Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2008/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2025 saylı 30 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: N saylı hərbi hissə komandirinin N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin olunsunlar. Həqiqi hərbi xidmətə 4.İddiaçı- Art.Dvizyon-baş telefonçu. Əsas: adlı siyahı. 1 N saylı hərbi hissə komandirinin N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin edilsinlər: Həqiqi hərbi xidmətə 4. İddiaçı- Art.Divizyonbaş telefonçu Əsas: adlı siyahı. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2011-ci il tarixli 17/3271 saylı məktubuna əsasən İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda hal-hazırda təqsirləndirici material və cinayət işi yoxdur. Zəngilan rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli 532 nömrəli arayışına əsasən İddiaçı Cavanşir oğlu həqiqətən xx.xx.1993-cü il tarixdən (əmr № 46) N saylı hərbi hissənin və N yanvar 1994-cü ildə (əmr№5) N saylı hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarına əsasən Zəngilan RHK tərəfindən 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Füzuli Prokurorluğunun xx.xx.2011-ci il tarixli məktubunda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ pəncənin deşib keçən güllə yarası, barmaq daraq sümüyünün yerdəyişməsiz sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.2016-cı il tarixli 147 nömrəli göndərişi, 2016-cı il tarixli 89 nömrəli arayışı, 6 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi və xx.xx.2016-cı il tarixli 310 nömrəli məktubu, Zəngilan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024- cü il tarixli məktubunda bildirilmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2- 16028 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmadığına və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur.” Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 22 fevral 1993-cü il tarixdən 29 oktyabr 1993-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən və xx.xx.1994-cü il tarixdən N saylı hərbi hissənin tərkibində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 fevral 1993-cü il tarixdən N saylı hərbi hissənin tərkibində Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 29 oktyabr 1993-cü il tarixdə Zəngilan rayonu işğal edilmişdir. Bundan sonra xx.xx.1994-cü il tarixində N saylı hərbi hissəyə qəbul edilmiş və xx.xx.1994-cü il tarixdə yaralanmışdır. xx.xx.1994-cü il tarixədək müalicə almışdır. Bu illər ərzində müharibə əlili kimi müavinət almışdır. İddiaçının Zəngilan rayonu ərazisində Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini onunla birlikdə xidmət etmiş şahidləri də təsdiq edə bilər. Hal-hazırda müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin qurumun 22 may 2024-cü il tarixli məktubu ilə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidməti barədə məlumat olmadığı və ehtiyyata buraxılmağı barədə məlumat olmadığı üçün «Müharibə veteranı» adının və veteran vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 221N nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsə də, onun N nömrəli hərbi hissədə sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N nömrəli əmri hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş lakin xx.xx.1994-cü il tarixdən sonrakı hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2025 saylı 30 yanvar 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2024-cü il tarixli 221N nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilsə də, onun N nömrəli hərbi hissədə sonrakı hərbi xidməti barədə məlumatlar aşkar olunmamışdır. Daha sonra N nömrəli hərbi hissə komandirinin 05.01,1994-cü il tarixli N nömrəli əmri hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmiş lakin 05.01,1994-cü il tarixdən sonrakı hərbi xidməti hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatlar aşkar olunmamışdır. Beləliklə, iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, döyüş əməliyyatları aparılan dövrdə şəxsi heyətin siyahısına daxuil edilsə də onun sonrakı hərbi xidməti və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat aşkar olunmamışdır. Bundan başqa inzibati iş materialında olan iddiaçının adına tərtib edilmiş məlumat vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi yenidən müəyyən edilmədiyindən, yəni əlilliyi ləğv edildiyi üçün aldığı müavinət kəsildiyindən, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 №-li Qərarı ilə «Müharibə veteranı, silahlı qüvvələı veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində müəyyən olunmuş tələblər Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq olunmaması qeyd olunmuşdur. İddiaçının əlilliyi xx.xx.2018-ci il tarixdə təyin edildiyindən və xx.xx.2023-cü il tarixdə ləğv edildiyindən, habelə həmin şəxs 2023-cü ildə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün müvafiq komissiyaya müraciət etdiyindən yuxarıda qeyd olunan qərarın 1-ci bəndinin Qeyd hissəsi ona şamil olunmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli Qərarı 22 sentyabr 1995-ci il tarixdə təsdiq olunduğundan, hesab edirik ki, qeyd edilən Qərarın müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (iddiaçı X7) “cavabdeh Müdafiə Nazirliyinin şikayətinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə dair” xx.xx.2024-cü il tarixli 2-1 (102)-182/2024 nömrəli Qərarının 37 və 38-ci bəndlərində göstərilmişdir ki, sözügedən Əsasnamənin 1-ci hissəsinə əsasən, həmin Əsasnamənin 1-ci hissəsi ilə müəyyən edilmiş gayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlagədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmağla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək güvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təgibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bununla bağlı məhkəmə kollegiyası geyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçının həmin geyddə nəzərdə tutulmuş şəxslər kategoriyasına aid olmadığı, həmçinin iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlagədar əlilliyinin həmin dövrdə deyil, 2016-2021-cü illərdə müəyyən edildiyi, həmin dövrdən sonra onun növbəti müddətə əlilliyinin müəyyən olunmadığı da nəzərə alınmamışdır. Halbuki, nəzərə alınmalıdır ki, “əlilliyi olan şəxslərin hügugları haggında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafig icra hakimiyyəti organı (hazırkı halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müvafig tibbi-sosial ekspert komissiyası) tərəfindən bu barədə gərarın gəbul edildiyi tarixdən və həmin gərarda müəyyən edilmiş müddətə əlilliyi olan şəxs hesab edilir. Beləliklə, yuxarıda istinad olunan normalara görə və geyd edilən səbəblərdən iddiaçı ona “müharibə veteranı” adının və vərilməsini tələb etməkdə haglı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsigəsinin verilməsindən cavabdehin imtinası ganuni və əsaslı hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-16028 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmaması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 2018-ci il tarixə olan dəyişikliyə əsasən) 1-ci bəndinin tələbinə görə “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər- müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-16028 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmaması və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamasına istinad edir. N saylı hərbi hissə komandirinin N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin olunsunlar. Həqiqi hərbi xidmətə 4.İddiaçı-Art.Dvizyonbaş telefonçu. Əsas: adlı siyahı. 1 N saylı hərbi hissə komandirinin N nömrəli 22 fevral 1993-cü il tarixli əmrindən çıxarışa əsasən Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə gəlmiş hərbi mükəlləfiyyətçilər alayın şəxsi heyətinin tərkibinə daxil edilib, bütün növ təminatlarla təmin olunaraq göstərilən vəzifələrə təyin edilsinlər: Həqiqi hərbi xidmətə 4. İddiaçı- Art.Divizyonbaş telefonçu Əsas: adlı siyahı. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2011-ci il tarixli 17/3271 saylı məktubuna əsasən İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda hal-hazırda təqsirləndirici material və cinayət işi yoxdur. Zəngilan rayon Hərbi Komissarlığının xx.xx.2011-ci il tarixli 532 nömrəli arayışına əsasən İddiaçı Cavanşir oğlu həqiqətən xx.xx.1993-cü il tarixdən (əmr № 46) N saylı hərbi hissənin və N yanvar 1994-cü ildə (əmr№5) N saylı hərbi hissənin şəxsi heyət siyahılarına daxil edilmişdir. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarına əsasən Zəngilan RHK tərəfindən 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış, Füzuli Prokurorluğunun xx.xx.2011-ci il tarixli məktubunda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sağ pəncənin deşib keçən güllə yarası, barmaq daraq sümüyünün yerdəyişməsiz sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.2016-cı il tarixli 147 nömrəli göndərişi, 2016-cı il tarixli 89 nömrəli arayışı, 6 nömrəli şəhər klinik xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi və xx.xx.2016-cı il tarixli 310 nömrəli məktubu, Zəngilan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi, MN MHHK-nın mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən xx.xx.2018-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3011 nömrəli məktubu ilə bildirilmişdir ki, Zəngilan rayon hərbi komissarlığının göndərişi ilə həqiqi hərbi xidmətə gəlmiş hərbi mükəlləfiyyətli İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1993- cü il tarixli 46 №-li əmrilə (əsas: §-6, sıra-4, səh-49, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilmiş, bütün növ təminatlarla təmin olunmuş və Artilleriya Divizionunda baş telefonçu vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N №-li hərbi hissənin X8 məntəqəsindən həqiqi hərbi xidmət keçmək üçün göndərilmiş, 1971-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə (əsas: §-4, sıra-113, səh-20, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və N №-li hərbi hissənin BMO-a göndərilmişdir. N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-77, sıra133) N №-li hərbi hissədən xidmət keçmək üçün göndərilmiş, Zəngilan RHK-nın çağırışçısı, xx.xx.1971-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1994-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrələri göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciət əsasında aparılmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Hərbi Həkim Komissiyasının 08 sentyabr 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, MN Mərkəzi Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarı hal -hazırda qüvvədədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində İddiaçı əlillik təyinatına dair göndəriş və məlumat aşkarlanmamışdır. İşdən görünür ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə yaralanmış, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müayinə olunmuş, “Sağ pəncənin deşib keçən güllə yarası, barmaq daraq sümüyünün yerdəyişməsiz sınığı” diaqnozu qoyularaq həmin yaralanmaya görə müalicə olunmuşdur. Bunun əsasında qəbul edilən MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarında qeyd edilmişdir ki, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2018-ci il tarixdə apardığı qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcəli əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci hissəsinin “Qeyd” hissəsindən görünür ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, iddiaçı döyüş əməliyyatlarında iştirak etmiş, döyüş zamanı yaralandığından xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi 6 nömrəli şəhər klinik xəstəxanasında müalicə almış (Hərbi Həkim Komissiyasının vətəndaş İddiaçı barəsində verdiyi xx.xx.2016-cı il tarixli 306 nömrəli qərarı hal -hazırda qüvvədədir) və Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad olunan hərbi hissədən qanunla müəyyən edilmiş qaydada tərxis olunmasa belə, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin Qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuş və iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi müvafiq qərarlarında yuxarıdakı kimi sərgilənmişdir (Ali Məhkəmənin 2-1(102)-683/2025 saylı xx.xx.2025-ci il). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3125/2025 saylı 30 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3125/2025 saylı 30 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2008/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2008/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver