Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2020/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “R.N. X5 BİZNES” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı “cinayət təqibinə xitam verilməsi barədə qərarın təqdim edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)- 6145/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 11 avqust 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı “R.N. X5 biznes” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidmətinin yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1 maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilməsi ilə bağlı qəbul edilmiş qərarının “R.N X5 Biznes” MMC-yə təqdim olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən, xx.xx.2020-ci il tarixli **********139183 saylı qərara əsasən “R.N X5 Biznes” MMC firmasında aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli **********139402 saylı Səyyar vergi yoxlaması aktına və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********143346 nömrəli qərarına əsasən 2019-cu il üzrə 12.740,40 manat mənfəət vergisi, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 12.740,40 manat vəsaitin 50 %-miqdarında 6.370,20 manat maliyyə sanksiyası, ƏDV üzrə 23.838,20 manat ƏDV məbləği hesablanmış, Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən yayındırılmış 23.838,20 manatın 50%-i miqdarında 11.919,10 manat maliyyə sanksiyası, muzdlu işdən gəlir vergisi üzrə 200,90 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 200.90 manatın 50%-i miqdarında yəni 100,45 manat maliyyə sanksiyası və məcburi dövlət sosial sığorta haqqı üzrə 8.613,67 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 8.613,67 manatın 50%-i miqdarında yəni 4.306,84 manat maliyyə sanksiyası, işsizlikdən sığorta haqqı üzrə 331,30 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 331,30 manatın 50%-i miqdarında yəni 165,65 manat maliyyə sanksiyası tətbiq edilmişdir. “R.N X5 Biznes” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 3482/2021 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 29 dekabr 2020ci il tarixli **********143346 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-3482/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali X1 xx.xx.2021-ci il tarixli 2-l(102)-2286/2021 saylı Qərarına əsasən cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1912/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Vergi orqanı tərəfindən göndərilən 27 yanvar 2022-ci il tarixli **********140200 saylı məktuba əsasəsən “R.N X5 Biznes” MMC barəsində əsassız olaraq başlanılmış ********* saylı cinayət işinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Cinayət işinə xitamla bağlı qərarın “R.N X5 Biznes” MMC-yə təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixində müraciət edilmiş, vergi orqanı tərəfindən göndərilmiş cavab məktubunda isə Azərbaycan Respublikası CPM-nin 282.1-ci maddəsinə əsasən, qəbul edilmiş qərardan, müvafiq olaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüququnun olduğu izah olunmuş, lakin qərar “R.N X5 Biznes” MMC-yə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunması istənilən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar, məlum olduğu kimi istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilmiş prosessual qərardır. Belə ki, “R.N. X5 BİZNES” MMC-də xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı məlumat ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X3 xx.xx.2022-ci il tarixli **********140200 nömrəli məktubla göndərilmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin göndərilməsi nəzərdə tutulan şəxslərin dairəsi Azərbaycan Respublikası Cinayət Prosessual qanunvericiliyi ilə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.43-cü maddəsinə əsasən prosessual qərar — cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hakimin və ya hakimlərin (hökmlər istisna edilməklə), habelə təhqiqatçının, müstəntiqin, yaxud prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır. Həmin Məcəllənin 281.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətləri müstəntiq tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, yaxud ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumlarına göndərilir. Göründüyü kimi Cinayət Prosessual Məcəlləsinin tələbərinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin həmin Məcəllənin 281.1-ci maddəsində göstərilənlərdən başqa digər şəxslərə göndərilməsi nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətinin cavabdeh vergi orqanından tələb edilməsi və həmin qərarın “R.N. X5 BİZNES” MMC-yə təqdim edilməsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün iddiaçının iddia tələbi rədd edilməlidir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-6145/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 saylı qərarının 7.2-ci bəndinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı xx.xx.2015-ci il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən X3 ünvanlanmış məktubda bildirilmişdir ki, "R.N. X5 BİZNES” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “R.N. X5 BİZNES” MMC-nin (VÖEN: **********) direktoru Aytən Ələsgərliyə ünvanladığı məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müraciətlərinə aidiyyəti üzrə Baş İdarənin İstintaq və təhqiqat idarəsində baxılaraq, ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Cəmiyyətdə xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X3 xx.xx.2022-ci il tarixli **********140200 nömrəli məktub göndərilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqanın cinayət-prosessual fəaliyyətindən irəli gələn müraciətlərə baxılmasına dair mübahisələr inzibati və məhkəmə nəzarəti qaydasında baxılan işlərin sərhəddində yerləşir. Belə ki, qeyd edilən müraciət üzrə tələb olunan məlumat (qərar) ictimaiyyətə açıq məlumat deyil. Həmin qərarın təqdim edilməsi halları cinayət prosessual qanunvericiliklə şərtlənir. Odur ki, həmin qərarın təqdim edilməsi (müraciətə baxılması) “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənmir. Göründüyü kimi, hazırki iddia inzibati orqanın cinayət-prosessual fəaliyyətindən irəli gəldiyi üçün mümkün hesab edilməməlidir. Bundan başqa, “R.N. X5 BİZNES” MMC barədə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata 27 yanvar 2022-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmiş və bununla bağlı ünvan 1 ünvanda qeydiyyatda olan həmin cəmiyyətin direktoru olmuş X3 xx.xx.2022-ci il tarixli **********140200 nömrəli məktub göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2-1(112)-6145/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2020/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2020/2022
11.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver