Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2006/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “məktubların yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “məktubların yazılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona dəfələrlə yazdığı məktubların bir daha yazılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, həmin qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əvvələr onun əlilliyi haqqında məlumat Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemındə olmadığı üçün cavabdehə ərizə ilə müraciət edərək, 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlil olmağını nəzərə alıb (ərizəyə bütün əlillik sənətləri əlavə etməklə) əlilliyi haqqında məlumatı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə daxil edilməsini və müraciətinin cavabdeh tərəfindən təmin edilməsini xahiş etmişdir. Səhətində olan problemlərlə bağlı əvvələr və hall hazırda daima müayinə və müalicələrdə olur. xx.xx.1998ci il tarixdə səhətində Qarabağ müharibəsi zamanı olan xəsarətlərin ağırlaşması ilə əlaqədar olaraq Dövlət Tibbi Sosial Ekspertiza və Rebilitasiya Agentliyi tərəfindən ona 2-ci dərəcə müharibə əlilli kimi müddətsiz əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.1-ci maddəsinə əsassən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. X10 Sosial Ekspertiza və Reblitatsiya Agentliyi tərəfindən əsassız olaraq bir çox tarixlərdə sonuncu dəfə ona yazılmış məktubla bağlı və axırıncı dəfə buna qarşı etiraz məktubuna bir daha əsassız cavab yazılması ilə bağlı hesab edir ki, onun yenidən Agentliyə qəbula və ya müayinəyə dəvət edil məsinə ehtiyac yoxdur, onun 52 yaşının olması və yuxarda qeyd etdiyi qanunda bu barədə heç bir tələb və s. nəzərdə tutulmamışdır. Onun yenidən müayinəyə və qəbula gəlməyinə ehtiyac yoxdur, çünki o, 1998-ci ildə cavabdeh tərəfindən qiymətləndirilmiş və 2ci dərəcəli müddətsiz Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilldir. Məhkəmə ətraflı araşdırma aparmadan onun iddia tələbini mümkünsüz saymışdır. Əlavə olaraq Şəki Apellyasiya Məhkəməsinin 2-l(107)-378/2022 nömrəli və Şəki İnzibati Məhkəməsinin 2-1 (116)-1626/2022 nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-742.2022 nömrəli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2290 2022 nömrəli qərardadlarına, 29 ildən çoxdur müharibə əlilli olmağına, daima müayinə və müalicələrdə olmağına əsasən hesab edir ki, cavabdeh tərəfindən göndərilən məktub məcburilik xüsusiyyəti daşımır və inzibati akt xüsusiyyətlərinə malik deyil. Odur ki, məktub qanuna müvafiq olaraq hər hansı hüquq və vəzifə yaratmadığından onun hüquqlarının pozulmasına yol verilməsi qanuna ziddir. Tərəflərin izahatları İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdehin üzərinə ona dəfələrlə yazılan məktubların bir daha yazılmaması öhdəliyinin qoyulmasını xahiş edərkən əslində ona təkrar əlilliyin təyin olunmasını arzu etmişdir, yəni ona yazılan məktublarla razı olmayıb, əslində əlilliyin ona təkrar verilməsini istəyir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini və məhkəmə qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinin qəbulundan imtina edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “cavabdehin ona dəfələrlə yazdığı məktubların bir daha yazılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Apellyasiya baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyinin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulundan imtina olunmuşdur. Belə ki, iddiaçının “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsindəki tələbi hazırki vəziyyətdə İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasına uyğun olmayıb, birbaşa apellyasiya qaydasında baxılması üçün hüquqi əsas vermir, dəqiqləşdirilmiş ərizədə qoyulmuş tələbə birinci instansiya qaydasında baxılıb münasibət bildirilmədən ona birbaşa apellyasiya qaydasında baxılması yolverilməz hesab olunmuşdur. Bununla yanaşı, işə apellyasiya qaydasında baxılarkən məlum olmuşdu ki, iddiaçının iddia tələbi “cavabdehin ona dəfələrlə yazdığı məktubların bir daha yazılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə olsa da, iddia ərizəsinin məzmunundan da görünür ki, onun hüquqi marağı əslində ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin verilməsinə yönəlmişdir. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin yuxarıda qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını araşdırmayaraq, iddiaçının yuxarıda qeyd olunan iddia tələbinin onun hüquqi maraqlarına xidmət edib-etmədiyini yoxlamadan, ona hüquqi marağına uyğun olan iddia tələbini qoymaq üçün lazımi yardımı göstərməyərək, habelə müvafiq prossesual hüquq normalarını tətbiq etməyərək mübahisənin qanuni və ədalətli həll edilməsi üçün lazımi tədbirləri görməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının iddiasını qeyri-mümkün sayarkən zəruri araşdırmanı aparmamış, iddiaçının tələbini “cavabdehin ona dəfələrlə yazdığı məktubların bir daha yazılmaması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qoysa da, əslində hüquqi marağının ona müddətsiz əlilliyin təyin edilməsinə yönəldiyini qiymətləndirməmiş və beləliklə də iddiaçının arzuladığı məqsədə çatmaq üçün əlverişli iddia növündən istifadə edib-etmədiyini yoxlamamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsasında iddianın mümkünlüyü ilə bağlı birinci instansiya məhkəməsi sonadək zəruri araşdırmanı aparmamışdır. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 2-1(112)-5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ləğv edilməli və iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla zəruri prosessual hərəkətlərin edilməsi məqsədilə həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5944/2024 saylı 14 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova X7 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-2006/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2006/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver