Məhkəmə qərarları › İş №2-1(103)-2021/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2021/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2021/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına (üçüncü şəxs Daxili İşlər Nazirliyi) qarşı “əmrin ləğv edilməsi və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2277/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına və Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 119 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi, onun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinə dəqiqləşmə verərək Daxili İşlər Nazirliyinin cavabdehlər siyahısından çıxarılması və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini, iddia tələbinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 119 nömrəli xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və onun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, qanunsuz olaraq işləməkdən məhrum olduğu dövr üzrə orta aylıq əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(112)-10045/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2277/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: O.Həsənov) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayətini geri götürdüyünü və bu barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin geri götürülməsinə etiraz etməmişdir. İddiaçı və üçüncü şəxs Daxili İşlər Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, apelyasiya şikayəti geri götürülmüş hesab edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apelyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Həmin Məcəllənin 88.2-ci maddəsinə əsasən şifahi məhkəmə baxışı başa çatdıqdan sonra şikayətin geri götürülməsinə cavabdehin razılığı ilə yol verilir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qeyd olunmalıdır ki, apelyasiya şikayətini geri götürmək iddiaçının hüququ olduğundan və hazırki iş üzrə iddiaçının bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onun bu barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin geri götürülməsi barədə iddiaçının ərizəsi təmin edilməli, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti geri götürülmüş hesab edilməli və bununla bağlı iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(112)-2277/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. İş üzrə apelyasiya icraatına xitam verilsin. İddiaçıya izah edilir ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar