Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-1566/2019 saylı, 25 oktyabr 2019-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 150000 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 fevral 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi işə üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh nəzərdə tutulmuş kompensasiya məbləğinin artırılaraq 190150 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılması başlananadək, yəni xx.xx.2019-cu il tarixdə ilkin iddia üzrə Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməsi, İddiaçı üzərinə ərizəçinin mülkiyyətdən istifadə etmək hüququnun pozulmasına yönələn hərəkətlərdən çəkinməsi öhdəliyinin qoyulması, mülkiyyət hüququna müdaxilə nəticəsində ona dəymiş 20000 manat məbləğində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1566/2019 saylı, 25 oktyabr 2019 saylı qərarı ilə ilk iddia tələbi təmin olunmuş, qarşılıqlı iddia tələbi isə rədd olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1566/2019 saylı, 25 oktyabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın xx.xx.2020-ci il tarixli 2-1(103)-363/2020 saylı qərarı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1566/2019 saylı 25 oktyabr 2019-cu il tarixli qərarı ilkin iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı Cavabdeh 408.996 manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evi boşaldılması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Cavabdeh, üçüncü şəxslər X2 və Nadirzadə Həsənbala Nadir oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)- 1906/2020 saylı qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2020 saylı, 18 iyun 2020- ci tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşə təkrar apellyasiya baxışı zamanı Yasamal rayon İcra Başçısı məhkəməyə ərizə ünvanlayaraq ərizədə göstərmişdir ki, 15 aprel 2024-cü il tarixdə Cavabdeh ilə İddiaçı arasında razılıq əldə olunmuş, yaşayış sahələrinin alınmasına dair notarial qaydada ayrıayrılıqda alqı-satqı müqavilələri imzalanmış və 800.000 manat (səkkiz yüz min) kompensasiya ödənilmişdir.Odur ki, iddialarından imtina edirlər və İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi ərizənin təmin edilməsini, işin icraatına xitam verilməsini xahiş etmişdir. İş üzrə digər məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası ilk olaraq diqqətə çəkir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədləri ilk iddia üzrə İddiaçı təmin olunmuş iddia tələbinə dair məhkəmə qərarından cavabdehin apellyasiya şikayətinin yoxlanılması ilə məhdudlaşır. Yuxarıda qeyd olunduğu kimi isə işə təkrar apellyasiya baxışı zamanı Yasamal rayon İcra Başçısı məhkəməyə ərizə ünvanlayaraq iddialarından imtina etdikləri üçün İnzibati Prosessual Məcəllənin 55-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfi dinləyib, ərizəni və sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin birinci bəndinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Prezdentinin 6 iyun 2012-ci tarixli, 648 nömrəli fərmanına əsasən Yerli icra hakimiyyətləri haqqında əsasnamənin 1.4-cü maddəsinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Həmçinin, izah olunmalıdır ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Ərizə təmin olunsun. İş üzrə icraatına xitam verilsin. İzah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflərin eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia vermə imkanını istisna edir. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №2-1(103)-2/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2/2025
06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver