Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2017/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə məcburetmə haqqında iddia qaldıraraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir (İPM m 33.1). İddianın əsaslarına görə xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə peşə təhsili məktəbində oxumuş, xx.xx.1975-xx.xx.2002-ci illərdə müxtəlif sahələrdə əmək fəaliyyəti göstərmişdir. xx.xx.2002-ci il tarixdən hazıra qədər “Caspian W1RF.İ.İNE Senices” LTD-də sürücü-operator vəzifəsində çalışır. 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə qədər 40 ildən çox ümumi əmək stajı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən-əmək stajı 13 il təşkil etmişdir.“Caspian WİRELİNE Services" LTD tərəfindən verilmiş arayışda-"neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin sürücü olaraq daşınma və quyuların tədqiqatı üzrə (perforasiya və karotaj işləri) operator işi" icra etdiyi qeyd olunur. Zərərli sahə hesab edilən “operator" peşəsi üzrə güzəştli pensiya hüququ verən əmək funksiyası üzrə 16 il iş stajı olmuşdur. O, görüləcək operator, karotajçı işlərin icrası zamanı lazım olan radioaktiv və partlayış xarakterli malları avtomaşın sürməklə, sürücü olaraq mədənə apardıqdan sonra digər işçilərlə bərabər əsas funksiyanı yerinə yetirir. Cavabdeh təşkilata müraciətləri əsassız olaraq müsbət cavablandırılmamışdır. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi sürücü-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 7-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək siyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının əsas əmək funksiyasının nədən ibarət olduğunu, icra etdiyi əmək funksiyasının AR NK-nin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarın 1 nömrəli siyahının təsiri altına düşünməsini, onun əmək kitabçasında qeyd olunan əsas əmək funksiyası əsasında müəyyən etməklə, işçinin yerinə yetirdiyi əsas əmək funksiyası bu apellyasiya şikayətin 1-ci sırada qeyd olunmuş, yəni 1 nömrəli güzəştli siyahının X. bölmənin təsiri altına düşür. İşçinin əsas funksiyanı və icra etdiyi işi nəzərə almadan əmək kitabçasında qeydin “sürücü-operator” kimi yazılması səbəbindən, iddianın rədd edilməsi düzgün hesab olunmamalıdır. Müəssisənin kadr şöbəsi tərəfindən hazırlanan əmr və sair sənədlərə Məhkəmə tərəfindən kompleks şəklində qiymət verilməklə, onun əsas icra etdiyi iş sahəsinin məhz operator “dənizdə neft quyuların tədqiqatı üzrə” olması faktı düzgün qiymətləndirilməmişdir. Məhkəmə sorğusuna əsasən İddiaçı xx.xx.2002-ci il tarixdən hazırkı vaxta qədər müəssisədə hansı peşələrdə işləməsinə dair əmrlərin surətləri tələb edilmişdir.“Caspian WİRELİNE Services” LTD şirkətinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə İddiaçı (iddiaçı) işə qəbul barədə xx.xx.2002-ci il 2-2002/HR saylı və həmin əmrə dəyişiklik qaydasında rəsmiləşdirilmiş xx.xx.2003-cü il tarixli 01-2003/HR saylı əmrlərin təsdiq olunmuş surətləri Məhkəməyə təqdim olunmuşdur. Məhkəmə nəzərə almalıdır ki, işəgötürən əmək-kitabçasında “sürücü-operator” yazılmağına baxmayaraq, iddiaçının əsas əmək funksiyası “operator” yardımçı funksiyası isə “sürücü” olmuşdur. Hansı ki, işəgötürən iddiaçının “sürücü” olaraq məhz iş prosesində zəruri partlayış və s. maddələrin mədən obyektinə daşınmasını təmin etmişdir. Belə olan halda, məhkəmə əmək kitabçasında yazılışda işəgötürənin yalnız sürücü-operator funksiyası kimi aparılmış qeydi yox, işəgötürənin iddiaçı işə qəbul edilən zaman 2002-2003-cü illərdə əmr əsasında hansı əsas funksiyanı icra etməsini nəzərə almaqla, işəgötürənin rəsmi əmrlərini, rəsmi arayışları və əmək kitabçasında əsas funksiyanın nədən ibarət olması faktini əsas götürməlidir. Əmək kitabçası işçinin işə götürülməsi ilə əlaqədar əmrdə qeyd olunanlar əsasında yazılır. İşçinin əsas əmək funksiyası əmrdə və əmək kitabçasında qeyd olunub. Məhkəmə, işəgötürənin rəsmi əmrlərində qeyd olunan əsas əmək funksiyasına münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayndəsi vəkil Nümayəndə apellyasiya şikayətini dəlllərinə uyğun müdafiə etmiş və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov birinci instansiaya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməlidir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün: kişilərin azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. Cavabdeh tərəfindən işdə olan xx.xx.2021-ci il tarixli imtina məktubunda və iddia ərizəsinə etirazında xx.xx.2015-ci il tarixində iddiaçının 57 yaşının tamam olması və həmin tarixə onun 25 il sığorta stajına malik olması mübahisələndirilmir. Hər bir halda, iş materiallarına (hərbi biletinin əmək kitabçasının və s.sürətlərinə) əsasən iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə və təhsil aldığı və hərbi xidmətdə olduğu vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən idddiaçının xx.xx.2015-ci il tarixinə olan ümumi iş stajı aşağıdakı kimi olduğu müəyyən edilir. xx.xx.1973-xx.xx.1975: Texniki-peşə məktəbində təhsil – 1 il 10 ay 16 gün; xx.xx.1975-xx.xx.1976: Xüsusiləşdirilmiş təmir-tikinti müəssisəsəində çilingər boruçəkən - -8 ay 4 gün; xx.xx.1976-xx.xx.1978: Texnoloji sexdə fəhlə, çilingər- 2 il 1 ay 9 gün; xx.xx.1978-xx.xx.1978: Tikinti sahəsində sürücü - 3 ay 14 gün; 23.101978-xx.xx.1980: Müddətli həqiqi hərbi xidmət -2 il 20 gün; xx.xx.1980 - 27. 07.1981: Tikinti-quraşdırma sahəsində sürücü – 7 ay 1 gün; xx.xx.1981- xx.xx.1982: Kənd-tikinti sənayesi sahəsində sürücü- 7 ay 25 gün; xx.xx.1982-xx.xx.1983: Avtotransport təşkilatında sürücü -8 ay 28 gün; xx.xx.1983-xx.xx.1986: zavodda sürücü- 3 il 5 ay 28 gün; xx.xx.1986-xx.xx.2002: Quraşdırma idarəsində çilingər - 15 il 9 ay 11 gün; xx.xx.2002-ci ildən - “Caspian Wireline Services LTD” şirkətində neft quyularında istifadə olunan partlayıcı və radioktiv təhlükəli maddələrin daşınması və quyuların tədqiqatı üzrə sürücü-operator - xx.xx.2015-ci il tarixinə (57 yaş) qədər – 13 il 2 ay 16 gün. Qeyd olunan iş stajı ümumiləşdirildikdə 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixinə iddiaçının ümumi sığorta stajı 27 il 20 gün təşkil edir ki, həmin stajın da 13 il 2 ay 16 gününü o, dənizdə “Caspian Wireline Services LTD” şirkətində “neft quyularında istifadə olunan partlayıcı və radioktiv təhlükəli maddələrin daşınması və “quyuların tədqiqatı üzrə sürücü-operator” peşəsində işləmişdir. Cavabdeh imtina məktubunda, iddia ərizəsinə etirazında iddiaçının işlədiyi sürücüoperator vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 7-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək siyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” bölməsində “Qazma bəndində nəzərdə tutulmadığını mübahisələndirərək, onun güzəştli iş stajının mövcud olmadığını bildirir. Məhkəmə klollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəliləri əsassızdır. Belə ki, birincisi, iddiaçının əmək kitabçasında onun xx.xx.2002-ci il tarixdən “Caspian Wireline Services LTD” şirkətində “sürücü-operator” qəbul edildyi qeyd olunsa da, sonrakı cümlədə, onun neft quyularında istifadə olunan partlayıcı və radioktiv təhlükəli maddələrin daşınması və quyuların tədqiqatı üzrə operator işini (perfomasiya və karotaj) işlərini icra etdiyi göstərilmişdir. İş materiallarının 74-76-cı vərəqlərindən görünür ki, birinci instansia məhkəməsinin sorğusuna cavab olaraq “Caspian Wireline Services LTD” şirkətinin 03 fevral 2022-ci il tarixli məktubu ilə məhkəməyə iddiaçının işə qəbul olunması və icra etməli olduğu işlər barədə 2-2002/HR nömrəli xx.xx.2002-ci il və 01-2003/HR nömrəli xx.xx.2003-ci il tarixli əmrləri təqdim olunmuşdur. 03 fevral 2022-ci il tarixli əmrdə təsbit olunur ki, “İddiaçı -03 sentyabr 2002-ci il tarixdən sürücü operator vəzifəsinə işə qəbul edilsin. Onun aylıq maaşı ştat cədvəlinə uyğun olaraq təyin edilsin.” Həmin Şirkətin 01-2003/HR nömrəli xx.xx.2003-ci il tarixli əmrində isə deyilir: “İddiaçı - xx.xx.2002-ci il tarixdən şirkət üzrə “sürücü-operator” peşəsi üzrə işə qəbul olunmuşdur. Onun əmək funksiyalarını dəqiq göstərmək üçün əmrə aşağıdakı əlavə qeyd olunsun:
1. İddiaçı - xx.xx.2002-ci il tarixindən şirkət üzrə “sürücü- operator” peşəsi üzrə işə qəbul olunmuşdur. Onun əmək funksiyalarını dəqiq göstərmək üçün əmrə aşağıdakı əlavə qeyd olunsun: - İşçinin əsas əmək funksiyası "operator” vəzifəsi olaraq “neft quyularının tədqiqatı üzrə operator” əmək funksiyasının icrasını təmin etmək, habelə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri və karotajçı işlərini icra etməkdən ibarətdir. İşçi sürücülük hüququna malik olduğundan “sürücü” olaraq mədənlərdə istifadə ediləcək zəruri partlayış və radioaktiv təhlükəli maddələri nəqliyyat vasitəsilə mədən obyektinə aparmaq, mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri və karotajçılarla birlikdə quyularda işləri icra etsin.
2. İstehsal sahələrinin rəhbərlərinə tapşırılsın ki, işçi tərəfindən idarə olunacaq nəqliyyat vasitəsinin təhkim edilməsi ilə əlaqədar müvafiq sənədləşdirmələri icra etsinlər.” Eyni zamanda, Şirkətin işə əlavə olunmuş (i.v.60) vəkil sorğusuna ünvanladığı 01 oktyabr 2021-ci il tarixli tarixli CWS/L-004 saylı cavab məktubunda da iddiaçının Şirkətdə yerinə yetirdiyi işə aşağıdakı kimi aydınlıq gətirilmişdir. İddiaçı “...03 sentyabr 2002-ci ildən etibarən “Neft quyuların tədqiqatı üzrə operator” vəzifəsini hazırki vaxta qədər icra edir. İşçi eyni zamanda əsas funksiyasını icra etmək üçün neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələri nəqliyyat vasitəsilə mədən obyektinə daşımaqla, həm də sürücü funksiyasını icra etdiyi üçün onun əmək kitabçasında sürücü-operator vəzifəsi yazılmışdır. İddiaçı əsas icra etdiyi iş-“quyularm tədqiqatı üzrə operator” vəzifəsidir. İşçi xx.xx.2002-ci ildən etibarən müəssisədə quyularm tədqiqatı üzrə operator vəzifəsini, habelə quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri və karotajçı işlərini eni zamanda icra edir. Sürücü olaraq mədəndə işlədiləcək zəruri vasitələri-partladıcıları mədənə aparıb digər fəhlə və karotajçılarla birlikdə quyularda işlərin icrası vaxtı istifadə edirlər. İddiaçı əsas əmək funksiyası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə CWS/L-024 saylı Arayış verilmişdir. Şirkətin işə əlavə olunmuş xx.xx.2021-ci il tarixdə CWS/L-024 saylı Arayışından isə görünür ki, iddiaçı “...neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin daşınması və quyuların tədqiqatı üzrə operator isini (perforasiva və karotaj isləri) icra edir. Bu əmək funksiyası və işçimizin peşəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10-cu bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası huququ verir. Əmək Şəraitinə görə güşətli şərtlərlə əmək staji: 18 il, 1 ay, 4 gün təşkil edir...” Eyni zamanda, Şirkətin hazırkı mərhələdə Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixdə CWS/L-024 saylı xx.xx.2022-ci il trixli məktubunda da qeyd olunmuşdur ki, iddiaçı “əsas əmək funksiyasından əlavə -əlavə əmrdə qeyd olunduğu qaydada sürücü funksiyasını da yerinə yetirir , filialda sürücülük işləri kütləvi fəaliyyət növü olmadığından müəssisədaxili vəzifə təlimatı mövcud deyil. Sürücü funksuyasını icra edən şəxslərlə əlaqədar daxili əmrlərdə xüsusi qeydlər göstərilməklə istehsalat sahələrinin təklifi ilə avtomaşın sürücülük hüququ olan şəxsə təhkim edilir. Yalnız sürücü kimi işləri icra edənlərin işə götürülmə əmrlərində “sürücü” funksiyasından başqa heç bir qeyd aparılmır...” Eyni zamanda, Şikətin məhkəməyə ünvanladığı CWS/L-01/10 saylı 19 oktyabr 2022ci il tarixli məktubunda iddiaçının əsas icra etdiyi işin quyuların tədqiqatı üzrə operator işi olduğu və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Siyahının 10-cu bölməsində, AR NK-nın 21.062993-cü il 320 saylı qərarı ilə təsdiq olunmuş köhnə Siyahının isə 1 No-li Siyahısında “X” bölmədə 11000000a-15832 kodunda nəzərdə tutulduğu göstərilmişdir. İddiaçının güzəştli stajını əks etdirən “Quyuların tədqiqatı üzrə operatorlar” göstəricisi 2006-cı ildən sonra tamamlandığı üçün, hazırkı mübahisəyə tətbiq edilməli olan 2007-ci ildə qəbul olunmuş Siyahıdır ki, həmin Siyahının da “10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” “a) fəhlələr” bölməsinin 15-ci sətrində (köhnə Siyahıda 11000000a-15832 kodunda) nəzərdə tutulur. Beləliklə də, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı F .Cəfərovun əsas icra etdiyi , AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq olunmuş Siyahının 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı “a) fəhlələr” bölməsinin 15-ci sətrində nəzərədə tutulan güzəştli pensiya hüququ verən “quyuların tədqiqatı üzrə operator” işində 57 yaşının tamam olduğu tarixə qədər 12 il 6 adan da çox çalışdığ sübuta yetirilir. Belə olan halda,“Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbindən isə görünür ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının 12 il 6 ay güzəştli stajının olmaması əsası ilə ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina olunması qanunsuz olmuş, qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin qərarda gəldiyi nəticə işdə olan sübutlara uyğun deyildir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin, iddiaçının əsas əmək funksiyasına münasibətdə düzgün hüquqi nəticəyə gəlmədiyini əsaslandıran dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi və iddiaçıya 57 yaşından (xx.xx.2015-ci il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə (xx.xx.2018-ci il tarixindən) pensiyanın hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır (Cavabdehin imtina məkbundan görünür ki, iddiaçının pensiypa təyinatı barədə müraciəti xx.xx.2021-ci il tarixində cavabdehə daxil olmuşdur). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2804/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı 57 yaşından (xx.xx.2015-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın, pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə (xx.xx.2018-ci il tarixdən), ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov
Hakimlər: Elşən Kazımov
Namiq Cəfərov