Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-200/2023 17.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızı (sədrlik edən və məruzəçi), X6 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil1, 3-cü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991- ci il il B/S nömrəli orderlə X7 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1433/2022 saylı 01 aprel 2022-ci il tarixli qərarından 3-cü şəxslər X5 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə 17 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər XDS İK-nin 01 mart 1991- ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il B/S nömrəli orderlə X7 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1433/2022 saylı 01 aprel 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il il B/S nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxslər X5 və X4 tərəfinən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1433/2022 saylı 01 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-670/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E saylı bağ evinə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək iddia təmin edilmişdir. Həmin qərardan verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qərar ləğv edilərək yenidən təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır və inzibati iş hazırda hakim Mirzə Tağızadənin icraatındadır. Eyni zamanda iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722 E nömrəli bağ evinə Bakı şəhəri ZDS İKnın qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestrindən çıxarış verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)1250/2021 saylı 23 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin icraatındadır. Hazırki işin apellyasiya baxışı zamanı 3-cü şəxs Mübariz Hüseynovun vəkili Vəkil3 tərəfindən hazırki iş üzrə icraatın digər işlə (hakim Mirzə Tağızadənin icraatında olan) birləşdirilməsi barədə vəsatət məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və vəsatəti araşdıraraq hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan inzibati işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan vəsatətin təmin edilməsi və inzibati işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. İddiaçının vəkili Vəkil1 inzibati işlərin bir icraatda birləşməsinə etraz etdiyini, 3-cü şəxs X5 isə vəsatəti müdafiə edərək onun təmin edilməsinə və inzibati işlərin bir icraatda birləşməsinə etiraz etmədiyini bildirmişdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrıayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 56.1,56.3 və 83.3.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991- ci il il B/S nömrəli orderlə X7 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X7 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1433/2022 saylı 01 aprel 2022-ci il tarixli qərarından 3-cü şəxslər X5 və X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən baxılan hazırkı 2-1(103)- 200/2023 saylı iş iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 2-1(103)- 188/2023 saylı işə birləşdirilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Aytən Oruczadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-200/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-200/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver