Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2034/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi və plan və ölçü sənədinin tərtib edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2022saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə bağ massivində yerləşən 32 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırımışıdır. Məhkəmə iclasınnın yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştriak etmirlər və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçı tərəfindən təqdim olunmuş Bakı Ağac Yonqarları Plitəsi zavodunun Həmkarlar Komitəsinin zavod kollektivi ilə birgə iclasının 16/7 nömrəli xx.xx.1988-ci il tarixli Protokoluna əsasən zavodun 108 nəfər işçisi yeni təşkil olunmuş bağçılıq təsərrüfatına üzv qəbul edilmişlər. Müvafiq siyahıda iddiaçının adı 31-ci sıradadır. Yeni təşkil olunmuş bağçılıq təsərrüfatı “Çiçək” adlandırılmışdır. Həmin protokolda qeyd olunur ki, Bakı İcraiyyə Komitəsi tərəfindən Sulu-Təpə sahəsində 6,66 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini (təsərrüfat sahəsini çıxmaqla) hər biri 500 kv.m. olmaqla zavodun 108 işçisinə bölmək tələb olunur. İddiaçı tərəfindən 32 nömrəli bağ sahəsinə dair bağçının üzvlük kitabçası təqdim edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1980ci il tarixli 1/25 saylı qərarının arxiv çıxarışına əsasən, Sulu-Təpə qəsəbəsində 33 üzvdən ibarət Bakı Ağac Yonqarları Plitəsi zavoduna torpaq sahəsi ayrılmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən “Çiçək” bağçılıq yoldaşlıq təsərrüfatının arxiv qovluğunda mövcud üzvlərinin siyahısı təsdiq olunmuşdur. Qeyd edilən siyahıda İddiaçı adı yoxdur. - Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən əlavə olaraq Bakı Ağac Yonqarları Plitəsi Zavodunun bağçılıq-yoldaşlıq birliyinə dair arxiv qovluğunda bağların yerləşmə sxeminin aşkar edilmədiyi bildirilmişdir. - Cavabdeh qurum tərəfindən təqdim olunan akta əsasən, Bakı Ağac Yonqarları Plitəsi Zavodunun bağçılıq-yoldaşlıq birliyinə ayrılmış torpaq sahəsinin ölçüsü 6,6 ha-dır və Bakı şəhər XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/330 saylı qərarına əsasən, Zirə qəsəbəsində 60 üzvdən ibarət Bakı Ağac Yonqarları Plitəsi zavoduna torpaq sahəsi ayrılmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı Ağac Yonqarları Plitəsi Zavodunun “Çiçək” bağçılıq-yoldaşlıq təsərrüfatına dair bölgü sxemi mövcud deyil, həmin bağçılıqyoldaşlıq təsərrüffatının arxiv qovluğuna əsasən üzvlərinin siyahısı məhkəmə tərəfindən tədqiq edilmiş və həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir.Həmçinin iddiaçı tərəfindən müvafiq siyahının arxiv qovluğundakı siyahıyla üst-üstə düşmədiyini, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin arxiv qovluğuna uyğun gələn siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışın qeydiyyat üçün əsas olduğunu nəzərə məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddasina əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növüna üstünlük verilmir. Mülkiyyat hüququ, o cümlədən xüsusi mülkiyyat hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına va ya başqaları ila birlikda əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibaratdir. Heç kəs məhkəmənin qararı olmadan mülkiyyətindən məhrum edilə bilməz. "Torpaq islahatı haqqında” Azarbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təəarrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Mülki Məcəllənin 157.1 maddəsinin tələblərinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 1988-ci ildən halhazıradək həmin bağ sahəsi iddiaçının istifədəsindədir. Həmin sahədə fərdi yaşayış evi tikmiş uzun müddətdir ki, orada yaşayır. 32 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlat reyestrinda qeydiyyata alınmasına dair əriza ilə Azarbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə müraciət edilmiş, cavabdeh inzibati orqan tərəfındən hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfındən hüquqların dövlat reyestrində qeydiyyata alınmasından əsassız imtina edilmişdir. Cavabdeh oqan imtinaya əsas kimi 1 saylı Bakı ərazi İdarəsinin arxivinə təqdim edilmiş "Çiçək” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçı Bakı Ağac Yonqarları Plitasi zavodunda 1981ci ildən işlədiyi üçün ona bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfındən torpaq sahəsi ayrılmış, həmin sahədə fərdi yaşayış evi tikmiş və otuz ildan artıqıdır ki, orada yaşayır. Torpaq və əmlak vergisi ödəmişdir. Sözügedən sahəyə dair hər hansı digər fiziki şəxsin müraciəti də mövcud deyildir. Məhkəmə kollegiyası, həmçinin onu da vurğulayır ki, arxiv siyahıya iddiaçının adının daxil edilməməsi iddiaçının mülkiyyət hüquqlarının qeyddiyyata alınmasından imtina üçün əsas deyildir. Məhkəmə bildirir ki, iş materiallarında olan üzvlük kitabçası və "Çiçək” Bağçılıq Yoldaşlığı üzvlərin İclasının protokolundan çıxarış və digər sənədlər iddiaçının 32 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlat reyestrində qeydiyyata alınması üçün əsaslı esab edilməlidir. Həmçinin məhkəmə kollegiyasına təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçının təqdim etdiyi siyahıda (No 31) adı qeyd edilən X1 torpağ sahəsinə və evinə dair çıxarış mövcuddur. Eyni zamanda iddiaçının bağ qonşuları Polad Fəprzəliyev və Sərfinaz Rzayevanın da çıxarışları məhkəməyə təqdim olunmuşdur. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azarbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinin tələblərinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyati orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfındən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası va ya üzvlərin İclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. "İnzibati icraat haqqında” Azarbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfındən təqdim olunan sənədlər və dəlilləər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbarliyinİ təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1 -ci maddəsinin 1 -ci hissəsində nəzərdə tutulmuş "mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da "mülkiyyət hüququ” kimi tanınmalı va bu maddanin məzmunu baxımından "mülkiyyat” hesab olunmalıdır (İatridis Yunamstana qarı iş üzrə 25 mart 1999-cu il tarixli Qərar, Ne 31 107/96, Ş 54). "Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkilda istifadasinin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. "Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqİ müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir”. Hər bir işdə, işin bütün halları nazara alınmaqla, bu halların ərizəçiəa 1 saylı Protokolun İ-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (Saghinadze va başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, Ne 18768/05, Ş 103). Beləliklə kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 22-1(112)-1912/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1912/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə bağ massivində yerləşən 32 nömrəli bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsi və daşınmaz əmlaka ünvan verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2034/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2034/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver