Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2027/2025 24.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1962-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü ildə xidmətdən tərxis olunmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, BA-08082-2022 nömrəli məktubunda bildirilmişdir ki, BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsinin natamam arxiv sənədlərini əmr kitablarında 1962ci il təvəllüdlü İddiaçı xx.xx.1985-ci il tarixli, 61/s saylı əmrlə xx.xx.1985-cü il tarixdən 5-ci dərəcəli baş kran maşinisti vəzifəsinə işə qəbul olunması və 1985, 1986-cı illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1986-cı ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, 1985-ci il üzrə yanvar ayından iyul ayına kimi əmək haqqı ödənilməmişdir, həmin il üzrə avqust ayından dekabr ayına kimi ödənilmişdir. 1986-cı il üzrə isə yanvar ayından dekabr ayına kimi əmək haqqları ödənilmişdir.
4. İddiaçıya məxsus ******* nömrəli, xx.xx.1980-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1980-ci ildə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 2 saylı Trestin 26 saylı Tikinti İdarəsində betonçu-fəhlə vəzifəsinə təyin edilmiş, xx.xx.1981-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində 54 saylı Peşə Texniki məktəbdə əyani qaydada qülləli kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdə Bakıbaştikinti İdarəsinin 7 saylı Tikinti Montaj Trestində qülləli kran maşinisti təyin edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1987-ci il tarixdə Bakı Baştikintinin 8 saylı Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti kimi qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci ildə "Azərneftkimya” Təmir Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdə "xxxx" ASCdə fəhlə kimi işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə azad edilmişdir. xx.xx.2004-cu ildə "BAKUSTEEL KOMPANY"-də kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2009-cu ildə azad edilmişdir. xx.xx.2009-cu il tarixdə "BAKUSTEEL KOMPANY"də təkrarqarametal tədarükü sahəsinə kran maşinisti vəziəsinə qəbul olmuş, 01.08.201cü ildə işdən azad edilmişdir. xx.xx.2015-xx.xx.2016 "Hüseyn LTD” MMC-də çilingər vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.2017- ci il tarixdə ”Bakıinşaatsənaye” ASC-də körpülükran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2018-ci ildə "xxxx" MMC- də körpülü kran maşinisti vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə azad edilmişdir. xx.xx.2019-cu il "KAMEZ” MMC-də istehsalat sexinə 4-cü dərəcəli kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə KAMEZ” MMC-də istehsalat sexinə 4-cü dərəcəli kran maşinisti kimi işə qəbul edilmiş, xx.xx.2021- ci ildə işdən azad edilmişdir.
5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 119 saylı arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2017-ci il tarixdən "xxxx" ASC-nin Fasonlu hissələrin metal tökmə sahəsinə körpülü kran maşinisti işinə qəbul edilib. (Əmr 38/k; xx.xx.2017-ci il). xx.xx.2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilib. (Əmr 132/k; xx.xx.2017-cı il). İddiaçı yuxarıda göstərilən dövrdə körpülü kran maşinisti kimi indiksion ocaqların metalla doldurulması və yüsək tempuraturda(1800 dərəcə) ərinmiş metalın daşınmasını təmin edib. Bütün iş gününü isti, zərərli və tozlu şəraitdə olmuşdur. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri ******* a-13792” şifrəsinə aiddir. Əsas Azərbaycan Respublikası Nazirlər Kabineti 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı (səh. 12; 3-cü bölmə).
6. "X4" MMC-nin xx.xx.2023-cü il tarixli, X-Y-2693 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək X4 Limited şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Təkrarqarametal tədarükü sahəsində kran sürücüsü peşəsində işləmişdir. (əsas: İddiaçı Əmək kitabçası) İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2013-cü il tarixədək "X4" MMC-nin (hazırkı QSC-də) Təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində işləmişdir. Təkrarqarametal tədarükü sahəsində əmək funksiyalarının icrası ilə məşğul olan "kran sürücüləri" və "kran maşinistləri" o cümlədən, İddiaçı Polad və ferroərintilər istehsalatı sahələrində isti və zərərli iş şəraitində qara metal qırıntılarının və tullantılarının boşaldılması, yüklənməsi, daşınması və poladəritmə sexinin şixtə sahəsinin fasiləsiz olaraq vaxtlı-vaxtmda emal olunmuş metal qırıntıları ilə təmin olunmasını körpülü kranlar vasitəsi ilə həyata keçirirlər. Qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nın 11-ci Metal emalı bölməsinin 5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində (1110400a —13790) "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşəsinə uyğundur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi İddiaçı iş fəaliyyəti Polad və ferroərintilər istehsalatı sahələrində ağır yükqaldırıcı kranların idarə edilməsi ilə bağlı olmuşdur. "X4" QSC Azərbaycan Respublikasında Metallurgiya Sənayesində aparıcı rol oynayan, eyni zamanda ən böyük X2. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi müddət ərzində bütün iş vaxtını isti və zərərli iş şəraitində-Polad və ferroərintilər istehsalatı sahələrində keçirmişdir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən İddiaçı işlədiyi dövrdə tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir.
7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, **********265200 nömrəli məktubunda bildirilir ki, xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmış “Azərneftkimyazavodtəmir” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin ləğv olunması, hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir. Həmçinin bildiririk ki, qurumun nizamnaməsinə əsasən hüquqi ünvanı Bakı-28, Sosialist küçəsi 9-dur.
8. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli, 14-2/2- 2884/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Mərkəzi Arxivdə "Azneftkimyazavodtəmir" trestinin 3 №-li Tikinti-Quraşdırma İdarəsinin arxiv sənədləri saxlanılmadığından Sizə hər hansı bir məlumatın təqdim olunması imkan xaricindədir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin "Yanacaq energetika kompleksi müəssisələrinin özəlləşdirilməsi haqqında" xx.xx.2001-ci il tarixli 651 saylı Sərəncamı ilə ARDNŞ-nin xx.xx.2001-ci il tarixli 188 №-li əmrinə əsasən "Azneftkimyazavodtəmir" trestinin ünvan 4 ünvanında yerləşən 3 N№-li Tikinti- Quraşdırma İdarəsinin bazasında İİN DƏÖD-nin xx.xx.2001-ci il tarixli 11 saylı Sərəncamı ilə "Tikinti- Quraşdırma ANZK-3" Səhmdar Cəmiyyəti yaradılmış və ARDNŞ-nin tərkibindən çıxarılmışdır.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli, **********196800 nömrəli məktubunda bildirilir ki, xx.xx.2003-cw il tarixdə 0103- P10-37526 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə D-3278 nömrə ilə dövlət qeydiyyatına alınmış eyni adlı Cəmiyyətin bazasında yaradılmış və hüquqi varisidir. Həmçinin bildiririk ki, "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 5ə məlumat müəyyən edilməmişdir. Əlavə olaraq bildiririk ki, hüquqi şəxsin fəaliyyəti barədə məlumat "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestr məlumatlarına aid deyildir.
10. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 01 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ASC-də 03 iyul 1997-ci il tarixindən 30 iyun 1998-ci ilə qədər 6-cı dərəcəli maşinist vəzifəsində qülləli kranda işləyib.
11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 05 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci İldən xx.xx.1998-ci ilə qədər 6 dərəcəli maşinist vəzifəsində qülləli kranda işləmişdir. Sizin sorğunuza cavab olaraq bildiririk ki, həmin peşənin zərərli vəzifə yəni 21 iyun 1993-cü il tarixli 320 saylı Qərara əsasən zərərli peşə olması barədə uyğunuq tapa bilmədik.
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-9953/2023 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrinvə göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ıl iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən sizin güzəştli iş stajınız 12 il 6 aydan az (9 il 3 ay 16 gün (xx.xx.2004-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun üzərinə əmək pensiyasının təyin edilməsi və həmin pensiyanın 2022-ci il dekabr ayından etibarən hesablamaq vəzifəsininin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur, əmək fəliyyətinə 08 avqust 1980-cı il tarixdə Azərbaycan SSR Sənaye Tikintisi Nazirliyinin 2 saylı Trestin 26-saylı Tikinti İdarəsində betonçu-fəhlə qismində başlamışdır, 13 aprel 1981-ci il tarixdə Sovet ordusu sıralarına çağrılmağı ilə əlaqədar həmin idarədə işdən azad edilmişdir. xx.xx.1981-xx.xx.1983-cü il tarixdə Sovet ordusu sıralarında xidmət etmişdir. xx.xx.1984-xx.xx.1985 ci il tarixdə Bakı şəhərində 54 saylı Peşə Texniki məktəbdə əyani qaydada qülləli kran maşinisti peşəsi üzrə təhsil almışdır. xx.xx.1985-xx.xx.1987-ci il tarixdə Bakıbaştikinti İdarəsinin 7 saylı Tikinti Montaj Trestində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir. xx.xx.1987-xx.xx.1997 Bakı Baştikintinin 8 saylı Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir. xx.xx.1997-xx.xx.1998-ci illərdə "Azərneftkimya” Təmir Trestinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində qülləli kran maşinisti peşəsi üzrə işləmişdir, xx.xx.2003- xx.xx.2004 "xxxx" ASC-də fəhlə qismində işləmişdir. xx.xx.2004xx.xx.2009-cu illərdə "BAKUSTEEL KOMPANY"-də kran maşinisti peşəsi üzrə işləmişdir, xx.xx.2009-xx.xx.2013 xx.xx.2015-xx.xx.2016 "Hüseyn LTD” MMC-də çilingər peşəsi üzrə işləmişdir. xx.xx.2017-xx.xx.2017 ”Bakıinşaatsənaye” ASC-də körpülükran maşinisti peşəsində işləmişdir. xx.xx.2018-xx.xx.2019-cu ildə "xxxx"MMCdə körpülü kran maşinisti üzrə işləmişdir. xx.xx.2019-xx.xx.2021-ci il "KAMEZ”MMC-də kran maşinisti peşəsi üzrə işləmişdir. Güzəştli şərtlərlə pensiya yaşına çatmağı ilə əlaqədar əmək pensiyası təyin edilməsi üçün ƏƏSMN-nin Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir, Həmin orqan özünün 18 yanvar 2023-cü il tarixli, 317-1/2- İ9953/2023 nömrəli məktubu ilə pensiya təyin edilməsindən imtina etmişdir.
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir.
16. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, İddiaçı məxsus əmək kitabçasının surətinə əsasən o, xx.xx.1980-xx.xx.1981-ci il tarixlərdə, xx.xx.1984-xx.xx.1985-ci il tarixlərdə, xx.xx.1985- xx.xx.1987-ci il tarixlərdə, xx.xx.1987-xx.xx.1997-ci il tarixlərdə, xx.xx.1997-xx.xx.1998- ci il tarixlərdə, xx.xx.2003-xx.xx.2004-cü il tarixlərdə xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə, xx.xx.2009-xx.xx.2013-cü il tarixlərdə, xx.xx.2015-xx.xx.2015-ci il tarixlərdə, xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə, xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə, xx.xx.2018- xx.xx.2019- cu il tarixlərdə, xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə, xx.xx.2020- xx.xx.2021-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan İddiaçı məxsus hərbi biletin surətinə əsasən o, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan X4 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli X-Y2184 nömrəli arayışına əsasən iddiaçı Ş.lmanov xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə X4 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində təkrarqarametal tədarükü sahəsində kran sürücüsü peşəsində çalışmışdır. İş materiallarında olan X4 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 13 dekabr 2022-ci il tarixli X-Y-2185 nömrəli arayışına əsasən iddiaçı Ş.lmanov xx.xx.2009-xx.xx.2013-cü il tarixlərdə X4 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı filialının 12 dekabr 2022-ci il tarixli BA-08082-2022 nömrəli arayışına əsasən BBTİ 7 saylı Tikinti Mexanizasiya İdarəsinin əmrlər kitabında İddiaçı xx.xx.1985-ci il tarixdə 61 saylı əmrlə xx.xx.1985-ci il tarixdən 5-ci dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilməsi və 1985, 1986-cı illərə dair hesabat cədvəllərində ona əməkhaqqı hesablanmasına dair məlumat mövcuddur. Həmçinin idarənin 1986-cı il tarixdən sonrakı arxiv sənədlərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Belə ki, İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 16 gün (xx.xx.2004-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı Ş.lmanova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
18. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
19. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının "xxxx" MMC-də işlədiyi xx.xx.2019-xx.xx.2020-ci il (6ay, 14 gün), xx.xx.2020-xx.xx.2021-ci il (09 ay, 22 gün), xx.xx.2022-xx.xx.2024-cü illəri əhatə edən ( 1 il 6 ay 04 gün) hesab edilməyən cəmi 04 il, 03 ay əmək stajı hesablanmamışdır. İddiaçı "xxxx" MMC-də 3 ilə yaxın bir müddət ərzində işləmiş və orada işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına daxildir. Lakin, nə cavabdeh orqan tərəfindən, nə də əmək kitabçasında bu barədə araşdırılma aparılmamışdır. Belə ki, iddiaçının "xxxx" MMC-də və "xxxx" MMC-də işlədiyi dövrlər hesablandıqda 02 il, 06 ay, 08 gün təşkil edir. Bu müddət məhkəmənin hesabladığı 09 il, 09 ay, 19 günlə hesablandıqda iddiaçının güzəştli iş stajı 12 il, 04 ay. 08 gün təşkil edir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən) 28.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 22-23-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 29.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
30. Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
31. İş materiallarından görünür ki, iddiaçıya məxsus hərbi bilet, diplom və əmək kitabçasına, xx.xx.2006-cı il tarixdən sonra məcburi sosial sığorta haqlarının ödənildiyi dövr nəzərə alınmaqla xx.xx.1981-xx.xx.1983-cü il hərbi xidmət dövrü, xx.xx.1980xx.xx.1981, xx.xx.1984-xx.xx.1985,xx.xx.1985-xx.xx.1987, xx.xx.1987-xx.xx.1997, xx.xx.1997- xx.xx.1998, xx.xx.2003-xx.xx.2004, xx.xx.2004-xx.xx.2009, xx.xx.2009xx.xx.2013, xx.xx.2015-xx.xx.2016, xx.xx.2017-xx.xx.2017, xx.xx.2018-xx.xx.2019, xx.xx.2019- xx.xx.2020, xx.xx.2020- xx.xx.2021-ci ilədək iddiaçının ümumilikdə tələb olunan 25 ildən çox ümumi stajı vardır.
32. Cavabdeh orqan tərəfindən konkret mübahisələndirilən hal isə iddiaçının güzəştli iş stajı ilə bağlıdır.
33. Bununla bağlı işin apellyasiya baxışı zamanı "xxxx" MMC-yə sorğu verilmiş, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı həqiqətən xx.xx.2019xx.xx.2020-ci il və 16.10.200-xx.xx.2021-ci il tarixlər arasındakı dövrlərdə "xxxx" MMC-də 4-cü dərəcəli kran maşinisti vəzifəsində işləmişdir.
34. Belə ki, iş materiallarında olan iddiaçının işlədiyi müəssisələrdən "xxxx" ASC-nin verdiyi güzəştli arayışa əsasən xx.xx.2017-xx.xx.2017-ci il tarixədək metal tökmə sahəsinə körpülü kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən “Metallurgiya istehsalatının isti işlərində məşğul olan kran maşinistləri ******* a-13792” şifrəsinə uyğun hesab edilmişdir.
35. Həmçinin, "X4" MMC-nin təqdim etdiyi güzəştli arayışa əsaəsn iddiaçının xx.xx.2004cü il tarixdən xx.xx.2013-cü il tarixədək "X4" MMC-nin (hazırkı QSC-də) Təkrarqarametal tədarükü sahəsində kran maşinisti peşəsində işlədiyi dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı"nın 11-ci Metal emalı bölməsinin 5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində (1110400a —13790) "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşəsinə uyğunlaşdırılmışdır.
36. Göründüyü kimi iddiaçının hər iki müəssisədə zərərli iş dövrü xx.xx.2017-xx.xx.2017ci il tarixədək 06 ay 01 gün, xx.xx.2004-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 09 il 03 ay 18 gün olmaqla cəmi 09 il 09 ay 19 gün təşkil edir ki, qeyd edilən dövr qanunla tələb olunan 12 il 06 ay güzəştli iş stajından azdır.
37. İddiaçının apellyasiya şikayətində xx.xx.2019-xx.xx.2020-ci il və xx.xx.2020xx.xx.2021-ci illər ərzində Komez MMC-də kran maşinisti vəzifəsində işləməsinin nəzərə alındığı tədqirdə 12 il 4 ay 08 gün güzəştli stajının olması ilə bağlı gətirdiyi arqumenti araşdırılaraq müəyyən edildi ki, həqiqətən də iddiaçı göstərilən tarixlərdə Komez MMC-də kran maşinisti işləməsinə baxmayaraq, həmin vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən siyahıya daxil edilməmişdir. Belə ki, qeyd olunan siyahıda kran maşinisti vəzifəsinin olmasına baxmayaraq həmin vəzifə isti sahələrdə, kimya sanaye sahəsində və digər bu kimi təhlükəli sahələridə işləmiş kran maşinistlərinə aid edilmişdir.
38. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Ona görədə məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 60 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 40.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 41.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-813/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.