Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2029/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, Ərizəçi İddiaçı bağ sahəsinin sənədləşdirilməsi və həmin bağ sahəsində yeləşən tikilinin təmir olunmasına köməklik göstərilməsi tələbinə dair» ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, bağ sahəsinin özəlləşdiriməsinə və bağ sahəsi üzərində yerləşən tikilinin təmir olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizədə göstərilən əsaslarına görə, İddiaçı 1982-ci ildə Dəmiryolu İdarəsində işləmişdir. Bununla bağlı ona bağ sahəsi ayrılmışdır. İşlədiyi iş zərərli olduğu üçün 1992- ci ildə ona əlillik dərəcəsi verilmişdir. Ona ayrlmış bağ sahəsi üzərində öz hesabına yarımtikili inşa etmişdir. Bağ sənədsiz olduğundan tikili yarmıçıq qalmışdır. Hazırda istifadəsində olan bağ sahəsinin özəlləşdirilməsi və orada yerləşən yarımtikilinin bir otağının təmir olunması üçün köməyə ehtiyacı vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Ərizəçi apellyasiya şikayəti verərək hesab etmişdir ki, qərardad ləğv edilməli və işə yenidən baxılmalıdır. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı bağ sahəsinin sənədləşdirilməsi, və bağ sahəsindəki tikilinin təmir olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bldirmişdir ki, 1982-ci il tarixdən Dəmiyol idarəsində işləmiş və buna görə ona bağ sahəsi ayrılmışdır. İşlədyi iş zərərli olduğu üçün ona əlillik dərəcəsi verilmişdir. O. həmin bağ sahəsində öz hesabına tikili inşa etmişdir. Hazırda da həmin yarımçıq tikili qalmışdır. Ona görə də mən həmin tikilinin inşa edməsin və tikilinin özəlləşdirilməsi barədə məhkəməyə müraciət etsə də Bakı İnzibati məhkəməsinin 2-1(112)- 2759/2023 xx.xx.2023-ci il tarixli qərardadı ilə onun ərizəsi rnünkünsüz sayılmışdır. Ərizəçi qərardaddan narazıdır. Belə ki, məhkəmənin qərardadında ona dəqiqləşmə barədə məhkəməyə ərizə verilməsi barədə məlumat verildiyi bildirilir. Bildirir ki, o yaşlı adamdır, qulaqları da pis eşidir, məhkəmənin ona nəsə başa salması barədə heç bi məlumat yoxdur və eşitməmişdir. Ona görə də hesab edir ki, qərardad ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi İddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə ərizəçinin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, iş materiallarından görünür ki ərizəçi evsiz olmamış, onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış ünvan 1 ünvanında ümumi sahəsi 44,8 kv.m yaşayış sahəsi mövcud olmuş, həmin yaşayış sahəsini xx.xx.2014-cü il tarixdə bağışlama müqviləsi (No414234) əsasında qızı X2 bağışlamışdır. İkincisi, ərizəsinin mahiyyətinə gəldikdə,onun sənədləşdirilməsini tələb etdiyi, Dəmiryolu İdarəsi tərəfindən ona verildiyini iddia etdiyi torpaq sahəsinin hər hansı bir əsasla onun istifadəsinə verildiyini təsdiq edə bilən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsində göstərilən hüquqmüəyyənedici sənədlər (qərar, müqavilə) yoxdur. İşdən də görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış **********27 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün ilkin hüquqmüəyyənedici sənədlərin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Nazirlər X1 Nazirliyinə daxil olmuş müraciətinə xidmətdə baxılmışdır. Xidmətin Bakı ərazi şöbədinin işçiləri tərəfindən araşdırılan zaman sözügedən torpaq sahəsi dəmir yolunun mühafizə zonası olduğu müəyyən edilərək Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və işçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq, aidiyyəti üzrə müraciət etmək hüququ ona izah edilmişdir. Eyni zamanda, Bakı şəhəri Suraxanı rayonu İca Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də ərizəçiəyə ünvanlanmış 1/82 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda ona bildirilmişdir ki, onun mənzilinin təmiri və hasarın tikilməsinə köməyin olunması ilə bağlı rayon İcra Hakimiyyəti dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən təşkilat olduğundan və dövlət büdcəsinə Rayon İcra Hakimiyəti üçün təsdiq edilmiş xərclər smetasında vətəndaşlara maddi köməkliyin olunması nəzərdə tutulmamışdır. Sözügedən torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahələrinin sənədləşdirilməsi başladığı təqdirdə müraciəti nəzərə alınacaqdır. Hal-hazırda sənədləşmə icra olunmur. Tədqiq olunan məktublardan da göründüyü kimi, ərizəçinin sənədləşdirilməsini tələb etdiyi torpaq sahəsinə dair hazırkı iddianı qaldırmaqda subyektiv hüququnu müəyyən edən torpaqayırma sənədi yoxdur .Torpaq dövlətə məxsusdur. Belə olan halda, birincisi, onun həmin torpaq sahəsində hər hansı bir tikili inşa etmək hüququ da mövcud olmur. İkincisi, onun həmin torpaq sahəsindəki yarımçıq tikilinin təmirinin başa çatdırması üçün dövlət orqanlarından maliyyə yardımı almaq imkanı da qanunvericilikdə nəzərdə tutulmamışdır. Ərizəçi nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hisəsi isə nəzərdə tutur ki, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Üçüncü bir tərəfdən, qeyd olunmalıdır ki, ərizəçinin iki hissədən ibarət bağ saəhəsinin sənədləşdirilməsi və orada yerləşən yarımçıq tikilinin təmirinə köməklik göstərilməsi barədə iddia tələblərinin ünvançıları, yəni cavabdehləri də müəyyən olunmamış, həmin tələblərin bir iddiaçıya qarşı birləşdirilməsi də İPM-in 37-ci maddəsinin tələbi baxımından düzgün deyildir. İş materiallarından görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü və 48.1-ci maddələrinin tələblərindən irəli gələn vəzifələrini yetirərək, ərizəsinin dəqiqləşdirilməsi ərizəçiyə təklif olunaraq müvafiq səylər göstərilsə də bütün bunlar nəticəsiz qalmışdır. Əslində, ərizəçinin apellyasiya şikayətində də qeyd olunanlar dolayısı ilə etiraf olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 35.1-ci maddəsi isə onu nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması baxımından, ərizəçiyə izah edilir ki, inzibati icraat qaydasında qaldırılan iddia ərizəsi - subyektiv hüququ olan şəxs tərəfindən qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı qaldırıldığı və inzibati icraat qaydasında baxılan iddia növünə uyğun olduğu və sübutlar da əlavə olunmaqla, formal şəkildə əsaslandırıldığı halda - məhkəmə icraatı mümkün sayıla bilər. Konkret halda isə ərizəçinin irəli sürdüyü tələbləri həmin mümkünlük şərtlərinə cavab vermədiyindən, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2-1(112)-2759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəçinin tələblərinin mümkün saylımaması, İPM-in 35.1 və 35.3-cü maddələrinin tələblərinə uyğun nəticə kimi qiymətləndirilməlidir. Bu baxımdan, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətinin, məhkəmənin dəqiqləşmə barədə məlumatını eşitmədiyini, əsassız qərardad qəbul etdiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2759/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2029/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2029/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver