Məhkəmə qərarları › İş №2-1(103)-202/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-202/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-202/2023 28.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1960-cı il tarixdə Kəlbəcər rayonunun Susuzluq kəndində doğulmuşdur. Əmək fəaliyyətinə 24 sentyabr 1981- ci il tarixdə Kəlbəcər rayonu Təsərrüfatlərası Tikinti İdarəsində fəhlə kimi başlamış, 7 dekabr 1982- ci il tarixdən 11 fevral 1983-cü il tarixədək Mingəçevir şəhər Xüsusiləşdirilmiş kiçik bərpa müəssəsində 2-ci dərəcəli rəngsaz vəzifəsində. 16 fevral 1983-cü il tarixdən 24 may 1983-cü il tarixədək 33 saylı Mingəçevir Tikinti İdarəsində 2-ci dərəcəli rəngsaz vəzifəsində, 31 may 1983-cü il tarixdən 24 yanvar 1984-cü il tarixədək Kəlbəcər rayon Kolxozlararası Tikinti İdarəsində fəhlə işləmişdir. 26 yanvar 1995-ci il tarixdən 23 oktyabr 2000-ci il tarixədək “Azərbaycan DRES”’-də Avadanlıqların kompleklləşdrilməsi şöbəsində takelajçı vəzifəsində, 23 oktyabr 2000-ci il tarixdən 1 sentyabr 2001ci il tarixədək Mərkəzi təmir sexində qazan avadanlıqları və toz hazırlayan sexdə 3- cü dərəcəli çilingər vəzifəsində işləmişdir. 1 sentyabr 2001-ci il tarixdən 16 may 2008-ci ıl tarixədək Qazan və köməkçi avadanlıqların təmiri sexində 3-cü dərəcəli çilingər, 16 may 2008-ci il tarixdən 5 yanvar 2009-cıı il tarixədək Qazan və köməkçi avadanlıqların təmiri sexində qazan avadanlıqları və toz hazırlayan sexdə 4-cü dərəcəli çilingər vəzifəsində işləmiş və 5 yanvar 2009-cıı il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 10 dekabr 2012-ci il tarixdən 22 fevral 2015-ci il tarixədək Mərkəzi təmir sexinin “Fırlanan mexanizmlərin təmiri briqadası”nda buxar-qaz turbin avadanlığının təmiri üzə 4-cü dərəcəli çilingər vəzifəsində, 22 fevral 2015-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək Turbin və köməkçi avadanlıqların təmiri sexində “Kondensator, ejeklor və süzgəclərin təmiri briqadası”nda buxar-qazan turbin avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsində, 1 iyun 2020-ci il tarixdən hal-hazıradək Mərkəzi təmir sexi Turbin və köməkçi avadanlıqların təmiri sahəsinin “Kondensator, ejeklor və süzgəclərin ləmiri briqadası”nda 4-cü dərəcəli buxar-qaz turbin avadanlığının təmiri üzrə çilingər vəzifəsində işləyir. O, 23 oktyabr 2000-ci ıl tarixdən 5 yanvar 2009-cu il tarixədək, 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək zərərli iş şəraitində çalışır. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təqdilənmiş siyahının 24-cü bölməsinin “a” bəndində nəzərdə tutulmuşdur. "xxxx" ’MMC-də zərərli iş stajı 23 oktyabr 2000-ci il tarixdən 5 yanvar 2009-cu ıl tarixədək 8 il 2 ay 13 gün, 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək 7 il 11 ay 8 gün təşkil edir. Bundan əlavə 6 yanvar 2010-cu il tarixdə "xxxx" ASC-nin Elektrik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin Qazanxana avadanlıqlarının təmiri sexinə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilmiş və 7 dekabr 2012-ci il tarixdə əmək müqviləsinə xilam verilmişdir. Bu idarədə isə, güzəştli pensiya üçün iş stajı 2 il 11 ay 1 gün təşkil edir, zərərli iş şahəsində işlədiyi üçün hal-hazıradək aylıq məvacibinə 12% əlavə əmək haqqı hesablanmış və əlavə məzuniyyət verilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşma çaldıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çaldıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapıialı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı ona güzəştli şərtlərlə pensiya ləyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinal İdarəsinə müraciət etmişdir. Lakin 16 avqust 2021-ci il tarixli məktubla ərizəsində qaldırılan məsələnin həllindən imtina olunmuşdir. Məktuba əsasən fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Qeyd edilənə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümükün hesab edilməmişdir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Qanunun 3.1, 4.1- ci maddələrinə, İPM-in 2.2.2, 33, 45, 46, 69, 73, 75-ci maddələrinə əsaslanaraq, 23 oktyabr 2000-ci il il tarixdən 5 yanvar 2009-cu il tarixədək, 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-də çilingər peşəsində, eyni zamanda 6 yanvar 2010-cu il tarixdən 7 dekabr 2012ci il tarixədək "xxxx" ASC-də çilingər peşəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə işlədiyim müddəi kimi iş stajına daxil edilməklə ona (iddiaçıya) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləyin edilməsi, hüququ yarandığı vaxtdan bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Daha sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “01 yanvar 2006-cı il tarixdən sonrakı dövrdə isə, iddiaçı 25 ildən artıq ümumi sığorta stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə (vəzifələrdə) iş stajına malik olsa da, məhkəmə icraatında müəyyən edilir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Yəni, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 39.200 manat məbləğin qarşılığında, 32.634,22 manat həcmindədir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların – kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Hazırkı işin hallarından göründüyü kimi İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur. O, 23 oktyabr 2000-ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək, 10 dekabr 2012-ci il tarixdən halhazıradək "xxxx" MMC-də, 6 yanvar 2010-cu il tarixdən 7 dekabr 2012-ci il tarixədək "xxxx" ASCdə çilingər peşəsində işləmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. Onun pensiya kapitalı 39.200 manat həcmində tələb olunduğu halda, 32.634,22 manat təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999- cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər 2140000a –18455 kodu ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə Nazirlər Kabinetinn 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab olunmuş və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində (“a” fəhlələr) qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər peşəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi İddiaçı əmək kitabçasına əsasən onun 2006-cı ilin 1 yanvar tarixinədək 12 il 6 ay güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə (vəzifələrdə) iş stajı toplanmadığından, ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi yolverilən deyil. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olmuş, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, iddiaçının pensiya kapitalının 35543,24 manat təşkil etdiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb olunan 39.200 manat məbləğin qarşılığında, 35543,24 manat həcmində olduğundan, yəni «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsinin tələbləri ödənilmədiyindən iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2816/2022 saylı 07 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar