Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2001/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X5, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********269900 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə ********** (VÖEN) saylı, ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. İddiaçı “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nizamnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarətdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi iddiaçı “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim olunmuş və daxil olmuş uyğunsuzluq məktubuna cavab olaraq xx.xx.2020-ci il tarixdə **********657100 nömrəli və xx.xx.2020-ci il tarixli **********657100 nömrəli məktublarla müvafiq təsdiqedici sənədlər və izahat təqdim olunmasına baxmayaraq vergi orqanı tərəfindən hesablanmış vergi bərpa edilərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********858000 nömrəli Qərar qəbul edilərək yenidən 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixində, xx.xx.2020-ci il tarixində və xx.xx.2020-ci il tarixində həmin dövr üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilərək vergi orqanının bildirdiyi və hal-hazırkı qərar üzrə qeyd etdiyi iradlar aradan qaldırılmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış və xx.xx.2020-ci il tarixli **********269900 saylı qərarına əsasən həmin vergi məbləği yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Qərardan verilmiş həmin hesablama İnzibati şikayətin təmin edilməməsi barədə qərarda bu bəyannamələrə qəsdən toxunulmamışdır. Əvəzində vergi orqanı qərarında iddiaçının xx.xx.2020-ci il tarixdə mənfəət vergi bəyannaməsi verməyi və guya ilin 33 738 919.4 manat mənfəətlə yekunlaşdığını qeyd etmişdir. Şəxsi vərəqəni təqdim edərək iddiaçı belə bir bəyannamə təqdim edilməmişdir. Bundan sonra pozulmuş hüquqların bərpa olunması üçün İqtisdiyyat nazirliyi yanında Apellyasıya Şurasına şikayət etsə də, xx.xx.2021-ci il tarixli 29 nömrəli qərara əsasən iddiaçının şikayəti təmin olunmamış, həmin qərar isə iddiaçıya xx.xx.2021-ci il tarixdə Elektron ünvan 1 elektron ünvanından filialın rəsmi nümayəndəsinin Elektron ünvan 2 email ünvanına göndərilmişdir. İşin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası ’‘Azətyolservis" ASC (sifarişçi) Çex Respublikasının "SaZ s.r.o.” şirkəti (icracı) arasında bağlanmış 15 sentyabr 2011 -ci il tarixli ******* nömrəli kontrakta əsasən Kürdəmir-Ucar- Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çex Respublikasını "SaZ s.r.o.” şirkəti həvalə olunmuşdur. Layihənin ümumi dəyəri 447 058 824,00 EUR təşkil etmişdir. Bu məbləğin 15 %, yəni 67 058 824.00 EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380 000 000.00 EUR Çex Respublikasının “Çeska sporitelna a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Azərbaycan Respublikasında Kürdəmir- Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi "Sa2 s.ro." şirkəti tərəfindən Türkiyə Respublikasının "X16 X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratcı şirkət) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi internet səhifəsində (http://www.aayda.gov.az/az/news/628) də qeyd olunduğu kimi xx.xx.2012-ci il tarixindən fevral 2015-ci il tarixinə qədər yerinə yetirilən işlərin həcmi 79%, fevral 2015-ci il tarixindən sonrakı dövrdə isə 21% təşkil edib. Yoxlanılan dövr ərzində bu işlərin görülməsi məqsədi ilə Baş Ofisdən Filiala xx.xx.2011- ci il tarixli müqavilədə göstərilən məbləğ həmin dövrə qədər bitdiyindən 2015-2016-cı illər ərzindən öz vəsaiti hesabına əlavə olaraq bitium və dizel yanacağının qiymətlərində olan artımla bağlı olaraq 58 785 391,79 manat (48 748 178.6 EURO) əlavə vəsait ayrılmışdır (o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619.19 manat va xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat). Yuxarıdan göründüyü kimi, bütün vəsait baş ofis tərəfindən ayrılmışdır və təbii ki, bu vəsait yolun inşaası başa çatdırıldıqdan sonra Azərbaycan Respublikası tərəfindən geri qaytarılmalıdır. Bununla bağlı olaraq xx.xx.2016-cı il tarixdə "xxxx" ASC, "SaZ s.r.o.” şirkəti və “X16 X2 lhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“nin AR-dakı filialı arasında AAY- 196/2016 saylı 3 tərəfli müqavilə imzalanılmışdır. Müqaviləyə əsasən "SaZ s.r.o.” şirkəti müqavilədən kənarlaşdırılmış və bütün hüquq və öhdəliklər “X16 X2 lhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“nin AR-dakı filialına keçmişdir. Eyni zamanda müqavilənin 2.3-cü bəndinə əsasən filial tərəfindən 2015-2016-cı illərdə baş ofisin 58 785 391,79 manat vəsaiti hesabına “Sifarişçi Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2013-cü il tarixli 14 saylı qərarı ilə bitium və dizel yanacağının qiymətlərində edilmiş artımla bağlı layihənin dəyərində 57 246 255 EURO məbləğində yaranan qiymət fərqini icraçıya ödəyir”. Həmin bəndə əsasən "xxxx" ASC tərəfindən filiala 57 246 255 EURO qaytarılmalı idi. Lakin bank çıxarışlarından da göründüyü kimi xx.xx.2018-ci ildə 18 643 767,8 manat, xx.xx.2018-ci il tarixdə isə 21 095 834,75 manat, cəmi 39 739 602.55 manat və 6 154 255,87 isə ƏDV olmaqla cəmi 46 893 000.0 manat (24 000 000 EURO) vəsait ödənilmişdir. Əlavə olaraq 3 853 642.85 manat hesaba mədaxil olunmuş, 3 883 493.08 manat vəsait isə digər iş görülmüş şirkətlərdən daxil olmuşdur. Bank əməliyyatları barədə çıxarışdan da göründüyü kimi, həmin vəsaitin 22 613 636,12 dolları “RETURN OF DEBT ACC TO STATEMENT FROM TEXNİKABANK (Razılaşmaya əsasən borcun qaytarılması)” qeydi ilə və 1 481 750 EURO isə “X23 X20 X12” qeydi ilə, cəmi həmin dövrün valyuta məzənnəsi ilə 41 349 099,28 manatı filial tərəfindən baş idarəyə qaytarılmışdır. Qalan 6 127 606.15 manat vəsait isə borclar qaytarılmışdır. "xxxx" ASC-dən daxil olmuş 7 153 182,46 manat ƏDV-nin də 6 154 255,87 manatı büdcəyə ödənilmişdir. Göründüyü kimi 2018-ci ildə hər hansı işlər görülmədiyindən "xxxx" ASC tərəfindən iddiaçıya o qədər vəsait əsassız köçürülə bilməzdi. Bu pul 2015-2016-cı illərdəki alınmış və layihənin icrasına xərclənmiş pulun qarşılığıdır. Yuxarıda qeyd olunduğu kimi ümumilikdə filial 58 785 391,79 manatlıq işlərin görülməsinə görə şəxsi hesab vərəqəsinə əsasən faktiki olaraq həmin dövrdə 7 261 144,49 manat vergi məbləği ödənmişdir, əlavə olaraq isə vergi orqanı tərəfindən cəmi 20 531 333.26 manat vergi məbləği, 7 705 398,58 faizlər hesablanmışdır. Heç bir halda bir dövriyyənin təxmini 50%-i məbləğində təşkil edə biləcək verginin hesablanılması yolverilməzdir. Göstərilənlərə əsasən iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********269900 saylı Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra iddiaçı 02 dekabr 2021-ci il tarixdə məhkəmə iclasında sonuncu iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, cavabdehin xx.xx.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020ci il tarixli **********269900 saylı qərarlarının ləğv olunması və 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması vəzifəsinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmiş və onunla əsaslandırılmışdır ki, iddiaçı "X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasindaki Filialı cavabdeh Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli **********269900 nömrəli qərarın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, qərardan şikayət vermə müddəti keçdiyi üçün iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iddia ərizəsindən də göründüyü kimi mübahisələndirilən qərar vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndərilməsinə, vergi ödəyicisi tərəfindən isə həmin qərarla xx.xx.2020-ci il tarixində tanış olunmasına (oxunmasına) baxmayaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 11 dekabr 2020-ci il tarixli **********269900 nömrəli qərar 2021 -ci ilin iyun ayında vergi ödəyicisi tərəfindən mübahisələndirilmişdir. Bundan başqa iddiaçı vergi ödəyicisi kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2020- ci il tarixdə şikayət məktubu ünvanlamış, inzibati vergi orqanı tərəfindən şikayətin araşdırılması nəticəsində xx.xx.2020-ci il tarixli **********344100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Sözügedən qərardan iddiaçı vergi ödəyicisi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verərək, qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Şurası tərəfindən şikayətə toplanmış sənədlər əsasında baxılmış, yekun olaraq vergi ödəyicisinin inzibati şikayəti təmin edilməmiş və Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanması haqqında xx.xx.2021-ci il tarixli 29 nömrəli qərar qəbul edilmişdir. Sözügedən qərar vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə poçtla vergi ödəyicisinin ünvanına göndərilmişdir. Yuxarıda qeyd olunan tarixlərdən də göründüyü kimi vergi ödəyicisi vergi orqanının qərarının məhkəmə qaydasında mübahisələndirilməsi müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən cavabdeh "X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nin Azərbaycan Respublikasindaki Filialının vergi orqanına qarşı iddiasının mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı (hakim: F.Mədətli) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır, həmçinin qeyd edilmişdir ki, qərardan şikayət vermə müddəti keçdiyi üçün iddiaçı tərəfindən verilmiş iddia ərizəsi təmin edilməməli və iş üzrə icraata xitam verilməli idi. Belə ki, mübahisələndirilən qərar vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Sözügedən qərarın vergi orqanı tərəfindən elektron qaydada vergi ödəyicisinin elektron kabinetinə göndərilməsinə, vergi ödəyicisinin həmin qərarla xx.xx.2020-ci il tarixdə tanış olmasına (oxumasına) baxmayaraq, 11 dekabr 2020-ci il tarixli **********269900 nömrəli qərar vergi ödəyicisi tərəfindən 2021-ci ilin iyun ayında mübahisələndirilmişdir. Həmçinin, iddiaçı vergi ödəyicisi hesablanmış vergi məbləğinin azaldılması barədə Dövlət Vergi Xidmətinə xx.xx.2020-ci il tarixdə şikayət məktubu ünvanlamış, vergi orqanı tərəfindən şikayətin araşdırılması nəticəsində xx.xx.2020-ci il tarixli **********344100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan vergi ödəyicisi İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına inzibati şikayət verərək, qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya Şurasında şikayətə toplanmış sənədlər əsasında baxılmış, inzibati şikayət təmin edilməmiş və xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarın dəyişdirilmədən qüvvədə saxlanması haqqında xx.xx.2021-ci il tarixli 29 nömrəli qərar qəbul edilmişdir. Qərar vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixdə poçtla vergi ödəyicisinin ünvanına göndərilmiş, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci tarixdə qəbul edilmişdir. Bundan əlavə, işin mahiyyəti üzrə qeyd edilməlidir ki, vergi orqanı tərəfindən mənfəət vergisi üzrə hesablama kassa metodunu tətbiq etməklə gələn pul məbləğlərinə əsasən hesablanmışdır. Bu səbəbdən ayrı-ayrı dövrlər üzrə gələn pul məbləğləri ayrıayrılıqda vergi tutma obyekti yaratmış və ayrı dövrlər üzrə vergilər hesablanmışdır. Vergi orqanının xx.xx.2016-cı il tarixli **********067438 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarına əsasən filialın fəaliyyətində 2015-ci ilin iyun ayından 2016-cı ilin oktyabr ayınadək olan dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixli **********078928 nömrəli aktla rəsmiləşdirilmiş, akta uyğun olaraq təsdiqlənmiş mənfəət vergisi bəyannaməsinə əsasən 2015-ci il üzrə Filialının maliyyətəsərrüfat fəaliyyəti 7634351,24 manat mənfəətlə yekunlaşmış, zərəri olmamışdır. Həmçinin, inzibati araşdırma zamanı mənfəət vergisi bəyannamələrinə (dəqiqləşdirilmiş və audit) əsasən əvvəki dövrlər üzrə hesabat ilinin zərərlə yekunlaşmadığı müəyyən edilmişdir. Beləliklə, 2015-ci hesabat ili zərərlə yekunlaşmadığı halda, Filial tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 12181635,84 manat keçmiş illərin (2015-ci ilin) çıxılası zərəri göstərilərək vergiyə cəlb edilən mənfəət bir o qədər azaldılmışdır. Vergi ödəyicisi tərəfindən 2018-ci hesabat ili ərzində görülən işlərə görə ümumilikdə, 39874902,6 manat (ƏDV-si 7177482,5 manat) dəyərində elektron qaiməfakturası təqdim etdiyi, 5461794,46 manat (ƏDV-si 982421,76 manat) məbləğində mal (iş və xidmətlər) əldə etdiyi, 1342515,83 manat məbləğində idxal əməliyyatları apardığı, "xxxx" ASC-də olan AZN hesabına 47476738,42 manat, USD hesabına 22614036,12 dollar, EUR hesabına 1481750,0 avro məbləğində mədaxil olunduğu müəyyən edilmişdir. Filialın bank hesablarının araşdırması zamanı "xxxx" ASC-də olan AZN hesablaşma hesabına “Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi”ndən xx.xx.2018-ci il tarixdə 18643767,8 manat, xx.xx.2018-ci il tarixdə isə 21095834,75 manat olmaqla, ümumilikdə 39739602,55 manat vəsait daxil olduğu, həmçinin Filialın USD valyutada olan hesablaşma hesabından "X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirketi"nə xx.xx.2018-ci il tarixdə 1000000,0 ABŞ dolları (1700000,0 manat), xx.xx.2018-ci il tarixdə 829760,0 ABŞ dolları (1410592,0 manat), xx.xx.2018-ci il tarixdə 77876,12 ABŞ dolları (132389,37 manat), xx.xx.2018-ci il tarixdə 3000000,0 ABŞ dolları (5100000,0 manat), xx.xx.2018-ci il tarixdə 7000000,0 ABŞ dolları (11900000,0 manat) və xx.xx.2018-ci il tarixdə 10706000,0 ABŞ dolları (18200200,0 manat) olmaqla, cəmi 22.613 636 ABŞ dolları (38443181,4 manat) və 1481750,0 avro (2867778,95 manat) məbləğində vəsait məxaric edildiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində 2015-ci ili üzrə səyyar vergi yoxlaması keçirilmiş, həmin dövr üzrə çıxarılmış məsuliyyət qərarı vergi ödəyicisi tərəfindən məhkəmədə mübahisələndirilmiş, lakin iddia tələbi rədd edilmişdir. Yəni, məhkəmə tərəfindən vergi ödəyicisinin 2015-ci il üzrə mənfəətlə çıxması öz təsdiqini tapmışdır. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 29 dekabr 2020-ci il tarixli **********143339 nömrəli qərara əsasən vergi ödəyicisinin noyabr 2017 - oktyabr 2020-ci il üzrə fəaliyyət dövrü yoxlanılmış və xx.xx.2021-ci il tarixli **********149970 nömrəli məsuliyyət qərarı çıxarılmışdır. Həmin məsuliyyət qərarı ilə kameral qaydada hesablanmış vergi məbləğləri dəyişdirilmiş və vergi ödəyicisinə 2018-ci il mənfəət vergisi üzrə əlavə olaraq 1 827 133,42 manat hesablama aparılmışdır. Filial tərəfindən 2018-ci il ərzində baş ofisə köçürülən 41310960,35 manat vəsait dövr üzrə çəkilən xərc hesab olunaraq təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 224-cü sətrində (xarici hüquqi şəxsin baş (əsas) ofis tərəfindən çəkilmiş və Azərbaycan Respublikası ilə birbaşa bağlı xərclər) əks etdirilmişdir. Odur ki, 41310960,35 manat vəsait baş ofis tərəfindən Filialın Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə bağlı çəkilən xərclər olmadığı üçün gəlirdən çıxıla bilməz. Yoxlama ilə əhatə olunan 2017-2018-2019-cu illər üzrə vergi dövründə gəlir və xərclərin düzgünlüyü bank sənədlərinə əsasən yoxlanılarkən kassa metodu ilə müəssisənin 2017-ci ildə çıxılmadan sonra gəlirinin 1 292 000,0 manat ("Özgün Yapı Sanayi ve Ticaret anonim Şirkəti”nin AR filialından (VÖEN: **********) daxil olmuş 1 292 000,0 manat), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 701 692,82 manat (o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 64 110,89 manat, sosial sığorta haqları 14 104,40 manat, xammal və material 400 000,00 manat, icarə haqqı 10 650,00, enerji xərci 1 804,12 manat, bank xidməti üzrə xərclər 884,81 manat, amortizasiya ayırmaları 193 535,16 manat, sığorta üzrə xərclər 6 874,80 manat, digər xərclər 7 714,28 manat, əmlak vergisi 2 014,36 manat), mənfəətinin 590 307,18 manat, keçmiş illərin zərərinin isə 43 445,97 manat, keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəətinin 546 861,21 manat, mənfəət vergisinin 109 372,24 manat olduğu müəyyən edilmişdir. Nəticədə kameral yoxlama ilə mənfəət vergisinin 157 793,11 min manat (267 165,35 manat - 109 372,24 manat) artıq hesablandığı müəyyən edilmişdir. Bank sənədlərinə əsasən yoxlama zamanı kassa metodu ilə müəssisənin 2018-ci ildə çıxılmadan sonra gəlirinin 43623095,63 manat (“özgün Yapı Sanayi və Ticaret anonim Şirkəti”nin AR filialından daxil olmuş 3748493,08 manat, "xxxx" MMC-dən daxil olmuş 135000,0 manat, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsindən daxil olmuş 39739602,55 manat gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 748509,11 manat (o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 42,572,23 manat, sosial sığorta haqları 9365,89 manat, xammal və material 635291,05 manat, enerji xərci 2686,03 manat, bank xidməti üzrə xərclər 4515,75 manat, amortizasiya ayırmaları 46139,55 manat, təmir xərci 2065,74 manat, sığorta üzrə xərclər 2409,00 manat, digər xərclər 1852,38 manat, əmlak vergisi 16111,49 manat), mənfəətinin isə 42874586,52 manat, mənfəət vergisinin 8574917,30 manat olduğu və mənfəət vergisinin 1827133,42 manat azaldıldığı müəyyən edilmişdir. Bank sənədlərinə əsasən yoxlama zamanı kassa metodu ilə müəssisənin 2019-cu ildə gəlirinin olmadığı, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 113691,10 manat (əmək haqqı və ona bərabər tutulan ödəmələr 25425,75 manat, sosial sığorta haqları 4261,61 manat. Amortizasiya ayırmaları 83430,77 manat, əmlak vergisi 572,97 manat) olmaqla zərərinin 113691,10 manat təşkil etdiyi müəyyən edilmişdir. Nəticədə,filial tərəfindən VM-in 104 və 108-ci maddələrinin tələbləri pozulmaqla 2017-ci ildə mənfəət vergisi 157793,11 manat artıq, 2018-ci ildə isə 1827133,42 manat əskik hesablanmaqla, ümumilikdə yoxlanılan dövr üzrə 1669340,31 manat ( 1827133,42- 157793,11 manat) mənfəət vergisi azaldılmış, eyni zamanda 2019-cu ilin zərəri 113691,10 manat zərəri vergi orqanına təqdim edilmiş bəyannamədə göstərilməmişdir. Həmçinin 1-ci instansiya məhkəməsi 2017 və 2019-cu illər üzrə mənfəət vergisi üzrə hesablamalara münasibət bildirməmişdir Yoxlama ilə ƏDV üzrə əlavə hesablama aparılması ilə bağlı bildirilir ki, yoxlama ilə ƏDV üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, filial tərəfindən yoxlanılan dövr ərzində bir sıra vergi ödəyicilərindən tikinti materialları alınmış və Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq həmin mallara görə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmişdir. Lakın, yoxlama zamanı filial tərəfindən həmin mal-materialları aldığı tarixdən sonra hər hansı iş və xidmətləri yerinə yetirməsi və həmin iş və xidmətlərə mal-materialların istifadə edilməsi müəyyən edilməmişdir. Yoxlanılan dövr ərzində filial tərəfindən hər hansı bir layihə üzrə iş və xidmətlərin yerinə yetirilməsinə dair, eyni zamanda mal-materialların, əmlakların təqdim edilməsinə dair sənəd yoxlamaya təqdim edilməmişdir. Vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən edildi ki, filial tərəfindən yoxlanılan dövr ərzində bir neçə vergi ödəyicisindən elektron vergi hesab fakturası (e-VHF) əsasında ümumi dəyəri 5 257 369,06 manat (ƏDV- siz) olan mal-materiallar alınmışdır. Filial tərəfindən e-VHF əsasən göstərilən əməliyyatlar nəticəsində ümumi dəyəri 5257369,06 manat (ƏDV-siz) olan mal-materiallar alınmış və 94632643 manat ƏDV ödənilmiş, 946326,43 manat ƏDV məbləğləri VM-in 175-ci maddəsinə əsasən əvəzləşdirilmişdir. Eyni zamanda filial tərəfindən yoxlanılan dövr ərzində yük gömrük bəyannamələrinə əsasən ümumi dəyəri 2280022,05 manat (ƏDV-siz) olan mal-materiallar idxal edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən yoxlanılan dövr ərzində mal-material hesabatlarının aparılmadığı müəyyən edilmiş, yoxlanılan dövr üzrə mal-material qalıqları barədə, alınmış, satılmış, yerinə yetirilmiş iş və xidmətlərə silinmiş mal-material barədə alınmış materlalların hansı iş və xidmətlərin yerinə yetirilməsində istifadə olunması və halhazırda mal-material qalıqlarının hansı ünvanda saxlanılması barədə məlumatlar və təsdiqedici sənədlər təqdim olunmamışdır. İnventarizasiyanın keçirilməsinə şərait yaradılmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi az hesablanmaya görə maliyyə sanksiyasının tətbiq olunmasının VM-nin tələblərinə zidd olduğunu qeyd etmişdir. Halbuki, maliyyə sanksiyasının tətbiq edilməsi hesabat dövründə azaldılmış vergi məbləğinə aid olduğundan və vergi ödəyicisi tərəfindən azaldılmış və artıq hesablanmış vergi məbləğləri müxtəlif hesabat dövrlərini əhatə etdiyindən maliyyə sanksiyası azaldılmış məbləğə tətbiq edilmişdir. Məhkəmə 2018-ci il üzrə müvəqqəti idxal mallarına görə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı vergi orqanı tərəfindən aparılmış hesablamaya hüquqi münasibət bildirməmişdir. Belə ki, müvəqqəti idxal edilən mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmədiyindən ƏDV-nin vergitutma obyektini yaratmır. Bundan başqa məhkəmə tərəfindən vergi orqanının qərarındakı bütün hesablamalara hüquqi münasibət bildirilməmiş və vergi orqanın qərarının ləğvi əsaslandırılmamışdır. Həmçinin, məhkəmə qərarında iddiaçının qeyd etdiyi dövrlər üzrə vergi orqanı tərəfindən dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi üçün texniki şəraitin yaradılmadığını qeyd etmişdir.Bununla bağlı bildiririk ki, nə iddiaçının iddia ərizəsində belə bir tələb var, nə də məhkəmə prosesi zamanı belə bir tələblə bağlı hər hansı müzakirə və ya məhkəmə mübahisəsi olmayıb. Bundan başqa iddiaçı tərəfindən məhkəməyə iddiaçının qeyd etdiyi dövrlər üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsi üçün texniki şəraitin yaradılmaması ilə bağlı hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Qərarda sadəcə vergi orqanı tərəfindən VM-in 72.5-ci maddəsinin tələblərinin pozulduğu qeyd edilmiş və texniki şəraitin yaradılması öhdəliyinin vergi orqanının üzərinə qoyulmalı olmasını göstərilmişdir. Lakin, məhkəmə bu qənaətə gələrkən hər hansı təsdiqedici sənədlərə və məlumatlara istinad etməmiş, sözügedən hal əsaslandırılmamış, sadəcə Vergi Məcəlləsinin aidiyyəti maddəsini qərara köçürməklə kifayətlənmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın təmin olunmamasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə qərar qəbul edərkən yalnız 2018-ci il üzrə aparılmış hesablamaya hüquqi münasibət bildirmiş, digər dövrlər üzrə hesablamalara hüquqi münasibət bildirməmişdir. Belə ki, ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən əvəzləşdirilmişdir. Belə ki, idxalda ödənilmiş ədv məbləği əvəzləşdirilir, müvəqqəti idxal rejimində ədv-nin ödənilməsi nəzərdə tutulmamışdır. Həmçinin yoxlama zamanı alınmış e-VHF əsasında ümumilikdə 6630181,94 manat məbləğində mal-materialların istifadəsinə dair sənədlər, həmin mal-materialların filialın sahibliyində olmasına aid sənəd təqdim edilməmiş, malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmiş, VM-in 159.5-ci maddəsinin tələbləri pozulmaqla ƏDV hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iş materiallarına, apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, filial tərəfindən 2017-ci il ərzində 940 366,99 manat, 2018-ci il ərzində isə 1 342 731.85 manat olmaqla cəmi 2 283 098,84 manat dəyərində mallar idxal olunmuşdur. Həmin malların 142 502.52 manatlıq hissəsi birbaşa sərbəst dövriyyəyə (gömrük kodu:400.000) gətirilmiş, 2 140 596,32 manatlıq hissəsi isə müvəqqəti idxal rejimində idxal olunaraq sonradan sərbəst dövriyyəyə (gömrük kodu:403.103) buraxılmışdır. Gömrük rejimlərini təsdiq edən idxal olunmuş malların rəsmi siyahısı məhkəmə araşdırmasına təqdim edilir. İdxal olunmuş qeyd olunan mallar “X21 və Ticarət Anonim Şirkətinin” AR-dakı filialına 2 315 160 manata НО 076451 saylı elektron vergi hesab fakturası əsasında satılmışdır. Lakin səyyar vergi yoxlamasi ilə 2 283 098.84 manatlıq malın 1 372 812.88 manatlıq hissəsi “X21 və Ticarət Anonim Şirkətinin” AR-dakı filialına təqdim edilmə nəzərə alınmadan mal qalığı kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayında 247 106.3 manat ƏDV hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 nümayəndə və vəkil ilə oxşar izahatı verərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, vergi ödəyicisi tərəfindən iki qərar mübahisələndirilir: -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********269900 saylı qərar; -xx.xx.2021-ci il tarixli **********149970 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar. Belə ki, "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasının “SaZ s.r.o.” şirkəti (icraçı) arasında bağlanmış xx.xx.2011-ci il tarixli ******* nömrəli müqaviləyə əsasən 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-YevlaxBərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi "SaZ s.r.o." şirkəti tərəfindən Türkiyə Respublikasının “X18 İnşaat X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. "X16 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti“-nin Azərbaycan Respublikasındakı filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EURO olmuşdur. Həmin məbləğin 15 %, yəni 67.058.824.00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380.000.000.00 (üç yüz səksən milyon) EURO Çexiya Respublikasının “Çeska Sporitelma a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintinin başa çatma müddəti xx.xx.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq” akta əsasən Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi xx.xx.2012-ci ildə başlanılmış və xx.xx.2016-cı ildə başa çatmışdır. Baş ofis və “X22” Bankası arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şirkətə 100 000 000,00 EURO kredit xətti ayrılmışdır. Baş ofis və filial arasında xx.xx.2014-cü il tarixdə “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Həmin anlaşmanın 1.1-ci bəndinə əsasən “Kürdəmir-Ucar-Yevlax-Tərtər”avtomobil yolunun tikintisi üçün bağlanılmış, xx.xx.2011-ci il tarixli, 1109201-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatışmazılıqlarını aradan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, “Filial’ın “Baş Ofis”in törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X24 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq, mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədiylə, “Tərəflər” qarşılıqlı olaraq 57 000 000 EUR maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən “filial” a ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı “Baş Ofis”ə geri qaytarılacaqdır. İş materiallarına əlavə olunmuş bank hesablarından çıxarışlara əsasən həmin məbləğdən 2015-2016-cı illər ərzində 48 748 178.6 EURO (58 785 391,79 manat -o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619.19 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarına əsasən 2018-ci ilin hesabat dövrü üzrə 6 747 783.88 manat məbləğində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı hesablamışdır. Filial tərəfindən dəqiqləşdirilmiş vergi bəyənnaməsi təqdim olunsa da, xx.xx.2020-ci il tarixli **********269900 saylı Kameral hesablama barədə qərara əsasən 6 747 783.88 manat vergi məbləğini yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi xx.xx.2020 tarixli **********143339 saylı qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Dövlət müəssisələrinin auditi şöbəsinin dövlət vergi müfəttişi kiçik vergi xidməti müşaviri X6, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Audit idarəsinin Maliyyə institutlarının auditi şöbəsinin böyük dövlət vergi müfəttişi vergi xidməti müşaviri X9 tərəfindən "X17 X2 İhracat Sanayi Ve Ticaret Anonim Şirkəti"-nin Azərbaycan Respublikasindaki Filiali (VÖEN **********) üzrə səyyar vergi yoxlaması aparılmışdir. Yoxlama nəticəsində tərtib olunan akta əsasən filial tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 157 793.11 manat artıq hesablanması, 2018-ci il üzrə isə 1 827 133.42 manat azaldılması, ƏDV-nin 2017-ci il üzrə 168 360.02 manat azaldılması, 2018-ci il üzrə 401 949.49 manat azaldılması, 31620.17 manat artıq olmaqla 433 569.96 manat artıq hesablanılması, 2020-ci il üzrə isə 1 193 432.75 manat azaldılması, Əmlak vergisinin 2019-cu il üzrə 38.73 manat azaldılması müəyyən olunmuşdur. Ümumulikdə Səyyar vergi yoxlaması ilə yoxlanılan dövr ərzində büdcəyə çatası vergi məbləğinin 2 662 831,60 manat ( 1 827 133,42 - 157793,11 + 1 595 382,54 - 601 929,98 + 38,73 ) azaldımasının müəyyən edilmiş, eyni zamanda 2019-cu ili üçün zərər məbləğinin 113 691.10 manat manat bəyannamədə əks olunmadığı, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1 827 133,42 manat azaldılmasına görə 50 % miqdarında, yəni 913 566,71 manat, ƏDV-nin 1 595 382.54 manat azaldılmasına görə 797 691.27 manat, Əmlak vergisinin 38.73 manat azaldılmasına görə 19.37 manat olmaqla, cəmi 1 711 317.36 manat maliyyə sanksiyasının tətbiq olunması təklif olunmuşdur. - “Vergi ödəyiclsinin və ya sıgortaedənin vergi qanunvericiliyinin va ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********149970 №li Qərardan görünür ki, vergi ödəyicisinə 2 662 831.6 manat (3 020 604.9- 357 773.3) əlavə vergi hesablaması və 1 711 317.36 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir. Cavabdeh tələblər üzrə cavabdehlik daşıyan inzibati orqandır. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçı qərarların ləvği ilə yanaşı 2018-ci ilin iyul və dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin təqdim edilməsinə texniki şəraitin yaradılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir ki, tələblər bir-biri ilə bağlı olduğundan hazırki bir icraat çərçivəsində tələblərə baxılması əsaslıdır. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Apellyasiya şikayətinin “qərardan şikayət vermə müddətinin keçməsi” və bununla da iddianın mümkün sayılmaması ilə bağlı dəlilinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə müəssisə tərəfindən 2018-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsi təqdim olunmuş və daxil olmuş uyğunsuzluq məktubuna cavab olaraq xx.xx.2020-ci il tarixdə **********657100 nömrəli və xx.xx.2020-ci il tarixli **********657100 nömrəli məktublarla “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********858000 nömrəli Qərar qəbul edilərək yenidən 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanılmışdır. İddiaçı tərəfindən həmin qərardan şikayət verilsə də, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli **********344100 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış və xx.xx.2020-ci il tarixli **********269900 saylı qərarına əsasən həmin vergi məbləğini yenidən şəxsi hesab vərəqəsinə bərpa edilmişdir. Daha sonra iddiaçı İqtisadiyyat Nazirliyi yanında Apellyasıya Şurasına şikayət etmiş, xx.xx.2021-ci il tarixli 29 nömrəli qərara əsasən iddiaçının şikayəti təmin olunmamışdır. Cavabdeh mübahisələndirilə qərarın vergi orqanı tərəfindən həm elektron kabinetə, həm də xx.xx.2021-ci il tarixdə poçtla vergi ödəyicisinin ünvanına göndərildiyini, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci tarixdə qəbul edildiyini bildirsə də, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan və mübahisələndirilən qərarlar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır (maddə 70.2-1.3. ).Bununla yanaşı məhkəmə araşdırması zaman xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında vergi orqanı tərəfindən fililalın “online kargüzarlığı”na göndərilmiş sənədlərə baxış keçirilmişdir və həmin qərar online kargüzarlıqda da aşkar edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyasının iclaslarında vergi orqanının təqdim etdiyi poçt qəbzinə baxış keçirilmiş, bundan sonra cavabdehin nümayəndəsi də izahatında həmin zərfin xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən alındığını bildirmiş, apellyasiya şikayətində qeyd edildiyi kimi “xx.xx.2021-ci ildə” təqdim edilmə ilə bağlı hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı mövcud sonuncu qərar İqtisadiyyat nazirliyinin Apellyasiya şurasının qərarıdır. Həmin qərar da iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2021ci il tarixində elektron qaydada verilmişdir. Cavabdeh vergi orqanı isə əksini sübut edən mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin, mübahisələndirilən vergi məbləğləri ilə bağlı sonuncu qərar səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardır. Bu qərar ilə əvvəl mübahisləndirilən xx.xx.2020-ci il tarixli **********269900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara da yekun münasibət bildirilmiş, 30 günlük müddət pozulmadan dəqiqləşdirilmiş iddia ərizələri (xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli) məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.1-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. - 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. - 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. - 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyətləri və aydın olmayan məqamları vergi ödəycisinin xeyrinə şərh edilməlidir. - 12.3-cü maddəsinə əsasən vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) əlavə edilmiş dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. - 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. - 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallan aydınlaşdırmalıdırlar. - 37-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyət göstərdiyi məkana getmədən vergi ödəyicisinin fəaliyyəti (vergilərin hesablanması və ödənilməsi) haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında aparılır. - 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə iş gününə qədər artırıla bilər. - 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxdan xərc arasındakı fərq mənfəətdir. - 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. - 135.1-ci maddəsinə əsasən müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. - 135.2-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. - 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən biri vergi orqanı tərəfindən mənfəət vergisi üzrə hesablamanın kassa metodunu tətbiq etməklə gələn pul məbləğlərinə əsasən hesablanması ilə bağlıdır. Bu səbəbdən ayrı- ayrı dövrlər üzrə gələn pul məbləğləri ayrı-ayrılıqda vergi tutma obyekti yaratmış və ayrı dövrlər üzrə vergilər hesablanmışdır. Bununla bağlı Məhkəmə Kollegiyası bildirir ki, hazırki iş üzrə vergi tutma mənbəyi layihənin icrası ilə bağlı 2015-2016-cı illər üzrə görülmüş işlərdir. Belə ki, xx.xx.2020-ci il tarixli 004109 saylı “İstismara hazırlıq aktı”ndan görünür ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə- Tərtər yolunun təmiri və yenidən tikintisi xx.xx.2012-ci ildə başlanılmış və xx.xx.2016-cı ildə başa çatmışdır. Belə ki, "xxxx" ASC (sifarişçi) və Çexiya Respublikasnın “SaZ s.r.o.” şirkəti (icraçı) arasında xx.xx.2011-ci il tarixli ******* nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilədən görünür ki, 87.8 km uzunluğunda Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi Çexiya Respublikasının “SaZ s.r.o.” şirkətinə həvalə edilmişdir. Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi "SaZ s.r.o." şirkəti tərəfindən Türkiyə Respublikasının “X18 İnşaat X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nə (subpodratçı) həvalə olunmuş və şirkət bu işləri Azərbaycan Respublikasındakı Filialı vasitəsi ilə həyata keçirmişdir. "X16 X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirkəti“-nin Azərbaycan Respublikasındakı filialının əsasnamə üzrə əsas fəaliyyəti avtomobil yolları, yollar və küçələrin salınmasından ibarət olmuşdur. Müqaviləyə əsasən layihənin ümumi məbləği 447.058.824 (dörd yüz qırx yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EURO olmuşdur. Həmin məbləğin 15 %, yəni 67.058.824.00 (altmış yeddi milyon əlli səkkiz min səkkiz yüz iyirmi dörd) EUR "Azəryolservis” ASC tərəfindən, qalan 85%, yəni 380.000.000.00 (üç yüz səksən milyon) EURO Çexiya Respublikasının “Çeska Sporitelma a.s.” bankı tərəfindən ayrılmış kredit hesabına maliyyələşdirilmişdir. Podrat müqaviləsində tikintinin başa çatma müddəti xx.xx.2015-ci il tarixinə nəzərdə tutulmuşdur. Görünür ki, Baş ofis və “X22” Bankası arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən şirkətə 100 000 000,00 EURO kredit xətti ayrılmışdır. Baş ofis və filial arasında xx.xx.2014-cü il tarixdə “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma” imzalanmışdır. Həmin anlaşmanın 1.1-ci bəndində qeyd olunmuşdur ki, “Kürdəmir-Ucar-Yevlax-Tərtər”avtomobil yolunun tikintisi üçün bağlanılmış, xx.xx.2011-ci il tarixli, 1109201-SL-1 №li müqaviləyə əsasən yolun tikintisi zamanı maliyyə çatışmazılıqlarını aradan qaldırmaq üçün aralarında mövcud olan qarşılıqlı (Hierarxik) əlaqəyə görə, “Filial’ın “Baş Ofis”in törəmə müəssisəsi (alt kurumu) olduğunu nəzərə alaraq, həmçinin “X24 Zərər” prinsipli beynəlxalq işgüzar təcrübə əsas alınaraq, mövcud iqtisadi və maliyyə şəraitində mümkün olan hər növ risklərin önlənməsi məqsədiylə, “Tərəflər” qarşılıqlı olaraq 57 000 000 EUR maliyyə yardımı göstərilməsi və həmçinin xərclərin (maya dəyəri ilə) mənfəətsiz və zərərsiz təqdim edilməsi barədə razılıq əldə etmişlər. "xxxx" ASC tərəfindən “filial” a ödəniş olunduğu zaman, alınmış maliyyə yardımı “Baş Ofis”ə geri qaytarılacaqdır. İş materiallarına əlavə olunmuş bank hesablarından çıxarışlara əsasən həmin məbləğdən 2015-2016-cı illər ərzində 48 748 178.6 EURO (58 785 391,79 manat -o cümlədən xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üzrə 53 213 619.19 manat və xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə 5 571 772.60 manat) məbləğ Filialın bank hesablarına köçürülmüşdür. Bundan əlavə 18 aprel 2016-cı il tarixdə "xxxx" ASC, "SaZ s.r.o.” şirkəti və “X16 X2 İhracat Sanayi ve Ticaret Anonim" Şirkətinin AR-dakı filialı arasında AAY-196/2016 saylı 3 tərəfli müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən “Sifarişçi” "xxxx" ASC və “Podratçı” “SAZ s.r.o” şirkəti arasında imzalanmış ******* saylı xx.xx.2011-ci il tarixli və “SAZ s.r.o” şirkəti ilə layihədə subpodrat işlərini həyata keçirən “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı ilə imzalanmış 1109201-SL-1 saylı müqavilələrə əsasən Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidənqurulması və 4 zolaqlı yola təkmilləşdirilməsi layihəsi çərçivəsində tərəf kimi iştirak edən "SaZ s.r.o.” şirkətinin xx.xx.2016-cı il tarixli məktubla ******* saylı xx.xx.2011-ci il tarixli müqavilənin 9.9 və 9.14-cü bəndlərinə əsasən layihədən kənarlaşır və tikinti işləri, texniki və maliyyə məsələləri üzrə öhdəliklərini “Subpodratçı” “X16 X2 İhracat Sanayi ve Ticaret Anonim" A.Ş-yə verir və bundan sonra yuxarıda qeyd olunan layihə üzrə münasibətlər “Sifarişçi” və “Subpodratçı” (bundan sonra “icraçı”) arasında həll olunacaqdır. Həmin müqavilənin 2.3-cü maddəsinə əsasən “Sifarişçi” Azərbaycan Respublikası Tarif Şurasının 02 dekabr 2013-cü il tarixli 14 saylı qərarı ilə bitium və dizel yanacağının qiymətlərində edilmiş artımla bağlı layihənin dəyərində 57.246.255,0 EURO məbləğində yaranan qiymət fərqini “İcraçı”ya ödəyir. Təqdim olunmuş bank çıxarışlarından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2018-ci ildə 18 643 767,8 manat, xx.xx.2018-ci il tarixdə isə 21 095 834,75 manat, 6 154 255,87 isə ƏDV olmaqla cəmi 46 893 000.0 manat vəsait filiala ödənilmişdir. Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin cinayət işinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli məktuba əsasən "xxxx" ASC-nin filiala 23 000 000 EURO borcu mövcuddur. İş materiallarından müəyyən edilir ki, sözügedən vəsaitin 22 613 636,12 dolları “RETURN OF DEBT ACC TO STATEMENT” qeydi ilə və 1.481.750 EURO isə “X23 X20 X12” qeydi ilə, həmin dövrün valyuta məzənnəsi ilə 41.349.099,28 manatı Filial tərəfindən xx.xx.2014-cü il tarixli müqaviləninin 1.1-ci bəndinə əsasən Baş ofisə qaytarılmışdır. İş materiallarından müəyyən olunmuşdur ki, filial tərəfindən xx.xx.2018-ci il tarixində 2 000 000,00, xx.xx.2018-ci il tarixində 357 005.61, xx.xx.2018-ci il tarixində isə 3 797 250. 26 manat olmaqla, cəmi 6 154 255,87 ƏDV isə dövlət büdcəsinə ödənilmişdir. May 2015-oktyabr 2016-cı illəri əhatə etmiş xx.xx.2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən filiala 1 526 870.25 manat mənfəət və 7 662 162.67 manat ƏDV olmaqla 9 189 032.92 manat əlavə vergi məbləği və 4 594 516.46 manat maliyyə sanksiya olmaqla cəmi 13 783 549.38 manat hesablama aparılmışdır. Vergi ödəyicisi tərəfindən isə 2015-ci il üzrə təqdim olunmuş mənfəət vergisi bəyənnaməsində 53 213 619.19 manat və 2016-cı ilin mənfəət vergisi bəyənanməsində 5 571 772.60 manat məbləğ zərər hissədə qeyd olunmuşdur. Lakin səyyar vergi yoxlaması aktı ilə bu zərər tanınmamışdır. Bundan əlavə, iş materiallarından aydın görünür ki, may 2015-oktyabr 2016-cı illəri əhatə etmiş xx.xx.2017-ci il tarixli **********78928 nömrəli səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş xx.xx.2017-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən filiala 1526870.25 manat mənfəət və 7662162.67 manat ƏDV olmaqla 9189032.92 manat əlavə vergi məbləği və 4594516,46 manat maliyyə sanksiyası olmaqla cəmi 13783549,38 manat hesablama aparılmışdır. Qeyd edilən qərar məhkəmə qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarına əsasən iddia təmin edilməmişdir.Qərarda qeyd edilmişdir ki, yoxlama aparılan və yoxlamanın nəticələri üzrə qərar qəbul edilən dövrdə qüvvədə olan VM-nin 166-ci maddəsində qeyd edilmişdir kiİ, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi. Ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Bu Məcəllənin 166.1.1-ci və 166.1.2-ci maddələrində göstərilən müddətlərdən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat aşağıdakı vaxtlarda aparılmış sayılır: 166.1.1. Malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi vaxtda, 30 gündən sonra həyata keçirildikdə isə malların göndərildiyi və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxtda. Göründüyü kimi, vergilərin hesablanıb, ödənilməsi vaxtı kimi pulun ödənilmə vaxtı yox, işlərin yerinə yetirildiyi, xidmətlərin göstərildiyi vaxt müəyyən edilmişdir. Həmçinin, “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli Qərardadında müəyyən edilən hallardan biri odur ki, "Azəravtoyol'’ Açıq Səhmdar Cəmiyyəti, “SAZ s.r.o." şirkəti və Filial arasında 18 aprel 2016-cı il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, "SAZ s.r.o.” şirkəti layihədən kənarlaşdırılmış, bütün hüquq və ohdəliklər Filila keçmiş, "xxxx" ASC isə yaranmış qiymət fərqinin icraçıya ödənilməsi öhdəliyinin icrası qaydasında Filiala 2018-ci il ərzində 46 893 085.48 manat (ƏDV daxil olmaqla) məbləğində vəsait ödəmişdir. Lakin göstərildiyi kimi, vergi orqanı tərəfindən Filiala eyni layihə üzrə iki dəfə, yəni 2015-2016-cı illərdə Baş ofisdən Filiala daxil olmuş vəsaitə, eyni zamanda lahiyənin icrası ilə bağlı 2018-ci ildə "xxxx" ASC tərəfindən daxil olmuş vəsaitə görə vergi hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Bundan əlavə, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 №li ekspert rəyinin tədqiqat hissəsindən müəyyən edilənlər əsasında rəyin nəticəvi hissəsində aşağıdakılar qeyd olunmuşdur: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 166.1-ci maddəsinin 20152016-cı illərdə qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. İşlərin isə təqdim edilmiş iş materiallarına əsasən 2016-cı ilin sentyabr ayında başa çatması və bunun üçün filialın 2015-2016-cı illər ərzində dövlət büdcəsinə ödəməli vergi məbləğinin 9.189.032,0 manat olması müəyyən olunur. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, 9.189.032,0 manat məbləğ filial tərəfindən tam olaraq ödənilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsində açılmış xx.xx.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin xx.xx.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən xitam verilmişdir. 2015-ci ilin fevral ayından 2016-ci ilin sentyabr ayınadək Kürdəmir-Ucar-Yevlax-Bərdə-Tərtər yolununun qalan 21%-i “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin “X22” Bankasından götürdüyü kredit hesabına maliyyələşdirilmişdir (xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən). Baş ofis və filial arasında olan xx.xx.2014-cü il tarixli “Qarşılıqlı maliyyə yardımı və xərclərin təqdim edilməsi barədə anlaşma”ya əsasən 2015-2016-cı illər ərzində baş ofis tərəfindən filialın bank hesablarına 58 785 391,79 manat (48 748 178.6 EURO) köçürülmüş, daha sonra "xxxx" ASC 2018-ci ildə həmin vəsaitin əvəzinə filiala 46 893 000.0 manat qaytarmış və filial da öz növbəsində baş ofisə geri köçürmüşdür. 2015-2016-cı illər ərzində baş ofis tərəfindən filiala köçürülmüş 58 785 391,79 manat məbləğə görə, xx.xx.2017-ci il tarixli qərarla filiala cəmi 13 783 549.38 manat vergi məbləği hesablanmışdır. Vergi qanunvericiliyinə əsasən filiala köçürülmüş məbləğ artıq vergiyə cəlb edildiyindən, "xxxx" ASC-nin 2018-ci ildə filiala qaytardığı 46 893 000.0 manat təkrarən vergiyə cəlb oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmçinin işdə olan sənədlərin tədqiqindən görünür ki, sözügedən layihə 2016-cı ilin sentyabr ayında bitmiş, 2018-ci ildə layihə üzrə heç bir iş görülməmiş və həmin ildə "xxxx" ASC baş ofisə olan borcu filial vasitəsi ilə geri qaytarmışdır. Bu halda hər Göstərilənlərə əsasən 2015-2016-ci illər ərzində “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti” tərəfindən layihənin icrasına sərf olunmuş 58 785 391,79 manat (48 748 178.6 EURO) vəsait onun şəxsi vəsaiti hesab olunduğundan, həmin vəsaitin əvəzinə 2018-ci ildə "xxxx" ASC tərəfindən filiala ödənilmiş və filial tərəfindən də Baş ofisin borcunun qaytarılmasına yönəldilmiş 46 893 000,00 manat məbləğində vəsaitin təkrar vergiyə cəlb olunması əsassızdır. İkinci sualın cavabında və digər yuxarıda göstərilən xüsusatlar nəzərə alınmaqla qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2ci hissəsində qeyd edilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Həmçinin Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli Qərarına əsasən filiala 6 747 783.88 manat kameral qaydada mənfəət vergisi hesablanmışdır. Vergi orqanının xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasının nəticəsi haqqında qərarına əsasən həm kameral qaydada hesablanmış 6 747 783.88 manat vergi məbləği təsdiq edilmiş, həm də əlavə olaraq 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği hesablanmışdır. İşdə olan sənədlərdən görünür ki, Kürdəmir-Ucar-Yevlax-Bərdə yolunun təmiri və yenidən tikintisi işi 2016-cı ildə başa çatmış, bu layihə çərçivəsində “X17 X2 İhracat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialına vergi orqanının xx.xx.2017-ci il tarixli qərarı ilə 13 783 549.38 manat vergi və maliyyə sanksiyası məbləği hesablanmışdır. Sadalananlar əsasında filialın 2018-ci il ərzində əlavə vergiyə və vergini bir dəfədən artıq ödəməyə cəlb olunması üçün əsaslar mövcud deyildir. Yəni göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə və Vergi Məcəlləsinin 3.5ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli qərarla kameral qaydada hesablanmış 6 747 783.88 manat mənfəət vergisi və səyyar vergi yoxlaması əsasında xx.xx.2021-ci il tarixli qərarla əlavə hesablanmış 4 374 148.96 manat (mənfəət, ƏDV və maliyyə sanksiyası), cəmi 11 121 931.96 manat vergi məbləği əsaslı deyil. İş materiallarından görünür ki, “Azərbaycan Avtomobil Yolları X10 Hüquqi Şəxs tərəfindən filialın ƏDV depozit hesabına xx.xx.2018-ci il tarixdə ”3 355 932.20 manat, xx.xx.2018-ci il tarixində isə 3 797 250.26 manat vəsait köçürülmüşdür. Həmçinin filial tərəfindən xx.xx.2018-ci il tarixində 2 000 000.00 manat, xx.xx.2018-ci il tarixində 357 005.61 manat, xx.xx.2018-ci il tarixində isi 3 797 250.26 manat olmaqla cəmi 6 154 255.87 manat ƏDV (Əsas borcu) dövlət büdcəsinə ödənilmişdir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinin həmin vaxt qüvvədə olmuş redaksiyasına əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. İşdə olan sənədlərdən göründüyü kimi vergi orqanı xx.xx.2017-ci il tarixli SVY üzrə məsuliyyətə cəlb etmə qərarı ilə Vergi Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 166-cı maddəsinə əsasən filiala 2015-ci və 2016-cı illər üzrə 7 662 162.67 manat ƏDV hesablamış və filial tərəfindən həmin vəsait dövlət büdcəsinə ödənilmişdir. X14 Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsində açılmış xx.xx.2017-ci il tarixli ********* nömrəli cinayət işinə həmin baş idarənin xx.xx.2021-ci il tarixli qərarına əsasən borc məbləği ödənildiyindən (2018-ci ildə ödənilmiş 6 154 255.87 manat ƏDV+ 3 000 000 manat nağd qaydada) xitam verilmişdir. Xitam qərarında qeyd edilmişdir ki, filialın ƏDV üzrə vergi öhdəliyi 2015-2016-cı illər üzrə yaranır və filial tərəfindən ƏDV üzrə ödənilmiş məbləğlər həmin dövrə aid edilmişdir. 2018-ci ildə heç bir iş görülməmiş və sadəcə olaraq filial tərəfindən baş ofisə onun filiala 2015-2016-cı illər ərzində ödədiyi 58 785 391,79 manat (48 748 178.6 EURO) məbləğin 46 893 000.0 manatlıq hissəsi Baş ofisə geri halda, iki əməliyyatdan yalnız biri vergitutma obyekti ola bili həmin vaxt qüvvədə olan 166.1-ci maddəsinin redaksiyasına əsasən ƏDV 2015-ci və 2016-cı illər üzrə hesablanmışdır. Yuxarıda göstərilənlərə əsasən yəni 2018-ci ilin iyul və dekabr aylarında "xxxx" ASC tərəfindən filiala ödənilmiş vəsait borcun qaytarılması ilə əlaqədar olduğundan, cinayət işinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli qərara əsasən ƏDV üzrə öhdəliyin vaxtının 2015-2016-cı illər olduğu müəyyən edildiyindən və filial bu əməliyyatdan heç bir gəlir əldə etmədiyindən Vergi Məcəlləsinin tələblərinə əsasən filialın 2018-ci il üzrə hər hansı ƏDV öhdəliyi yaranmır. Rəyin təsviri hissəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin həmin (yəni 2015-2016-cı illərdə) vaxt qüvvədə olmuş 166.1-ci maddəsinə əsasən vergilər işlərin görüldüyü vaxt hesablanıb ödənilməlidir. Qeyd edilən qərar filial tərəfindən məhkəmədə mübahisələndirilmiş və Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(102)-1820/2020 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəmə qərarında Vergi Məcəlləsinin 166.1-ci maddəsinə istinad etmişdir. İşlər isə 2016cı ilin sentyabr ayında başa çatdığı üçün filialın vergi öhdəliyinin yaranmasının son müddəti 2016-cı ilin sentyabr ayıdır. Bu səbəbdən də filiala vergilər 2015-ci və 2016-cı illər üzrə hesablanmalıdır. 2018-ci il üzrə filialın vergi öhdəliyi yaranmadığından həmin dövr üzrə filiala hər hansı bir vergi hesablanmamalıdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, bildirilir ki, hazırkı ekspertiza zamanı xx.xx.2020ci il tarixli “İstismara hazırlıq” aktına istinadən layihə üzrə işlər xx.xx.2016-cı ildə yekunlaşdığından və 2018-ci ildə layihə üzrə heç bir iş görülmədiyindən filialın 2018-ci ildə mənfəət vergisi və ƏDV üzrə hər hansı bir öhdəliyi yaranmır. 2020 və 2021-ci illərdə təkrarən hesablanmış vergilər Vergi qanunvericiliyinə əsasən əsassız olduğu və filiala vergi orqanı tərəfindən 2017-ci ildə hesablanmış vergilər dövlət büdcəsinə ödənildiyi üçün (Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşadırılması Baş İdarəsinin ********* nömrəli cinayət işinin icraatına xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən), həmçinin "xxxx" ASC-nin filiala olan borcunun qaytarılması filialın gəliri hesab olunmadığından, filialın 2018-ci il üzrə dövlət büdcəsi qarşısında mənfəət və əlavə dəyər vergisi üzrə vergi öhdəliyi yoxdur. Məhkəmə Kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in: 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göründüyü kimi, 01 fevral 2022-ci il tarixli 9/9590 ekspert rəyində iş materiallarında olan maliyyə sənədlərindən savayi, iddianın əsaslı olduğunu təsdiq edən digər mötəbər dəlillərə Vergi Məcəlləsinin tələbləri baxımından düzgün qiymətləndirildiyi üçün rəy mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2018-ci il üzrə filiala xx.xx.2020-ci il tarixli kameral hesablama qərarında göstərilmiş 6 747 783.88 manat mənfəət vergisindən əlavə olaraq səyyar vergi yoxlaması aktının nəticələrinə əsasən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********149970 saylı Məsuliyyətə cəlb edilmə barədə qərarə əsasən də 1 827 133.42 manat əlavə mənfəət vergisi hesablanılmış, 913 566.71 manat isə maliyyə sanksiyası hesablanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 2018-ci il üzrə fililala mənfəət vergisinin hesablanması Azərbaycan Respublikası Konstitusiyasının 73.2-ci və Vergi Məcəlləsinin 3.5-ci maddələrinə ziddir. Apellyasiya şikayətinin Baş ofis tərəfindən çəkilmiş xərclərə görə heç bir sənədin təqdim edilməməsi ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından da aydın olduğu kimi baş ofis tərəfindən göndərilmiş vəsaitə görə Kürdəmir-Ucar-Yevlax- Bərdə-Tərtər yolunun təmiri və yenidən tikintisi başa çatdırılmış, bütün bank çıxarışları və müqavilələr də vergi orqanına təqdim edilmişdir. Bu hal mübahisələndirilmir. Yolun inşası xx.xx.2012-ci il tarixdə başlanılmış və xx.xx.2016-cı il tarixində başa çatdırılmışdır. Eyni zamanda 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 2015-ci ildə baş ofis tərəfindən daxil olmuş 53213619,19 manat və 2016-cı ilin mənfəət vergisi bəyannaməsində 5571772.60 manat məbləğ zərər hissədə qeyd olunmuşdur. Apellyasiya şikayətinin bir dəlili də səyyar vergi yoxlaması aktına əsasən ƏDV məbləğinin hesablanması ilə bağlı Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan sənədlərdən, işin hallarından da görünür ki, mallar 2015-2016-ci illər ərzində alınmışdır və sadəcə pulu 2018-ci ildə Azəryolservis ASC tərəfindən pul ödənildikdən sonra təchizatçılara ödənilmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması ilə maddi hüquq normaları ciddi şəkildə pozulmuşdur. Belə ki, hesablamaya əsas olmuş Vergi Məcəlləsinin 67.15-ci maddəsi xx.xx.2018-ci il tarixli qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmişdir. Aparılmış əməliyyatlar isə 2018-ci ildə baş vermişdir. Eyni zamanda səyyar vergi yoxlaması aktında 2018-ci il üzrə ƏDV-nin 401 949.79 manat az, 433 569.96 manat artıq hesablanması ümumilikdə il üzrə 31 620.17 manat artıq hesablanması qeyd edilsə də, az hesablamaya görə 200 974.90 manat maliyyə sanksiyasi hesablanmışdır. Az hesablamaya səbəb iyul ayı üzrə ƏDV bəyənanməsindəki əvəzləşməlirin vergi orqanı tərəfindən aylar üzrə dəyişdirilməsi olmuşdur. Belə ki, iyul ayında bank hesabına 18 643 773.45 manat, ƏDV depozit hesabına isə 3 355 932.20 manat daxil olmuş, 999 023.51 manat əvəzləşmə nəzərə alınmaqla 2 356 908.69 manat büdcəyə vergi hesablanılmışdır. Lakin əvəzləşmə üçün ödənilmiş məbləğlər də iyul ayında aparılmasına baxmayaraq, vergi orqanı həmin əvəzləşmələrin 401 949.79 manatını çıxararaq digər aylara (may üzrə 52 358.28 manat, avqust ayı üzrə 318 392.02 manat, oktyabr ayı üzrə 52 631.64 manat olmaqla cəmi 433 569.96 manat) artıq ödəmə yaratmışdır. Halbuki bank çıxarışları və ƏDV depozit hesabından çıxarışa əsasən ödənişlərin iyul ayında edildiyi aydın görünür. Eyni zamanda iyul ayına 200 974.90 manat maliyyə sanksiyası hesablamışlar (2018-ci il üzrə ƏDV depozit hesabından çıxarış və bank hesabından çıxarış əlavə olunur). Filiala artıq ödəmə yaratdıqları may, avqust və oktyabr ayları ərzində ƏDV depozit hesabı vasitəsi ilə digər vergi ödəyicilərinə ümumiyyətlə ödəniş edilməmiş və əvəzləşmə yaradacaq əməliyyat aparılmamışdır ( 24300 manat DGK-nə ödənilən istisna olmaqla). Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən “Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt” . Yoxlama dövrün ümumilikdə 1 595 382.54 manat ƏDV-nin az, 601 929.98 manat ƏDV-nin artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə 993 452.56 manat ƏDV hesablanmışdır. sanksiya 993 452.56 manata münasibətdə yox, 1 595 382.54 manata münasibətdə 797 691.27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir”. Göründüyü kimi maddənin tələbində ay üzrə az hesablamadan yox, azaldılmış və ya yayındırılmış vergi məbləğindən gedir. Vergi orqanı əsassız və qanunsuz olsa da 993 452.56 manat ƏDV yayınması “aşkar” etmiş lakin normanın tələbini pozaraq sanksiyanı 797 691.27 manat hesablamışdır. Göründüyü kimi ƏDV ilə bağlı da bütün hesablamalar Vergi qanunverciliyi və Konstitusiyanın müddəalarına ziddir. Bundan başqa apellyasiya şikayətində qeyd olunur ki, 1-ci instansiya məhkəməsi 2017 və 2019-cu illər üzrə mənfəət vergisi üzrə hesablamalara münasibət bildirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə xx.xx.2021-ci il tarixli məsuliyyət qərarı mübahisələndirilmişdir və həmin qərara əsasən qeyd olunan illər üzrə filiala mənfəət vergisi hesablanılmamışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması əsasları təsdiqedici sübutlarla nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim olunmamışdır. Vergi orqanı isə səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin etdiyini bildirmişdir. Həmin maddədə bildirilir ki, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması təyin edilə bilər. Göründüyü kimi bu maddə vergi orqanından mənbəyi bəlli məlumatların olması tələb olunur. Mövcud halda isə səyyar vergi yoxlaması mənbəyi bəlli məlumatların yoxlanılmasına görə açılmamışdır. Apellyasiya şikayətinin 2018-ci ilin iyul və dekabr ayları üzrə ƏDV bəyənnamələrinin verilməsinə texniki şərait yaradılması barədə tələbin mövcud olmaması ilə bağlı dəlilinə münbasibədə qeyd edilir ki, xx.xx.2021-ci il tarixində qeyd olunan hal ilə bağlı iddia ərizəsinə əlavə dəqiqləşmə verilmiş və məhkəmə prosesində həmin aylar üzrə ƏDV öhdəliyinin olmaması məhkəmə prosesində müzakirə olunmuşdur. Həmçinin qeyd olunan dövrlər üzrə vergi orqanı tərəfindən səyyar vergi yoxlaması aparıldığından və dövr yoxlama ilə əhatə olunduğundan bəyənnamə təqdim olunmasının texniki cəhətdən mümkün olmaması ilə bağlı tələbin əsası mövcuddur. 2018-ci il ərzində ƏDV hesabatı təqdim olunmuş 6 154 158.95 manat məbləğ şəxsi hesab vərəqəsində ödənilməmiş borc kimi yaranmışdır. Həmin məbləğə münasibətdə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkərnə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 9/9590 №li ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, filialın 2018-ci il üzrə büdcəyə ödənilməli ƏDV öhdəliyi mövcud deyildir, qeyd olunan texniki şərait yaradılmayacağı halda filialın yenidən dövlət büdcəsinə 6 154 158.95 manat əsas və ona hesablanılmış faiz borcu qalacaqdır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətində bildirilmişdir ki, idxal olunmuş mallara görə 247 106.3 manat ƏDV artıq əvəzləşdirilmiş, eyni zamanda müvəqqəti idxal olunmuş mallara görə əsassız ƏDV əvəzləşdirilmələri aparılmışdır. İş materiallarındakı sənədlərdən də görünür ki, filial tərəfindən 2017-ci il ərzində 940 366.99 manat, 2018-ci il ərzində isə 1 342 731.85 manat olmaqla cəmi 2 283 098.84 manat dəyərində mallar idxal olunmuşdur. Həmin malların 142 502.52 manatlıq hissəsi birbaşa sərbəst dövriyyə (gömrük kodu-400000) gətirilmiş, 2 140 596.32 manatlıq hissəsi isə müvəqqəti idxal rejimində idxal olunaraq sonradan sərbəst dövriyyəyə (gömrük kodu- 403100) buraxılmışdır. İdxal olunmuş qeyd olunan mallar "X21 və Ticarət Anonim Şirkətinin" AR-dakı filialına 2 315 160 manata HO 076451 saylı elektron vergi hesab fakturası əsasında satılmışdır. Belə olan halda mallar sərbəst dövriyyəyə buraxıldığı üçün aparılmış əvəzləşdirmələr əsaslı olmuşdur. Lakin səyyar vergi yoxlamasi ilə 2 283 098.84 manatlıq malın 1 372 812.88 manatlıq hissəsi "X21 və Ticarət Anonim Şirkətinin" AR-dakı filialına təqdim edilmə nəzərə alınmadan mal qalığı kimi qiymətləndirilərək Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən 2020-ci ilin oktyabr ayına 247 106.3 manat ƏDV hesablanmışdır. Hesablamaya əsas olmuş Vergi Məcəlləsinin 67.15-ci maddəsi xx.xx.2018-ci il tarixli qanunla əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmişdir. Bu səbəbdən də hesablanmış 247 106.3 manat ƏDV və 123 553.15 manat maliyyə sanksiyası Vergi Məcəlləsinin 67 və Konstitusiyanın 149.7-ci maddələrinə ziddir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər hazırda mübahisələndirilən qərarların ləğv olunması üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1344/2022 saylı, 25 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-2001/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2001/2022
08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver