Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2004/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə; İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X2 iştirakıı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)- 1739/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin şikayəti (07 iyul 2020-ci il, qeydiyyat nömrəsi **********) ilə əlaqədar DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyinin əsassız hesab edilməsi; onun 03 iyun 2020-ci il tarixli **********11 nömrəli bildirişinin ləğv edilməsi və İddiaçı ASC-nin texniki pasportunun və İddiaçı ASC üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin tərtib edilməsi və İddiaçı ASC-yə təqdim edilməsi barədə cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı ASC Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən əmlak kompleksinə "xxxx" ASC-nin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın, həmin əmlak kompleksinin texniki pasportunun və yerləşdiyi torpaq sahəsinin planının və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC yenidən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) göstərilmiş AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən ümumi sahəsi 13.511,0 (on üç min beş yüz on bir) kv. metrdən ibarət olan əmlak kompleksinə (3.665 kv. metr tikililər və 9.846 kv. metr qurğularla birlikdə tikilinin sahəsi) dair İddiaçı ASCnin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın və həmin əmlak kompleksinə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-1739/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq əmlak kompleksi kimi müəssisəyə dair İdarəyə təqdim edilmiş səhmdar cəmiyyət haqqında məlumata əsasən tikililərin ümumi sahəsi 13.511,0 kv.m, torpaq sahəsi 26.188 kv.m göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə planında (emissiya prospekti) tikililərin ümumi sahəsi 13.511,0 kv.m olsa da, lakin digər 9.846 kv.m sahə avadanlıqların ümumi sahəsidir və daşınar əmlakdır və həmin avadanlıqlar faktiki olaraq hal-hazırda mövcud deyil. Faktiki (mövcud) tikililərin ümumi sahəsi 3.923,0 kv.m-dir. İlkin özəlləşmə anına olan eskiz layihəyə əsasən tikililərin ümumi sahəsi 3.665,0 kv.m, torpaq sahəsi isə 27.477,1 kv.m təşkil edir. Belə ki, “A1”, “В”, “C1”, “P”, “K” və “L” saylı tikililər özəlləşdirmə anında mövcud olmadığından tərtib edilmiş eskiz layihəyə daxil edilməmişdir. Müvafiq ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinə dair qanunvericiliklə tələb olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Həmçinin, emissiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti İdarəyə təqdim edilməmişdir. Bundan əlavə, emissiya prospektində tikili və avadanlıqlar barədə ayrıayrılıqda məlumat yoxdur. Həmçinin, müvafiq ünvanda 4 məcburi köçkün ailəsi məskunlaşmışdır. Bundan başqa, İdarənin elektron kadastr baza məlumatlarına əsasən müvafiq ünvanda yerləşən torpaq sahəsi Dövlət Neft Şirkətinə ayrılmış ərazinin hüdudları daxilində yerləşir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-1739/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-1739/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – 9.846 kv. m qurğularla birlikdə tikilinin sahəsinə dair İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə çıxarışın və həmin hissəyə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qərar qəbul olunmaqla iddia təmin olunmamalı, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23.01.1998-ci il tarixli 133 saylı sərəncamının surətindən görünür ki, Komitə tərəfindən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 02.12.1997-ci il tarixli “Tikinti Kompleksinin İnhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Fərmanın icrasının təmin edilməsi üçün ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyasında yerləşən 6 saylı avtomobil nəqliyyatı müəssisəsinin əsasında İddiaçı ASC-nin yaradılması, onun nizamnamə və özəlləşdirmə planının (Emissiya prospekti) təsdiq edilməsi qərara alınmışdır. - Səhmdar Cəmiyyətinin təsis sənədlərinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı ASC hüquqi şəxs kimi 19.02.1998ci il tarixdə D- 2520 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, daha sonra 24.01.2020-ci il tarixdə isə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X1 İdarəsi tərəfindən qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. Cəmiyyətin hüquqi ünvanı və olduğu yer ünvan Ərazi İdarəsi tərəfindən verilmiş **********11 №li 03.06.2020-ci il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyasında yerləşən əmlak kompleksi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair 01.05.2020-ci il tarixli ********** nömrəli ərizəyə baxılmışdır Təqdim edilmiş səhmdar cəmiyyəti haqqında məlumata əsasən tikililərin ümumi sahəsi 13.511,0 kv. metr, torpaq sahəsi 26.188 kv. metr göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə planında tikililərin ümumi sahəsi 3665,0 kv. metr təşkil edir (digər 9.846 kv. metr sahə avadanlıqların ümumi sahəsidir), faktiki isə tikililərin ümumi sahəsi 3923 kv. metr torpaq sahəsi isə 27.477,1 kv. metr təşkil edir. Həmçinin emisiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi məqsədə uyğundur. Bundan əlavə emisiya prospektində tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda məlumat yoxdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş **********61 №li 25 iyun 2020-ci il tarixli məktubda göstərilmişdir ki, cəmiyyətin əmlak kompeksinə daxil olan tikililərin ümumi sahəsi 13511,0 kv. metr, torpaq sahəsi 2,6188 ha göstərilsə də, arxivdə mövcud olan ilkin özəlləşmə sənədlərində tikililərin ümumi sahəsi 3.665,0 kv. metr göstərilmişdir. Lakin mütəxəssislər tərəfindən yerində aparılmış yoxlama-ölçü işləri nəticəsində tikililərin faktiki ümumi sahəsinin 3.923,0 kv. metr, torpaq sahəsinin isə 2,7448 ha olduğu müəyyən edilmişdir. Arxivdə mövcud olan ilkin özəlləşmə sənədlərindəki göstəricilərlə faktiki ölçülər arasında uyğunsuzluq olduğundan əmlak kompeksinə dair texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Adıçəkilən əmlak kompleksinin emissiya prospektinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti İdarəyə təqdim ediləcəyi təqdirdə məsələyə qanunvericiliyin tələblərinə müvafiq qaydada baxılacaqdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 02 mart 2021-ci il tarixli məktubla həm məhkəməyə, həm də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunmuş “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Bakı Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin və tikililərin faktiki yerləşmə vəziyyətini əks etdirən 05.02.2021-ci il tarixli sxemdə (mütəxəssis rəyi) səhmdar cəmiyyətə məxsus ümumi sahə 28.842 kv. metr (1 № li inzibati tikili 535 kv.m; 2 № li tikili 1.143 kv.m. 3 № li tikili 682 kv. m kimi qeyd olunmaqla; 4,5,6,7,8,9,10 №li tikililərin sahələri qeyd olunmamışdır) kimi göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli 10/3931 saylı ekspert rəyindən görünür ki, ekspert belə nəticəyə gəlmişdir ki, “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Bakı LayihəTədqiqat İdarəsi tərəfindən tərtib olunmuş torpaq sahəsinin və tikililərin faktiki yerləşmə vəziyyətini əks etdirən sxemə əsasən, İddiaçı ASC-yə məxsus əmlak kompleksinin (tikili və torpaq sahəsi birlikdə) ümumi sahəsi 28.842 kv. metr təşkil edir. Mübahisəli ərazidə yerləşən inzibati bina və digər iki yararlı tikilinin yerləşdiyi sahə 2.360 kv. metr təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC tərəfindən hazırda faktiki istifadəsində olan əmlak kompleksi (torpaq və üzərində olan tikili sahələri) üzrə hansı zəbt olunma hallarına yol verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır. - İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə əsli təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) qeyd olunan Cəmiyyətin əmlakına dair məlumatlardan (tikili və avadanlıqlar barədə ayrı-ayrılıqda) müəyyən olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən iddiaçı Cəmiyyətə aid ümumi torpaq sahəsi 26.188 kv. metr təşkil edən ərazidə sahəsi 13.511,0 (on üç min beş yüz on bir) kv. metrdən ibarət olan daşınmaz əmlak kompleksi (Tikilinin binalarla birlikdə sahəsi 3.665 kv. metr (o cümlədən: istehsalat 2.563 kv.m., anbar 552 kv. m., köməkçi sahə 545 kv.m.); qurğularla birlikdə tikilinin sahəsi 9.846 kv. metr (o cümlədən: təchiz edilmiş açıq dayanacaqlar 5.500 kv.m.) mövcuddur. Azərbaycan Respublikası Prezidentinin 19 may 1998-ci il tarixli, 705 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan açıq tipli səhmdar cəmiyyətlərinin səhmlərinin buraxılışı və qeydiyyatı haqqında Əsasnamə”nin 7ci bəndində göstərilmişdir ki, “Emissiya prospekti” dövlət proqramında və ona müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada hazırlanır və Dövlət Əmlak Komitəsi tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 23 yanvar 1998-ci il tarixli 133 saylı sərəncamı ilə təsdiq olunmuş “Özəlləşdirmə planı”nda (emissiya prospektində) göstərilmiş AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ stansiyası ünvanında yerləşən ümumi sahəsi 13.511,0 kv. metrdən ibarət olan əmlak kompleksinin 3.665 kv. metr tikililər hissəsinə dair İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınaraq, bu barədə vahid çıxarışın və həmin hissəyə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsində iddianı təmin etməklə düzgün qərara gəlmişdir. Belə ki, iddianın həmin hissədə qanuni və əsaslı olması iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsalandırılmışdır. Lakin iddia 9.846 kv. metr qurğularla birlikdə tikilinin sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə çıxarışın və həmin hissəyə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində qanuni və əsaslı olmadığından məhkəmə həmin hissədə iddianı təmin etməklə yalnış qərara gəlmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən edilmişdir ki, 9.846 kv.m sahə avadanlıqların ümumi sahəsidir, daşınar əmlakdır və həmin avadanlıqlar faktiki olaraq hal-hazırda mövcud deyil. İş materiallarında olan mübahisəli sahənin fotoşəkillərinə əsasən də qeyd olunan məsələ öz təsdiqini tapır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi 9.846 kv.metr qurğularla birlikdə tikilinin sahəsinə dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə çıxarışın və həmin hissəyə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-1739/2021 saylı qərarı qismən – 9.846 kv. metr qurğularla birlikdə tikilinin sahəsinə dair İddiaçı açıq səhmdar cəmiyyətinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq, bu barədə çıxarışın və həmin hissəyə dair texniki pasportun tərtib olunmaqla verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv olunsun. Həmin hissədə yeni qərar qəbul olunsun. İddia həmin hissədə təmin olunmasın. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2004/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2004/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver