əmri ilə tələbələr sırasına qəbulu, xx.xx.2023-cü il tarixdə isə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric olunması müəyyən edilmişdir. İddiaçı qəbul imtahanında iştirak etməməsi və daxili əmr əsasında qəbul olunduğu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunması səbəbindən, habelə onun köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balını yığmadığını nəzərə alaraq və yuxarıda qeyd olunanlara əsasən İddiaçı “təhsilinin davam etdirilməsi və ali təhsil alma” barədə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraza uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, iddiaçı isə apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
14. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ02 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) dair Qaydaları”nın: 2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir. 2.8. Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsilində) səviyyəsində təhsil alan tələbənin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunanlar istisna olmaqla) təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsilalma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə (bundan sonra – Nazirlik) razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun. 2.10. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.5-ci maddəsinə əsasən ali təhsil müəssisəsinə müsabiqədənkənar qəbul olunan tələbələr ixtisaslarını yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın 2-ci hissəsində göstərilən ixtisaslara dəyişdirmək hüququna malikdirlər. 4.1. Ali təhsil müəssisəsindən xaric olunmuş şəxslər xaric olunma tarixindən 15 il müddətində yalnız əvvəl təhsil aldığı ali təhsil müəssisəsinə bərpa olunmaq üçün müraciət edə bilərlər. Bu zaman payız semestrində təhsil müəssisəsindən xaric olunan şəxslər növbəti payız semestrində (semestrlərində), yaz semestrində xaric olunan şəxslər isə yalnız növbəti yaz semestrində (semestrlərində) təhsil müəssisəsinə bərpa olunurlar. 4.11. Xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunan şəxslər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin tələbələri üçün müəyyən edilmiş qəbul şərtlərinə cavab verdikləri halda, əvvəl təhsil aldıqları, yaxud digər hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Belə hallarda xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa həmin təhsil müəssisələrinin tabe olduqları qurumların razılığı ilə, bu Qaydaların 4.1-ci bəndinin ikinci cümləsində və 4.3- 4.9-cu bəndlərində göstərilən qaydada, lakin ən çoxu müvafiq ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç) il ərzində (müddətli həqiqi hərbi xidmət dövrü nəzərə alınmamaqla) həyata keçirlir. Bu zaman xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric olunaraq müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququnu saxlayan sabiq kursantlar həmin möhlət hüququnun qüvvədə olduğu müddətdə, müddətli həqiqi hərbi xidmətə göndərilən sabiq kursantlar müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra, hərbi və xüsusi rütbəli şəxslərlə komplektləşdirilən dəyişən heyətin sırasından xaric edilmiş digər şəxslər isə xidməti fəaliyyətlərini davam etdirdikləri müddətdə (qanunla müvafiq heyətlər üçün müəyyən edilmiş xidmətkeçmənin yaş hədləri daxilində) xüsusi təyinatlı ali təhsil müəssisələrinə bərpa olunurlar.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
17. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.2 və 3.1-ci maddələrinə əsasən) 24.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 13-15-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 25.Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçı Azərbaycan Texniki Universitetində hər hansı bir ixtisasına uyğun fakültələrdə qalan təhsilini davam etdirmək və ali təhsil almağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. 26.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, İddiaçı qəbul imtahanında iştirak etməmiş, daxili əmr əsasında qəbul olunduğu H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunmuş, habelə onun köçürülmək istədiyi ixtisas üzrə minimal keçid balını yığmamışdır.
27. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuş və Radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisası üzrə təhsil almışdır. xx.xx.2023-cü il tarixdə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Hərbi İnstitutdan xaric edilmişdir.
29. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsil alanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsil alma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsil alanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”nın 2.8-ci bəndinə müvafiq olaraq ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbənin təhsil müəssisəsini, ixtisasını, təhsil alma formasını dəyişdirməsi o şərtlə aparılır ki, həmin tələbənin tələbə qəbulu imtahanında topladığı bal ali təhsil müəssisəsinə qəbul olunduğu ildə dəyişmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və təhsil alma forması üzrə minimal keçid balından (tələbənin qəbul olduğu il üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilmiş müsabiqə şərtləri gözlənilməklə) çox olsun.
30. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu verilmiş və 19 mart 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən 2020-ci ildə Azərbaycan Texniki Universitetinin “Radiotexnika və telekomunikasiya mühəndisliyi” ixtisasina qəbul üzrə minimal keçid balı ödənişli əsaslarla 200 bal, dövlət sifarisi əsasındqqa 294 bal olmuşdur.
31. Məhkəmədə müəyyən edildi ki, İddiaçı 2017/2018-ci tədris ilində hərbi liseylərə qəbulla bağlı test imtahanlarında 132 bal toplayaraq Heydər Əliyev adına Hərbi Liseyin qəbul edilmişdir. Lakin 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində keçirilmiş qəbul imtahanlarında iştirak etməmiş və daxili əmrlə liseyə qəbul edilmişdir. xx.xx.2023-cü ildə təhsildə müvəffəqiyyətsizliyə görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-2 saylı qərarı ilə təsdiq edilmiş Qaydalarına istinad edərək Azərbaycan Texniki Universitetinin ixtisasına uyğun fakültədə təhsilini davam etdirilməsi üçün cavabdehin üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir. Bununla bağlı iddiaçı Texniki Universitetə müraciət edərək “Radiotexnika və telekomunikasiya mühəndisliyi” ixtisası üzrə qəbul edilməsi ilə bağlı müraciət etmiş və onun müraciəti Qaydaların 2.8-ci bəndinə görə təmin edilməmişdir. Qeyd olunan Qaydaların 4.1-ci bəndinə görə ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər xaric edilmə tarixindən 15 il ərzində yalnız əvvəl təhsil aldığı müəssisəyə müraciət etmək hüququ var. Qaydaların 4.11-ci bəndinə görə xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər ali təhsil müəssisələrinin tələbləri üçün müəyyən edilmiş qəbul şərtərinə cavab verdikdə həmin və ya digər xüsusi ali təhsil müəssisələrinə bərpa oluna bilər. 31.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 2020/2021-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanlarında iştirak etməməsi və daxili əmr əsasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edilməsi və təhsilində müvəffəqiyyətsizliyə görə həmin müəssisədən xaric edilməsi, iddiaçıya Azərbaycan Texniki Universitetində deyil təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə və ya digər xüsusi təyinatlı hərbi müəssəsində təhsilini davam etdirmək səlahiyyəti verər. İddiaçının hərbi müəssisədən xaric edilməsi və onun təhsil müəssisəsinə bərpa edilməsi ilə bağlı tələb etmək hüququ var.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 34.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 36.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.