Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2029/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlunun və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil ("Femida" Vəkil Bürosu ) iştirakı ilə, İddiaçı (VÖEN – **********, Hüquqi ünvanı – AZ 1065, ünvan 1 qanuni təmsilçisi – X5; dövlət qeydiyyatına alındığı tarix – xx.xx.2013-cü il) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs - “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN – **********; AZ0100, Abşeron ray., Məmmədli, ev 1, N.Zeynalova küç., qanuni təmsilçi X6) “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2018ci il tarixli, 2-1(112)-7108/2020 saylı qərardadından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə apellyasiya qaydasında Bаkı Аpеllyаsiyа Məhкəməsinin binаsındа (Bakı şəhəri,Z.Xəlilov küçəsi,540-cı məhəllə), аçıq məhkəmə iclаsındа bахаrаq m ü ə y y ə n е t d i: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs kimi göstərilməklə “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xəbəri olmadan Bakı şəhər İcra Hakimiyyəti Başçısı H.Abutalıbovun xx.xx.2017-ci il tarixli, 188 №-li, Sərəncamına əsasən “xxxx” MMC-nin xx.xx.2017-ci il tarixli, 01/H3 saylı müraciətini və İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 02 saylı razılıq məktubunu nəzərə alaraq İddiaçıMMC-yə dair Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamı və 13051 saylı inşaat pasportu “xxxx” MMC-nin adına keçirilmişdir. İddiaçının bu sərəncamdan xx.xx.2020-ci il tarixində xəbəri olmuşdur. İddiaçıya məlum oldu ki, “xxxx” MMC həmin ərazidə söküntü və tikinti işləri ilə məşğul olmaq üçün əraziyə gəlib-gedirlər. Həmin sərəncamın verilməsinə heç bir əsas yoxdur, etibarsızdır, ona görə də, məhkəmənin qərarı ilə etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qayıtmalıdır. Bütün bu proseslər saxta yolla, iddiaçının heç bir məlumatı olmadan baş vermişdir, iddiaçı belə bir sərəncamın verilməsinə razılıq verməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil, eyni zamanda, müvəqqəti xarakterli müdafiə tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən mübahisəli torpaq sahəsində tikinti və söküntü işlərinin aparılmasının üçüncü şəxs “xxxx” MMC-yə və digər şəxslərə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs “xxxx” MMC-yə qarşı “sərəncamın etibarsız hesab edilməsi barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sərəncamın etibarsız hesab edilməsi tələb olunan torpaq sahəsi üzərində üçüncü şəxs “xxxx” MMC və digər şəxslər tərəfindən qanunsuz tikinti işlərinin aparılması iddiaçının gələcəkdə mülkiyyət hüququnun kobud surətdə pozulmasına səbəb olacaqdır. Ona görə də, hazırkı inzibati tələbə baxılana kimi müvəqqəti xarakterli müdafiə tədbiri qismində Bakı şəhərinin Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən mübahisəli torpaq sahəsində tikinti və söküntü işlərinin aparılması üçüncü şəxs “xxxx” MMC və digər şəxslərə qadağan edilməlidir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının ləğv edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-7108/2020 saylı qərardadı ilə (hakim M.Qarayeva) ərizənin təmin edilməsi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs kimi göstərilməklə “Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiasına dair 2-1(112)-7108/2020 saylı inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək, Bakı şəhərinin Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən mübahisəli torpaq sahəsində tikinti və söküntü işlərinin aparılması üçüncü şəxs “xxxx” MMC-yə və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Qərardad icra edilməsi üçün Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Qərardaddan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hakim iddiaçının öz razılığı ilə verilmiş sərəncamın 3 il ərzində mübahisələndirilməməsinin səbəblərini müəyyən etmədən, iddianın mümkünlüyünü müzakirə etmədən bu cür qanunsuzluğa getməsi təəssüf doğurur. “İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəhər İcra Hakimiyyəti Başçısına ünvanladığı xx.xx.2017-ci il tarixli, 02 saylı razılıq məktubu cəmiyyətin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən icra edilmişdir. Həmin Sərəncamdan sonra Şirkət olaraq qanunla müəyyənləşdirilmiş qaydada fəaliyyətlərini davam etdirir və tikinti aparılması üçün ayrılmış ərazidən bir çox mənzillərin köçürülməsini həyata keçirmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, İddiaçı xx xxxxxx 2014-cü il tarixli, 618 saylı sərəncamın verildiyini, mübahisəli ərazidə yaşayan əhalinin mülkiyyətində olan əmlakların alındığını, orada söküntü işlərinin aparıldığını, daha sonra yeni binaların tikilməsi ilə əlaqədar İddiaçı digər layihələr üzrə işlədiyi üçün həmin ərazi ilə çox da maraqlana bilmədiyini, birdən-birə 2020ci ilin ortalarında əməkdaşların bu ərazinin onların olduğunu və onların burada söküntü işləri aparacaqlarını bildirdiklərini, Bakı ŞİH Başçısı H.Abutalıbovun verdiyi sərəncamda əmlakların həmin ərazidəki mülkiyyətçiləri razı salmaqla alınmasının göstərildiyini, İddiaçı qanuni təmsilçisi X2 o ərazidə olan bütün tikililərin hamısını alqı-satqı yolu ilə aldığını və mülkiyyətinə keçirdiyini, daha sonra onların xx.xx.2017-ci il tarixli, 188 saylı sərəncamın surətini təqdim etdiklərini, özünün Bakı ŞİH-ə sorğu da etdiyini, lakin nədənsə ona cavab ünvanlamadıqlarını, hər iki sərəncamı yan-yana qoyanda da onlar arasında kəskin fərqlər olduğunu, sərəncamın verilməsinə əsas olan sənədləri onlardan tələb etdikdə onların həmin sənədləri təqdim etməkdən imtina etdiklərini, bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqlarını, saxta yolla əldə etdikləri sərəncam nəticəsində onların orada tikinti və söküntü işləri aparmalarının onların mülkiyyət hüquqları pozduğunu bildirdi. Əlavə olaraq sədrlik edənin sualına cavab olaraq X4 Bəxtiyarın həyat yoldaşı olduğunu, Məmmədov Bəxtiyarın həm təsisçi, həm də direktor olduğunu, orada şərikli iş görülməli olduğunu, təsis payları 20 və yaxud da 200 manat olduğunu, formal olaraq 50% ilə şərik olan iddiaçının qaynanası olduğunu, Canbaxşieva Səfurə xanım və adamlarının tərəfindən həmin sərəncamın saxtalaşdırıldığını bildirdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər, Azərbaycan Respublikası İPMin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, işdə iştirak edən şəxsin izahatını dinləyərək, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq, hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərardadı ləğv edilməli, ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının “Qarşılıqlı razılaşma əsasında ayrılmış ərazinin bir hissəsində tikinti işlərinin layihələndirilməsi haqqında” 618 saylı, xx.xx.2014-cü il tarixli sərəncamından müəyyən edilir ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin xx.xx.2014-cü il tarixli, CS-02 saylı razılıq məktubu və İddiaçı xx.xx.2014-cü il tarixli, 02 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 126 saylı sərəncamı ilə Nəsimi rayonu, Bakıxanov, İ.İsmaylıov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yaşayış binalarının tikintisi məqsədi ilə «xxxx» MMCyə icarə əsasında ayrılmış 0,5495 ha. torpaq sahəsinin 0,3071 ha. hissəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. İşə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti başçısının İddiaçınə dair Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi haqqında” 188 saylı, xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2017-ci il tarixli, 01/H3 saylı müraciəti və İddiaçı xx.xx.2017-ci il tarixli, 02 saylı razılıq məktubu nəzərə alınaraq, "İddiaçı” MMC-yə dair Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 618 saylı sərəncamının və 13051 saylı inşaat pasportunun "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına keçirilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 7- 3153/17 saylı, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2013cü il tarixli, **********963400 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışda qanuni təmsilçi X3 qeyd edilmişdir. Eyni zamanda, həmin məktuba əlavə edilmiş İddiaçı MMC-nin direktoru Məmmədov Bəxtiyar tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli , No:2 məktubda Sərəncamdan, İnşaat Pasportundan, Ayrıc aktından irəli gələn bütün hüquqların “xxxx” MMC-yə aid edilməsinə dair Sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli, **********507000 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışda isə qanuni təmsilçi X5 göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyətinə yalnız əvvəlki çıxarışı təqdim etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbinin uğurluluq ehtimalı aydın deyildir. Ziddiyyətli maraqlar qiymətləndirildikdə isə, qeyd olunmalıdır ki, işin faktiki halları üzrə ziddiyyətli maraqların mövcudluğu da ortaya çıxmamışdır. Lakin mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçiyə münasibətdə hüquqi vəziyyətinin xeyli dəyişəcəyi səbəbindən ilkin tənzimləmə zəruridir. Başqa sözlə, mübahisəli və hələ qanuniliyinə məhkəmə tərəfindən qiymət verilməmiş sərəncamda göstərilmiş mübahisəli torpaq sahəsində söküntü-tikinti işlərinin aparılması sonradan müvafiq iş üzrə qəbul edilə biləcək qərarın iddiaçı tərəfin xeyrinə olacağı təqdirdə, iddiaçının hüquqlarının qorunması mümkün olmaya və ya xeyli dərəcədə çətinləşə bilər. İş materiallarında olan "İddiaçı” MMC-nin 50% təsis payının sahibi, digər təsisçi X1 tərəfindən məhkəməyə ünvanlanmış müraciətdə (müraciət Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmişdir, reyestrdə 8İ-10255 № ilə xx xxxxxx 2020-ci il tarixdə qeyd edilib) bildirilmişdir ki, hazırda "xxxx Məhdud Məsuliyyətli Cəmiyyətinin məsul şəxsləri ona müraciət edərək təsisçisi olduğu MMC tərəfindən onlara qarşı "xxxx” tələbi ilə bağlı məhkəməyə müraciət edildiyini bildirmişlər. MMC-nin 50% təsisçisi olaraq onun xəbəri və razılığı olmadan hazırkı uydurma iddia qaldırılıb. Nəticədə isə nüfuzdan düşmüşlər. Çünki təsisçisi olduğu MMC-nin adından iddia ərizəsində yazılanların hamısı şər böhtandır. MMC-nin direktoru iddia ərizəsində qeyd edir ki, guya onun heç nədən xəbəri olmayıb, təzəlikcə xəbər tutub, İcra Hakimiyyətinə razılıq ərizəsini yazmayıb, imzalamayıb. MMC-nin ümumi yığıncağının xx.xx.2017-ci il tarixli protokolu ilə hansı ki həmin iclasda MMC-nin direktoru X5 və MMC-nin digər 50% təsis payının sahibi X8 iştirak ediblər və onların yekdil qərarı ilə Sərəncamın “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına dəyişdirilməsi və bu işlərin direktora tapşırılması qərara alınıb. MMCnin direktoru X5 şəxsən gözü önündə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan razılıq məktubunda imza edib və möhürləyib. MMC-nin ümumi yığıncağının yekdil qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan razılıq məktubunun verilməsindən 3 ildən çox keçdikdən sonra ümumi yığıncağın yekdil qərarı olmadan MMC-nin direktoru X2 şəxsi qərarı ilə Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbov tərəfindən verilmiş xxxx tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 45-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. İşə baxan məhkəmə iddianın təmin tədbirini təmin edərək mübahisələndirilən qərardadla ərizədə qoyulan məsələni həll edərək Bakı şəhərinin Nəsimi rayonu, Bakıxanov, İ.İsmayılov, Vəzirov və C.Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən mübahisəli torpaq sahəsində tikinti və söküntü işlərinin aparılmasını üçüncü şəxs “xxxx” MMC-yə və digər şəxslərə qadağan etmişdir. Halbuki işə baxan birinci instansiya məhkəməsi hazırkı iş üzrə ziddiyyətli maraqları hərtərəfli qiymətləndirməmiş, iddianın uğurluluq ehtimalının aydın olmadığını qeyd etsə də, iddiaçının iddianın təmin tədbiri ərizəsini təmin etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 40.1-ci maddəsinə əsasən maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən inzibati aktın mübahisələndirilməsinə dair iddianın qaldırılması həmin aktın icrasını dayandırmır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən iddianın böyük ehtimalla uğurlu olub-olmayacağı məsələsinə qiymət verməmiş, İPM-nin 41.2-ci maddəsinin tələblərini nəzərə almamışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-7108/2020 saylı qərardadı ləğv edilməli, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-7108/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2029/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2029/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver