Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2036/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Keşlə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 50/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Keşlə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi çıxarışa əsasən onun mülkiyyətindədir. Cavabdehin qərarı əsasında ona ümumilikdə 31534,74 manat vergi borcu hesablanmışdır. Həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, torpaq sahəsi onun yox, dövlət mülkiyyətindədir. Həmin hal araşdırılmadan ona torpaq vergisi hesablanmışdır. Həmçinin, qərarda göstərilən məbləğdə əmlak vergisinin də tələb edilməsi qanunsuz və əsassızdır. Belə ki, əmlak vergisinin hesablanması düsturu, kriteriyası aydın deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi qismən təmin edilmiş, Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarı qismənəlavə 6493,85 manat torpaq və əmlak vergisinin faizi ilə birlikdə hesablanması hissəsində ləğv edilmiş, Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarının 25140,89 manat əmlak və torpaq vergisinin faizi ilə birlikdə hesablanmasının ləğv edilməsi hissəsində iddia rədd edilmiş və ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğində prosessual xərcin 62 manat hissəsinin cavabdeh tərəfindən, 238 manat hissəsinin iddiaçı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi vəzifəsinin həmin şəxslərə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspert rəylərindən göründüyü kimi 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat təşkil etməkdədir. İddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır ki, ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil etməkdədir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilmişdir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu isə 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Lakin buna baxmayaraq, işə baxmış hakim ekspert rəyləri və iş materiallarında olan sənədlərə əsasən iddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edildiyi halda və iddiaçının ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edildiyini bildiyi halda, 25.140,89 manat məbləğində müəyyən edilən qalıq borc və faiz borcundan iddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə ödənilən 19.218,76 manat məbləğində pul vəsaitini çıxmalı olduğu halda, bunu da etməmiş, yalnız hesab etmişdir ki, cavabdeh tərəfindən qəbul edilmiş torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarı qismən- 6493,85 manat torpaq və əmlak vergisinin faizi ilə birlikdə hesablanması hissəsində ləğv edilməli, iddia digər- 25140,89 manat əmlak və torpaq vergisinin faizi ilə birlikdə hesablanması hissəsində cavabdehin qərarının ləğv edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi 59.1. Vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
196. Bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. 198.1. Fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: 198.1.1. onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə - onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə): Fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələri (manatla) Yaşayış məntəqələri Bakı 0,4 Gəncə, Sumqayıt şəhərləri və Abşeron 0,3 rayonu Digər şəhərlər (rayon tabeliyində olan 0,2 şəhərlər istisna olmaqla), rayon mərkəzləri Rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron 0,1 rayonunun qəsəbə və kəndləri istisna olmaqla)
203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 206.3. Bu Məcəllənin 206.1-ci və 206.1-1-ci maddələrində nəzərdə tutulmuş torpaqlar istisna olmaqla, torpaq sahəsinin hər 100 kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur: Sənaye, tikinti, nəqliyyat, Yaşayış fondlarının, rabitə, ticarət-məişət xidməti və həyətyanı sahələrin torpaqları və digər xüsusi təyinatlı torpaqlar vətəndaşların bağ sahələrinin Yaşayış (manatla) tutduğu torpaqlar (manatla) məntəqələri 10000 m2- 10000 m2- 10000 m2- dən yuxarı olan 10000 m2- dən yuxarı olan dək olduqda hissə üçün dək olduqda hissə üçün Bakı şəhəri, habelə onun 10 20 0,6 1,2 qəsəbə kəndləri Gəncə, Sumqayıt, Xırdalan şəhərləri 8 16 0,5 1,0 Abşeron rayonunun qəsəbə kəndləri Digər şəhərlər rayon mərkəzləri 4 8 0,3 0,6
Rayon tabeliyində olan şəhərlər, qəsəbələr kəndlər 2 4 0,1 0,2
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallara və həmin əmsallara əlavəyə əsasən qeyri-yaşayış sahəsnin yerləşdiyi zona 7-ci zona olmaqla 0,95 əmsal tətbiq edilir. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun: 5.1. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 8.0. Yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi müvafiq qanunvericiliklə müəyyən edilir. Qanunvericilik normalarının tələbindən göründüyü kimi fiziki şəxslərin əmlak vergisi, eləcə də torpaq vergisi yerli vergi hesab edilir. İddiaçının qeyd etdiyinin əksinə torpaq vergisinin ödəyicisi qismində isə təkcə torpaq sahəsinin mülkiyyətçisi yox, eləcə də istifadəçisi də çıxış edir. Belə ki, Məcəllənin 203.1-ci maddəsinin aşkar tələbindən görünür ki, Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edildir ki, təkcə mülkiyyətçi yox, eləcə də torpaqdan icarə və digər əsaslarla istifadə edən şəxslər, eləcə də əmlak kompleksinin altındakı torpaq sahəsinin istifadəçisi olan iddiaçı bələdiyyə büdcəsinə ödənilməli olan torpaq vergi ödəyicisi hesab edilir. Hazırkı işin hallarından göründüyü kimi iddiaçı barəsində cavabdeh 22292,82 manat məbləğində faiz borcu ilə birlikdə əmlak vergisi, 9341,92 manat məbləğində faiz məbləği ilə birlikdə torpaq vergisi, ümumilikdə 31634,74 manat vergi borcunun hesablanması barədə qərar qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı 02 mart 2022-ci il tarixli qərardada əsasən daxil olan 25 oktyabr 2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat müəyyən edilir. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır. Bu səbəbdən də ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil edir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, həmin rəy üzrə gəlinmiş nəticə əsas götürülməklə də əlavə sualın cavablandırılması istiqamətində əlavə ekspertizanın keçirilməsi barədə qərardad qəbul edilsə də, məzmun baxımından əlavə ekspertizanın keçirilməsi ilə bağlı olaraq həmin qərardad formaca təkrar ekspertizanın keçirilməsi barədə qərardad təsiri bağışlamışdır ki, məhkəmə iş üzrə gəlinmiş nəticəyə münasibətdə gəlinən nəticənin mötəbərliyi baxımından növbəti dəfə daxil olan rəyi sübut qismində cəlb edilməməsi qənaətindədir. Belə ki, əlavə ekspertizanın keçirilməsinin məqsədi qərardadın özündən də görünür ki, əlavə ekspertiza hesablama Vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminə uyğun olub-olmaması ilə bağlı olmuş, lakin qərardadın nəticə hissəsində ilkin ekspert rəyində olan sualların da təkrarlanması formal baxımından qeyd edildiyindən həmin qərardad üzrə məhkəməyə daxil olmuş 18 oktyabr 2023-cü il tarixli ekspert rəyi gəlinən nəticəyə təsir edə bilən sübut qismində tanınmamalıdır. Həmin rəyin ilkin ekspert rəyi verən şəxs tərəfindən təkrarən imzalanması da Kollegiya hesab edir ki, həmin rəyin mötəbərliyi baxımından nəzərə alınmalıdır. Bu zaman həmin rəydə, əlavə ekspertizanın keçirilməsi üçün əsas olmuş sualın, ümumiyyətlə cavablandırılmaması da rəyin mötəbərliyini Kollegiya hesab edir ki, şübhə altına alır. İş materiallarında olan ilkin ekspert rəyindən və digər sənədlərdən də göründüyü kimi 15132,40 kv.m torpaq sahəsinə görə torpaq vergisinin məbləği 10.132,40 manat təşkil etməkdədir. İddiaçı tərəfindən 2015-2019-cu illərdə ümumilikdə 4.026,48 manat məbləğində ödəniş aparılmışdır ki, ödənilməli olan vergi borcu 6.105,92 manat təşkil etməkdədir. Ödənilməmiş torpaq vergisinə görə də 2.378,12 manat faiz hesablanır. Beləliklə də ümumilikdə 8,484,04 manat məbləğində ödənilməli olan torpaq vergisi və faiz borcu mövcuddur. Qeyri-yaşayış sahəsinin ölçüsü 14,558 kv.m olduğundan hesablanmalı olan əmlak vergisi 27.660,20 manat müəyyən edilmişdir. 2015-2019-cu illər üzrə əmlak vergisi üzrə ümumilikdə 15,192,28 manat ödəniş aparılmışdır. Ödənişlər nəzərə alındığı təqdirdə ödənilməli olan vergi borcu isə 12,467,92 manat məbləğində müəyyən edilir. Faiz məbləği isə 4,188,93 manat məbləğindədir. Ümumilikdə torpaq və əmlak vergisinə görə qalıq borc və faiz borcu 25.140,89 manat məbləğində müəyyən edilir. İddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi müəyyən edilir. Ekspert rəyindən, eləcə də digər sənədlərdən göründüyü kimi mübahisələndirilən qərar əsasında iddiaçıya ümumilikdə 31634,74 manat vergi borcu faizlə birlikdə hesablansa da, onun əmlak və torpaq vergisi üzrə faizlə birlikdə borcu 25140,89 manat olmuş, iddiaçıya əlavə borc məbləği hesablanmış, qərar əlavə borc məbləğinin hesablanması hissəsində qanunsuz və əsassız olmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ekspert rəylərinə əsasən müvafiq dövrlər üzrə faiz borcu ilə birlikdə 44.359,65 manat (10.132,40 manat torpaq vergisi + 2.378,12 manat (faiz) + 27.660,20 manat əmlak vergisi +4,188,93 manat (faiz) ) torpaq və əmlak vergisinin hesablandığı müəyyən edilir. Həmçinin, rəydə iddiaçı tərəfindən Keşlə Bələdiyyəsinə ümumilikdə 19.218,76 manat məbləğində pul vəsaitinin ödənildiyi qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının əmlak və torpaq vergisi üzrə faizlə birlikdə borcu 25140,89 manat (44.359,65 - 19.218,76) olduğu qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi, Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarının qismən- əlavə 6493,85 manat torpaq və əmlak vergisinin faizi ilə birlikdə hesablanması hissəsində ləğv edilməsi, Keşlə Bələdiyyəsinin torpaq və əmlak vergisinin ödənilməsi haqqında 07 avqust 2020-ci il tarixli qərarının 25140,89 manat əmlak və torpaq vergisinin faizi ilə birlikdə hesablanmasının ləğv edilməsi hissəsində iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməli, qərar mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-50/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev