Məhkəmə qərarları › İş №2-1(103)-2022/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2022/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2022/2023 13.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə3, Dövlət Təhlükəsizliyi Xidmətin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “pensiyanın təyin edilməsi üçün tərtib edilmiş məlumat vərəqəsinin göndərilməsi və pensiya təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə və Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilməsi və İddiaçı verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 1974-cü il tarixdən 2015-ci il tarixə qədər bir çox vəzifələrdə çalışmış, 2004-cü il tarixdən 2015-ci ilin 14 noyabr tarixə kimi hazırda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və X1 baş idarəsi rəisi vəzifəsində xidmət etmiş, general-mayor rütbəsinə qədər yüksəlmiş, milli təhlükəsizlik nazirinin 11 noyabr 2015-ci il tarixli, 2407şh saylı əmrinə sasən, “Hərbi xidmətkeçmə haddında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. General-mayor İddiaçı 08 noyabr 2015-ci il tarixə olan xidmət illəri, cəmi 47 (qırx yeddi) il, 11 (on bir) ay, 16 (on altı) günə bərabərdir. O, Azərbaycan Respublikasının Müharibə veteranı və Silahlı Qüvvələrinin veteranıdır. İddiaçı əvvəllər işlədiyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin bir çox fəxri fərman və medalları ilə təltif edilmiş, hal-hazırda ləğv olunmuş Aərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 25 mart 2005-ci il tarixli, 0179 saylı əmri ilə “qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müvafiq saylı əmri ilə “qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 27 mart 2010- u il tarixli, 075 saylı əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” medalın 3-cü dərəcəsi ilə və bir çox digər medal, fəxri fərmanlarla təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 art tarixli 672 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı ilə əltif edilmişdir. Ehtiyata buraxıldıqdan sonra İddiaçı etibarnamə əsasında nümayəndəsi X4 xx.xx.2016-cı il tarixdə ərizə ilə AR Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edərək, general-mayor İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılması ilə əlaqədar ona AR Silahlı Qüvvələrin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə ilə müəyyən edilmiş miqdarda birdəfəlik və işdənçıxarma müavinətinin ödənilməsini xahiş etmişdir. AR Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həmin ərizə təmin edilmiş və İddiaçı ehtiyata buraxıldığı günə qədər yekun maliyyə hesabatları qanunamüvafıq qaydada tam şəkildə hesablanaraq nümayəndəsi Rəşad Əmircanova ödənilmişdir. Eyni zamanda, Rəşad Əmircanov 2016-cı ilin may ayında ərizə ilə AR DTX-nə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxıldıqdan sonra onun pensiya təminatı ilə bağlı sənədlərin hazırlanması və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə təqdim edilməsini xahiş etmişdir. Rəşad Əmircanovun təqdim etdiyi həmin ərizə də DTX-nin rəhbərliyi tərəfindən baxılmış AR DTX-nin Maliyyə İdarəsinin pensiya şöbəsinin əməkdaşı Emin müəllimə müvafiq göstəriş verilmişdir. Emin müəllim həmin məsələnin qısa zamanda müsbət həlli üçün müvafiq təxirəsalınmaz tədbirlər həyata keçirmiş və İddiaçı aid bütün sənədlər toplanılmış, onun xidmət illəri hesablanaraq “Məlumat vərəqəsi” tərtib edilmiş və qanunvericilikdə müəyyən edilmiş müddətdə və qaydada 2016-cı ilin iyul ayının əvvəlində DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinə göndərilmişdir. DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti də öz növbəsində İddiaçı aid “Məlumat vərəqəsi”ni aldıqdan sonra müvafiq qaydada yoxlanılmış və hesabatlar aparmışdır. Rəşad Əmircanov bir müddət sonra, 2016cı ilin iyul ayının ortalarında Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamentinin inzibati binasına gələrək pensiya-təyinat sektorunun baş məsləhətçisi Çingiz Əliyevlə görüşmüş, sonuncu da İddiaçı sənədlərinin artıq yoxlanıldığı, tam hazır olduğunu R.Əmircanovun nəzərinə çatdırmış və 01 avqust 2016-cı il tarixdə “Kapital Bank”ın İçərişəhər filialına gedərək bank plastik kartını götürməli olduğunu bildirmişlər. xx.xx.2016-cı il tarixdə R. Əmircanov “Kapital Bank”ın İçərişəhər filialına yaxınlaşaraq İddiaçı pensiya bank plastik kartını tələb etdikdə, bank əməkdaşları adı qeyd olunan şəxs barədə banka hər hansı bir sənədin daxil olmadığını bildirmişlər. Məsələnin aydınlaşdırılması üçün, R.Əmircanov təkrar DSMF-nin Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentinin əməkdaşı Ç.Əliyevə müraciət edərək, “Kapital Bank”da İddiaçı bank plastik kartının hansı səbəbdən mövcud olmadığını soruşduqda o, bizə aid olan bütün sənədlərin yoxlanıldığı lakin, sonradan icrası dayandırıldığı, plastik kartın verilməsi üçün banka sorğu göndərilmədiyini təsdiq etmiş və məsələ ilə bağlı idarənin direktoru Ağalar Xasayevlə görüşməyi məsləhət görmüşdür. Rəşad Əmircanov idarənin direktoru A.Xasayevə müraciət etdikdə, idarə rəisi bank plastik kartının “KapitalBank”da mövcud olmaması səbəbini DTX-dən öyrənməsini ona tövsiyə etmiş, Maliyyə İdarəsinin pensiya şöbəsinin əməkdaşı Emin müəllimdən soruşmağı məsləhət görmüşdür. Bildirmişdir ki, DTX-dən idarəyə daxil olmuş rəsmi məktuba əsasən, İddiaçı pensiya təyin edilməsinə dair tərtib edilmiş “Məlumat vərəqəsi”ndə bəzi hesabatların dəqiqləşdirilməsinə zərurət yarandığını əsas gətirərək, sənədləri geri göndərilməsi xahiş edildiyi bildirmişdir. Həmin rəsmi məktub əsasında İddiaçı pensiya təminatı ilə bağlı “Məlumat vərəqəsi” dəqiqləşdirilməsi üçün geri göndərildiyindən DSMF tərəfindən icra olunmadan, yenidən DTX-nə göndərilmişdir. Rəşad Əmircanov DSMF-nin inzibati binasından çıxdıqdan dərhal sonra DTX-nin Maliyyə idarəsinin işçisi Zərifə xanıma (+992 12) *** **** nömrəli telefona zəng edərə, məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Zərifə xanım baş verənlərdən məlumaısız olduğunu, bunun birbaşa rəhbərliyin göstərişi olduğunu və pensiya şöbəsinin əməkdaşı Emin müəllimlə əlaqə saxlamaq, ondan məlumat almaq lazım olduğunu bildirmişdir. Daha sonra R.Əmircanov problemin araşdırılması, İddiaçı pensiya təminatı ilə bağlı sənədlərin hansı səbəbdən geri tələb edilməsinin səbəblərini öyrənmək üçün xx.xx.2016-cı il tarixdə, saat 15:03-də 050 ******* nömrəli mobil telefon vasitəsi ilə pensiya şöbəsinin əməkdaşı Emin m. (+992 12)405 8078 nömrəli xidməti telefona zəng edərək, hansı səbəbdən belə bir göstəriş verildiyini soruşduqda o, bu göstərişin şəxsən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev tərəfindən yerildiyini bildirmişdir. İddiaçı vəkili olaraq xx.xx.2016-cı il tarixdə, 58/M saylı sorğu məktubu ilə DTX-nin rəisi general-leytenant Mədət Quliyevə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından SQ-in ehtiyatına buraxıldıqdan sonra pensiya hüququ əldə etdiyi üçün onun pensiya təminatı ilə bağlı Maliyyə İdarəsi tərəfindən tərtib edilmiş “Məlumat vərəqəsi”nin hansı səbəbdən və hansı qanuni əsaslarla DSMF-dan geri tələb edilməsi, eləcə də, İddiaçı pensiya təminatından ümumiyyətlə imtina edilibedilməməsi ilə bağlı rəsmi məlumat verilməsini xahiş etmişdir. AR DTX-dən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, 20/819 saylı məktubla cavablandırılaraq, “Məsələ ilə bağlı nəzərinizə çatdırırıq ki, törədilmiş cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün İddiaçı məxsus əmlak, aktivlər, həmçinin hesablaşma, valyuta və digər bank hesablarına həbs qoyulması istiqamətində istintaq orqanı tərəfindən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada görülmüş tədbirlərlə əlaqədar pensiya təyin olunması üzrə plastik kart hesabının açılması da daxil olmaqla bütün bank əməliyyatları həmin tədbirlərin qüvvədə olduğu müddətdə dayandırılmışdır” qeyd edildi. Eyni zamanda, iddiaçının vəkili tərəfindən xx.xx.2016-cı çil tarixdə, 59/M saylı sorğu məktubu ilə Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinin direktoru Ağalar Xasayevə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından SQ-in ehtiyatına buraxıldıqdan sonra pensiya hüququ əldə etdiyi üçün onun pensiya təminatı ilə bağlı DTX-i tərəfindən göndərilmiş “Məlumat vərəqəsi”nin hansı səbəbdən və hansı qanuni əsaslarla geriyə, DTX-nə göndərildiyi, İddiaçı pensiya təminatından ümumiyyətlə imtina edilib-edilmədiyi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş Departamentindən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, 03/89/02-566 saylı məktubla cavablandırılaraq, “İddiaçı qulluq etdiyi orqan tərəfindən onun hərbi xidmət etdiyi müddəti və təminat xərcliyi barəsində tərtib olunmuş məlumat vərəqəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə 2016-cı il 17 iyun ayında daxil olmuş, lakin məlumat vərəqəsindəki məlumatların dəqiqləşdirilməsi zərurəti səbəbindən İddiaçı qulluq etdiyi orqan məlumat vərəqəsinin geri göndərilməsini xahiş etmişdir’’ qeyd edildi. Həmin məsələnin araşdırılması üçün vəkil tərəfindən xx.xx.2016-cı çil tarixdə, 175/s saylı sorğu məktubu ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılması ilə əlaqədar ona hesablanacaq pensiya məbləğinin alınması üçün “KapitalBank”dan verilməli olan plastik kartın verilməsinin həmin tədbirlərin qüvvədə olduğu müddətdə dayandırılması ilə bağlı müstəntiqin əsaslandırılmış vəsatətinin və yaxud da ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq təqdimatının olub-olmaması, əgər vəsatət və yaxud da Təqdimatla məhkəməyə təqdim olunmuşdursa, bununla bağlı qəbul edilmiş qərarın surətinin verilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi tərəfindən sorğu məktubu xx.xx.2016-cı il tarixdə, DO 11705 saylı məktubla cavablandırılaraq, “Səbail Rayon Məhkəməsində İddiaçı məxsus aktivlər, həmçinin hesablaşma, valyuta və digər bank hesablarına həbs qoyulması, bank əməliyyatlarının dayandırılması ilə bağlı vəsatət və təqdimat ilə müraciət olunmamışdır” qeyd olunmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, DO 11705 saylı məktubuna əsaslanaraq vəkil tərəfindən bir daha xx.xx.2016-cı çil tarixdə, 181/S saylı sorğu məktubu ilə DTX-nin rəisinə müraciət edərək, qüvvədə olan mövcud qanunvericiliyin tələblərini nəzərə alıb, milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılmış İddiaçı pensiya təminatı ilə bağlı tərtib edilmiş “Məlumat vərəqəsi”nin qısa müddət ərzində DSMF-yə göndərilməsini və bununla bağlı rəsmi məlumat verilməsini xahiş etmişdir. AR DTX tərəfindən sorğumuz xx.xx.2016-cı il tarixdə, 20/876 saylı məktubla cavablandırılaraq, “həmin cinayət işi üzrə Səbail Rayon Məhkəməsinin 07 yanvar 2016-cı il tarixli, 5(009)-l 1/2016 nömrəli, Nəsimi Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli, 5(006)-08/2016 nömrəli “Bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması barədə” qərara əsasən İddiaçı məxsus hesablaşma, valyuta və digər bank hesablarına cinayət təqibinin davam etdiyi müddət ərzində həbs qoyulmuş, plastik kartlar üzrə əməliyyatlar dayandırıldığından onun adına pensiya təyin olunması üzrə plastik kart hesabının açılması mümkün olmamış və bu səbəbdən “Məlumat vərəqəsi” müvafiq qaydada geri götürülmüşdür” qeyd olunmuşdur. Qeyd edilir ki, keçmiş milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılmış İddiaçı pensiyanın təyin olunub-olunmaması, DTX-nin tərtib etdiyi “Məlumat vərəqəsi”nin DSMF-dən geri tələb etməsi, DSMF tərəfindən pensiya məbləğinin təyin olunması və “Kapital Bank”da plastik kartın açılmasının dayandırılması, verilməməsi, qadağan edilməsi ilə bağlı nə Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(009)-11/2016 nömrəli “Bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması barədə” qərarında, nədəki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 5(006)08/2016 nömrəli “Məlumatların ələ keçirilməsi, sənədlərin götürülməsi və həbs qoyulması” barədə qərarında, eləcə də, qərarların giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrində heç bir qeyd yoxdur, mövcud deyil, heç bir tələb yoxdur və məhkəmələr tərəfindən həmin qərarların icrası ilə bağlı DTX qarşısında heç bir öhdəlik və vəzifə qoyulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Hərbi Məhkəməsində X5 barəsində cinayət işi üzrə icraat başa çatdırılanadək dayandırılmışdır. Həmin qərardaddan iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-931/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-820/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçının vəkili tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1226/2017 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 931/17 saylı xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-16/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi; xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya xüsusi ali hərbi rütbəyə əsasən verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və hüququ yarandığı tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçıya xüsusi ali hərbi rütbəyə əsasən verilməli olan pensiya məbləğinin hesablanaraq müəyyənləşdirilməsi və hüququ yarandığı tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməmiş pensiyanın ödənilməsi və pensiya plastik kartın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi” hissədə mümkün sayılmamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı, 02 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi iddianın onlara aid olmamasını bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddia tələbindən görünür ki, “İddiaçı pensiyanın təyin olunması üçün tərtib edilmiş “Məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsidir. Hazirki iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, iddiaçı 1974-cü il tarixdən 2015-ci il tarixədək bir çox vəzifələrdə işləmiş, 2004-cü il tarixdən 2015-ci il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin (ləğv olunmuş) Energetika və X1 Baş İdarəsi rəisi vəzifəsində xidmət etmişdir. General-mayor rütbəsində olmuşdur. İddiaçı Milli Təhlükəsizlik Nazirinin 11 noyabr 2015-ci il tarixli, 2407şh saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyata buraxılmışdır. xx.xx.2015-ci il tarixədək iddiaçının təqvim üzrə 47 il 11 ay 16 gün iş xidmət illəri olmuşdur. İddiaçının vəkilinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın xx.xx.2016cı il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşdıqdan və hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin pensiya təminatı üzrə icraatın davam etdirilməsi məqsədəuyğun sayılır. İddiaçının vəkilinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə xx.xx.2016-cı il tarixli məktubunda qeyd edilmişdir ki, X3 qulluq etdiyi orqan tərəfindən onun hərbi xidmət müddəti və təminat xərcliyi barəsində tərtib edilmiş məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə 2016-cı il 17 iyun aylarında daxil olmuş, lakin məlumat vərəqəsindəki məlumatların dəqiqləşdirilməsi zərurəti səbəbindən İddiaçı qulluq etdiyi orqan məlumat vərəqəsinin geri göndərilməsini xahiş etmişdir. İş materiallarında olan, Bakı Hərbi Məhkəməsinin 1(093)-183/2016 saylı xx.xx.2016-cı il tarixli Qərarı ilə iddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır. İddiaçı barəsində cinayət işi üzrə icraat başa çatanadək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan (2-1(81)-820/2017 sayl, xx.xx.2017-ci il tarixli qərardad) iş dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinə iddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi barədə ərizə ilə müraciət edilmiş və 2-1(112)-16/2022 saylı xx.xx.2022-ci il tarixli məhkəmənin qərardadı ilə ərizə təmin edilərək, iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2020-ci il tarixli 067 saylı Əmrindən çıxarışdan görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 33.1-ci maddəsinə müvafiq olaraq İddiaçı generalmayor ali hərbi rütbəsindən məhrum edilməklə əsgər rütbəsinə endirilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı, məhkəmə cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə, bu barədə xüsusi və ya hərbi rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana müvafiq təqdimat göndərir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 33.1-ci maddəsində hərbi qulluqçuların və hərbi vəzifəlilərin (əsgər, matros hərbi rütbəsinə malik olanlar istisna olmaqla) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqları halda məhkəmənin qərarı ilə onlara verilmiş hərbi rütbələrdən məhrum edilərək əsgər (matros) rütbəsinə endirilməsi nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun preambulası bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanun: - 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: - 1.0.1. əmək pensiyası-bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; - 1.0.3. hərbi qulluqçular-Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. - 1.0.5 təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. -9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: -9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; -9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; -9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin “Qaydalar”a əsasən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Məhkəmə iddia dəlillərinə münasibətdə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli 1 (093)-10/2017 saylı hökmü ilə İddiaçı cəza təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ali hərbi rütbədən və digər dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimatın göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 mart 2020-ci il tarixli Sərəncamı ilə İddiaçı general-mayor ali hərbi rütbəsindən, eləcə də digər orden və medallardan məhrum edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı barəsində əvvəlki dövlər üzrə məlumat vərəqəsinin müvafiq qaydada tərtib olunaraq təqdim edilməməsi hərbi rütbədən məhrum etməyə səbəb olan cinayət əməlinin sübuta yetirilməsi ilə əlaqədar aparılan cinayət təqibi ilə bağlı olduğundan və onun ali hərbi rütbədən xx.xx.2020-ci il tarixdə məhrum edilməsinə baxmayaraq, qeyd edilən hala səbəb olan cinayətin törədilməsi vaxtı iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasından əvvəlki dövrə təsadüf etdiyindən və bu məhkəmə qaydasında sübuta yetirildiyindən cavabdeh inzibati orqan məlumat vərəqəsini aidiyyəti üzrə təqdim etməməkdə haqlı olmuşdur. İddiaçı general-mayor ali hərbi rütbəsindən məhrum edilərək əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da qalmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10/2023 saylı 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar