Məhkəmə qərarları › İş №2-1(103)-2013/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2013/2020

02.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2013/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Səriyyə Hüseyn qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiaçının ailəsi birlikdə yaşadığı evə qeydiyyata alınması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2779/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddiaçının ailəsi birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2779/2020 saylı qərardadı ilə iddia ərizəsi geri götürülmüş hesab edilmiş və 2-1(112)-2779/2020 saylı inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, o, ünvan 2 ünvanda qeydiyyatdadır, 2006-cı il 25 mart tarixində 318 saylı qeydlə X1 ilə nikah bağlamışdır. Bundan sonra əri X1 onu ailə üzvü kimi onun faktiki sahibliyində olan evə yaşamaq üçün köçürmüşdür. Lakin dəfələrlə qeydiyyat orqanına müraciət etsə də, iddiaçını ərinin evinə köçürməkdən imtina etmişlər. Sonuncu müraciəti xx.xx.2019-cu il tarixdə olmuşdur. Qeydiyyatı həyata keçirən müvafiq qurum, hətta Asan xidmətdə outran nümayəndələri də, qeydiyyat üçün yaşayış sahəsinə köçməyə əsas verən sənəd - reyestrdən çıxarış tələb edirlər. Baxmayaraq ki, birgə nikahıdan olan iki övladı qeyd olunan ünvana heç bir problemsiz qeydiyyata alınıblar. Həm iddiaçının ərinin, həm də övladlarının qeydiyyatda olduğu ev ünvan 3 ünvanında yerləşir, həmin evə mülkiyyət hüquqlarını təsdiq edən sənəd mövcud deyildir. Bu baxımdan Bakı şəhəri, Cavabdeh xx.xx.2020 tarixli məktubundan da görünür ki, mülkiyyət hüquqlarını göstərən sənəd polis İdarəsinə təqdim olunmalı sənədlərin siyahısındadır. Məktubda qeyd olunub ki, siyahıda göstərilən sənədləri təqdim edə bilmədiyi təqdirdə məhkəməyə müraciət edin. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Bakı şəhər Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin qismən təmin edilməsi nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə iddianı geri götürülmüş hesab etmişdir. Məhkəmənin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2779/2020 saylı məktubu ilə iddiaçıya iddia tələbinin əsasını təşkil edən sənədlərin, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair sənədin xx xxxxx 2020-ci il tarixə qədər məhkəməyə təqdim edilməsi tapşırılmışdır. Buna baxmayaraq, iddiaçı onun üzərinə düşən vəzifəsini yerinə yetirməmiş, məhkəmə tapşırığı icra etməmiş bunun səbəbləri bildirilməmişdir. Bundan başqa işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədilə məhkəmə iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iclasında hər hansı üzürlü səbəb göstərmədən iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə kollkegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, iddiaçının nümayəndəsi E.Zeynalov şifahi məhkəmə islasında iştirak etmiş və məhkəmə iclası protokolda tarix göstərmədən təxirə salınmışdır. İşdə olan digər sənədlərdən görünür ki, Zaqatala şəh., Vaqif küç., 34 yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə, saat 9.00 şifahi məhkəmə iclasının keçirilməsi barədə bildiriş göndərilmişdir. İşdə olan tarixsiz arayışdan görünür ki, AR NK xx.xx.2020-ci il tarixli 208 nömrəli qərarına və “AR koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında” AR Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli məlumatına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan hazırki iş üzrə məhkəmə iclası keçirilmədi. İşdə olan digər sənədlərdən məlum olur ki, Zaqatala şəh., Vaqif küç., 34 yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə, saat 15.30 şifahi məhkəmə iclasının keçirilməsi barədə bildiriş və SMS xəbərdarlığı barədə bildiriş göndərilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçını məhkəmə iclası barədə xəbərdar etsə də, sifahi məhkəmə iclasında iştirak etmiş iddiaçının səlahiyyətli nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməmişdir. Halbuki, İPM-nin 62.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının şifahi məhkəmə baxışı ilə bağlı iclasının vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığı təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin qismən edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2779/2020 saylı qərardadı ləğv edilsin və iş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar