Məhkəmə qərarları › İş №2-1(103)-2026/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2026/2023

27.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2026/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X4 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (nəvəsi) X1 qızının, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1156/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı həyat yoldaşı X12 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı 07 aprel 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun mərhum həyat yoldaşı X11 qanunvericiliyə zidd olaraq 5 yanvar 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci, 6.1.2-ci, 6.1.3-cü maddələrinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə sasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və izibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq qalacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət luqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə əsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin ezılməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı əzıfələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı”nda mərhumun xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri maşındakı dövr ərzində işlədiyi Azərbaycan SSR X17 Komitəsinin Meyvə, tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu və həmin Büroda mövcud olmuş vəzifələr azərdə tutulmayıb. “Əmək pensiyaları haqqında” Qanunun 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi sözügedən Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququ vardır. Qeyd olunanları nəzərə alaraq, X15 dövlət qulluğu stajı 5 ildən az, yəni 4 il 8 ay 2 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyindən ona sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin ediİməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “xx.xx.2022-ci il tarixindən ona “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əri X12 ona pensiya təyin olunandan ölənə kimi dövlət qulluqçusu kimi pensiya və əlavələr almış, bu müddətdə cavabdeh tərəfindən pensiyanın qanuna zidd olması ilə bağlı hər hansı müraciət edilməmişdir. Əri xx.xx.2022-ci il tarixində ölmüş və ərinin ölümü ilə əlaqədar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək “Əmək pensiyaları haqqında” Qanununa əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, sonuncu tərəfindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərinə xx.xx.2006-cı ildə qanunvericiliyə zidd olaraq sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********1 nömrəli iddiaçıya ünvanlanmış məktubla dövlət qulluqçusunun ailə üzvü ailə başçısını itirməyə görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının mərhum əri X11 qanunvericiliyə zidd olaraq 5 yanvar 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda mərhumun xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan SSR X17 Komitəsinin Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu və həmin Büroda mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. X15 dövlət qulluğu stajı 5 ildən az (4 il 8 ay 2 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyindən İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, birinci instansiya məhkəməsi iddianın imtina edilməsi üçün mövqeyini belə əsaslandırmışdır: “iddiaçının ərinə dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ölənədək pensiya alması, pensiya təyini barədə əlverişli inzibati aktın qüvvədə olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddianın əsaslılığı üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki, qanunvericiliyin yuxarıda istinad edilən normalarından göründüyü kimi, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan (bu müddəa vəfat etmiş əmək pensiyaçısının barəsində pensiya təyinatına dair qüvvədə olan əlverşli inzibati aktın olması və ya ölənədək pensiya ödənişini almasını deyil, həmin şəxsin buna hüququnun olmasını, yəni tələb olunan şərtləri ödəməsini nəzərdə tutur) əmək pensiyaçısı vəfat etdikdə, onun ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır.” Doğrudur, qanunvercilikdə “hüququ olan” ifadəsi istifadə olunur, lakin həmin maddədəki norma birinci instansiya məhkəməsi tərəfindən düzgün şərh olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da qeyd olunduğu kimi iddiaçının ərinə xx.xx.2006-cı ildə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsinə dair inzibati orqanın qərarı əlverişli inzibati aktdır. “İnzibati icraat haqqında” AR Qanunun 2.0.10-cu maddəsində qeyd olunmuşdur ki, əlverişli inzibati akt maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin “bu müddəa vəfat etmiş əmək pensiyaçısının barəsində pensiya təyinatına dair qüvvədə olan əlverşli inzibati aktın olması və ya ölənədək pensiya ödənişini almasını deyil, həmin şəxsin buna hüququnun olmasını, yəni tələb olunan şərtləri ödəməsini nəzərdə tutur” mövqeyi qanunverciliyə ziddir, həmçinin subyektiv mülahizə xarakteri daşıyır. Birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, İddiaçının ərinin barəsində pensiya təyinatına dair qüvvədə olan əlverşli inzibati aktın olması iddiaçının hazırkı müraciətinə dair inzibati icraatın aparılması və tələb olunan şərtlərin yoxlanılmasının qarşısını almır və bunun üçün həmin aktın ləğvinə də ehtiyac yoxdur. Burada 2 məqama diqqət yetirilməlidir

1. İnzibati orqan tərəfindən inzibati icraat aparılması şərtləri? 2. tələb olunan şərtlərin yoxlanılması?. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. İnzibati orqan müvafiq qaydada inzibati icraat başladıqda, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Belə ki, iddiaçı inzibati orqana müraciət edən zaman, dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi zamanı inzibati orqan tərəfindən tələb olunan şərtlər və həmin şərtlərin yoxlanılması qaydası heç bir normativ hüquqi aktla müyyənləşdirilməmişdir.

Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın məzmununa, həmçinin iş materiallarına uyğun əsaslandırlmışdır.

Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (nəvəsi) X1 qızı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “xx.xx.2022-ci il tarixindən ona “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ərinin dövlət qulluğu stajının 5 ildən az (4 il 8 ay 3 gün (xx.xx.1981-xx.xx.1986)) təşkil etməsinə, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi tələbinin hüquqi əsasının dispozisiya şərtlərinin ödənilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-dək qüvvədə olan) Maddə 5. Pensiyanın təyin olunması şərtləri 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Maddə 6. Pensiyanın miqdarı 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla. 6.2. Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir: 6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında; 6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında. 6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür. İddiaçının mərhum həyat yoldaşı X8 pensiya işinin təsdiq olunmuş surətindən görünür ki, ona həqiqətən də sağlığında dövlət qulluqçusu kimi pensiya təyin olunmuşdu, hansı ki, hazırda iddiaçı həmin növdə pensiyanın təyin olunması barədə inzibati aktın qüvvədə olmasına istinad edərək, ailə başçısını itirməyə görə mərhum ərinin pensiyasının ona verilməsini tələb edir. Cavabdeh qurum isə aparılan araşdırmalar zamanı müəyyən etmişdi ki, iddiaçının mərhum ərinə sağlığında dövlət qulluqçusu kimi təyin olunan pensiyanın təyinatı səhv olmuşdur. Belə ki, mərhumun bu növdə pensiya təyinatı üçün qanunla tələb olunan 5 il dövlət qulluqçusu stajı əvəzinə 4 il 8 ay 3 gün (xx.xx.1981xx.xx.1986) stajı olub. Qeyd olunan imtina əsası ilə bağlı tərəflər arasında mübahisə olduğunu nəzərə alan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə müvafiq sorğu verilmiş, həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılır. Qeyd edilən Fərmanın 1.15-ci, 1.18-ci və 1.19-cu yarımbəndlərində müvafiq olaraq Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında, rayon aqrar-sənaye birliklərinin aparatında və Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələr nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilən Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin mərkəzi aparatının aparatının strukturunda Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu nəzərdə tutulmamışdır. Həmçinin Azərbaycan Respublikası X9 xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18- dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılır. Qeyd edilən Fərmanın 1.15-ci, 1.18-ci və 1.19-cu yarımbəndlərində müvafiq olaraq Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında, rayon aqrar-sənaye birliklərinin aparatında və Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələr nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilən Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturunda Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu nəzərdə tutulmamışdır. Beləliklə, aparılmış araşdırmalardan müəyyən olunur ki, iddiaçının mərhum ərinin xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Azərbaycan SSR X17 Komitəsinin Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosunda işlədiyi vəzifələr dövlət qulluqçusu peşələrinə aid olmamış və buna görə də iddiaçıya mərhum ərinin müvafiq dövrdə dövlət qulluğu peşəsində işlədiyi 4 il 8 ay 3 gün stajının (xx.xx.1981-xx.xx.1986) qanunla tələb olunan 5 illik dövlət qulluğu stajından az olmasına istinad olunaraq, ona dövlət qulluqçusu mərhum ərinin vəfatı ilə əlaqədar ailə başçısını itirməyə görə pensiya təyin olunmasından cavabdeh qurum haqlı olaraq imtina etmişdir. Məhkəmə kollegiyası iddiaçının “mərhum ərinə vaxtında dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı ona da ailə başçısını itirməyə görə həmin pensiyanın təyin edilməli olması” barədə dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, işin halına görə, iddiaçının mərhum ərinə adı çəkilən növdə pensiya təyin olunması zamanı səhvə yol verilmişdir. Həmin səhvə yol verilməsi illərlə mərhumun sağlığında ona müvafiq dövrlərdə dövlət qulluqçusu kimi pensiya məbləğinin verilməsi ilə davam etmiş və bu hal iddiaçının ərinin vəfatından sonra aşkar olunmuşdur. Hazırki vəziyyətdə mərhum ərinə vaxtilə səhv olaraq təyin olunan pensiyanın iddiaçıya ailə başçısını itirməklə bağlı verilməsi qeyri-mümkündür. Bu qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati İcraata haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırki vəziyyətdə iddiaçının “mərhum ərinə sağlığında dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı qəbul edilmiş inzibati aktın qüvvədə olması və buna görə də ona münasibətdə həmin pensiyanın ailə başçısını itirməklə bağlı ona verilməsi” barədə dəlili əsassızdır. Belə ki, nəzərə alınmalıdır ki, dövlət qulluqçusu kimi pensiya təyin olunması ilə bağlı cavabdeh orqanın inzibati aktı iddiaçının mərhum ərinə münasibətdə qüvvədə olmuş, hazırda xeyrinə əlverişli inzibati akt qəbul edilən şəxs vəfat etmişdir. İşin bu halı, iddiaçıya münasibətdə ailə başçısını itirməklə bağlı ona həmin əlverişli inzibati akta əsasən pensiya təyinatı məsələsinin yoxlanılmasına imkan verir. Bu yoxlama zamanı da məlum olur ki, iddiaçının tələb etdiyi növdə pensiyanın verilməsi üçün əsas, yəni mərhum ərinə dövlət qulluqçusu kimi pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərt (5 il dövlət qulluqçusu stajı) həmin dövrdə mövcud olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mərhum ərinə dövlət qulluqçusu kimi pensiya təyinatının səhvən aparılması iddiaçıya münasibətdə də dövlət qulluqçusu olmuş ailə başçısını itirməyə görə pensiyanın ona təyin olunması məqsədilə davam edə bilməz. Bu qənaətə gələrkən məhkəmə kollegiyası həm də İPM-nin 67.5-ci maddəsində müəyyən edilən- qanunsuz əlverişli inzibati akta etimad hüququnun dövlət maraqlarına ziyan vura biləcəyini nəzərə alır. Beləliklə, məhkəmə kollegiyası iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyasının təyin olunması ilə bağlı iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə əsaslandırmaya zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1156/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1156/2023 saylı 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar