Məhkəmə qərarları › İş №2-1(103)-2023/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2023/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2023/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), XN və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair" inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N304/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı 20 noyabr 202N-ci il tarixdən 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx xxxxxx N69-cu ildə anadan olmuş, 20 noyabr 202N-ci ildə 52 yaşı tamam olmuş, həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin cavabdeh pensiya təyinatından imtina edərək bildirir ki, N yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (N il 2 ay N gün (xx.xx.N87xx.xx.N87-ci il, xx.xx.N87- xx.xx.N89-cu il, xx.xx.N90-xx.xx.N92-ci il, xx.xx.N92xx.xx.2005-ci il tarixlər arasındakı dövrlər və xx.xx.N93- xx.xx.N93-cü il və xx.xx.N93xx.xx.N94-cü il tarixləri arasındakı dövrlər cəmi N il N ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Cavabdehin imtinası qanunsuz və əsassızdır, çünki 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı vardır. Belə ki, o: N87-N92-ci illərdə Bakı Neft-Energetika Kollecində əyani oxumuşdur-2 il 09 ay 23 gün; N87-N89-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur - 2 il; SSRİ Nazirlər Sovetinin xx.xx.N73-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı qüvvvələrinin tərkibində, SSRİ Nazirlər Sovetinin nəzdində olan Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq yığma qoşunu və partizan dəstələrində qulluq, əgər qulluqdan azad olunma tarix ilə işə daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxil edilir. N5 iyul N92-ci ildən N yanvar 2006-cı ilə kimi SOCAR-da əvvəlcə lay təzyiqinin saxlanması üzrə operator, sonra isə neftqazçıxarma üzrə usta peşəsində işləmişəm - N3 il, 05 ay 25 gün. 23 yanvar 2007-ci ilədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan N93-cü il 2N iyun 320 saylı qərarı ilə təsdiq edilmiş N nömrəli siyahı üzrə NN00000b-N5868 nömrəli kodla lay təzyiqinin saxlanması peşəsi üzrə operator və NN00000b-23N87 nömrəli kodla neftqazçıxarma üzrə usta peşəsi əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İş materiallarına əlavə edilmiş əmək kitabçasının, hərbi biletin, Bakı Neft-Energetika Kollecinin 23 iyun N92-ci il tarixli 095648 nömrəli diplomunun təsdiq edilmiş surətlərinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin N3 dekabr 202N-ci il tarixli arayışına əsasən ümumi sığorta stajı 20 il, 03 ay N7 gün təşkil edir. Cavabdeh orqan onun 0N fevral N93-cü ildən 0N sentyabr N93-cü il və N noyabr N93-cü ildən N2 may N94- cü ilə kimi Qarabağda döyüşən ordunun tərkibində Azərbaycan Respublikası azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrü düzgün hesablamadığından ümumi stajı 20 ildən az çıxır. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi N5 iyul N92-ci il tarixli ******* nömrəli əmək kitabçası və güzəştli arayışı araşdırılaraq ümumi iş stajının 20 ildən az olması səbəbilə, cavabdeh orqan tərəfindən 3N,03.2022-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərində (əmək kitabçası, diplomu, hərbi bileti, güzəştli arayışı) qeyd olunan məlumatlardan göründüyü kimi, N yanvar 2006- cı il tarixədək ümumi iş stajı 20 ildən az (N il 2 ay N gün (xx.xx.N87-xx.xx.N87-ci il tarixləri təhsil dövrü, xx.xx.N87- xx.xx.N89-cu il tarixləri hərbi xidmət dövrü, xx.xx.N90-22,06.N92ci il tarixləri təhsil dövrü, xx.xx.N92-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.N93-xx.xx.N93-cü il və xx.xx.N93-xx.xx.N94-cü il tarixləri arasındakı dövrlər cəmi N il N ay 8 gün müddəti 2 qat ölçüdə hesablanmaqla)) təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N304/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni xx.xx.202N-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçının təqdim etdiyi sənədlərə araşdırılmış, xx.xx.2006-cı il tarixədək ümumi stajının N il 2 ay N gün təşkil edir. xx.xx.N87-20N0.N87 təhsil, xx.xx.N87-xx.xx.N89 hərbi xidmət, xx.xx.N90-22,06.N92 təhsil, xx.xx.N92-xx.xx.2005 əmək fəaliyyəti dövrləri onun sosial sığorta stajına daxil edilmişdir. Məhkəmə qərarda “Vətəndaşların pensiya təminatı haqqında Qanunun 68-ci maddəsinə və AR Ali Məhkəməsininin 08.N-.2020-ci il tarixli qərardadına istinad edərək xx.xx.N93xx.xx.N93, xx.xx.N93 -xx.xx.N94 dövrlərini üçqat ölçüdə hesablayaraq iddiaçının sosial sığorta stajına daxil etmişdir. Mərkəzi Filial tərəfindən həmin dövrlər “Əmək pensiyaları haqqında” Qanunun 24-cü maddəsinə əsasən ikiqat ölçüdə hesablanmaqla iddiaçının güzəştli şərtlərlə sığorta stajına daxil edilmişdir. Məhkəmənin əsaslandığı qərarla hərbi qulluqçulara münasibətdə tətbiq olunur. İddiaçı hərbi qulluqçu statusu olan şəxs hesab edilmir. Qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, əvvəlki (xx.xx.2023) məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə mübahisələndirilən N93-N94cü illərin üçqat sığorta stajı kimi hesablanmasının əsassız olduğunu bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının N iyul 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X2 ilə iddiaçının həmin dövrdə hərbçi və müharibə iştirakçı olduğunu və həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə N il xidmətinin 3 ilə bərəbər tutulduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçının ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair məcburetmə haqqında iddia tələbi birinci instansiya məhkəməsinin qərarı ilə təmin olunmuşdur. Məhkəmə kollegiası aşağıdakılara görə həmin nəticə ilə razılaşır. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.N-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N2 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.N97-ci il tarixədək qüvvədə olan N3-cü maddəsinin Nci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan N nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı N0 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən N3-cü maddəsinə xx.xx.N97-ci il 32N-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi N97-ci ilin avqustun N-dən başlayaraq 2000-ci ilin avqustun N-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun N-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas, texniki peşə məktəbində təhsil müddəti iş sajına daxil edilir (xx.xx.N56-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.N92-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun N-ci maddəsinin v) bəndi nəzərədə tuturdu ki, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər). Həmin Qanunun 69-cu maddəsinin N-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İşin hallarından, o cümlədən, cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının dəniz neftiçsi olduğu və onun xx.xx.N92-xx.xx.2005-ci illərdə “28 May" NQÇİ-nin 3 saylı Neft və qazçıxarma sahəsində lay təzyiqinin saxlanması üzrə operator, bundan sonra 2006-cı ilə qədər “neft-qazçıxcarma üzrə usta” kimi güzəştli pensiya hüququ verən peşələrdə çalışaraq azı N0 il xüsusi staja malik olduğu işin mübahisələndirilməyən halıdır (xx.xx.N93-cü il tarixdə hərbi səfərbərliyə çağrılana qədər 8 ay N5 gün (xx.xx.N92-xx.xx.N93), səfərbərlikdən qayıtdıqdan sonra isə 9 il NN ay 22 gün (xx.xx.2006-xx.xx.N96), cəmi, N0 il 8 ay 3gün). İşə əlavə olunmuş Azneft” İB “28 May" NQÇİ-nin N8 may 02.2022-ci il tarixli 03/5N nömrəli arayışına əsasən də müəyyən olunur ki, iddiaçının xx.xx.N92- xx.xx.2005-ci illərdə həmin NQÇİ-də işlədiyi “lay təzyiqinin saxlanması üzrə operator” peşəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin N93-cü il 2N iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» N nömrəli Siyahısının “NN000000 “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” NN00000b-23N87 koduna, xx.xx.2005-xx.xx.2005 dövründə 3 ay 2N gün işlədiyi neftqazçıxcarma üzrə usta (2a və 2b yarımbölmələri) peşəsi isə NN00000a-N5868 koduna uyğun gəlir. Konkret halda, işin cavabdeh tərəfindən mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının 2006-cı ilə qədər 20 il güzəştli staja yoxdur. Aşağıdakılara görə məhkəmə kolllegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. İşə əlavə olunmuş, AO ******* nömrəli hərbi biletinin, ИТ-İ ******* nömrəli, xx.xx.N92ci il tarixli əmək kitabçasının, 095648 nömrəli diplomun surətlərinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Neft - Energetika Kollecinin xx.xx.202N- ci il tarixli N525 nömrəli arxiv arayışına surətinə əsasən iddiaçının aşaığdakı kimi iş stajı müəyyən olunur: xx.xx.N87 - xx.xx.N89 : hərbi həqiqi xidmət dövrü - 2 il N2 gün; xx.xx.N87 - xx.xx.N92: təhsil dövrü (xx.xx.N87-ci il tarixində hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmiş, N6.-N.N90-cı il tarixində hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir) - 4 il N0 ay NN gün; xx.xx.N92 - xx.xx.2005: 28 may NQÇİ-də N3 il 5 ay N6 gün; İddiaçının hərbi xidmət dövrü onun təhsil müddəti ilə üst-üstə düşərək həmin dövrlə əhatə olunduğu nəzərə alınmaqla, qeyd olunan halda, onun iş stajı N8 il 3 ay 27 gün iş stajı toplanır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun N3-cü maddəsinin “a” bəndi baxımından, iddiaçıya 52 yaşından pensiya təyinatı üçün 20 il ümumi staj tələb olunur. İş materialları üzrə birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-7604 nömrəli məktubuna əsasən müəyyən olunan aşağıdakı hallardan görünür ki, onun 20 il ümumi stajı toplanır: - Gədəbəy RHK tərəfindən göndərilmiş X3 N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 29 №-li əmrilə (əsas: bənd 48, səh 338, əmrdə soyadı Zadanov yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək 2-ci tabur komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 44 №-li əmrilə sıravi İddiaçı (əsas: bənd N, səh 93) 2-ci taburun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək hesab nömrəsi vəzifəsinə təyin olunmuş və əmək haqqı xx.xx.N93-cü il tarixdən hesablanmışdır. -N №-li hərbi hissə komandirinin N may N93-cü il tarixli 59 №-li əmrilə sıravi İddiaçı (əsas: sıra N8, səh N34, əmrdə vəzifəsi göstərilməyib) aprel ayı üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. -N №-li hərbi hissə komandirinin N iyul N93-cü il tarixli 94 №-li əmrilə sıravi İddiaçı (əsas: § 2, sıra N, səh 44, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) minamyot batareyasının tərkibindən azad edilərək 5-ci bölükdə atıcı vəzifəsinə təyin olunmuşdur. -N №-li hərbi hissə komandirinin N avqust N93-cü il tarixli NNN №-li əmrilə sıravi İddiaçı (əsas; sıra 2, səh 59, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə məzuniyyətə buraxılmışdır. Taburu özbaşına tərk etdiyi üçün sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 0N oktyabr N93-cü ii tarixli N4N №-li əmrilə (əsas: bənd N, sıra 3, səh 93, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) sentyabr N93-cü il üçün 3 (üç) qat pul məvacibindən məhrum edilmişdir. Hərbi biletində “çavuş" hərbi rütbəsi olduğuna görə İddiaçı N №-li hərbi hissə komandirinin N oktyabr N93-cü il tarixli N53 №-li əmrində (əsas: § 3, sııa 2, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) hərbi rütbəsinin göstərilən qaydada nəzərə alınması barədə məlumat vardır. -N №-li hərbi hissə komandirinin N noyabr N93-cü il tarixli N58 №-li əmrilə sıravi İddiaçı (əsas: bənd 2, sıra 6, səh NNN, əmr hərni hissə komandiri tərəfindən imzalanmamışdır) atıcı vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin 3N dekabr N93-cü il tarixli N8N №-li əmrilə çavuş İddiaçı (əsas: sıra 22, səh N58, əmrdə vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) dekabr ayı üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. -N7N №-li hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli N №-li əmrilə çavuş İddiaçı Mehbalı oğlu (əsas: sıra 2, səh N8, əmrdə atasının adı Mehbalı yazılmışdır) 2-ci taburda baş atıcı vəzifəsinə təyin olunmuşdur. -N7N №-li hərbi hissə komandirinin N iyun N94-cü il tarixli 90 №-li əmrilə sürücü hesab nömrəsi, sıravi İddiaçı (əsas: § N, sıra 25, səh 230) may N94-cü il üçün 3(üç) qat əmək haqqı ödənilmişdir. -N7N №-li hərbi hissə komandirinin N avqust N94-cü il tarixli N73 №-li əmrilə çavuş İddiaçı Mehbalı oğlu (əsas: § N2, sıra N5, səh 6N, əmrdə atasının adı Mehbalı yazılmışdır, vəzifəsi göstərilməyib) 2-ci taborun şəxsi heyətinin siyahısından çıxarılaraq 5-ci tabor komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.0N,N96-cı il tarixli müvafiq əmrinə əsasən xidmət müddəti başa çatdığına görə ordu sıralarından tərxis olunmuş, sıravi İddiaçı N7N №-li hərbi hissə komandirinin N4 mart N96-cı il tarixli 72 №- li əmrilə (əsas: § 5, sıra 2, səh N09, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Nizami RHK-nın sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyindən məhkəmə sorğusuna əsasən əldə edilmiş iddiaçının hərbi xidmət keçməsi ilə sənədlərdən, o cümlədən, tədqiq olunan arayışdan görünür ki, iddiaçının hərbi xidmətinin xx.xx.N93 - xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94 - cü ilədək (yəni atəşkəsə qədər) dövrü bilavasitə döyüş şəraitində aktiv döyüş əməliyyatlarında iştirak dövrünə düşür ki, bu müddət də N il N ay 8 gün təşkil edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımında, qeyd olunan dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin N-ci hissəsinin 2-ci abzasına əsasən döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti – üçqat ölçüdə iş stajına daxil edilirdi. Konstitusiya Məhkəməsinin “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 20N4- cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.N4.N-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının N92-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır.” Qanunvericiliyin qeyd olunan tələbləri baxcımından İddiaçının səfərbərliyə çağırış üzrə hərbi xidmətinin döyüş əməliyyatlarına düşən qeyd olunan xx.xx.N93 - xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94 -cü il tarixədək olan - N il N ay 8 gün üçqat hesablandıqda 3 il 3 ay 24 gün (Nil N ay 8 gün)x3)) təşkil edir. Həmin dövrün N qatı, iddiaçının 28 may NQÇİ-də işlədiyi müddətlə üstə düşdüyündən, həmin N qat istisna edilməklə, digər 2 qatı yəni, 2 il 2 ay N6 günü ((Nil N ay 8 gün)x2)) onun yuxarıda qeyd olunan ümumi stajına əlavə olunduqda, ümumi stajı 20 il 6 ay N3 gün təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.N93-xx.xx.N93-cü ilədək və xx.xx.N93-xx.xx.N94-cü ilədək olan 0N il 0N ay N0 gün hərbi xidmət dövrünün üçqat ölçüdə deyil, ikiqat ölçüdə nəzərə alınması əsassızdır. Çünki, ən azından “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin birinci hissəsinin ikinci abzası sonradan dyişiklik edilərək , Azərbaycan Respublikasının N sentyabr 2005-ci il tarixli 977-İİQD nömrəli Qanunu ilə aşağıdakı redaksiyada verilmişdir: "hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə iş stajına daxil edilir.” Beləliklə də cavabdehin apellyasiya şikayətinin iddiaçının ümumi stajının 20 ildən az olduğunu mübahisələnirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Belə olan halda da, onun 52 yaşının tamam olduğu xx.xx.202N-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur(İşdə olan AA******* N-li şəxsiyyət vəsiqəsinə görə xx.xx.N69-cu il tarixdə doğulmuşdur) Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə əsaslı olaraq həmin tarixdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N304/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Yuxarıda göstərilənlərə əsasən və İPM-in N4, 69, 73, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-N304/2023 saylı xx.xx.2023-cü il tarixli dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən N(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN3-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar