Məhkəmə qərarları › İş №2-1(103)-2035/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2035/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2035/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “9330 manat dəymiş ziyanın tutulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-749/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “qarajın sökülməsi nəticəsində dəymiş ziyana görə cavabdehdən 9330 manat məbləğində pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-749/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, “Kaspiyets-2” Qaraj Kooperativində yeləşən İddiaçı məxsus 31 №-li qarajın sökülməsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 9330 manat məbləğində pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilib iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Hazırki işdə cavabdeh inzibati orqanın adından verilmiş apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən olundu ki, şikayət cavabdeh orqanın adından nümayəndə qismində göstərilən şəxs- Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri X1 tərəfindən imzalanmışdır. Ramil Qədimquliyevə verilmiş etibarnamə isə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müaraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mövsümova tərəfindən imzalanmışdır. X2 Ramil Qədimquliyevə apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən etibarnamənin verildiyi müəyyən olunmur, belə ki, həmin etibarnamə apellyasiya şikayətinə əlavə edilməmişdir. Bununla bağlı apellyasiyanın mümkünlüyünün yoxlanılması məsələsinə baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da iddiaçı və 3-cü şəxs iştiraklarını təmin etməmişlər. Cavabdehin nümayəndəsi hazırki iş üzrə apellyasiyanın mümkünlük məsələsinə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə İddiaçı və 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı, keçirilmiş məhkəmə iclası zamanı məhkəmə kollegiyası tərəfindən cavabdehin nümayəndəsi Fuad Pənahova apellyasiya şikayətini imzalayan şəxs- Ramil Qədimquliyevə apellyasiya şikayətini vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən sənədi (etibarnaməni) məhkəməyə təqdim etməsi təklif edilmiş və bu məqsədlə məhkəmə iclası günün başqa saatına təxirə salınmışdır. Təxirə salınmış məhkəmə iclasında cavabdehin nümayəndəsi icra hakimiyyəti orqanının adından verilmiş sənədlərin imzalanması səlahiyyətinin Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri Ayaz İmaməliyevə məxsus olduğunu, lakin hazırki iş üzrə verilmiş apellyasiya şikayətini İdarənin adından imzalayan Ramil Qədimquliyevə belə şikayətləri vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən sənədi (etibarnaməni) təqdim etmək imkanının olmadığını bildirmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov və ya Aparat rəhbəri Ayaz İmaməliyev tərəfindən şikayəti imzalayan şəxsin- Ramil Qədimquliyevin adına bunun üçün səlahiyyətverici etibarnamənin verilməsi barədə isə məlumatının olmadığı üçün həmin sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Hazırki iş üzrə cavabdehin nümayəndəsi tərəfindən apellyasiya şikayətini imzalayan şəxs Ramil Qədimquliyevə münasibətdə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov və ya Aparat rəhbəri Ayaz İmaməliyev tərəfindən imzalanmış, apellyasiya şikayəti vermək və onu imzalamaq üçün səlahiyyətli olmasını təsdiq edən sənəd (etibarnamə) ona bu barədə müvafiq hüquqi yardım göstərilib, müəyyən vaxt verilməsinə baxmayaraq məhkəməyə təqdim olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1, 86.1.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-749/2022 saylı 23 fevral 2022-ci il tarixli qərarından cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin adından X1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar