Məhkəmə qərarları › İş №2-1(103)-2010/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2010/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2010/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7784/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 may 2025ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 5 saylı Bakı “Asan xidmət” X19 tərəfindən verilmiş AZ-İV seriyalı 014032 nömrəli “Doğum haqqında şəhadətnamə”yə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. “Ata” qrafasında X16, “ana” qrafasında Qanuni nümayəndə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” X19 tərəfindən verilmiş 12 sentyabr 2017-ci il tarixli arayışa əsasən 12 sentyabr 2017-ci ildə 5 saylı Bakı “Asan xidmət” X12 doğum haqqında akt qeydləri kitabında İddiaçı doğumu 4241 nömrə ilə qeyd edilmişdir. Doğum tarixi 18 avqust 2017-ci il, valideynləri – anası Qanuni nümayəndə, atası X10r. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 394876 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X16 xx.xx.2023-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023cü il tarixdə 954 nömrə ilə qeyd edilmişdir. İddiaçının qanuni nümayəndəsi ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının qanuni nümayəndəsinin müraciətinə cavab olaraq verilmiş 13 fevral 2024-cü il tarixli 3-17-1/2-N-31848/2024 nömrəli “Sabiq dövlət qulluqusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin təxirə salınması haqqında” məktuba əsasən iddiaçının qanuni nümayəndəsinə bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Övladı İddiaçı doğum haqqında şəhadətnaməsində atası kimi onun ərizəsinə əsasən babası (onun atası) mərhum X8 adı göstərilmişdir. Eyni zamanda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci, 11.1.1-ci və 14.1.1.1-14.1.1.3-cü maddələrinə əsasən vəfat etmiş və ya həlak olmuş şəxsin övladı 18 yaşına çatmamışdırsa, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş və 18 yaşdan yuxarıdırsa, yaxud təhsil müəssisəsinin əyani şöbəsində təhsil alırsa (ən çoxu 23 yaşına çatanadək) onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, övladına sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması məsələsinə İddiaçı dair atalığın (mərhum X15) müəyyən olunması haqqında şəhadətnamə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 18 avqust 2017-ci il təvəllüdlü İddiaçı hüququnun yarandığı 20 noyabr 2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 avqust 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. 12 sentyabr 2017-ci ildə 5 saylı Bakı “ASAN xidmət” X12 doğum haqqında akt qeydləri kitabında İddiaçı doğumu 4241 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il təvəllüdlü İddiaçı atası X16, anası X5r. 20 noyabr 2023-cü il tarixdə X16 vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən “Ölüm haqqında şəhadətnamə” verilmişdir. X1 dövlət qulluqçusu olduğundan övladı İddiaçınnın sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüquqları yaranmışdır. Bununla bağlı olaraq zəruri sənədlərlə cavabdeh inzibati orqana ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Lakin, cavabdeh qanunla müəyyən olunmuş vəzifəsini icra etməmişdir. 13 fevral 2024-cü il tarixli № 3-17- 1/2-N-31848/2024 nömrəli məktubunda ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə qiymət verilən zaman, cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “İddiaçı dair atalığın (mərhum X15) müəyyən olunması haqqında şəhadətnamə təqdim edildikdən sonra baxıla bilər” cavabını vermişdir. Cavabdeh inzibati orqanın ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərdən əlavə sənəd istəməsi və buna görə imtina etməsi qanunsuz, əsassızdır və övladı İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı anası X13 xx.xx.2024-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3- 17- 1/2-N-31848/2024 nömrəli məktubu ilə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı qeyd edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 14-ci maddəsinə əsasən: Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 18 yaşına çatmamış; 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək. 2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Bildirirlər ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. İddiaçının doğum haqqında şəhadətnaməsində atası kimi X3 ərizəsinə əsasən babası mərhum X9 adı göstərilmişdir. Belə ki, uşaqların mənşəyinin müəyyən edilməsi birbaşa valideynlərin hüquq və vəzifələrini müəyyənləşdirir. Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur.Həmçinin həmin Məcəllənin 48-ci maddəsinə əsasən Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Qeyd olunan maddənin müddəasından da aydın olur ki, həmin Məcəllənin yalnız 44 və 45-ci maddələrində göstərilən qaydada atalıq müəyyən olunduğu təqdirdə uşaq öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələrə malikdir. Həmin Məcəllənin 44-cü maddəsinin 3-cü bəndində uşağın anası ilə nikahda olmayan şəxsin atalığının uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunduğu öz əksini tapmışdır. Lakin qeyd olunan iş üzrə məlum olur ki, doğum haqqında şəhadətnamədə ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Doğum haqqında şəhadətnamədə ata qrafasında X6 adı qeyd edilsə də, şəxs tərəfindən şəhadətnamə yazılarkən ərizə təqdim edilməmiş, həmçinin həmin şəxsin iddiaçının atası olduğuna dair atalığın müəyyən edilməsi barədə şəhadətnamə və ya digər mötəbər sübut təqdim edilməmişdir. Həmçinin həmin Məcəllənin 45-ci maddəsində qeyd olunmuşdur ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Qanunvericiliyin tələblərindən də aydın olur ki, atalıq faktı mülki qanunvericiliyə əsasən məhkəmə qaydasında təsdiqləndiyi halda mötəbər sübut hesab olunur. Nəticə etibarilə, iddiaçıya sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması məsələsinə İddiaçı dair atalığın (mərhum X15) müəyyən olunması haqqında şəhadətnamə təqdim edildiyi təqdirdə yenidən baxıla bilər. Qeyd olunanlara əsasən, İddiaçı məxsus doğum haqqında şəhadətnamədə ata qrafasında X6 adının qeyd edilməsi ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün əsas deyildir və İddiaçı ailə başçısını itirməyə görə pensiya almaq hüququ yoxdur. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunamüvafiq hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7784/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətinə maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə prosessual hüquq normalarına riayət edilməmiş, iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmədiyindən, sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilmədiyindən, qərarla razı deyil, hesab edir ki, məhkəmənin həmin qərarı qeyri obyektivdir, buna görə də həmin qərar ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini əsaslandırarkən belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-45-ci maddələrinin tələblərinə əsasən atalıq müəyyən olunduğu təqdirdə uşaq valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Lakin, hazırki işin hallarından göründüyü kimi, iddiaçı nikahı olmayan anadan olduğundan, onun doğumu haqqında akt qeydlərində ata haqqında məlumat atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında deyil, ananın ərizəsinə əsasında aparıldığından o, mövcud vəziyyətdə qanunvericiliyin tələblərinə əsasən X6 hüquq və vəzifələrinidaşıya bilməz”. Məhkəmənin gəldiyi həmin nəticə qanuni və əsaslı deyildir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Bildiririk ki, 18 avqust 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı doğumu 12 sentyabr 2017-ci ildə 5 saylı Bakı “ASAN xidmət” X12 doğum haqqında akt qeydləri kitabında 4241 №-ə ilə qeyd edilmiş və müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnaməyə əsasən xx.xx.2017-ci il təvəllüdlü İddiaçı atası X17, anası Qanuni nümayəndədır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cümaddələrinə uyğun yazılır. 20 noyabr 2023-cü il tarixdə X16 vəfat etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ölüm haqqında şəhadətnamə verilmişdir. X1 dövlət qulluqçusu olduğundan, doğum haqqında şəhadətnamə ilə müəyyən olunan övladı İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüquqları yaranmışdır. Bununla bağlı olaraq iddiaçı zəruri sənədlərlə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan 13 fevral 2024-cü il tarixli № 3-17-1/2-N-31848/2024 nömrəli cavab məktubunda ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, “İddiaçı dair atalığın (mərhum X15) müəyyən olunması haqqında şəhadətnamə təqdim edildikdən sonra baxıla bilər”cavabını vermişdir. Cavabdeh inzibati orqanın ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan sənədlərdən əlavə sənəd istəməsi və buna görə imtina etməsi qanunsuz, əsassız olduğundan İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan başqa bildiririk ki, cavabdeh inzibati orqanın iddia ərizəsinə etirazın dəlilləri iddiaçının müraciətinə imtina məktubunun dəlilləri ilə fərqlilik təşkil edir. Hesab edirik ki, iddaçının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olduğundan cavabdehin imtina və etirazında göstərilən dəlilləri əsassızdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa, həmçinin iş materiallarına uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona hüququnun yarandığı 20 noyabr 2023-cü il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Bununla bağlı o (qanuni nümayəndəsi), cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Əvvəla qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. 16.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan bu Qanunun 14.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. İstinad olunan normalardan görünür ki, qanunverici ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısını konkret olaraq müəyyən etmiş, hər hansı əlavə şərt müəyyən etməmişdir. Normaya əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının doğma uşağı (14.1.1-ci maddədə göstərilən şərtlər daxilində) və ya övladlığa götürdüyü şəxs onun vəfatı ilə bağlı ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44-cü maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. 46-cı maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 48-ci maddəsinə əsasən bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Onun sənədində “ata” qrafasında X16, “ana” qrafasında Qanuni nümayəndə qeyd edilmişdir. Ata haqqında məlumat ananın ərizəsinə əsasən yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-45-ci maddələrinin tələblərinə əsasən atalıq müəyyən olunduğu təqdirdə uşaq valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyır. Hazırki işdə İddiaçı nikahı olmayan anadan olduğundan, onun doğumu haqqında akt qeydlərində ata haqqında məlumat atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında deyil, ananın ərizəsi əsasında aparıldığından, mövcud vəziyyətdə qanunvericiliyin tələblərinə əsasən X6 hüquq və vəzifələri ona keçə bilməz. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq və qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan cavabdeh qurumun iddiaçıya münasibətdə verdiyi imtina da əsaslı olmaqla yanaşı, onun hər hansı hüquqlarını pozmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız sayır və qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə 2-1(112)-7784/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7784/2024 saylı 07 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X22 Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar