Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2003/2025 23.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1066/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli və xx.xx.2019-cu il tarixli **********8634 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında", xx.xx.2020-ci il tarixli, **********395600 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarlar ilə yazılmış cərimənin ümidsiz borc hesab edilərək ləğv edilməsi, 2980,70 manat cərimə borcunun silinməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək hazırkı inzibati iş üzrə cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsi tərəfindən əsassız olaraq **********395600 nömrəli, xx.xx.2019-cu il tarixli, **********8634 nömrəli xx.xx.2019-cu il tarixli, **********8636 nömrəli qərarların icraya yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli, **********750700 saylı qərar qəbul edilmişdir. İddiaçıya hesablanmış borclar 2019-cu il dövrü əhatə edir. Bundan əlavə, həmin borcun hesablanmasından 5 ildən artıq müddət keçir. İddiaçı 19 noyabr 2019-cu ildə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğuna görə ilkin olaraq vergi orqanı tərəfindən cərimə edildikdən sonra barəsində məhkəmə hökmünə əsasən həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra məhkəmə icraçısı tərəfindən icra vərəqəsinə əsasən vergi cəriməsinin ödənilməsi haqqında ona bildiriş gəldikdə o, buna haqlı etiraz edərək Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək eyni əmələ görə cəza növünün ən ağır formasını, yəni azadlığın məhdudlaşdırılması olduğundan cərimənin silinməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2- 1(112)-6297/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Bu qərardaddan narazı qalaraq Bakı şəhər Apellyasiya Məhkəməsinə şikayət verərək onun ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(112)-6297/2020 saylı qərardadı ləğv edilmişdir. Sonradan Bakı şəhəri, Səbail rayon icra şöbəsindən iddiaçının telefonuna vergi orqanına 2980,70 manat borcunun olmağı barədə elektron bildiriş göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1066/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1066/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh məhkəməyə “Elektron kabinet” vasitəsilə yazılı ərizə ünvanlayaraq iş üzrə icraata xitam verilməsini və həmçinin hazırda mübahisələndirilən borc məbləği silindiyini və təqdim edilmiş vəsatəti nəzərə alaraq, inzibati işə iştirakları olmadan baxılmasınİ xahiş etmişdir. Vəsatətə mübahisələndirilən borcun silinməsinə dair şəxsi hesabdan çıxarış əlavə edilmişdir. Məhkəmə Kollegiyasının iclasında tərəflər iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 67.3-ci maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Vəsatət təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun ümüdsüz borc hesab edilərək silinməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, iş üzrə icraata xitam verilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2003/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2003/2025
23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver