Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2000/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavadehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. “Vergilərin hesablanması barədə” **********5725700 №-li, xx.xx.2017-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı yanvar 2017-ci il əlavə dəyər vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7729,99 manat borc hesablanmışdır.
2. “Vergilərin hesablanması barədə” **********468200 №-li, xx.xx.2017-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı iyul 2017-ci il əlavə dəyər vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 7897,81 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyinə görə isə 8495,91 manat borc hesablanmışdır.
3. “Vergilərin hesablanması barədə” **********203500 №-li, xx.xx.2018-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı 2017-ci il gəlir vergisi ilə bağlı bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2900,00 manat, bildirişin hazırlandığı tarixə vergi öhdəliyinə görə isə 19727,90 manat borc hesablanmışdır.
4. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” **********405800 №-li, xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Faqi oğlu tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə ünvanlanmış “Tələbin icraya yöndəldilməsi haqqında” **********186700 №-li, xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən 17824,88 əsas, 6.506,08 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 24430,96 manat faiz, 100,00 manat maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********468200 nömrəli, xx.xx.2020-ci il tarixli **********405800 nömrəli, xx.xx.2017-ci il tarixli **********725700 nömrəli, xx.xx.2018-ci il tarixli **********203500 nömrəli qərarlarının xx.xx.2020-ci il tarixdən icraya yöndəldilməsi qərara alınmışdır. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir.
6. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli **********462700 №li “Tələbin icraya yönəldilməsi haqqında Qərarın təqdim edilməsi haqqında” məktubla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan İddiaçı barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli **********186700 saylı “Tələbin icraya yönəlilməsi haqqında Qərar” Binəqədi rayon icra şöbəsinə təqdim olunmuşdur.
7. Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin xx/xx-1746-16 saylı, xx.xx.2021-ci il tarixli və xx/xx-7987-16 saylı, xx.xx.2021-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********86700 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1.2-ci və 9-cu maddəsinin tələbinə uyğun olaraq geri qaytarılmışdır. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş icra materiallarında tələbin icraya yöndəldilməsi barədə qərarla inzibati orqanın qərarı arasında uyğunsuzluq və ziddiyyət var.
8. İddiaçı tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı xx.xx.2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, vergi orqanına ünvanladığı ümüdsiz borcun silinməsi barəsində müraciətinə xx.xx.2023-cü il tarixli **********633500 nömrəli məktubla cavab verilsə də konkret cavabın nədən olduğu ona aydın deyil, ona görə də həmin borcun şəxsi vərəqədən silinib - silinməyəcəyi barədə ona konkret cavab verilməsini xahiş etmişdir.
9. X3 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “Müraciətə baxılması haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, onun dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********487500 nömrəli) aidiyyəti üzrə X3 Baş İdarəsində baxılır. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda ümidsiz borclar vergi orqanları tərəfindən silinə bilər. Dövlət büdcəsinə yaranmış vergi borcunun silinməsi ilə əlaqəli vergi orqanında araşdırma aparılır. Odur ki, qanunamüvafiq araşdırmalar yekunlaşdıqdan sonra ümidsiz borclarının silinməsi məsələsinə baxıla bilər.
10. X3 Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış “Araşdırma müddətinin uzadılması haqqında” cavab məktubunda qeyd olunmuşdur ki, onun vaxtı ötmüş borcun silinməsi barədə Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətinə X3 Baş İdarəsində baxılır. Müraciəti ilə əlaqədar əlavə araşdırmaların aparılmasına zərurət yarandığı üçün araşdırma müddəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2-ci maddəsinin tələblərinə əsasən uzadılmışdır. Müraciətinə baxılmasının nəticəsi barədə ona qanunvericilikdə müəyyən olunmuş müddətdə cavab veriləcəkdir.
11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X4 Baş İdarəsinə qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iddiası üzrə iddiaçı tərəfindən cavabdeh X4 Baş İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-nin 67.1ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh X4 Baş İdarəsinə 15 (on beş) gün müddət təyin edilmişdir.
12. X3 Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “Məhkəmə qərardadının icrası barədə” məktubda göstərilmişdir ki, qərardadda göstərilən cavabdeh tərəfindən araşdırılmış və aşağıdakı hallar müəyyən edilmişdir: Dövlət Vergi Xidmətinin mövqeynə əsasən, borcların alınması istiamətində tədbirlər həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Bununla yanaşı, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə, qanunla müəyyən edilmiş qaydada silinə bilər.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
13. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 Baş İdarəsinə (bundan sonra mətndə X4 Baş İdarəsi) qarşı “şəxsi hesab vərəqəsində mövcud olan ümidsiz borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi hesab vərəqəsində mövcud olan 24430,96 manat ümidsiz borcun silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, sahibkar olaraq vergi orqanında uçota duraraq fəaliyyət göstərmişdir və vaxtı-vaxtında bütün vergi öhdəliklərini yerinə yetirmişdir. Lakin fəaliyyəti olmadığı dövrdə vergi orqanı tərəfindən anoloji qaydada 2017-ci ilin yanvar ayı, iyul ayı üzrə ƏDV, 2017-ci il üzrə mənfəət vergiləri hesablanmışdır. Həmin hesabatlardan gec xəbər tutduğuna görə, müddət ötdüyündən mübahisələndirə bilməmişdir. Bununla belə, həmin hesabatlardan 5 ildən artıq müddət ötməsinə baxmayaraq vergi orqanına 2 dəfə ərizə ilə müraciət etsə də ümidsiz borclar qeyrimüəyyən səbəblərdən silinməmişdir.
Cavabdehin etirazı:
15. Cavabdeh inzibati orqan X4 Baş İdarəsi tərəfindən verilmiş iddaya dair **********868500 №-li, xx.xx.2023-cü tarixli yazılı münasibətdə (etiraz) göstərilmişdir, iddiaçıya müvafiq dövr üzrə bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlara əsasən xx.xx.2017-ci il tarixli **********725700 nömrəli qərarla həmin ilin yanvar ayı üzrə 7729,99 manat əlavə dəyər vergisi, həmçinin, xx.xx.2017-ci il tarixli **********468200 nömrəli qərarla həmin ilin iyul ayı üzrə 7897,81 manat əlavə dəyər vergisi hesablanmışdır. Bununla yanaşı, iddiaçıya bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumatlar əsasında xx.xx.2018-ci il tarixli **********203500 nömrəli qərarla 2017-ci il üzrə 2900 manat gəlir vergisi hesablanmışdır. Qərar vergi ödəyicisi tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Qeyd etmək zəruridir ki, vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə ümumiyyətlə bəyannamə təqdim edilməmişdir. Bu isə vergi qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər: rezident müəssisələr; Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyrirezidentlər; vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; bu Məcəllənin 149.1.3-cü maddəsində göstərilən qeyri-rezident şəxsin təyin etdiyi vergi agenti; xüsusi notariuslar, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən rezident fiziki şəxslər; sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları. Həmin Məcəllənin 149.1 -ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 177.1 -ci maddəsinə əsasən, vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən, ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Vergi ödəyicisi qanunla üzərinə düşən vəzifələri yerinə yetirməmiş, buna görə də vergi orqanı tərəfindən müvafiq dövrlər üzrə anoloji qaydada vergi məbləğləri hesablanmışdır. Müvafiq qərarlar qəbul olunduqdan sonra vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş, lakin onun tərəfindən mübahisələndirilməmişdir. Həmçinin, xx.xx.2023cü il tarixli **********405800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarla İddiaçı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə uyğun olaraq 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Göründüyü kimi, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X4 Baş İdarəsinin üzərinə İddiaçı (VÖEN: **********) şəxsi hesab vərəqəsində hesablanmış 24430 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik ümidsiz borcun silinməsi öhdəliyi qoyulması qərara alınmışdır.
17. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə göstərilmişdir ki, Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, İddiaçı iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 24430 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik təşkil etmiş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır. Bidirirlər ki, Vergi Məcəlləsinin 77-ci maddəsinə əsasən, bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq, verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq, vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən, borcların alınması istiqamətində tədbirlər həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Habelə, qeyd etmək zəruridir ki, vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə, ümumiyyətlə, bəyannamə təqdim edilməmişdir. Bu isə vergi qanunvericiliyinin pozulmasına səbəb olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 24.1.1-ci maddəsinə əsasən, vergi orqanlarıvergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə borcludur. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən,vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Həmçinin, xx.xx.2023-cü il tarixli **********405800 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarla İddiaçı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə uyğun olaraq, 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən, bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən,vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır.
19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
20. Məhkəmə Kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
21. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
22. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
25. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
26. İşin faktiki hallarına görə, müəyyən olunmuşdur ki, İddiaçı (VÖEN: **********) iddia verilən tarixə 5 il ötmüş qalıq borcu 24.430,0 (iyirmi dörd min dörd yüz otuz) manat, 96 (doxsan altı) qəpik təşkil etmiş, iddiaçı tərəfindən ümidsiz vergi borclarının silinməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət olunsa da, sonuncu tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, həmin borcların iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi təmin olunmamışdır.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 64-cü maddəsinə əsasən Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 5.1.8-ci maddəsinə əsasən 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 72-ci maddəsində göstərilir: 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir.72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.
28. Müəyyən edilmişdir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı şəxsi hesab vərəqəsindən tələbetmə müddəti keçmiş ümumilikdə 24430 (iyirmi dörd min dörd yüz otuz) manat 96 (doxsan altı) qəpik ümidsiz borcun silinməsinə nail olmağa yönəlmişdir.
29. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 85.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 93.1-ci maddəsində göstərilir: “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir. 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2-ci maddəsinə əsasən digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.
30. «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» 30 dekabr 2016-cı il tarixli, 474-VQ nömrəli Qanununun: 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. 2.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə onların şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqlarının həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VMdə vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir“.
32. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış ümumilikdə 24430 (iyirmi dörd min dörd yüz otuz) manat 96 (doxsan altı) qəpik vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir.
33. Belə ki, inzibati iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməsini tələb etdiyi borc məbləğinin yaranması tarixli 2017-ci ilə təsadüf edir.
34. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilinə görə Dövlət Vergi Xidmətinin mövqeyinə əsasən, borcların alınması istiqamətində tədbirlər həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Habelə, qeyd etmək zəruridir ki, vergi ödəyicisi tərəfindən həmin dövrlər üzrə, ümumiyyətlə, bəyannamə təqdim edilməmişdir. Bu isə vergi qanunvericiliyinin pozulmasına səbəb olmuşdur.
35. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan və cavabdehin nümayəndəsi tərəfindən apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-8363/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsindən görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ərizə ilə Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək İddiaçı (VÖEN: **********) 23.422,17 manat vergi borcunun dövlət büdcəsinə ödənilməsi məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və ərizə təmin olunmuşdur.Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və icra olunmuşdur.
36. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur.
37. Belə ki, Vergi Məcəlləsinin 93.1-ci maddəsində göstərilir: “Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir. .........
38. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
39. Göründüyü kimi, əvvəla Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 8363/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsi vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarı deyil, ikincisi Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-8363/2018 saylı, xx.xx.2018-ci il tarixli Qətnaməsinin də qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçmişdir.
40. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir.
41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
42. Məhkəmə Kollegiyası yuxarıda sadalanan hüquq normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının iddiası təmin edilməlidir.
43. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
44. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətində qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilməmişdir. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1916/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.