Məhkəmə qərarları › İş №2-1(103)-2018/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2018/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2018/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (3-cü şəxslər Nəsimi rayon İcra Şöbəsi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) “pulun ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dqaxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı (üçüncü şəxs: Nəsimi rayon İcra Şöbəsi) X4 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışıdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1887/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2256/2021 saylı 20 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)-1887/2021 saylı xx.xx.2021- ci il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina edilməsi qərara alınmışdır. İş qaytarıldıqdan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3203/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-229/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2- 1(103)-3203/2022 nömrəli qərardadı ləğv edilmiş və İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iş üzrə Ali Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “ iddiaçının indiki tələbləri (dəqiq miqdarı göstərilən müavinət, faiz məbləği) əvvəlki məhkəmə baxışının predmeti olmadıqlarından məhkəmə tərəfindən qeyd edilən əsasla iddianın mümkün sayılmaması işin faktiki hallarına uyğun olmamışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin 1 saylı Bakı İnzibatı- İqtisadi Məhkəməsinin 2-1(81)-781/2016 nömrəli, 18 may 2016-cı il tarixli qərarında iddiaçının tələbi X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Şamaxı Regional Mühafizə idarəsində polis nəfəri vəzifəsində işlədiyi 1980-cı ildən-1997-ci ilə kimi (X1) dəniz səviyyəsindən 1500- 2000 metrədək yuxarıda işlədiyi dövr üzrə ödənilməmiş müavinətlərin (artımların, əmsalların) verilməsi ilə bağlı olmuşdur. İddiaçının həmin məzmunda tələbi məhkəmə tərəfindən təmin edilmiş, cavabdehin üzərinə iddia tələbinə uyğun məzmunda öhdəlik qoyulmuşdur. Lakin həmin qərarda icra olunmalı – ödənilməli olan müavinətlərin (artımların, əmsalların) məbləği göstərilməmişdir. Cavabdeh isə ödənişi öz mülahizəsinə görə hesabladığı məbləğə icra etmişdir. Hazırkı halda isə iddiaçı X4 ödənilməli olan müavinət məbləği kimi 24.480 manat, faiz məbləği kimi 4.687 manat, hüquqi yardıma görə xidmət haqqı kimi 500 manat olmaqla, cəmi 29.667 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir Göründüyü kimi hazırkı iddia tələbi əvvəlki məhkəmə baxışının predmeti olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə qarşı “pulun ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar