Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2025/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12872/2N3 saylı xx.xx.2N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Laçın rayonu işğal olunduqdan sonra 27 iyul 1992-ci il tarixdə keçmiş Laçın rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə N saylı hərbi hissəyə təhvil verilmişdir. N aprel 1993-cü ilə kimi, yəni Kəlbəcər rayonu işğal olunana kimi, N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. Ümumilikdə, 1988-1993-cü illər ərzində döyüş yolu ağır olub. Belə ki, həmin vaxtlar nə lazımi silahları, nə yeməklər, nə də paltarları olmamışdır. Lakin bunlara baxmayaraq erməni işğalçılarına qarşı mərdliklə döyüşmüşdür. Bu günə kimi veteran vəsiqəsi almamasının səbəbi torpaqların işğal olumnası ilə bağlı olmuşdur. Belə ki, torpaqların işğalda olmasını qəbul edə bilmədiyindən veteran vəsiqəsi almaq istəməmişdir. Hazırda isə torpaqları işğaldan azad edilmişdir. O, əvvəlcə veteran adı və vəsiqəsi vermək üçün yaradılmış xüsusi komissiyaya müraciət etmiş, lakin həmin komissiyadan ona cavab verilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2N3-cü il tarixli 4/2-573 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə 1992-ci ildə hərbi xidməti barədə məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur...” Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “... Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N3-cü il tarixli 962 nömrəli məktubuna əsasən N nömrəli (Laçın ƏÖMB) hərbi hissə komandirinin xx.xx.1991xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, 0N nömrəli hərbi hissə komandirinin yanvariyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin “yaralananların qeydiyyatı" kitabında, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992- ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin 1992-1993- cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Həmçinin, sözügedən arxiv arayışında 811, 0N, N nömrəli hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, hərbi hissələrin “yaralananların qeydiyyatı” kitabları, 704, N nömrəli hərbi hissələrin “yaralananların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beləliklə, Mərkəzi Arxivin sözügedən məktubundan da görünür ki, İddiaçı xidməti barədə məlumat olmamışdır. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12872/2N3 saylı xx.xx.2N3-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosssual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qərar çıxarılmışdır. Belə ki, o, Laçın rayonu işğal olunduqdan sonra 27 iyul 1992-ci il tarixdə keçmiş Laçın rayon hərbi komossarlığı tərəfindən səfərbərliklə N saylı hərbi hissəyə təhvil verilib. N aprel 1993-cü ilə kimi, yəni Kəlbəcər rayonu işğal olunana kimi, N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. Qeyd etdiklərini onunla həmin hərbi hissədə döyüşmüş döyüşçü yoldaşları da təsdiq edə bilərlər. Həmin şahidləri məhkəməyə təqdim etməsi üçün şərait yaradılmamış, ona şərait yaradılarsa iddiasını sübut etmək üçün şikayətinə şəxsiyyət və veteran vəsiqələrini əlavə etdiyi şahidlərini məhkəməyə təqdim edə bilər. Hansısa məsuliyyətsiz və səhlənkar məmurlar tərəfindən onun hərbi biletində zəruri qeydlər aparılmamış və hərbi hissəyə daxil olması barədə əmrlər arxivə verilməmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşaığdakı əsaslara görə onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında iddia vasitsəilə ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə onun həmin tələbi rədd edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması əsaslıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adının verilməsinə əsas olan sənədlər sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. Qanununvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla iş materialları araşıdırıldıqda işin aşağıdakı halları müəyyən olunur: “Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2017-ci il tarixli 9/913 nömrəli Arayışına əsasən iddiaçı 1988-ci ilin fevral ayından 1992-ci ilin may ayına kimi Laçın rayonunda könüllü özünümüdafiə dəstələrinin tərkibində erməni millətçi dəstələrinə qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin həmin arayışın hansı əsasverici sənəd əsasında verildiyi qeyri-müəyyəndir. Çünki, arayışda iddiaçının daxil edildiyi könüllülərin rayon icra hakimiyyəti tərəfindən təsdiq olunmuş siyahısına istinad olunmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin xx.xx.2N0-ci il tarixli 52 nömrəli Arayışa əsasən 1959-cu il təvəllüdlü iddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Laçın RHK tərəfindən səfərbərliklə N saylı hərbi hissəyə təhvil verilmişdir. Lakin AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Qaradağ Rayon İdarəsi məhkəmə sorğusuna verdiyi xx.xx.2N3-cü il tarixli 3-43-82/2- 1386/2N3 nömrəli cavab məktubunda bildirmişdir ki, şəxsiyyət vəsiqəsi üzrə Laçın rayonu Fərraş kəndində qeydiyyatda olan, 1959-cu il təvəllüdlü iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsində hərbi qeydiyyatından keçmir...” Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin məhkəmənin sorğusuna verdiyi xx.xx.2N3-cü il tarixli 3-4341/2-2173/23 nömrəli cavab məktubunda bildirmişdir ki, keçmiş Laçın rayon hərbi komissarlığının arxiv sənədləri məlum hadisələrlə əlaqədar olaraq işğal zonasında qaldığı üçün xx.xx.1959-cu il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsində mövcud arxiv uçot sənədlərində hərbi xidmətə göndərilməsi və hərbi xidmət keçməsi barədə məlumat yoxdur...” Bundan əlavə, iddiaçının H3 ******* nömrəli xx.xx.1980-cı il tarixli hərbi biletinin surətinə əsasən onun xx.xx.1980-xx.xx.1982-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olduğu barədə qeydlər mövcud olmasa da, xx.xx.1992-ci il tarixdə keçmiş Laçın RHK tərəfindən səfərbərliklə təhvil verildiyi N saylı hərbi hissə komandirinin – onun şəxsi heyətə daxil edilməsi və bütün qazan təminatına qoyulması, ehtiyata buraxılması barədə əmrləri, habelə, 1992-1994-cü illərdə 1-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirakı barədə qeydlərin mövcudluğu müəyyən olunmur. Eyni zamanda, məhkəmənin sorğusuna cavab olaraq birinci instansiya məhkəməsinə təqdim edilmiş Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2N3-cü il tarixli 962 nömrəli məktubunda aşağıdakılar bildirilir: “...Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil 811 №-li (Laçın ƏÖMB) komandirinin xx.xx.1991- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, 0N №-li hərbi hissə komandirinin yanvar-iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, 896(722) №-li hərbi hissə komandirinin xx.xx.1992xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında, hərbi hissənin “Yaralananların qeydiyyatı” kitabında, 713(701) №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. 811, 0N, N №-li hərbi hissələrin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları, hərbi hissələrin “Yaralananların qeydiyyatı” kitabları və 704, N №-li hərbi hissələrin “Yaralananların qeydiyyatı” kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır...” Eyni zamanda, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 3-3-12/2-30- 9912/2N3 nömrəli xx.xx.2N3-cü il tarixli məktubunda birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq aşağıdakılar qeyd edilmişdir: “.... İddiaçı N №-li hərbi hissədə xidmət etməsinin qeyd edilməsinə və tərəfimdən Sizin əməkdaşlardan alınmış sənədlərin bir necəsində İddiaçı xidmət etmək üçün N №-li hərbi hissəyə təhvil verilməsinin göstərilməsinə baxmayaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mərkəzi arxivinin arayışında onun N N-li hərbi hissədə xidmət etməsi barədə məlumatın olmaması qeyd edilmiş, yəni bu şəxs həmin hərbi hissədə xidmət etməmişdir. Həmçinin, sorğuya əlavə edilmiş İddiaçı hərbi biletinin kserosurətində onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməsi barədə ümumiyyətlə heç bir məlumat və qeyd yoxdur....” Eyni zamanda, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2N3-cü il tarixli 12/2-137543 nömrəli cavab məktubuna əsasən iddiaçı barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2N3-cü il tarixli 1397 nömrəli məktubu ilə məhkəmə sorğusuna cavabında bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçı barəsində məlumat aşkar olunmamışdır. Beləliklə də, tədqiq olunan sənədlərə əsasən iddiaçının istər könüllü kimi, itərsə də döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı barədə mötəbər (o cümlədən arxiv) məlumatların mövcudluğu müəyyən olunmur. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi isə şahid ifadələrinə əsasən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən sənələr əsasında verilməsi mümkündür. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 81-ci maddəsi də məhz nəzərdə tutur ki, Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının döyüş əməliyyatlarında iştirakı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən sənədlərə əsasən oz təsdiqini tapmır. Belə olan halda, cavabdeh tərəfindən ona veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının mahiyyəti üzrə tələbinin rədd olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, qərar qəbul edilərkən prosessual hüquq normalarının pozulduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12872/2N3 saylı xx.xx.2N3-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12872/2N3 saylı xx.xx.2N3-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2025/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2025/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver