Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2012/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının qanuni təmsilçisi X1, cavabdehin nümayəndəsi X2, üçüncü şəxslər X4 və X5 iştirakı ilə İddiaçı1 MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (indiki: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X6, X7) qarşı “yeni texniki pasportun verilməsi, tikilinin koordinatlarının müəyyən edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə İddiaçı1 MMC-nin qanuni təmsilçisi X3 tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı1 MMC-nin "Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1990-cı il tarixli 4/142 saylı qərarı və həmin qərar əsasında tərtib edilmiş xx.xx.1990-cı il tarixli tikinti-inşaat pasportu və 90/234 saylı ayrıc aktına uyğun olaraq İddiaçı1 MMC-nin adına ünvan 1 ünvanda ayrılmış 0,2 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikililərə dair texniki pasportun verilməsi" hissəsində təmin edilməmişdir. İddiaçı1 MMC həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında iştirak edən İddiaçı1 MMC-nin qanuni təmsilçisi X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirərək apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxslər iddiaçının qanuni təmsilçisi tərəfindən apellyasiya şikayətinin geri götürülməsinə etiraz etməmiş, məsələnin həllini məhkəmənin səlahiyyətlərinə buraxdıqlarını bildirmişlər. Məhkəmə kollegiyası ərizəçini və işdə iştirak edən cavabdehin nümayəndəsini və üçüncü şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının qanuni təmsilçisinin apellyasiya şikayətinin geri götürməsi barədə ərizəsi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 88.1-ci maddəsinin tələbinə görə şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətini geri götürmək iddiaçının qanunla müəyyən edilən hüququdur və bu geri götürmə işdə iştirak edən şəxslərin qarşılıqlı mənafeyinə uyğundur və digər şəxslərin hüquqlarını pozmur. Məhkəmə tərəfindən iddiaçıya izah edilmişdir ki, İPM-in 88.3-cü maddəsinin tələbinə görə şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. İPM-in 86.4-cü maddəsinin mənasından görünür ki, şikayətin geri götürüldüyü hallarda, həmin şikayətlə bağlı icraata xitam verilməsi barədə qərardad qəbul edilir. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiysı yekunda belə nəticəyə gəlir ki, iddiaçının qanuni təmsilçinin ərizəsi təmin olunmalı, apellyasiya şikayətindən imtinası qəbul edilərək apellyasiya şikayəti geri qaytarılmalı və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı1 MMC-nin qanuni təmsilçisi X1 ərizəsi təmin olunsun. İddiaçı1 MMC-nin qanuni təmsilçisinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4553/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətindən imtinası qəbul edilsin və apellyasiya şikayəti geri qaytarılsın. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-2012/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2012/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver