Məhkəmə qərarları › İş №2-1(103)-203/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-203/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-203/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3301/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məcburetmə haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1). İddianın əsaslarına görə xx.xx.1959-cu il təvəllüdlü iddiaçı əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamış, 09.01.981-xx.xx.2007-ci illərdə Azərelektromaş İstehsalat birliyində (indiki; Yeni BEMZ ASC) çalışmışdır. Həmin dövrdə, 2006-cı ilə qədər qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bənidinə müvafiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərələ pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısında nəzərədə tutulan (kod 23200000-33775) xüsusilə zərərli iş şəraitində kompressor və nasos qurğulpalarının maşinisti peşəsində, bundan əlavə xx.xx.2009xx.xx.2017-ci ilə qədər Bakı Metropoliteni” QSC-də xüsusilə ağır elektrik çilingəri kimi peşələrdə işləmişdir. O, yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də ona cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" ASC-də kompressor qurğularının maşinisti kimi işlədiyi dövrə dair həmin müəssisənin xx.xx.2021-ci il tarixli 59-18/10 nörməli arayışında onun kompressor qurğularının maşinisti kimi əmək fəaliyyəti ilə məşğul olarkən tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyən edildiyi qeyd olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... Məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, düzgün olmayan qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısıının ümumi peşələr (35) bölməsində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrə işlərdə kompressor qurğularının maşinistləri vəzifəsi nəzərədə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə İddiaçı xx.xx.1995-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində Yeni BEMZ” ASC-də kopressor qurğularının maşinisti kimi işlədiyi dövrə dair həmin müəssisənin xx.xx.2021-ci il tarixli 59-18/10 nörməli arayışında onun kompressor qurğularının maşinisti kimi əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ü.Şikarlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin ounmasını, iddiaçının nümayəndəsi Nümayəndə isə onunla razılaşmamış qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının xx.xx.1959-cu il tarixdə doğulduğu nəzərə alınmaqla, onun 57 yaşı 1 iyul 2017-ci il tarixədək tamamlanır. Belə olan halda onun 57 yaşdan pensiya hüququnun yaranması məsələsinə əmək pensiyaları haqqında qanunvericiliyin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan normalarına münasibətdə yoxlanılıb qiymət verilməlidir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər – 55 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə 55 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən artıq 57 yaş təşkil etmişdir). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir (Bundan əvvəl də, 1956-cı il 01 oktyabr tarixdən qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “v” bəndinə, habelə , SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndinə əsasən də “texniki peşə məktəblərində təhsil müddəti” ümumi staja daxil edilirdi.) Cavabdehin apellyasiya şikayətindən görünür ki, iddiaçının istər 1 yanvar 2006-cı il tarixinə , istərsə də xx.xx.2017-ci il tarixinə kimi, tələb olunan azı 25 il ümumi stajının mövcudluğu mübahisələndirilmir (İş materiallarından görünür ki, təkcə onun 1978-1980-cı iləlrdə hərbi xidmət dövrü ilə 09.01.981-ci ildən xx.xx.2006-cı ilə qədər Azərelektromaş İstehsalat birliyində (indiki; Yeni BEMZ ASC) olan əmək fəaliyyəti birlikdə 25 ildən dəartıqdır). Cavabdehin apellyasiya şikaytində mübahisələndirilən məsələ onun güzəştli stajı ilə bağlı olub ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixli 59-18/10 nörməli izahlı arayışda iddiaçının xx.xx.1995-xx.xx.2007-ci illərdə "xxxx" ASC-də kopressor qurğularının maşinisti kimi əmək fəaliyyəti ilə məşğul olarkən tətbiq edilən maddələrin təhlükəlilik sinifi və həmin sinfin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən” - hesablanmasını nəzərdə tutur. "xxxx" ASC-nin işə əlavə olunmuş 59-18/06 nmrəli xx.xx.2022-ci il tarixli izahlı arayışına əsasən müəyən olunur ki, iddiaçı həmin müəssisədə zərərli iş şəraitində aşağıdakı işlərdə çalışmışdır: xx.xx.1981-xx.xx.1995-ci illərdə zavodun 5 saylı sexində; xx.xx.1995-xx.xx.1995 dövründə isə həmin zavodun 16 saylı sexində elektrik avadanlıqlarının sazlayıcısı – cəmi, 14 il 1 ay 11 gün; xx.xx.1995-xx.xx.2007-ci illərdə xüsusilə zərərli iş şəraitində kompressor və nasos qurğulalarının maşinisti – xx.xx.2006-cı ilə qədər 10 il 10 ay 11 gün; xx.xx.2007-ci il tarixə qədər 10 il 11 ay 25 gün. Eyni zamanda izahlı arayışda aşağıdakılar qeyd olunmuşdur: “O, exnoloji proseslərə əasən aşaığdakı işləri yerinə yetirmişdir. Zavodu isti və soyuq su, buxar, su buxar və dəzgahları yüksək təzyiqli hava ilə təmin edən stansiyada quraşdırılmış nasos və kompressorlara texniki təzyiqi, tempraturun texnoloji proseslər uyğun normada saxlanılmasını tənzimləyir, cədvəl üzrə istismar olunan qurğu və avadanlıqların profilaktik və təmirini həyata keçirmişdir. Nasos və kompressor stansiyalarında iş zamanı səsin səviyyəsi 110-125 esibel olur. Göstərilən faktor iş gününün 90 %-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Xüsusilə zərərli iş şəraitindəndə işlədiyinə görə əlavə əsmək haqqı və məzuniyyət verilmişdir. 2-ci siyahı ilə pensiya almaq hüquq vardır.” "xxxx" ASC-nin işə lavə olunmuş xx.xx.2023-cü il tarixli digər izahlı arayışında da göstərilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildən (Əmr 12/xx.xx.1981-ci il) -xx.xx.2007-ci ildədək (Əmr 11/xx.xx.2007-ci il) "xxxx" ASC-də işləmişdir: 1) xx.xx.1981-ci ildən xx.xx.1986-cı ilədək - yığıcı çilingər -5 il 2 ay 6 günr; 2) xx.xx.1986-cı ildən xx.xx.1995-ci ilədək – elektrik avadanlıqlarının sazlayıcı (8 il 9 ay 26 gün); 3) xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək - kompressor qurğularının maşinist şagirdi; 4) xx.xx.1995-ci ildən xx.xx.2007-ci ilədək (10 il 11 ay 25 gün) kompressor qurğularının maşinisti. Sazlayıcı – gücü 100 kvt yuxan əl mühərriklərinin təmiri zamanı aşağıdakı sazlama işlərini yerinə yetirir. Elektrik mühərriklərinin statorlarının emal naqilli dolaqlarını təmir etmək üçün şüşəli sintofleks materiallardan, elektrik kömürü və elektrik şotkadan istifadə edərək sazlayır. Mühərrikin səthini uayt - spirit və ksilol ilə islanmış əski ilə silir. Yüksək dəqiqlik və təmizlik tələb olunan el.mühərriklərinin sazlanmasında almaz dairəciklərdən istifadə olunur. Mühərrik tilişkilərdən təmizlənir və lazımı vəziyyətə gətirilir. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qəran ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” maddə 12 sət. 44 səh. 104. Bu peşə üzrə 8 il 10 ay 26 gün güzəştli əmək stajı təşkil edir (kod -2160000a-1753”). Bundan başqa işə əlavə olunmuş "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı: -“ xx.xx.2009- xx.xx.2011-ci il tarixlərdə Bakı metropoliteninin Elektromexanika xidmətində ağır əmək şəraiti ilə, xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək və xx.xx.2015--xx.xx.2017-ci il tarixinədək zərərli əmək şəraiti ile elektrik çilingəri peşəsində çalışmışdır (cəmi, 6 il); -xx.xx.2017-ci il tarixindən Elektromexanika xidmətinin 3 saylı Elektromexanika distansiyasının 4-cü su təchizatı sahəsində xüsusi zərərli əmək şəraiti ilə elektrik çilingəri peşəsində işləyir...Çalışdığı peşələr üzrə əmək stajı 14 il 18 gün (on dörd il on səkkiz gün) (xx.xx.2023-cü il tarixinə) təşkil edir və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu Bina, qurğu və digər obyektlərin inşası; yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işler maddəsinin “a” (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) bəndi ilə tənzimlənir ki, bu da qüvvədən düşmüş xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 22901000 1.Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər maddəsinin 2290100a-19931 (avadanlığın təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər)) koduna aiddir. Su təchizatı sahəsinin elektrik çilingəri peşəsinin əsas vəzifə və funksiyaları su təchizatına aid olan texnoloji proses cədvəlində nəzərdə tutulmuş bəndlərin yerinə yetirilməsi, o cümlədən boru kəmərlərində, kanalizasiya xətlərində və digər aidiyyatı avadanlıqlarda baş vermiş qəza hadisələrin aradan qaldırılması və s. işlərdən ibarətdir. Su təchizatı sahəsinin elektrik çilingəri sahədə olan su və kanalizasiya xətlərinin, avadanlıqların fasiləsiz və qəzasız işinə, texnoloji proses cədvəlinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə, həmçinin obyektlərin sanitar vəziyyətinə görə cavabdehlik daşıyır.” Beləliklə də, iddiaçı 12 il 6 aydan da çox xüsusilə zərərli iş şəraitində güzəştli pensiya hüququ verən işlərdə çalışmışdır. Belə olan halda, onun 1 iyul 2017-ci il tarixinədək 57 yaşının (xx.xx.2017) tamam olduğu nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə həmin tarixədək qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Odur ki, cavabdeh tərəfindən ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını mahiyəti üzrə düzgün nəticə kimi qiymətləndrir. Ona görə də, qeyd olunanları və mübahisəyə İPM-in 82-ci maddəsi baxımından cavabdehin şikayəti həddində baxıldığını nəzərə alan məhkəmə kollegiyası, sonuncunun birinci instansiya məhkəməsi tərəfindən hüququn tətbiqində səhvə yol verildyini, düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3301/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar