Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2013/2023 31.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2013/2023 (Açar sözlər:” vergi orqanının qərarının mübahisələndirilməsi”) Bakı şəhəri 31 oktyabr 2023-cü il Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Kamran Hüseyn oğlu Əkbərov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı 28 iyul 2020-ci il tarixdə iddia ərizəsi ilə, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və; - xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarını: 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, VM-nin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə, 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması - hissələrində ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən kameral qaydada cəmiyyətin şəxsi vərəqəsinə əsassız olaraq 2019-cu il üzrə 112.200,00 manat mənfəət vergisi hesablanmışdır.
3. Hesablamaya əsas olaraq göstərilmişdir ki, 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş DTA 01 ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir” kimi göstərilmişdir. Halbuki, müəssisəyə xx.xx.2019-cu il tarixində 100.052,11 avro və xx.xx.2019-cu il tarixində isə 31.242,48 avro bonus köçürülmüşdür. Göründüyü kimi müəssisənin bonus gəliri 561.000,00 manat deyil, 242.895,00 manat olmuşdur.
4. Bundan əlavə, cavabdehin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən müəssisənin 2017-ci il -2019-cu il (ƏDV üzrə fevral 2017-dekabr 2019) tədiyyə və dövrlərdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və xx.xx.2020- ci il tarixli **********198097 saylı Səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Yoxlama aktında Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldığı göstərilmiş və ƏDVyə cəlb edilən əməliyyatlar 62.667.642,53 manat, ƏDV % cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Lakin göstərilən hesabların mənbəyi, əsası, açıqlaması verilməmişdir. Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan 6.184.998,0 manat əməliyyatın 10 faizi miqdarında, yəni 618.499,8 manat maliyyə sanksiyası isə hansı nağd əməliyyatlara istinad edilməsi göstərilməmişdir. İddiaçı hesab edir ki həmin yoxlama aktı əsasında hesablanmış vergilər əsassızdır.
Cavabdehin etirazları:
5. Cavabdehin etirazının dəlillərinə əsasən, iddiaçı tərəfindən təqdim edilmiş 2019cu ilin mənfəət vergi bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. Kameral vergi yoxlaması zamanı, iddiaçı tərəfindən 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş rezidentlik sertifikatının alınması haqqında (DTA 01) ərizələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda 561.000,00 manat gəlir əldə edilməsinə baxmayaraq, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində (217.2-ci sətir) Azərbaycan Respublikasının hüdudlarından kənarda 0,0 manat gəlir göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Kənarlaşma barədə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********710800 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə mənfəət vergisi üzrə 2019-cu il üçün cəmiyyətə 112.200,00 manat olmaqla əlavə vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli **********405900 №-li yazılı etiraza əlavədə göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********197997 saylı qərarına əsasən "xxxx" MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2019- cu il tarixədək olan dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama xx.xx.2020-ci il tarixli **********198097 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.
7. Yoxlama ilə vergilər aşağıdakı qaydada hesablanmışdır: Əlavə dəyər vergisinin yoxlanılması üzrə: Səyyar vergi yoxlaması Vergi auditi baş idarəsinin xx.xx.2020-ci il tarixli **********141279, **********1277 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara, xx.xx.2020-ci il tarixli VN 00784, VN 000819 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) və ödəyicinin Vergi Xidmətində olan elektron məlumat bazasından alınmış hesabatlar əsasında aparıldı. Yoxlanılan dövr ərzində cəmiyyətin vergi orqanına təqdim etdiyi bəyannamələrə əsasən cəmiyyətin ƏDV-yə cəlb olunan əməliyyatları 55.862.922,08 manat, ƏDV 0% ilə cəlb olunan əməliyyatları 1.202.043,11 manat, əvəzləşdirilən ƏDV 9.563.373,51 manat, büdcəyə çatan ƏDV 491.952,46 manat olmuşdur.
8. Yoxlama zamanı müəyyən olunmuşdur ki, ƏDV-yə cəlb edilən əməliyyatlar 62667642,53 manat, ƏDV 0% ilə cəlb edilən əməliyyatlar 1.039.359,24 manat, əvəzləşdirilən ƏDV 9.562.029,16 manat büdcəyə hesablanan ƏDV 1718146,50 manat olmuşdur. Yoxlanılan dövr ərzində aylar üzrə büdcəyə 2.017.948 manat, büdcədən 791.754,55 manat ƏDV hesablanmış və bu səbəbdən 1.008.974,29 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
9. Yoxlanılan dövr ərzində (2017, 2018, 2019-cu illər) cəmiyyətin gəlirləri məlum olduğu üçün mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülməklə hesablanmışdır.
10. İddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi bəyannamələrdə 2017-ci ilin yekunu üzrə gəlir 16.157.547,11 manat, xərclər 15.390.442,97 manat, vergiyə cəlb olunan mənfəət 767.104,14 manat, mənfəət vergisi 153.420,83 manat, 2018-ci ilin yekunu üzrə gəlir 19.449.814,39 manat, xərclər 18.836.103,37 manat, vergiyə cəlb olunan mənfəət 613.711,02 manat, mənfəət vergisi 122.742,2 manat, 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur.
11. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablanmışdır.
12. Göründüyü kimi 2017-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.500.720,17 manat mənfəət vergisi 700.144,03 manat, 2018-ci il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.633.311,41 manat, mənfəət vergisi 726.662,28 manat və 2019-cu il üzrə müəssisənin vergiyə cəlb edilən mənfəəti 3.678.926,05 manat, mənfəət vergisi isə 735.785,21 manat müəyyən edilmişdir.
13. Yuxarıda göstərilənləri nəzərə alaraq yoxlama nəticəsində ümumilikdə 1.599.436,21 manat mənfəət vergisinin azaldılması müəyyən edilmiş və 799.718,11 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 2017-ci ildə alınmış 11.600,0 manat (ƏDV-siz) avans məbləği 2018-ci ilin yekunu üzrə mənfəətə cəlb edilmişdir.
14. Bundan başqa kameral qaydada 2019-cu ilin yekunu üzrə artırılmış 561.000,0 manat (Respublika hüdudlarından kənarda əldə edilən) gəlir yoxlama ilə düzəliş edilərək 246.473,93 manat göstərilmişdir.
15. Yoxlama zamanı iddiaçıdan götürülmüş elektron daşıyıcılarda olan məlumatlar (qara mühasibatlıq) əsasında 6.184.998 manat əməliyyatların nağd qaydada aparılması halı aşkar edilmiş və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 10 % miqdarında, yəni 618.499,9 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
16. Cavabdeh qeyd olunanlar nəzərə alınmaqla iddianın təmin olunmamasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Bakı İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-1297/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı və xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərarı - 2017-ci il üzrə 546.723,20 manat mənfəət vergisinin azaldılmasına görə 546.723,20 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 273.361,60 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 603.920,08 manat mənfəət vergisinin azaldılmasına görə 603.920,08 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 301.960,04 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 448.792,93 manat mənfəət vergisinin azaldılmasına görə 448.792,93 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 224.396,47 manat maliyyə sanksiyasının tətbiq olunması; 2017-ci il üzrə 748.017,25 manat ƏDV-nin azaldılmasına görə 748.017,25 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 374.008,63 manat maliyyə sanksiyasının tətbiq olunması; 2018-ci il üzrə 1.054.309,24 manat ƏDV-nin azaldılmasına görə, 1.054.309,24 əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 527.154,62 manat maliyyə sanksiyasının tətbiq olunması; 2019-cu il üzrə 215.622,06 manat ƏDV-nin azaldılmasına görə 215.622,06 manat əlavə hesablama aparılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 107.811,03 manat maliyyə sanksiyasının tətbiq olunması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 618.499,9 manat maliyyə sanksiyasının tətbiq olunması; ümumilikdə 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilməsi və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunması hissələrində ləğv edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə görə, İddiaçı MMC vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. İddiaçı MMC apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlıq” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur.
19. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022-ci il tarixli, 2- 1(103)-152/2022 nömrəli qərarı ilə (hakimlər: C.A.Yusifov - sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və X.A.Cəmilova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki: 1) birinci instansiya məhkəməsi işin “qara mühasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini ehtiva etdiyi halda, iddiaçıya həmin hissədə İPM-in 13-cü maddəsindən irəli gələn xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır; 2) qanunvericiliyin tələbinə görə, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin isə hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədləri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyəndir. İPM-in 14.1-ci maddəsinin tələbi baxımından, nə qədər ki yoxlanılan dövr üzrə hesablanan əlavə vergilər cavabdeh vergi orqanı tərəfindən elektron daşıyıcıda olan cədvəl məlumatları əsasında hesablanmışdır, həmin məlumatların doğruluğunu və həmin məlumatların əsasını təşkil edən ilkin sənədlərin varlığını da sübut etmək vəzifəsi məhz, vergi orqanının öz üzərinə düşür. ...iş materiallarında olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol müəssisənin rəhbərinin (X3) iştirakı ilə tərtib olunsa da, həmin protokolda operativ vergi nəzarəti qaydasında müəssisədən götürülən elektron daşıyıcıların hansı məlumatları özündə əks etdirməsi, hansı mənbədə işlənildiyi və haradan çıxarıldığı həmin prosesdə iştirak edən müəssisə rəhbərinin diqqətinə çatdırılmamışdır. Yuxarıda qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqiqəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023cü il tarixli, 2-1(102)-44/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-152/2022 nömrəli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
24. Yeni apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri birinci apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
e)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yeni apellyasiya baxışı zamanı iddia ərizəsinin məzmunu ilə oxşar iddiaçıların etiraz-mülahizəsi daxil olmuşdur.
e) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə istinad edərək təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki,ikili mühasibatlığa dair İddiaçı MMC-də heç bir sənəd mövcud olmamışdır. Operativ vergi yoxlaması zamanı ofisdəki notebooklardan sənədlər götürüblər, lakin həmin sənədlərin İddiaçı MMC-yə aidiyyatı nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır.MMC-yə aid heç bir disk olmayıb.Həmin sənədlərin MMC-yə, onun sahibkarlıq fəaliyyətinə aidiyyatı yoxdur.Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar.
28. Əlavə olaraq ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdə təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi ərizəsinin baxılmamış saxlanmasını, yəni əvvəlki apellyasiya baxışı zamanı verdiyi iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi (cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının və xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi) üzrə məhkəmə icraatının davam etdirilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Vergi məqsədləri üçün gəlir anlayışı aşağıdakıları nəzərdə tutur: 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. 13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur... 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
30. “İnzibati icraat haqqında” Qanunun: 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən isə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
31. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: “İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.” 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir.
32. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6 - Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir 94.1 - Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, işin digər materiallarını və hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2-1(102)-44/2023 saylı qərarındakı hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və cavabdehin - xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam olaraq ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.
36. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. -Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”)-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. -İddiçının tələbindən göründüyü kimi mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin kameral və səyyar vergi - yoxlamalarının nəticələrinə dair iki qərarının ləğv edilməsini məhkəmədən tələb etmişdir.
37. İddiaçının birinci tələbindən göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğvini tələb edir.
38. Cavabdehin apellyasiya şikayətində həmin qərarın qəbul olunmasının zəruri şərtləri kimi göstərir ki, iddiaçı 2019-cu il üzrə vergi orqanı tərəfindən təsdiqlənmiş (DTA 01) ərizələrinə əsasən 561.000,00 manat respublikadan kənarda gəlir əldə etdiyi halda, 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsində bu göstəricini əks etdirməmiş, bununla bağlı ona göndərilmiş xx.xx.2020-ci il tarixli uyğunsuzluq məktubuna da əhəmiyyət verilməmiş, nəticədə aparılmış kameral yoxlama ilə İdarənin xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə 2019-cu il üçün 112.200,00 manat əlavə mənfəət vergi hesablanmışdır. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim etdiyi 2019-cu ilin yekunları üzrə gəlir 21.468.160,58 manat, xərclər 20.594.199,17 manat, vergiyə cəlb olunan mənfəət 873.961,41 manat, mənfəət vergisi 174.792,28 manat olmuşdur. Vergi orqanı tərəfindən kameral qaydada cəmiyyətin gəliri 561.000,0 manat artırılmış və nəticədə ümumi olaraq 286.992,28 manat mənfəət vergisi hesablanmışdır.
39. Lakin cavabdehin işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçı müəssisədə xx.xx.2017-xx.xx.2019-cu illərin fəaliyyət dövrü üzrə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********198097 səyyar vergi yoxlaması aktının 13/25 saylı vərəqindən görünür ki, həmin aktda 2019-cu ilin yekunu üzrə artırılmış olan respublika hüdudlarından kənarda əldə edilən gəlirin 561.000,0 manat həcmində düzəliş edilərək 246.473,93 manat gəlir əldə olunduğu göstərilmişdir.
40. Cavabdehin hazırkı apellyasiya şikayətinin dəlillərindən də göründüyü kameral yoxlama ilə müəyyən olunan gəlir məbləğinə səyyar vergi yoxlaması ilə düzəliş olunduğu təsdiq olunduğu təsdiq olunur, lakin hər bir halda, yenə də mübahisələndirilən kameral yoxlama qərarının quvvədə qalmasında israrlıdır. Halbuki, Vergi Məcəlləsinin 105.1.1-ci maddəsinə əsasən 20 faiz dərəcəsi ilə hesablama aparıldıqda 561.000,0 manatdan hesablanan mənfəət vergisi 112.200,00 manat təşkil etdiyi halda, 246.473,93 manat məbləğində gəlirdən hesablanan mənfəət vergisi 49.294,79 manat təşkil edir. Yəni iddiaçıya əsassız olaraq 62.905,21 manat əlavə mənfəət vergisi hesablanmış olur.
41. Beləliklə də, xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə hesablanmış 112.200,00 manat mənfəət vergisinin 62.905,21 manat məbləğində hissəsinin əsassız hesablandığı sübuta yetirilir. 42.Birinci instansiya məhkəməsi tərəfindən isə həmin hissədə iş materialları hərətərəfli araşıdırlmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, həmin sübutlarla müəyyən edilən hallar üzrə düzgün nəticəyə gəlməmişdir. 43.İddiaçının birinci apellyasiya mərhələsində ifadə tərzini dəqiqləşdirmiş olduğu ikinci tələbindən göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2017-xx.xx.2019-cu illərin fəaliyyət dövrü üzrə müəssisədə aparılmış növbəti səyyar vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsini tələb etmişdir.
44. İşin hallarından göründüyü kimi, cavabdehin xx.xx.2020-ci il tarixli qərarına əsasən müəssisənin xx.xx.2017-xx.xx.2019-cu illər üzrə fəaliyyət dövrü üzrə növbəti səyyar vergi yoxlaması aparılmaqla, nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********198097 səyyar vergi yoxlaması aktı tərtib olunmuş və həmin akt əsasında da xx.xx.2020-ci il tarixli **********140954 saylı qərar qəbul olunmaqla, ümumilikdə, iddiaçının 3.617.384,76 manat verginin azaldılması müəyyən edilərək ona əlavə vergilər hesablanmış və 2.427.192,19 manat maliyyə sanksiyası tətbiq olunmuşdur.
45. Səyyar vergi yoxlaması aktından görünür ki, yoxlama vergi orqanının xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzatrətinin həyata keçirilməsi haqqında” Qərarına və xx.xx.2020- ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokollara əsasən müəssisədən götürülmüş elektron daşıyıcılarda olan məlumatlar və ödəyicinin vergi orqanında olan baza məlumatlarına əsasən aparılmışdır.
46. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, iş üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Mərkəzin eksperti (Toğrul Cəfərli) tərəfindən verilmiş 9/1996 №li xx.xx.2021-ci ekspert rəyində tədqiqi hissəsində göstərilənlərə əsasən aşağıdakı nəticəyə gəlinmişdir: - “xx.xx.2020-ci il tarixli **********198097 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yoxlama ilə aparılmış vergilər (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618.499,8 manat məbləğində maliyyə sanksiyası üzrə əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Eyni zamanda qeyd edilir ki, xx.xx.2020-ci il tarixli **********329300 saylı vergilərin, sosial sığorta, işsizlik səğortası haqlarının hesablanması barədə qərarda da göstərilənlərin düzgünlüyü müəyyən olunmadı. Həmçinin İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla müəssisənin 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında göstərilən əlavə hesablanmış mənfəət vergisinin, ƏDV-nin azaldılması və 618.499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyyən olunmur.”
47. Cavabdeh vergi orqanı apellyasiya şikayətinin əksər hissəsində səyyar vergi yoxlamasının nəticələri ilə bağlı ekspertin gəldiyi həmin nəticənin əsassız olduğunu mübahisələndirən dəlillərinin ümumi mahiyyətindən görünür ki, ekspertə təqdim olunmuş elektron daşıyıcıda olan qara mühasibatlıq məlumatlar hərtərəfli aparılmamış, daşıyıcılarda olan göstəricilərə münasibət bildirməmiş, qarşısında qoyulan müvafiq suallar cavablandırılmamışdır.
48. Cavabdehin şikayətinin qeyd olunan dəlilləri, habelə, səyyar vergi yoxlaması ilə iddiaçıya əlavə hesblanmış vergilərin və tətbiq olunmuş maliyyə sanksiyalarının elektron daşıyıcıda olan “qara mühasibatlıq” məlumatları əsasında hesablandığını nəzərə alan birinci apellyasiya baxışın zamanı məhkəmə kollegiyası ekspert rəyinin aydın olmadığını və elektron daşıyıcıda mövcud olan “qara mühasibatlıq” məlumatlarına əsasən hesablanmış veriglərin nə dərəcədə həqiqətiəks etdiyiryinə və yoxlamanın nəticələrinin düzgünlüyünə aydınlıq gətrilməsi üçün hazırkı mərhələdə iş üzrə Bakı Apellyasiya Məzkəməsinin 2-1(103)-1926/2021 saylı 2810.2021-ci il tarixli qərardadı ilə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinə əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.
49. Məhkəmə Ekspertizası Mərkəzinin eksperti (Orxan İsgəndərov) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xx.xx.2021-ci il tarixli ekspert rəyində ilkin ekspert rəyində göstərilən ifadə tərzinə uyğun rəy verilmişdir. İşə baxılması təzələndikdən sonra iş üçün əhəmiyyət kəsb edən suallar tam aydın olmadığına və cavabdeh tərəfindən də “qara mühasibatlığa dair” əlavə materiallar təqdim edildiyi nəzərə alınaraq, mübahisəli məsələnin həllinə nail olmaq üçün ekspert qarşısında dəqiqləşdirilmiş sual qoyulmaqla, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 152/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə yenidən (birinci apellyasiya baxışı zamanı) iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısında həll edilməsi üçün aşağıdakı bir sual qoyulimuşdur: - Ekspertizaya təqdim olunmuş İddiaçı MMC-yə aid, kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrləri üzrə hesablanıb dövlət büdcəsinə ödənilməli mənfəət vergisi və əlavə dəyər vergisinin məbləğləri nə qədər təşkil edir?
50. Həmin sual Məhkəmə Ekspertizası Mərkəzinin tərəfindən verilmiş 9/2527saylı 27 may 2022-ci il tarixli ekspert rəyində aşağıdakı kimi cavablandırılmışdır: - "xxxx" MMC-yə aid, kağız formasında və elektron daşıyıcıda (“CD-R” diskdə) olan göstəricilərə (məlumatlara) əsasən, müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan vergi dövrlər üzrə hesablanma apaılması vergilərin hesablanması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmamışdır. -Yəni, xx.xx.2020-ci il tarixli **********198097 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində yoxlama ilə əlavə hesablanmış vergilərin (ƏDV və mənfəət) və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi əsasında hesablanmış 618499,8 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanmadığı müəyyən olunur. Yəni,səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin 618499,8 manat məbləğində maliyyə sanksiyasının düzgün hesablanmadığı müəyyən olunur. -Eyni zamanda, xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarında da göstərilənlərin düzgünlüyü müəyyən olunmadı. -Həmçinin, İddiaçı MMC tərəfindən yoxlanılan dövr üzrə vergi orqanına təqdim olunmuş bəyannamələr nəzərə alınmaqla müəssisənin 2017-2019-cu illərə dair dövriyyəsi üzrə yoxlama aktında göstərilən əlavə hesablanmış mənfəət vergisinin, ƏDVnin azaldılması və 618499,8 manat məbləğində əməliyyatların nağd qaydada aparılması halları müəyən olunmur. -Həmçinin, müəssisənin özünün hesabladığı və vergi orqanına təqdim edilmiş mənfəət vergisi üzrə sonuncu bəyannamə məlumatları 2017-ci il üzrə 153420,83 manat, 2018-ci il üzrə 122663,13 manat, 2019-cu il üzrə 174792,28 manat , ümumilikdə 450876,24 manat təşkil edir. -Müəssisə tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrləri üzrə hesaablanıb dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisinin məbləğləri üzrə açıqlama aşağıdakı kimi olmuşdur: -2017-ci il ƏDV vergisi üzrə 748017,25 manat, 2018-ci il ƏDV vergisi üzrə 1054309,24 manat, 2019-cu il ƏDV vergisi üzrə 215622,06 manat əlavə dəyər vergisinin az hesablanması müəyyən olunmur. -Eyni zamanda, tədqiqat materiallarında səyyar vergi yoxlaması ilə yyoxlamanın ayrıayrı dövrləri üzrə 7917554,55 manat əlavə dəyər vergisi üzrə artıq hesablanması müəyyən edilmişdir...”
51. Məhkəmə kollegiyası ekspertin rəydə xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarında göstərilənlərin düzgünlüyü müəyyən olunmaması barədə gəldiyi nəticə ilə razılaşmır. Çünki, ekspert gəldiyi bu nəticəni qətiyyən əsaslandırmamışdır.
52. Cavabdehin həmin qərarı ilə bağlı aparılan məhkəmə tədqiqatının yuxarıda qeyd olunan halları ilə sübuta yetirilir ki, həmin qərarla iddiaçıya 2019-cu ilin hesabat dövürü üçün hesablanmalı olan mənfəət vergisi 112.200,00 manat məbləğində deyil, 62.905,21 manat məbləğində təşkil edir.Yəni 62.905,21 manat məbləğində hissəsi əsassız olduğu sübuta yetirilmişdir.
53. Ekspertin həmin rəyinin digər hissələrinə gəldikdə isə onun qarşısında qoyulan bir sual qoyulmuşudur ki, bu sual da yalnız elektron daşıyıcılardakı “qara mühasibatlıq” məlumatları üzrə hesablana bilən verginin müəyyən edilməsi idi ki buna da cavab verə bilməmişdir. Hər bir halda, məhkəmə kollegiyası qəbul edir ki, ekspert, “qara mühasibatlıq” materiallarında təsbit olunan məlumatların qeyrimüəyyənliyi, ilkin mənbə məlumatlarının yoxluğu üzündən həmin məlumatara əsasən vergiləri hesablaya bilməmişdir.
54. Məhkəmə kollegiyası faktlar-nöqteyi nəzərindən ekspertin ona təqdim olunmuş qara mühasibatlığa dair elektron daşıyıca olan məlumatlara əsasən iddiaçının vergi öhədiyini dəqiqliyi ilə müəyyən edilməsini əslində mümkün də hesab etmr.
55. Belə ki, vergi orqanı tərəfindən hesablanmış həmin vergilərin düzgünlüyü elektron daşıyıcıdakı fayllarda olan cədvəldəki kəmiyyət göstəricilərinin əsasını təşkil edən sübutetmə vasitələri, o cümlədən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun.
56. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin Qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2-1(102)-44/2023 saylı qərarında göstərilmişdir ki, “İddiaçıdan götürüldüyü müvafiq protokolda təsbit olunan “qara mühasibatlıq” sənədlərinin mənbəyi və ya mənsubiyyəti, buradan, vergi ödəyicisi tərəfindən özünün maliyyə-təsərrüfat fəaliyyətində ikili mühasibatlıq tətbiq etdiyi mübahisəsiz olduğu halda, həmin sənədlərdəki məlumatlara münasibətdə cavabdehin dəlilləri, o cümlədən, VM-in 16.1.3, 130.1 və 130.2-ci maddələrinin tələblərinin iddiaçı tərəfindən təmin olunmamasının səbəbləri araşdırma predmeti olmayıb.”
57. İkinci apellyasiya baxışında Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli, 2-1(102)-44/2023 saylı qərarında göstərilənlər baxımından araşdırma zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Verilən suallara cavabında bildirmişdir ki, ikili mühasibatlığa dair İddiaçı MMC-də heç bir sənəd mövcud olmamışdır.Operativ vergi yoxlaması zamanı bildirilir ki, ofisdəki notebooklardan sənədlər götürüblər, lakin həmin sənədlərin İddiaçı MMC-yə aidiyyatı nə istintaqda, nə də ekspertizada müəyyən olunmamışdır.MMC-yə aid heç bir disk olmayıb.Həmin sənədlərin MMC-yə, onun sahibkarlıq fəaliyyətinə aidiyyatı yoxdur.Həmin sənədlərlə məhkəmədə tanış olmuşlar. 58.Vergi Məcəlləsinə əsasən vergi məqsədləri üçün gəlir anlayışı aşağıdakıları nəzərdə tutur: -13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir. -13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsidir. -13.2.11. Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. -153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
59. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə, habelə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının “30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə təsdiq edilmiş maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”n 2.1.14-cü bəndinə əsasən: 60.“İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.”
61. Həmin Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibat uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir.
62. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün gəlir vergisi, əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat üçütu sənədləri əsasında müəyyən edilir.
63. Konkret halda isə mübahisələndirilən elektron daşıyıcıda olan məlumatlarda təsbit olunan kəmiyyət göstəricilərinin hansı ilkin sənədlər (idxal sənədləri, alqı-satqı aktları, elektron qaimə fakturalar, yükdaşıma sənədələri, ödəniş sənədləri, sair xərc sənədləri) əsasında əldə olunduğu qeyri-müəyyən olduğundan iddiaçının sahibkarlıq fəaliyyətinə aid etmək mümkün olmur.Ən azından, həmin məlumatları formalaşdıran halların (təqdim etmənin, ödənişlərin və s.) barədə qeyri-qanuniliyini təsdiq edə bilən sənəd-sübut və ya hər hansı bir başqa mənbə məlumatları mövcud deyil.
64. Məhkəmə Kollegiyası qeyd edir ki, elektron daşıyıcıda təsbit olunan məlumatların iddiaçıya aid edilməsi, bunla da yanaşı həmin məlumatların yaranmasına əsas olan halları araşdırıb aşkar etmək inzibati icraat haqqında hüquq normaları ilə cavabdeh orqanın üzərinə düşən öhdəliyidir.
65. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir.Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İşin hallarından isə müəyyən edilir ki, cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda növbədənkənar səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).
66. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun. Belə ki, cavabdeh əldə etdiyi məlumatların həqiqiliyini araşdırmalı, məlumatlar əsasında alıcıları müəyyən etməli, izahatlar almalı, Vergi Məcəlləsi ilə ona verilmiş səlahiyyət çərçivəsində əlavə araşdırma aparmalı idi (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi).
67. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən: - “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur...”
68. Beləliklə də cavabdeh tərəfindən xx.xx.2017-xx.xx.2019-cu illərin fəaliyyət dövrü üzrə səyyar vergi yoxlamasının nəticələrinə dair cavabdehin mübahisələndirən qərarı ilə ümumilikdə, 3.617.384,76 manat verginin azaldılmasının müəyyən edilərək ona əlavə vergilər hesablanması və 2.427.192,19 manat maliyyə sanksiyasının tətbiq olunmasının əsassızlığı və vergi qanunvericiliyinin tələblərinə zidd olduğu sübuta yetirilir.
69. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, işin “qara mühhasibatlıqla” bağlı mübahisələndirilən hallarına aydınlıq gətirməmiş, onlara hüquqi qiymət verə bilməmiş, həm də iddiaçının ikinci tələbi, mənası baxımından həmin qərarın tam ləğvini ehtiva etdiyi halda, iddiaçıya həmin hissədə, İPM-in 13-cü maddəsindən irəli gələn xidməti vəzifəsindən irəli gələrək, tələbini sadə ifadə başa düşülən tərzində dəqiqləşdirilməsində yardımçı olmamışdır.
70. Beləliklə də qeyd edilənləri və iddiaçının birinci apellyasiya mərhələsində məhkəməyə təqdim etdiyi dəqiqləşdirilmiş tələbini nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasyia şikayətinin dəlilləri ilə - birinci instansiya məhkəməsi tərəfindən işin hərtərəfli araşıdrlmadığını və əsassız qərar qəbul olunduğnu mübahisələndirən hissəsində qismən, razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli və cavabdehin - xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam olaraq ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1297/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdehin - xx.xx.2020-ci il tarixli **********329300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı 62.905,21 manat məbləğində əlavə verginin hesablanması hissəsində, xx.xx.2020-ci il tarixli **********140954 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyətə cəlb edilməsi barədə” qərarı isə tam ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.