Məhkəmə qərarları › İş №2-1(103)-2017/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2017/2025

20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2017/2025 20.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-9990/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubuna əsasən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2286 nömrəli arayışına əsasən N3-cü il tarixdən sonrakı hərbi xidməti təsdiqlənmədiyindən və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığımdan ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdeh orqanın imtina məktubu tamamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçı N988-NN-ci il tarixlərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. İddiaçı NN-ci ildən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İlk olaraq N nömrəli hərbi hissənin tərkibində Ağdamda hərbi əməliyyatlarda, daha sonra Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N3-cü ilin əvvəlindən başlayaraq Zəngilanın Vejnəli, Şayıflı, Qazançı, Canbar və Ağkənd kəndlərində döyüşlərdə iştirak etmişdir. Canbar kəndində gedən döyüşlər zamanı yaralanıb, bir müddət xəstəxanada qaldıqdan sonra döyüşə davam etmişdir. Zəngilan rayon xəstəxanasında müalicə aldığına dair sənədə əsasən Bakıya göndəriş edilmişdir. Lakin xəstəxananın arxivi yandığı üçün sonrakı məlumatlar tapılmamışdır. İddiaçı hərbi biletində çıxış əmrimin olmaması ilə bağlı müraciət etdikdə ona buna ehtiyac olmadığını, döyüşdüyünü və yaralandığını təsdiq edən sənədlərinin olduğunu bildirmişlər. Sənədlərini itiridikdən sonra hərbi bileti ona dublikat olaraq verilmişdir. Nazirliyin Mərkəzi Arxivində onun hərbi xidmətinə dair sənədlərin saxlanılmaması onun təqsiri kimi qiymətləndirilə bilməz və bu hal əleyhinə şərh oluna bilməz. Həmçinin Zəngilan Rayon X2 Nazirliyinin Maliyyə Büdcə İdarəsinə ünvanlanan xx.xx.20N6-cı il tarixli məktubda qeyd olunmuşdur ki, N97N-ci il təvəllüdlü N saylı hərbi hissənin əsgəri İddiaçı aid xəstəlik tarixi işğal zonasında qalmışdır. Ona görə də onun N3-cü il tarixdə Zəngilan RMX-da müayinə və müalicə olunması barədə məlumatın verilməsi mümkün deyildir. İş üzrə əhəmiyyətli sübut isə ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 2286 nömrəli məktubunda qeyd edilmişdir: «N () №li hərbi hissənin komandirinin xx.xx.N2-ci il tarixli N76 №li əmrilə ehtiyatda olan hərbi qulluqçu İddiaçı müqavilə əsasında xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli N82 №li əmri ilə Şayıflı postuna ezam olunmuşdur. Hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 4 №li əmrində İddiaçı əməkhaqqının xx.xx.N2-ci il tarixdən hesablanması qeyd olunmuşdur. xx.xx.N3-cü il tarixli 26 №li əmrlə xidməti işi və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ taborun sıravisi İddiaçı Bakı şəhərinə ezam olunmuşdur. xx.xx.N3-cü il tarixli əmrlə ezamiyyətdən qayıtmış sıravi İddiaçı hərbi qulluğu davam etdirmişdir. xx.xx.N3-cü il tarixli əmrlə İddiaçı İİ taborun tərkibinə əvvəlki vəzifəsinə qaytarılmışdır». İş üzrə digər əhəmiyyətli sübut isə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5-ci il tarixli qərarıdır. Həmin qərarda qeyd olunmuşdur: «Zəngilan RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.20N5-ci il tarixli məktubunda barəsində cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd edilmiş vətəndaş X5 döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.20N5-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ alın qabarı proyeksiyasında, sol alın-gicgah nahiyyəsində, başının orta təpə nahiyyəsində, sifətin sol yarısında çapıq toxumaları». Həmin Qərarda qeyd olunmuşdur: Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Eyni hal barəsində eyni orqan tərəfindən ayrı-ayrı qərarların verilməsi qanunvericiliyə ziddir. Hazırkı mübahisələndirilən icraat müsbət nəticələnməsə də, faktiki sənədlərdən məlum olur ki, icraatı aparmış orqan - Müdafiə Nazirliyi xx.xx.20N5-ci il tarixdə qəbul etdiyi qərarla onun hərbi xidmət zamanı yaralandığımı və hərbi travma aldığını təsdiq edir. Yəni demək olar ki, qərarlar bir-birini təkzib edir. Cavabdeh orqanın imtinası tamamilə qanunsuzdur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa olunması məhkəmə qaydasında təmin edilməlidir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-N(NN2)-9990/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində NN-ci ildən Qarabağ uğrunda gedən döyüşlərdə aktiv iştirak etdiyini, N nömrəli hərbi hissənin tərkibində Ağdamda hərbi əməliyyatlarda, daha sonra Füzuli uğrunda gedən döyüşlərdə iştirak etdiyini, N3-cü ilin əvvəlindən başlayaraq Zəngilanın Vejnəli, Şayıflı, Qazançı, Canbar və Ağkənd kəndlərində döyüşlərdə iştirak etdiyini, Canbar kəndində gedən döyüşlər zamanı yaralandığını, bir müddət xəstəxanada qaldıqdan sonra döyüşə davam etdiyini, Zəngilan rayon xəstəxanasında müalicə olunduğunu, Zəngilan işğal olunanda sonra silahla Bakıya gəldiklərini, silahı “Stansiya Goran”da təhvil verdiyini göstərərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas dəlil ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 24 noyabr 2023-cü il tarixli 2286 nömrəli arxiv arayışına əsasən iddiaçının N3-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumatın aşkar edilmədiyini nəzərə alaraq, ona Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə qeyd olunan qərarında iddiaçıya 08 iyul 20N6-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Qərarı ilə ilkin olaraq İİ dərəcə əlillik təyin edildiyini, əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin olunduğunun göstərildiyini, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğunu, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməsini əsas götürərək iddianı təmin etmişdir. Qərar əsassızdır və ləğv olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Belə ki, apellyasiya şikayətinin hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara.- müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı ona “Müharibə veteranı” adının və vərilməsini tələb etməkdə haqlı sayıla bilməz. Bu baxımdan iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanuni və əsaslı hesab edilməlidir. İddiaçı 2023-cü ilədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteram” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir: Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2024-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 2286 nömrəli arayışına əsasən N3-cü il tarixdən sonrakı hərbi xidmətiniz təsdiqlənmədiyinə və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığınıza görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N () №-li hərbi hissə komandirinin N may 992-ci il tarixli N76 №-li əmrilə (əsas: §-4, sıra-27) ehtiyatda olan hərbi qulluqçu İddiaçı müqavilə əsasında xx.xx.N2-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N82 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Şayıflı postuna ezam olunaraq ərzaqla təmin olunması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli N93 №-li əmrində (əsas: §-N, sıra-N8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı hazırlanmış əməliyyatları yerinə yetirmək üçün hazırlanıb kəşfiyyata göndərilməsi barədə məlumat vardır. Hərbi hissənin ərazisini qanunsuz olaraq tərk etdiyi üçün İddiaçı N () №-li hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 209 №-li əmrilə (əsas: §-N3, sıra-2) xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək həbs olunmuşdur. N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 2N9 №-li əmrilə (əsas: §-8, sıra-72) İV bölüyün hərbi qulluquçusu İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanmışdır. N () №-li hərbi hissə komandirinin N2 avqust N2-ci il tarixli 249 №-li əmrində (əsas: §-6, sıra-3, əmrdə atasının adı yazılmamış, soyadı və adının üzərindən xətt çəkilmişdir, qeyd: əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) İddiaçı xx.xx.N2-ci il tarixdən müqaviləsi pozularaq hərbi qulluqdan azad edilməsi barədə məlumat vardır. Hərbi komissarlığın göndərişi ilə məcburi hərbi xidmətə çağırılmış İddiaçı N №-li hərbi hissə komandirinin NN oktyabr N2-ci il tarixli 308 nömrəli əmrilə (əsas: səh-49, §-3, sıra-3) təminat təchizat bölüyünün şəxsi heyətinin tərkibinə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N dekabr N2-ci il tarixli 4 №-li əmrində (əsas: səh-2N, §-N5, sıra-N30, qeyd: xx.xx.N2 № 23, §-9-a əlavə) İİİ bölmə komandiri İddiaçı əmək haqqı xx.xx.N2-ci il tarixdən hesablanması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin 0N fevral N3-cü il tarixli 26 №-li əmrilə (əsas: səh-3N, §-2, sıra-5) xidməti işi və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ taborun sıravisi İddiaçı Bakı şəhərinə ezam olunmuşdur. N №-li hərbi hissə komandirinin N0 fevral N3-cü il tarixli 35 №-li əmrilə (əsas: səh-38, §-2, sıra-N) ezamiyyətdən qayıtmış sıravi İddiaçı hərbi qulluğunu davam etdirmişdir. N №-li hərbi hissə komandirinin N fevral N3-cü il tarixli 52 №-li əmrilə (əsas: səh-57, §-NN, sıra-3, əmrdə vəzifəsi qeyd olunmamışdır) İddiaçı İİ taborun tərkibinə əvvəlki vəzifəsinə qaytarılmışdır. N №-li hərbi hissə komandirinin N8 iyul N3-cü il tarixli N78 №-li əmrilə (əsas: §-3, sıra-N9) İddiaçı hərbi təhsil almaq üçün Bakı Zabitlik kursuna göndərilərək müvəqqəti olaraq ərzaq və paltar təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin avqust N3-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.20N5-ci il tarixli NN70 nömrəli qərarının surətindən görünür ki, Zəngilan RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokorluğunun xx.xx.20N5-ci il tarixli məktubunda barəsində cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.20N5-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: Qəlpə yaralanmalarından sonra başın sağ alın qabarı proyeksiyasında, sol alın-gicgah nahiyyəsində, başın orta təpə nahiyyəsində, sifətin sol yarısında çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Zəngilan rayon bölməsinin xx.xx.20N5-ci il tarixli 725 nömrəli göndərişi, xx.xx.20N5-ci il tarixli 444 nömrəli araryışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.20N5-ci il tarixli 9 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş İddiaçı hərbi xidmət keçməsi ilə bağlı məlumatları özündə əks etdirən Uçot kartasının surətindən görünür ki, İddiaçı xx.xx.N2-xx.xx.N2-ci və xx.xx.N2-xx.xx.N3-cü illərdə N və N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Əlillik altsistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.20N6-ci il tarixdə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmaqla, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin «Qeyd» hissəsi: Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin qanunun 7-ci maddəsinin N-ci hissəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin N-ci hissəsinin 9-cu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İş materiallarından göründüyü kimi, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh N3-cü il tarixdən sonrakı hərbi xidmətinin təsdiqlənmədiyini və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığını bildirməklə, müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsi tərəfindən verilmiş xx.xx.20N5-ci il tarixli, 444 nömrəli arayışa əsasən İddiaçı xx.xx.N2-ci ildən xx.xx.N3-cü ilədək N () saylı hərbi hissədə hərbi xidmət keçmiş, Füzuli Hərbi prokurorluğunun xx.xx.20N5-ci il tarixli N7/4445 məktubuna əsasən barəsində təqsirləndirici material və cinayət işi olmamışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N5ci il tarixli NN70 nömrəli qərarına əsasən isə Zəngilan RHK tərəfindən N2-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokorluğunun xx.xx.20N5-ci il tarixli mətubunda barəsində cinayət işinin və ya təqsirləndirici materialın olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N3-cü ilin yanvar ayında aldığı və xx.xx.20N5-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: Qəlpə yaralanmalarından sonra başın sağ alın qabarı proyeksiyasında, sol alın-gicgah nahiyyəsində, başın orta təpə nahiyyəsində, sifətin sol yarısında çapıq toxumaları”, səbəb əlaqəsi isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bununla əlaqədar olaraq iddiaçıya xx.xx.20N6-ci il tarixdə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik olmaqla, 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə: 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, N4-cü il may ayının N2-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Göründüyü kimi, cavabdeh iddiaçının N3-cü il tarixdən sonrakı hərbi xidmətinin təsdiqlənmədiyini və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmadığını bildirsə də, iş materialları ilə iddiaçının döyüşlərdə iştirakı, döyüş zonasında hərbi xidmət keçərkən yaralandığı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmətibbi müayinəsi zamanı müvafiq diaqnozun qoyulduğu və səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilməsi ilə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müvafiq qərar qəbul edildiyi öz təsdiqini tapır. Məhz iddiaçıya xx.xx.20N6-ci il tarixdə səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar göstərilməklə əlillik təyin edilmişdir. “Hərbi həkim ekspertizası haqqında” Əsasnamədən də göründüyü kimi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» anlayışı xəsarətin bilavasitə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən alındığını təsdiq edən dəlillərdən biridir. İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə mövqeyi bu cür əsaslandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)- N093/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbləri baxımından müharibə veteranı hesab edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-N(N02)-NN23/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, veteran ad və statusunun verilməsinə dair iddianın təmini barədə gəlinən nəticə təsdiq olunarkən imtina dəlillərinin əsassız sayılması əsaslarından biri kimi qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni keçirmək, vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək üçün yaradılmış səlahiyyətli orqanın qərarına əsaslanmışdır. İddiaçının aldığı xəsarətin səbəb əlaqəsini müəyyən edən … şəhadətnamə qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-9990/2024 nömrəli, 20 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar