Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2006/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Xidmər Nümayəndəliyinə qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-878/2015 saylı, 06.01 2017-ci il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-878/2017 saylı, 29 mart 2022-ci il tarixli qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət illəri, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “Orcenikidzeneft” NQÇİ-nin TQİ-də, xx.xx.1979cu ildən xx.xx.2010-cu ilədək “Qum adası” NQÇİ-də, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində, xx.xx.2021-ci ildən xx.xx.2013cü ilədək “Petrolium Services Grup S.A” şirkətində, xx.xx.2013- cü ildən xx.xx.2014-cü ilədək işlədiyi illəri güzəştli sığorta stajına daxil edilməklə, ona xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyin edilərkən 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci ildən yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-878/2017 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət illəri, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “Orcenikidzeneft” NQÇİ-nin TQİ-də, xx.xx.1979-cu ildən xx.xx.2010-cu ilədək “Qum adası” NQÇİ-də, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində, xx.xx.2021ci ildən xx.xx.2013-cü ilədək “Petrolium Services Grup S.A” şirkətində, xx.xx.2013- cü ildən xx.xx.2014-cü ilədək işlədiyi illəri güzəştli sığorta stajına daxil edilməklə, ona xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyin edilərkən 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla xx.xx.2008-ci ildən yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-978/2017 saylı qərardadı ilə cavabdehin apelyasiya şikayəti mümkün sayılmamış və qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2- 1(102)1752/2017 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(103)-978/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə məhkəmənin dəftəxanası vasitəsi ilə cavabdeh inzibati orqan ərizə təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017ci il tarixli 2-1(82)-878/2017 saylı qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-878/2017 saylı, 29 mart 2022-ci il qərardadı (hakim E.Əliyev) ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan ərizəçi tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət illəri, xx.xx.1979-cu ildən xx.xx.1979- cu ilədək “Orcenikidzeneft” NQÇİ-nin TQİ-də, xx.xx.1979-cu ildən xx.xx.2010-cu ilədək “Qum adası” NQÇİ-də, xx.xx.2010-cu ildən xx.xx.2012-ci ilədək “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində, 01,05.2021ci ildən xx.xx.2013-cü ilədək "Petrolium Services Grup S.A” şirkətində, xx.xx.2013- cü ildən xx.xx.2014-cü ilədək işlədiyi illəri güzəştli siğorta stajına daxil edilməklə və 2004- 2005-ci illərin orta aylıq əməkhaqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilmişdir. Lakin məhkəmədə vətəndaşın istinad edilən iş yerindən onun xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, pensiyanın hansı təşkilatın əmək haqqına əsasən hesablanması barədə heç bir məlumat qeyd edilməmiş, məhkəmə orqanları yalnız işə tikilmiş materiallara baxmaqla kifayətlənmiş, onun zərərli iş şəraitində işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsi, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyərək hesab edir ki, qərradad ləğv edilməli, ərizə mümkün sayılmamalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-878/2017 saylı, 29 mart 2022-ci il qərardadı ilə ərizəyə mahiyyəti üzrə qiymət verilmiş və ərizənin təmin olunmaması ilə bağlı nəticə onunla əsaslandırılmışdır ki, hazırda təqdim olunmuş ərizədə istinad olunan dəlillər sonradan yeni sübutların və ya halların aşkar olunması ilə bağlı deyildir. Ərizəçinin istinad etdikləri hüquqi dəlillər olmaqla ümumən qərarın mahiyyəti üzrə qanuniliyinin və əsaslılığının mübahisələndirilməsinə yönəlmişdir. Belə hüquqi dəlillər isə qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarlarının yeni açılmış hallar üzrə icraat qaydasında ləğv edilməsinə əsas təşkil etmirlər. Məhkəmə Kollegiyası isə əvvəla qeyd edir ki,yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının təzələnməsi ilə əlaqədar ərizənin əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Ərizənin əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatından sonra yeni sübutların və ya halların aşkar olunub-olunmadığı və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə ərizəyə mahiyyəti üzrə baxmaya imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ərizənin mümkünlüyü həmişə onun əsaslılığını yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra ərizəni mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyünü yoxlamamış, mahiyyəti üzrə qiymətləndirmə aparmışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 12-ci fəslində yeni açılmış hallar üzrə icraatın təzələnməsi barədə ərizəyə baxılmasının bir neçə mümkünlük şərtləri qeyd edilmişdir. 1) Məhkəmə aidiyyəti; 2) Yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət. Hazırkı işdə ərizənin məhkəmə aidiyyəti ilə bağlı mümkünlük şərti ilə əlaqədar mübahisəli məqam yoxdur. Digər mümkünlük şərti yeni açılmış hallar üzrə icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün qanunvercilikdə nəzərdə tutulmuş prosessual müddətlərə əməl edilməsidir. Azərbaycan Respublikası İPM-in 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Həmin Məcəllənin 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün İPM-in 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(82)-878/2017 nömrəli qərarı rəsmi qaydada cavabdehə xx.xx.2017-ci il tarixdə təqdim edilmişdir. Yəni ərizəçi sözügedən məhkəmə qərarı barədə hələ qeyd olunan tarixdən məlumatlı olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, məhkəmə qərarı xx.xx.2018-ci il tarixindən icra edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan tərəfindən xx.xx.2021-ci il tarixdə yeni açılmış hallarla bağlı təqdim edilmiş ərizə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə verilmişdir. Ümumiyyətlə isə yeni açılmış hallarla bağlı ərizə məhkəməyə xx.xx.2021-ci il tarixdə, yəni 04 il 11 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizəçinin yeni açılmış hallarla bağlı ərizəsi müddətin ötürülməsi əsası ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-878/2017 saylı, 29 mart 2022-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı ərizə mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2006/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2006/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver