Məhkəmə qərarları › İş №2-1(103)-2006/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2006/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2006/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X3) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-858/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH qarşı «iddiaçıya söküntü ilə bağlı kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Bakı şəhəri, Akadekmik A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin 1 otağı və onun köməkçi sahələri xüsusi mülkiyyətində olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün aparılan söküntü zonasına düşür və O, bu məsələ ilə bağlı təşkil olunmuş Komissiyada dəfələrlə olmuşdur. O, Bakı şəhəri, Akademik A,Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, bütün kommunal və digər xərcləri ödəmişdir. Həmin evin 2/5 hissəsi onun, 3/5 hissəsi isə Pərvanə Bayramovanın mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən təyin edilən əmlaka qiymətləndirici "Azər Expert” MMC-nin tərtib etdiyi sözügedən ev üzrə “qiymətləndirmə rəyi”nə əsasən ünvan 1 ünvanda yerləşən evə İddiaçı 2/5 hissəsi üzrə və X1 3/5 hissəsi üzrə əlavələr ilə birlikdə 63.015 manat bazar qiyməti müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən ona (iddiaçıya) 25.206 manat ödənilməli olduğu halda, əsassız olaraq onun payı 15.300 manat qiymətləndirilmişdir. Onun 5 fevral 2020-ci il tarixli müraciətinə bu günədək hərhansı cavab verilməmişdir. Hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunununu 1.1.1-ci maddəsinə əsasən alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. İddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsindən göründüyü kimi, mülkiyyətçi olduğuna baxmayaraq onun mülkiyyətində olan ev razılığı olmadan sökülmüşdir. İş materiallarından göründüyü kimi, sözügedən Bakı şəhəri, AK.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı ev üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin evdə yaşamışdır. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanuna uyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Göründüyü kimi, onun qanunvericiliklə müəyyən edilmiş və qorunan hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İşin hallarından göründüyü kimi, onun yaşayış sahəsi faktiki xüsusi mülkiyyətində və istifadəsində olduğundan hər 1 kv.m sahənin 1.500 manat alınmaya məruz qaldığı nəzərə alaraq yaşayış sahəsinə ödənilməli olan kompensasiya məbləğinin 25.206 manat vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməlidir. Bundan əlavə onlar evdə 10 ildən artıq müddətdir ki, yaşamışdır və həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun 66.4.6-cı maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. Onun daşınar əmlakları cavabdehin qanunazidd hərəkətləri nəticəsində razılığı olmadan söküldüyündən və nəticədə əşyalar məhv olduğundan, 2.500 manat ziyan dəymişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakınğ vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işğüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsaən bu Məcəllənin 246 – 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alman torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29-cu maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Ak.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin sökülməsi nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan tikililərə görə 25.206 manat, məhv olmuş əşyalara görə 2.500 manat, Azərbaycan Respublikası Prezidentinin müvafiq (26 dekabr 2007-ci il tarixli 689 nömrəli) Fərmanına uyğun olaraq 20%, yəni 5.041,2 manat əlavə məbləğin, çətinliyə görə ümumi kompensasiya məbləğinin 10% miqdarında, yəni 2.520,6 manat, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair qərar çıxarılması xahiş olunur. Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 11 mart 2021-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-858/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ak. A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin onun mülkiyyətində olan 10,2 kv.m ölçüdə yaşayış sahəsinin sökülməsinə görə 15.300 manat kompensasiya məbləğinin cavabdeh Bakı şəhəri Yasamal RİH-dən tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-858/2021 saylı, 29.04.2021-ci il tarixli qərarı dəyişdirilərək iddia tələblərinin cavabdeh Bakı şəhər Cavabdehndən ünvan 2 evə dair mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.206 AZN, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 2.500 AZN, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 % faizinin ödənilməsi üzrə 25.200 azn 20 % = 5.041,2 AZN, çətinliyə görə ümumi kompensasiya məbləğinin 25.206 AZN 10 % = 2.520,6 AZN, köçürülmə ilə əlaqədar ödənilən 1000 AZN kompensasiyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan evin 2/5 hissəsi onun, 3/5 hissəsi isə Pərvanə Bayramovanın mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və cavabdeh tərəfindən təyin edilən əmlaka qiymətləndirici "xxxx" MMC-nin tərtib etdiyi sözügedən ev üzrə qiymətləndirmə rəyinə əsasən ünvan 2 ünvanda yerləşən İddiaçı 2/5 hissəsi üzrə və X1 3/5 hissəsi üzrə əlavələr ilə birlikdə 63.015 azn bazar qiyməti müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya 25.206 azn ödənilməli olduğu halda, əsassız olaraq 15.300 azn qiymətləndirilmişdir. Qanunvericiliyin normalarəna əsasən mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi və ya çıxarışın ayrılmaz hissəsi olan texniki pasportda qeyd edilən sahə paylı mülkiyyətçilərə məxsus olduğu halda həmin sahənin bir paylı mülkiyyətçiyə ödəməklə digər paylı mülkiyyətçinin kompensasiyanının ödənilməməsi birbaşa mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qərarında qeyd etmişdir ki, digər paylı mülkiyyətçiyə köməkçi sahəyə görə kompensasiya ödənildiyindən, iddiaçının həmin sahəyə görə təkrar vəsait almaq hüququ yoxdur. İddiaçı həmin evdə 10 ildən artıq yaşamışdır və hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Çətinliklərlə bağlı kompensasiya 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. Daşınmaz əmlakların cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçının razılığı olmadan söküldüyündən və nəticədə əşyalarının məhv olduğundan ona 2.500 AZN ziyan dəymişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-858/2021 saylı, 29.04.2021-ci il tarixli qərarı dəyişdirilərək iddia tələblərinin cavabdeh Bakı şəhər Cavabdehndən ünvan 2 evə dair mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.206 AZN, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 2.500 AZN, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ümumi ödənilməli olan kompensasiya məbləğinin 20 % faizinin ödənilməsi üzrə 25.200 azn 20 % = 5.041,2 AZN, çətinliyə görə ümumi kompensasiya məbləğinin 25.206 AZN 10 % = 2.520,6 AZN, köçürülmə ilə əlaqədar ödənilən 1000 AZN kompensasiyanın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-858/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı apellyasiya şikayətində iddianın tam təmin olunmasını xahiş etdiyindən və cavabdeh həmin qərardan şikayət vermədiyindən məhkəmə kollegiyası qərarın qanuniliyini iddianın təmin olunmamış hissəsində yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: – DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı ev, 2A saylı mənzilin 19,2 kv.m sahəsi olan 1 otağı X4, 25,5 kv.m yaşayış sahəsi olan 1 otağı X6 (2/5 hissə) və X1 (3/5 hissə) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. – X3 ilə Bakı şəhəri Yasamal RİH adından çıxış edən X11 arasında 15 oktyabr 2018ci il tarixdə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcı X3 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44,7 kv.m olan 2 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 3/5 hissəsini (25,5 kv.m ölçüdə) alıcı Bakı şəhəri Yasamal RİH adından X5. – Bakı şəhəri Yasamal RİH tərəfindən dövlət ehtiyacı üçün alınan Bakı şəhəri, Yasamal rayonu, Ak. A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evdə yerləşən İddiaçı və X1 paylı mülkiyyətində olan mənzil "xxxx" MMC tərəfindən üçün Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla mənzilin payçılarına münasibətdə qiymətləndirilməsi aşağıdakı kimi olmuşdur: – İddiaçı aid hissə – 10,2 kv.m əsas sahə 15.300 manat (hər kv.m 1.500 manat olmaqla); – X2 aid hissə – 10,24 kv.m əsas sahə 15.360 manat (hər kv.m 1.500 manat olmaqla), 19,77 kv.m köməkçi sahə 29.655 manat (hər kv.m 1.500 manat olmaqla), 3,89 kv.m taxta pilləkən 1.556 manat (hər kv.m 400 manat olmaqla), 0,96 kv.m talvar 144 manat (hər kv.m 150 manat olmaqla). Birinci instansiya məhkəməsi hesab etmişdir ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 54.1-ci maddəsinə və «İnzibati icraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin tələbləri baxmından müvafiq mənzilin iddiaçının mülkiyyətində olan 10.2 kv.m sahəsinin sökülməsinə (25.5 kv.m x 2/5 hissə) görə ona hər kv.m üçün Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınaraq 1.500 manat olmaqla ümumilikdə 15.300 manat kompensasiya ödənilməsi ədalətlidir. İddiaçı sökülmüş mənzildə 2011-ci ildən sonra yaşamadığından (bu, işin mübahisə olunmayan hallarına aiddir), eləcə də ona məxsus daşınar əşyaların həmin mənzildə olmasına dair heç bir sübut təqdim etmədiyindən, onun “sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat kompensasiya tutulması” tələbi əsassızdır. İddiaçı sökülmüş mənzildə 2011-ci ildən sonra yaşamadığından, o, söküntü ilə əlaqədar köçürülmə və çətinliyə görə müvafiq məbləğləri tələb etməkdə haqlı deyildir. Beləliklə, iddia qismən təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Ak. A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin onun mülkiyyətində olan 10,2 kv.m ölçüdə yaşayış sahəsinin sökülməsinə görə 15.300 manat kompensasiya məbləği cavabdeh Bakı şəhəri Yasamal RİH-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İddiaçı evin onun mülkiyyətində və istifadəsində olan hissəsinin sökülməsi ilə əlaqədar 25,206 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat konpensasiya, daşınmaz əmlaka görə kompensasiya məbləğinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq 20% əlavə məbləğin, çətinliyə görə həmin kompensasiya məbləğinin 10% həcmində vəsaitin, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat, çətinliyə görə həmin kompensasiya məbləğinin 10% həcmində vəsaitin, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin etməməklə düzgün nəticəyə gəlsə də, mənzilin iddiaçının mülkiyyətində olan 10.2 kv.m sahəsinin sökülməsinə (25.5 kv.m x 2/5 hissə) görə ona hər kv.m üçün Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınaraq 1.500 manat olmaqla ümumilikdə 15.300 manat kompensasiya ödənilməsi ədalətli olması hissəsində düzgün qərar qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Baxılan iş üzrə iddiaçının və üçüncü şəxs İddiaçının xüsusi mülkiyyətdə olan otağa dair payları müvafiq olaraq 2/5 və 3/5 olaraq müəyyən edilmişdir. Yuxarıda sadalanan normalar əsasən, tərəflərin həmin otağın tərkib hissəsi sayılan yardımçı sahələrə dair payları da müvafiq olaraq 2/5 və 3/5 kimi müəyyən edilməlidir. Ona görə də cavabdeh tərəfindən iddiaçıya kompensasiya təkcə otağa deyil, həmçinin, mənzilin tərkib hissəsi sayılan yardımçı sahələrə də hesanlanmalıdır. İddiaçının paylı mülkiyyəti Yasmal rayon İcra Hakimiyyəti tərəfindən alınan əmlakın qiymətləndirilməsi üçün cəlb edilmiş müstəqil qiymətləndirici – "xxxx" MMC tərəfində müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və “Torpaqların Dövlət ehtiyatları üçün alınması haqqında” AR Qanununun və AR Prezidentinin 26.12.2017-ci il tarixli, 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hər bir kv.m. 1500 manatdan hesablanmışdır. Belə olan halda iddiaçıya hesablanacaq kompensasiya əmlakın ümumi sahəsinə hesablanmaqla 25.206 manat olaraq qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-858/2021 saylı qərarı iddiaçının mülkiyyətində olan əmlakın sökülməsinə görə kompensasiya ödənilməsi hissəsində dəyişdirilməli, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat, çətinliyə görə həmin kompensasiya məbləğinin 10% həcmində vəsaitin, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-858/2021 saylı qərarı iddiaçının mülkiyyətində olan əmlakın sökülməsinə görə kompensasiya ödənilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, Ak. A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı yaşayış sahəsinin sökülməsinə görə 26.206 manat kompensasiya məbləği cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar