Məhkəmə qərarları › İş №2-1(103)-2012/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2012/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2012/2023 11.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “müstəntiqin hərəkətlərininin qanunsuz hesab edilməsi tələbinə dair» iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Murad Mustafayevin HK-1/689 nömrəli işi üzrə öhdəliklərini yerinə yetirməməsinə və məhkəmənin 6(006)154/2022 nömrəli işi üzrə qərarın icra edilməməsinə düzgün hüquq qiymətinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Nəsimi rayon Polis İdarəsinin müstəntiqi M.Mustafayev tərəfindən onun şikayət ərizələri üzrə araşdırma aparılmamış, məhkəmənin 6(006)154/2022 nömrəli işi üzrə qərarın icra edilməsi istiqamətində müvafiq prosessual hrəkətlər etməmiş, tədbirlər görülməmiş, onun qanunla qorunan hüquqlarını pozmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasınə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı maddi və prosesual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmışdır. Belə ki, onun iddia tələbi diqqətlə araşdırılmamış, müstəntiq tərəfindən onun hüquqlarının pozulmasına əhəmiyyət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı E.Yusupova apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və ona əlavə edilmiş əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən mübahisələndirilir ki, cavabdeh Nəsimi rayon Polis İdarəsi və həmin idarənin müstəntiqi M.Mustafayev onun şikayət ərizələri araşdırılmır, hərəkətsizlik edərək onun hüquqlarını pozur. Lakin iddiaçının qeyd olunan iddia tələbi, cinayət təqibini həyata keçirən cavabdeh polis orqanına və onun vəzifəli şəxsinin cinayət prosesual fəaliyyət dairəsinə aid olduğuna görə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbinin mənasından isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Beləliklə də qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının cavabdeh polis orqanına qarşı hazırkı iddia tələbinin başqa aidiyyət qaydası müəyyən edildiyinə görə İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən İPMin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir . Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin həmin qərardadının maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6566/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6566/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar