Məhkəmə qərarları › İş №2-1(103)-2039/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2039/2023

11.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2039/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X2 vkatibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair rəyin tərtib edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli, **********51 reyestr nömrəli 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib etməsi ilə bağlı cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2ci küçə, 9-cu sahədə yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2020ci il tarixli **********51 reyestr nömrəli 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə zərurət yaranmışdır. Ona görə ki, xx.xx.2020-ci ildə alqı-satqı müqaviləsi bağlayaraq ailəsi ilə yaşamaq üçün ev tikmək niyyəti ilə torpaq sahəsi almışdır. Torpaq sahəsini alanda orada bir neçə tikili villalar, fərdi yaşayış evləri var idi və satıcı bildirmişdir ki, bu massiv sırf yaşayış evləri üçün nəzərdə tutulub. Torpağa dair çıxarış alanda isə təyinat qrafasında «digər təyinatlı torpaqlar» yazılması onda inam yaratdı ki, həqiqətən də satıcı doğru deyir və gördüyü kimi, bu massivdə artıq ondan əvvəl bir neçə ailə villa və evlər tikərək yaşayırlar. Sonradan həmin torpaq sahəsində evin tikintisinə başlamaq istədikdə isə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evini tikmək üçün icazə verilmədi. Bildirildi ki, fərdi yaşayış evinin tikintisi üçün ilk əvvəl torpağın kateqoriyası dəyişdirilməlidir. O, xx.xx.2021-ci il tarixdə torpağın kateqoriyasının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırmışdır. Ona bu müraciət əsasında bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»na uyğun olaraq Bakı şəhər İcra Hakimiyyətinin razılığı (rəyi), dəyişdirilməsinin əsaslandırılması, situasiya planı və ya layihələndirilən ərazinin baş planı, torpaqların istifadəsi ilə bağlı fəaliyyətin X3sının müsbət rəyi, torpaq sahəsinin ərazi planlaşdırılması sənədlərinə uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi və sifarişçinin vəsaiti hesabına tərtib edilmiş yerquruluşu planı təqdim edilməklə, torpaq mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırıldığı və həmin qaydaların 3.3-cü yarımbəndinə əsasən, müvafiq tapşırıq daxil olduğu təqdirdə məsələyə mövcud qanunvericiliyə uyğun cavab veriləcəkdir. Müvafiq olaraq ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun X3 Agentliyindən müsbət rəy ala bilmişdir. Bakı şəhər İcra Hakimiyyətinə razılıq (rəy) verməsi üçün 4 dəfə müraciət ünvanlamışdır. Müraciətinin tam hüquqi əsası vardır. Lakin müraciətləri cavabdeh tərəfindən araşdırılmamış, qanunauyğun cavablar verilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin hərəkətsizliyi, hər dəfə müraciətini əsassız olaraq gecikdirməyi onun xüsusi mülkiyyətində olan torpaq sahəsində ev tikməsinin qarşısını alır. Halbuki müvafiq qanunvericilik aktına uyğun olaraq birinci - dövlət orqanlarının rəyləri toplanmalı, sonra Azərbaycan Respublikası Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır. Cavabdehin məktublarında heç bir səbəb, hüquqi əsas göstərilməməsi cavabdehin vətəndaş müraciətinə olan laqeyd yanaşmasıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.06 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib edilməsi ilə bağlı İddiaçı müraciəti üzrə inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmuş, iddia digər hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı məktubunda bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalarına aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»na əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinə münasibətdə müvafiq dövlət qurumları və təşkilatların, habelə mənafeyinə toxunduqda qonşu torpaq sahələrinin sahiblərinin mövqeyi nəzərə alınmaqla torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə torpaq mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılmalıdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti bildiririk ki, qaldırdığınız məsələyə sözügedən torpaq sahəsinə dair müvafiq sənədlər toplusu və aidiyyəti qurumların rəyləri Bakı şəhər İcra Hakimiyyətinə daxil olduqdan sonra yenidən baxıla bilər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin bu qənaətə gəlməsinin əsas səbəbi kimi iddiaçının müraciəti əsasında inzibati icraat aparılmadığı, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmaması göstərilmişdir. Hazırkı halda qaldırılmış iddianın Bakı şəhər İcra Hakimiyyətinə hər hansı bir aidiyyəti olmamışdır. Mübahisənin qanunauyğun həll olunması o zaman mümkün hesab edilə bilərdi ki, iddiaçı iddianı buna bilavasitə cavab verməli olan orana qarşı qaldırmış olsun. Bu baxımdan hazırkı iddia ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanuni hesab edilə bilməz, ləğv edilməli və Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamasına dair yeni qərar qəbul edilməlidir. İddiaşı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab eidlmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan olan ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan (elektron) görünür ki, ünvan ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Torpaq sahəsi 0.06 ha, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51 İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalarına aid edilməsi, bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»na əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinə münasibətdə müvafiq dövlət qurumları və təşkilatların, habelə mənafeyinə toxunduqda qonşu torpaq sahələrinin sahiblərinin mövqeyi nəzərə alınmaqla torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə torpaq mülkiyyətçisi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatət qaldırılmalıdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Düşərgə ərazisi, 2-ci küçə, 9-cu sahə ünvanında yerləşən «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasına aid torpaq sahəsinin «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, qaldırdığınız məsələyə sözügedən torpaq sahəsinə dair müvafiq sənədlər toplusu və aidiyyəti qurumların rəyləri Bakı şəhər İcra Hakimiyyətinə daxil olduqdan sonra yenidən baxıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş «Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları»nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. 2.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardan ibarətdir: 2.1.13. xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri. 3.1-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. 3.2-ci bəndinə əsasən qaldırılmış vəsatətlərə aşağıdakı sənədlər əlavə edilir: 3.2.1. dövlət mülkiyyətində olan torpaqlar üzrə: 3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti orqanının torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin məqsədəmüvafiqliyi barədə qərarından çıxarış; 3.2.1.2. torpaq sahəsinin ölçüsündən asılı olaraq, əyani surətdə qavranılması nəzərə alınmaqla müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya sərhədləri daxilində mövcud və yerləşdirilməsi nəzərdə tutulan tikililər olduğu halda, layihələndirilən ərazinin baş planı (xətti qurğularda isə onların istiqamətinin uzununa profilli en kəsiyi); 3.2.1.3. mənafeyinə toxunulan aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri (əsli); 3.2.1.4. neft və qaz istisna olmaqla, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin məqsədəuyğunluğu haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi, habelə sifarişçinin vəsaiti hesabına hazırlanmış torpaqların rekultivasiyası layihəsi; 3.2.1.5. torpaqların istifadəsi ilə bağlı fəaliyyətin X3sının müsbət rəyi; 3.2.1.6. torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış. 3.2.3-cü bəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndində göstərilənlərdən əlavə (dövlət mülkiyyətində olan torpaqlara aid hissələr istisna olunmaqla), xüsusi mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq mülkiyyətçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti (vəsatət torpaq mülkiyyətçisinin adından başqa şəxs tərəfindən qaldırıldıqda, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti) və mülkiyyətçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən şəxsiyyət vəsiqəsi və etibarnamənin surətləri. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. ünvan ünvanında yerləşən torpaq sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır, torpaq sahəsi 0.06 ha, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********51. İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilərək həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə, yəni «sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar» kateqoriyasından «yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına keçirilməsinə dair razılıq (rəy) tərtib edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən müraciət araşdırılmamış və iddiaçıya müraciətinə uyğun cavab verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan Bakı şəhər İcra Hakimiyyətinə münasibətdə mümkün sayılmamasına dair yeni qərar qəbul edilməsi barədə qərar qəbul edilməsi əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında inzibati icraat aparılmamış, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə dair müvafiq rəyin verilməsi ilə bağlı müraciəti cavabdeh tərəfindən araşdırılmalı və buna uyğun olaraq müvafiq cavab verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan hallar nəzərə alınmaqla iddiaçının müraciəti üzrə cavabdeh tərəfindən inzibati icraat yenidən aparılmalıdır. Belə olan halda iddianın mümkün sayılmamasından söhbət gedə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7693/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7693/2022 saylı, 08 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar