Məhkəmə qərarları › İş №2-1(103)-2005/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2005/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2005/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun üzrə ixtisasın tanınması və şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(112)-2175/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsildə X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 28 iyul 2023-cü il tarixli NA00014451 nömrəli Qərarının ləğv edilməsi və İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınması (kvalifıkasiya - iqtisadçı, ixtisas - maliyyə və kredit Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 20 iyun 2002-ci il tarixli ИВС ******* nömrəli diplom, qeydiyyat nömrəsi 1645) və tanınma şəhadətnaməsinin təqdim etməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi İddiaçı xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina etmişdir. Cavabdeh bu barədə 28 iyul 2023-cü il tarixli NA00014451 nömrəli Qərar qəbul etmişdir. Cavabdeh öz qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Aşağıdakı səbəblərə görə cavabdehin qeyd olunan inzibati aktı qanunsuz və əsassızdır. İddiaçı 1997-ci ildə Dağıstan Dövlət Universitetinə daxil olmuş, 2002-ci ildə həmin təhsil müəssisəsində təhsili başa vurmuşdur və ona ИВС ******* nömrəli diplom verilmişdir (qeydiyyat nömrəsi 1645). Dövlət İmtahan Komissiyasının 20 iyun 2002-ci il tarixli qərarı ilə iddiaçıya maliyyə və kredit ixtisası üzrə iqtisadçı kvalifikasiyası verilmişdir. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, İddiaçı Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli il tarixli, ИВС ******* nömrəli diplomun və verilən ixtisasın tanınması və ekvivalentlik (kvalifikasiya) haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2175/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyası “Dağıstan Dövlət Universiteti” tərəfindən ona verilmiş xx.xx.2002-ci il tarixli, ИВС ******* nömrəli bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının kvalifikasiyasının tanınmasından ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərməsi səbəbinə görə imtina edilmişdir. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lisenziya almalı, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ali təhsil müəssisələri (o cümlədən, xarici ali təhsil müəssisələrinin filial və nümayəndəlikləri) müvafiq qaydada akkreditasiyadan keçməlidirlər. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın (bundan sonra - Qaydalar) 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması tanınmaya dair tələblər arasında göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təl xüsusi razılıq(lisenziya) verilməsi qaydalarının 4-cü bəndinə əsasən xarici hüquqi şəxslərin filialları öz ölkələrində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, onlar həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Təbii ki, xarici ali təhsil müəssisələrinin filiallarının fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmasaydı Azərbaycan Respublikası Nazirlər Kabineti də 1998- ci il 19 may tarixli 112 nömrəli qərarı ilə təsdiq etdiyi Qaydalarda belə bir tələbi təsbit etməzdi. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"ın 2 nömrəli əlavəsində ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Məhkəmə nəzərə almalıdır ki, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Belə ki, 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosesində əsasən vacib element olaraq tədrisin məhz digər Tərəfin qəbul etdiyi müəssisədə təşkil olunduğunu əsas götürür və X4 bölməsində ali təhsil müəssisəsinin anlayışı verilərkən müəssisənin səlahiyyətli qurum tərəfindən tanınırlığı və ali təhsil sisteminin bir tərkib hissəsi olmasını əsas kimi qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1-ci və 73.3.2- ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar iş üzrə qərarının (xx.xx.2021-ci il tarixli, 2-1 (102)- 1567/2021 saylı iş üzrə qərar) 43-cü bəndində qeyd etmişdir ki, iddiaçının təhsil aldığı müəssisənin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyinə görə iddiaçıya verilən ali təhsil diplomu tanına bilməz. Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(112)-2175/2024 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi - ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. Məhkəmə bu müddəanı nəzərə almadan ərizəçinin təhsil aldığı müəssisənin müvafiq lisenziya əldə etməməsinə və akkreditasiyadan keçməməsinə baxmayaraq iddia tələbini təmin etmişdir. Ərizəçinin təhsil aldığı müddətdə qüvvədə olan “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin və onları verən icra hakimiyyəti orqanlarının siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növünə aid edilmişdir. Lakin ərizəçinin təhsil aldığı müəssisənin təhsil fəaliyyəti göstərməsi üçün müvafiq lisenziya əldə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydaların 1.5-ci bəndinə əsasən xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Ərizəçinin təhsil aldığı illərdə qüvvədə olmuş həmin qaydalara edilmiş 2 nömrəli əlavənin 17.3-cü bəndinə əsasən ali təhsil müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi tanınmaya dair ümumi tələblərə aid olması bir daha vurğulanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan”mn 3.10.1-ci yarımbəndinə əsasən bu qaydaların 4.1 -ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması kvalifikasiyanın tanınmasından imtina etmək üçün əsasdır. Məhkəmə qərarının 9-cu səhifəsində mövqeyini əsaslandırmağa çalışarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmiş, həmçinin Prezidentin “Bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli fərmanı ilə xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alınması nəzərdə tutulmadığını göstərmişdir. Baxmayaraq ki, “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş fəaliyyət növlərinin siyahısında sıra nömrəsi 26 olan “Ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil, təlim-tərbiyə müəssisələrinin fəaliyyəti üçün razılıq tələbi göstərilmişdir. Məhkəmə bundan başqa, qərarının (10)-cu səhifələrində iddia tələbinin təmin olunmasına dair mövqeyini əsaslandırması üçün "Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya"ya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanununa istinad edir ki, sözügedən Konvensiyada xarici kvalifikasiyaların tanınması deyil, sənədlərdə olan imzaların həqiqiliyinin təsdiqi məsələləri tənzimlənir. Cavabdeh təqdim olunan diplomun həqiqiliyini yox, alınmış kvalifikasiyanın tanınmasından imtina etmişdir. Məhkəmə qərarının 11-12-ci səhifələrində Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ nömrəli qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi adlar, elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində” əməkdaşlıq haqqında Sazişə istinad etmişdir ki, bununla bağlı qeyd etmək yerinə düşər ki, həmin saziş razılığa gələn tərəfləri xarici diplomların tanınması zamanı tələb olunan dövlətin qanunvericiliyinə və tələblərinə uyğun olduğu halda tanıyır və razılığa gələn tərəfləri tanınma ilə bağlı müvafiq tədbirlərin görülməsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərini pozaraq cavabdeh orqanın iddiaçının təhsil aldığı illərdə bu kimi qanuni əsas olmadan fəaliyyət göstərən ali təhsil müəssisələrinin filiallarının fəaliyyətinin qarşısının alınması üçün hansı işləri gördüyünü araşdırmamışdır. Belə ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəb rektorlarına və təhsil müəssisələrinin rəhbərlərinə göndərilən məktublarla (surətləri əlavə olunur) səlahiyyətli qurumun sözügedən istiqamətdə bir sıra işlər aparması müəyyən olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.3.1 -ci və 73.3.2-ci maddələrinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə və ya inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Lakin məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydada qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyini tam nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1 (102)-1567/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli (X3 oğlu Təhsildə X1rşı; səhifə 9-10, bənd 40,43,48) qərarında qeyd olunur ki, 1 saylı Bakı Yerli İqtisadi Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, müvafiq ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyətə başlamış və fəaliyyət göstərmişdir. Ona görə də onun fəaliyyəti qanunauyğun hesab edilə bilməz və bu fəaliyyət dayandırmalıdır. Eyni zamanda iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialı Azərbaycan Respublikasında yuxarıda sadalanan normativ hüquqi aktlarda göstərilən qaydada dövlət qeydiyyatına alınmadan və lisenziyası olmadan fəaliyyət göstərdiyindən iddiaçıya verilən ali təhsil diplomu da tanına bilməz. Həmçinin iddiaçının ali məktəbi onun fəaliyyəti dayandırılana qədər bitirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə ali təhsil müəssisənin Bakı filialı qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan qanunsuz olaraq fəaliyyət göstərdiyindən şikayətin dəlili üçün əsas sayıla bilməz. Birinci instansiya məhkəməsi sözügedən qərarda göstərilən mövqeyi nəzərə almadan 1 saylı Yerli İqtisad Məhkəməsinin 2007-ci ildə Təhsil Nazirliyinin iddiasını qismən təmin etməsinə və bir sıra digər qərarlara istinad etməklə bu iş üzrə iddianı təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)- 265/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli, 2-1(102)- 251/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qərarlar) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyəti olmasını vurğulamışdır. Məhkəmə qərar qəbul etdikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-821 /2022 nömrəli qərarının 33-cü bəndində qeyd olunmuş məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yolverilməzliyini nəzərə almamışdır. Lakin məhkəmə bu tələblərə heç bir əsas vermədən yalnız iddiaçının ali təhsil haqqında sənəd əldə etməsini əsas gətirərək iddianın təmin edilməsi haqqında əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: - 27.1-ci maddəsinə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. - 27.4-cü maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. - 29.0.21-ci maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biridir. - 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.27- 8.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin təsdiq edilməsi haqqında 4 iyun 2010-cu il tarixli 104 saylı qərarının 1.5-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının1.6-cı maddəsinə əsasən bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Əsas (baza ali) tibb təhsili səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 5-6 ildir. Təhsilin normativ müddəti ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə təhsilin müddəti təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Əsas (baza ali) tibb təhsili yalnız əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) təhsilalma forması ilə həyata keçirilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın: - 4.1-ci bəndinə əsasən tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). - 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. - 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzərə alınır. 6.1-ci bəndinə əsaən peşə tanınması yalnız ali təhsil üzrə kvalifikasiyalara münasibətdə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənin tələbi ilə tətbiq edilir. 6.2-ci bəndinə əsasən, bu Qaydaların əlavəsində nəzərdə tutulan peşələrə aid ixtisasların peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə uyğunluğu müəyyən edilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Agentliyin sifarişi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin (bundan sonra – DİM) təşkil etdiyi sınaq imtahanında müvəffəqiyyət qazanması (keçid balının toplanması) tələb olunur. Sınaq imtahanının məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Agentliklə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Ərizəçinin bu Qaydaların əlavəsində nəzərdə tutulan tibb və səhiyyə ixtisasları üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi tələblərə uyğunluğu isə bu sahədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydaya əsasən müəyyən edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının təhsil aldığı istiqamət üzrə təhsil müddəti və təhsil formasının Azərbaycan Respublikasında yol verilməməsini mübahisələndirməmiş, həmçinin iddiaçıya məxsus diplomda verilən hüquqların Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olması mübahisə doğurmamışdır. Cavabdeh inzibati orqan yalnız iddiaçının təhsil aldığı ali təhsil müəssisəsinin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyini, yəni Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən fəaliyyət göstərdiyini bildirməklə imtina cavabı vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı Dövlət Attestasiya Komissiyasının xx.xx.2002-ci tarixli qərarı ilə ona “Maliyyə və kredit” ixtisası üzrə (ixtisas- İqtisadçı) ona ilə Dağıstan Dövlət Universiteti tərəfindən xx.xx.2002-ci il tarixli ИВС ******* nömrəli (qeydiyyat nömrəsi 1645) diplom verilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Dövlət Attestasiya Komissiyasının xx.xx.2002-ci il tarixli qərarı ilə Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş ИВС ******* nömrəli diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universitetində “Maliyyə və Kredit” fakültəsində iqtisadçı ixtisası üzrə, proqramın mənimsəmə müddəti 5 il olmaqla təhsil almışdır. xx.xx.2002-cı il tarixli diploma əlavədə iddiaçının təhsil müddətini uğurla başa vurduğu tam olaraq sübuta yetirir. Həm diplom, həm də diploma əlavə Astarxan şəhəri Astarxan vilayəti Elm və Təhsil Nazirliyi tərəfindən 224284 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına uyğun olaraq “apostil” olunaraq, leqallaşdırılmışdır. Dağıstan Dövlət Universiteti üzrə 895-C nömrəli Əmrdən çıxarışdan görünür ki, 20.oktyabr 1997-ci il tarixdə qəbul komissiyasının qərarına əsasən, qəbul imtahanlarının müsbət şəkildə vermiş Azərbaycan Respublikası vətəndaşı İddiaçı müqavilə əsasında DDU-nin Bakı Humanitar Tədris Mərkəzinin “Maliyyə və kredit” ixtası üzrə 1-ci kursa qəbul edilib. Dağıstan Dövlət Universiteti üzrə 951-C nömrəli Əmrdən çıxarışdan görünür ki, xx.xx.1999-cu il tarixdə DDU-nin Bakı şəhərində filalının “Maliyyə və kredit” ixtisası üzrə qiyabi şöbənin 2-ci kurs tələbəsi İddiaçı yaya imtahan sesiyasının nəticələrinə əsasən 1998/99 tədris ikində 3-cü kursa keçirilmişdir. Dağıstan Dövlət Universiteti üzrə 1623-C nömrəli Əmrdən çıxarışdan görünür ki, Dövlət İmtahan komissiyasının qərarına əsasən, Ağayarov X5 Dövlət Universitetini bitirmiş hesab olunmuş və ona Maliyyə və kredit ixtisası üzrə diplom verilmişdir. Bundan başqa RF Elm və Ali Təhsil Nazirliyi Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xxxx/3804 nömrəli “Arxiv arayışında” qeyd edilmişdir ki, İddiaçı (1977-ci il təvəllüdlü) qəbul komissiyasının qərarı ilə 20 oktyabr 1997-ci il tarixdən (xx.xx.1997-ci il tarixli, 895-c nömrəli əmri) Dağıstan Dövlət Universitetinin Bakı Humanitar Tədris Mərkəzinin ödənişli qiyabi şöbənin maliyyə və iqtisadiyyat fakültəsinin 1-ci kursuna qəbul edilib. Dövlət Attestasiya Komissiyasının 18 iyun 2002-ci il tarixli (xx.xx.2002-ci il tarixli, 1623-c § 2 xx.xx.2002-ci il tarixli bənd İİ) qərarı əsasında DDU-nin Bakı şəhərində filialının “Maliyyə və kredit” ixtisası üzrə qiyabi təhsil forması tələbəsi İddiaçı “iqtisadçı” ixtisası verilmiş və HBC N° ******* nömrəli, qeydiyyat nömrəsi 1645 olan diplom verilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2007-ci il tarixli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi ilkin olaraq məhkəmədə cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyətinin dayandırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehin fəaliyyətə başladığı gündən hal-hazırkı dövrə qədər verilmiş təhsil sənədlərinin etibarsız hesab edilməsinə dair də qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Dağıstan Dövlət Universitetinin Ə.Əliyev adına Bakı filialının fəaliyyəti dayandırılmış, iddia qalan hissələrdə rədd olunmuş və cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmişdir. Həmin məhkəmə qərarı ilə filial tərəfindən 2007-ci ilədək verilmiş diplomlar, o cümlədən hazırkı işdə iddiaçı olan İddiaçı Rusiya Federasiyası Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş 20 iyun 2002ci il tarixli ИВС ******* nömrəli diplom məhkəmə tərəfindən etibarsız hesab edilməmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bununla bağlı iddiası rədd olunmuşdur. Deməli, həmin diplom hazırda etibarlıdır və qüvvədədir. Həmçinin, 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsi ilə Təhsil Nazirliyinə hətta cavabdeh müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilmələri həvalə edilmişdir. Bununla da əslində hüquqi dövlət və şəxsin etimad hüququnun qorunması prinsiplərinə uyğun olaraq həmin məhkəmə qərarı ilə fəaliyyəti dayandırılana qədər təhsil müəssisəsinin fəaliyyətinin və həmin dövrə qədər onun tərəfindən verilmiş təhsil sənədlərinin legitimliyi təsdiq olunmuşdur. Göründüyü kimi həmin təhsil müəssisəsində təhsil alan tələblərin təhsil aldığı dövrlər qanuni sayılmış, buna görə də filialın fəaliyyəti dayandırılıqdan sonra onlara təhsillərini başa vurmalarına şərait yaradılmışdır. İşin hallarından da aydın olduğu kimi, İddiaçı sözügedən Universitetin Bakı filialında 1997- 2002-ci illər ərzində, yəni filialın fəaliyyəti 20 iyun 2007-ci il tarixdə məhkəmə qətnaməsinə əsasən dayandırılmamışdan əvvəl oxumuşdur. Hazırki halda cavabdehin imtinası eyni təhsil müəssisəsində təhsil alan şəxslər arasında ayrı-seçkiliyin qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarlarda da hüquqi mövqe bu cür əsaslandırılmışdır ( 2-1(102)-1761/2020 saylı 30 sentyabr 2020-ci il tarixli və 2-1(102)-1671/2021 saylı xx.xx.2021-ci il tarixli Qərarlar). Məhkəmə kollegiyası onu da nəzərə alır ki, hazırkı iddia “məcburetmə haqqında iddia” olduğundan inzibati aktın qəbul edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda hazırkı işdə iddiaçı xeyrinə müvafiq inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə bu sübutetmə iddiaçı tərəfindən yerinə yetirilsə də, cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(112)-2175/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar