Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2024/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Avtomobil X6 üçüncü şəxs kimi göstərilməklə “ona vurulmuş maddi və mənəvi ziyanın əlindən alınmış torpaq sahəsinin 2 sot olmaqla, hər bir sotuna görə 6.000 (altı min) manat, uçurulmuş 2 hasarın hər bir kv.metrinə görə 20 (iyirmi) manat, həmçinin uçurulmuş 1 darvazaya görə 500 manat pulun, eləcə də 10.000 (on min) manat mənəvi ziyanın ödənilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus zəbt edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1037ə saylı 0.12 ha torpaq sahəsinin 3.71 sotuna görə yenidən kompensasiya hesablanmaqla hər sotu 10.000 manat olmaqla 37.100 manatın, iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv.m daş hasarların hər 1 kv.m-nə 20 manat olmaqla 8.880 manat pulun və sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla cəmi 56.980 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulmasını xahiş etmişdir, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil X6 tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotu yolun tikintisi altına düşmüş, həmin torpaq sahəsinin hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Həmin torpaq sahibinin göstərilən ərazilərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. Məsələ ilə bağlı mülkiyyətçi şifahi olaraq "xxxx" ASC-yə müraciət etmiş, həmin qurumdan verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa İddiaçı zəbt edilmiş əraziyə görə, yəni 3.71 sot torpaq sahəsinə görə hər sotu 4.300 manat hesablanmaqla kompensiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bü cür söküntü işlərinin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil X6nə sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensasiyaların ödənilməsi tələbi ilə müvafiq məktublar ünvanlanmışdır. Azərbaycan Avtomobil X6nin 23.10.2019-cu il tarixli, Kol- 3/16-7932 saylı cavab məktubu ilə bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “NovxanıPirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus reyestr № **********88 olan 1.200 kv.m torpaq sahəsinin yalnız 371.32 kv.m hissəsi yolun tikintisi altına düşmüş, bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Maliyyə Nazirliyi Agentlik tərəfindən cavab məktubunda deyildiyi kimi kompensasiyanın verilməsi ilə bağlı ona Agentlik tərəfindən müraciət edilib-edilməməsi haqqında heç bir məlumat vermədən və araşdırma aparmadan mülkiyyətçinin müraciətini baxılması üçün aidiyyəti üzrə Agentliyə göndərmişdir. Hazırda həmin ərazidə yerləşən torpaqların hər 100 kv.m-i, yəni 1 sotunun 10.000 manat civarında olmasını nəzərə alsaq, hesablanmış və ödəniləcəyi şübhə doğuran kompensasiyanın ədalətsiz hesablandığı ortaya çıxır. Buna görə də zəbt olunmuş torpaq sahələrinin real bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə keçirilməli və ödəniləcək kompensasiya məbləği həmin həmin rəyə uyğun olaraq yenidən hesablanmalıdır. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulması qərara alınmış, iddia qalan hissədə rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarının ləğv olunmasını, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya icraatı zamanı daş hasarların və darvazanın sökülməsi ilə bağlı tikinti-texniki ekspertiza təyin edilməklə dəymiş ziyan müəyyən edilməlidir. Əks halda iddiaçı qanunla ona çatası bu ziyanın ödənilməsi hüququndan məhrum olacaqdır. Xüsusi mülkiyyətdə olan əmlak qanunsuz zəbt edilirsə buna görə vətəndaşa, əmlak sahibinə dəyən zərər də ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi belə əsaslandırmışdır ki, mənəvi zərər yalnız qeyri-əmlak hüquqlarının pozulması nəticəsində dəyən zərərlə bağlı ödənilə bilər. Hesab edir ki, bu yalnış nəticədir, Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin müvafiq Qərarlarında mənəvi zərərin təkcə qeyri-əmlak hüquqlarının poulması ilə deyil, eyni zamanda əmlak zərəri nəticəsində yarana biləcəyi təsbit edilmişdir. Eyni zamanda cavabdeh də apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında mövcud qiymətləri nəzərə alsaq, Binəqədi rayonu, Novxanı kəndində yerləşən və “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” altına düşən 0.12 ha torpaq sahəsi 25900 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Layihə çərçivəsində yolun tikintisi altına düşən 0.12 ha torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30,0 manat cəmi isə 16709 manat 40 qəpik manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Qiymətləndirmə sahəsində ixtisaslaşmış “B.T.İ. Ekspertiza" MMC tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. Mübahisəli daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarının ləğv olunmasını, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasına yönəldiyindən məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxsin izahatını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, iddiaçı tərəfindən verilmiş аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: - DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tam payda daşınmaz əmlakın dövlət reyestrində 229 nömrəli reyestr kitabının, 21297 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə 26.10.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən 19.10.2013-cu ildə tərtib edilmiş AA seriyalı, 053724 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinə dair hüquq sahibi İddiaçıdur. Həmin sənədə əsasən torpaq sahəsinin təyinatı – yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü - bağ sahəsi, mülkiyyət növü – xüsusi, sənəd üzrə və faktiki sahəsi – 0.12 ha., sənədin əsasları – Nərimanov rayonu Notariat Kontoru № 38, 04.10.2013-ci il tarixli 4ə/02-386 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsidir. - Azərbaycan Avtomobil X6 tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Kol- 3/16-7932 saylı, 23 oktyabr 2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Avtomobil X6 tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində İddiaçı məxsus **********88 nömrəli reyestrdə olan 1200 m2 torpaq sahəsindən yalnız 371.32 m2 hissəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar İddiaçı həmin layihə çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə bağlı Agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 23 oktaybr 2019-cu il tarixli 09/05- 1-326-5635 saylı iddiaçının nümayəndəsinə ünvanlanmış məktubla bildirilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə Novxanı-Pirşağı avtomobil yolunun tikintisi ilə əlaqədar tikinti altına düşən maneənin köçürülməsi ilə bağlı kompensasiya məbləğinin düzgün hesablanmaması və ona dəymiş mənəvi ziyanın ödənilməsi barədə İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəsi daxil olmuşdur. Müraciətdə göstərilənlərin araşdırılması məqsədi ilə müraciət sizə göndərilir və araşdırmanın nəticəsi barədə onun müəllifinə məlumat verilməsi xahiş edilir. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 26.12.2019-cu il tarixli **********34 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, RX seriyalı ******* saylı dövlət reyestrindən çıxarış İddiaçı adına 26.10.2013-cu il tarixində qeydiyyatdan köçmüşdür ki, lakin sözügedən çıxarışın ləğv edilib-edilməməsi barədə məlumat aşkar edilməmişdir. - "xxxx" tərəfindən verilmiş 08.02.2019-cu il tarixli 0016/20/Mİ saylı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsi üvnanında yerləşən torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, həmin bağ sahəsinin 0.037132 ha-lıq hissəsinin bazar qiyməti 25.900 manat təşkil edir. - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məhkəməyə ünvanlanmış 20.04.2020-ci il tarixli DX-03/03-03-647 saylı məktubundan görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin yerləşdiyi yerlərə yaxın ərazilərdə müstəqil qiymətləndirici şirkət tərəfindən torpaq sahələrinin 1 kv.m bazar qiyməti bütün əlavələr də nəzərə alınmaqla 30 – 45 manat civarında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazirkı iş üzrə iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil X6 tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotu yolun tikintisi altına düşmüş, cavabdeh Azərbaycan Avtomobil X6 tərəfindən ona maddi ziyan vurulmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçıya qanunverciliyin tələblərinə əsasən nəinki qabaqcadan, hətta onun mülkiyyətində olan əmlakdan məhrum edildikdən sonra da heç bir kompensasiya ödənilməmişdir. Məhkəmə araşdırması zaman cavabdeh və üçüncü şəxsdən dəfələrlə tələb olunması baxmayaraq iddiaçı ona məxsus əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar pul vəsaitinin ödənilməsi barədə sübutu məhkəməyə təqdim etməmişlər. Həmçinin, cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotunun yolun tikintisi altına düşdüyünü təsdiq etsə də, ona hər hansı məbləğdə kompensasiyanın ödənilməsini iddia etməmişdir. Əksinə cavabdeh kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq qurumlara müraciət edildiyini bildirmişdir. Halbuki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən hər biri 0.12 ha torpaq sahələrinin 3.71 sotluq hissəsinə görə kompensasiyanı qabaqcadan iddiaçıya ödəməli, daha sonra isə onu dövlət ehtiyacları üçün istifadə etməli idi. "xxxx" MMC tərəfindən verilmiş 08.02.2019-cu il tarixli 0016/20/Mİ saylı qiymətləndirilməsinə dair hesabata əsasən həmin torpaq sahəsinin 3.71 sotluq hissəsinin bazar qiyməti 25.900 manat təşkil edir. Buna görə də iddiaçıya onun iddia tələbində göstərdiyi kimi 37.100 manat məbləğində deyil, 25.900 manat məbləğində kompensasiya ödənilməlidir. Bundan başqa, iddiaçı caabdehə qarşı iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv.m daş hasarların hər 1 kv.m-nə 20 manat olmaqla 8.880 manat pulun və sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla kompensasiya tələb etməkdə haqlı olmamışdır. Belə ki, yuxarıda göstərilmiş ziyanın vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddianı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25.900 manat məbləğdə kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulması hissəsində təmin etməklə, eyni zamanda, qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyanın odənilməsi hissəsində təmin etməməklə düzgün nəticəyə gəlsə də, iddianın iddiaçıya məxsus hər ikisi 0.12 ha olmaqla 1037ə və 685c saylı torpaq sahələrini əhatə edən tam şəkildə uçurulmuş 444 kv.m daş hasarların hər 1 kv.m-nə 20 manat olmaqla 8.880 manat pulun və sökülmüş dəmir darvazaya görə 1.000 manat kompensasiyanın təmin edilməməsi hissəsində düzgün qərar qəbul etməmişdir. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı (İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında) Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X2rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Van Marle və başqaları Niderlanda qarşı iş üzrə qərarında qeyd olunmuşdur ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş «əmlak» anlayışı ilə əhatə olunur. Sporronq və Lonnpot İsveçə qarşı işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibedilməməsi müəyyənləşdirilməlidir. Mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Belə ki, kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ «xəyali» və «səmərəsiz» hüququ olaraq qalardı. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin, istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Azərbaycan Respublikası Prezıdentinin “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 17 iyun 2004-cü il tarixli 78 saylı Fərmanının 2.2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş hallarda və şərtlərlə özgəninkıləşdirilə bilər. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyətin dövlət ehtiyacları və ictımai ehtiyaclar üçün hansı konkret hallarda özgəninkiləşdirilə bilməsi və bu barədə hansı dövlət orqanının qərar qəbul etməsi müəyyən edilmişdir. Bütün başqa hallarda mülkiyyət yalnız könüllülük əsasında özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsı nəzərdə tululmasın». Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materialları əsasında müəyyən edilir ki, iddiaçıya məxsus 1037ə saylı torpaq sahəsinin 3.71 sotunun cavabdeh tərəfindən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində dövlət ehtiyacları üçün alınması işin mübahisə olunmayan halıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddianın daş hasarın və darvazanın sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin, eyni zamanda iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə 3.71 sot torpaq sahəsinin dəyərinin düzgün hesablanmaması ilə bağlıdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən ekspertiza təyin olunmuşdur. Ekspert qarşısında iddiaçıya məxsus torpaq sahələrini əhatə edən sökülmüş daş hasarın sahəsi neçə kvadrat metr və orta dəyərinin (istifadə olunan material və zəhmət haqqı nəzərə alınmaqla) neçə manat olması, eləcə də dəmir darvaza ilə bağlı iddiaçıya dəymiş zərərin məbləğinin nə qədər olması sualları qoyulmuşdur. Ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsini əhatə edən sökülmüş daş hasarın sahəsi 388 kv.m. olmuş və sökülməsi nəticəsində iddiaçıya dəymiş zərər (istifadə olunan material və zəhmət haqqı nəzərə alınmaqla) 6182,0 manat təşkil edir. Eyni zamanda qeyd olunmuşdur ki, sökülmüş dəmir darvaza ilə bağlı iddiaçıya dəymiş zərərin məbləği 1200 manat təşkil edir. İş materiallarında olan fotoşəkillərə, eyni zamanda ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsini əhatə edən hasar uçurulmuş vəziyyətdədir. Əvvəllər mövcud olmuş dəmir darvaza hal-hazırda yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya mübahisə pretmeti olan torpaq sahəsini əhatə edən hasarın sökülməsi nəticəsində 6182,0 manat və dəmir darvazanın sökülməsi nəticəsində 1200 manat zərərin dəyməsi iş materiallarına və ekpert rəyinə əsasən sübut olunur. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən dəmir darvazanın sökülməsi nəticəsində 1000 manat zərərin tutulmasını xahiş etdiyindən məhz həmin məbləğdə tutulmalıdır. Mənəvi ziyanın tutulması tələbinə münasibətdə nəzərə alınmalıdır ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Hazırkı işin faktiki halları iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi barədə qənaətə gəlməyə əsas vermir. Ona görə də iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Cavabdehin apellyasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı torpaq sahəsinin qiymətləndirilməsi barədə ekspertiza təyin olunmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 08.02.2019-cu il tarixli 0016/20/Mİ saylı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsi üvnanında yerləşən torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, həmin bağ sahəsinin 0.037132 ha-lıq hissəsinin bazar qiyməti 25.900 manat təşkil edir. Həmin hesabatdan görünür ki, qiymətləndirici mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyən edilməsi istiqamətində müvafiq metodiklara (daşınmaz əmlakın təftişi, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və s.) müfəssəl tədqiqat aparmışdır. Halbuki, cavabdeh Agentlik yuxarıda qeyd edilən hesabatla razılaşmasa və "xxxx" MMC-nin qiymətləndilrmə rəyinə istinad etsə də, bu rəyi məhkəmə araşdırılmasına təqdim edə bilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yuxarıda qeyd edilən 20.04.2020-ci il tarixli məktubundan görünür ki, həmin dövlət orqanı "xxxx" MMC-nin sözügedən hesabatı ilə tanış olmuş, ona dair hər hansı tənqidi fikir söləməmiş, sadəcə hansısa, adı göstərilməyən şirkət tərəfindən “qeydə alınan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1 kv.m-nin bazar qiymətinin bütün əlavələr nəzərə alınmaqla 30 – 45 manat civarında müəyyən edilməsini” bildirmişdir. Mülki Məcəllənin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin 0.037132 ha hissəsinin bazar qiymətinin 25.900 manat olaraq müəyyən edilməsi ağlabatandır. Ona görə də apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarı dəyişdirilməli, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25900 manat, həmin torpaq sahəsini əhatə edən daş hasarın uçurulmasına görə 6182,0 manat, sökülmüş dəmir darvazaya görə 1000 manat, cəmi 33082 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulmalı, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Azərbaycan Avtomobil X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 26.04.2021-ci il tarixli, 2-1(112)-361/2021 saylı qərarı dəyişdirilsin. Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha sahəsi olan 1037ə saylı bağ sahəsinin 3.71 sot ölçüdə olan hissəsinə görə 25900 manat, həmin torpaq sahəsini əhatə edən daş hasarın uçurulmasına görə 6182,0 manat, sökülmüş dəmir darvazaya görə 1000 manat, cəmi 33082 manat kompensasiyanın dövlət büdcəsinin vəsaiti hesabına tutularaq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Avtomobil X6nin üzərinə qoyulsun. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2024/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2024/2021
08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver