Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2039/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs Atakişiyev Timur Abbas oğlu və X2) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından üçüncü şəxs Atakişiyev Timur Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanından Atakişiyev Timur Abbas oğlu və X1 qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 2 ünvanda 0,1164 ha torpaq sahəsində istifadədə olan, 228,27 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı RX № ******* saylı, 22 avqust 2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 195 nömrəli reyestr kitabının 17960 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Oğlu - Atakişiyev Timur Abbas oğlu 17 yanvar 2013-cü il tarixdən ona məxsus həmin fərdi yaşayış evində qeydiyyatdadır. Atakişiyev Timur Abbas oğlu həmin evdə pasport qeydiyyatında olsa da bir gün də olsun həmin evdə yaşamamışdır. Belə ki, oğlu ilə birlikdə qardaşının onun üçün aldığı Buzovna qəsəbəsində olan iki otaqlı evdə yaşamışlar. Sonradan oğlu instituta qəbul olub oxuduğu üçün Buzovna qəsəbəsində olan iki otaqlı evi sataraq Nərimanov rayonunda yeni tikili olan binada ev almış və həmin evdə yaşamağa davam etmişdirlər. Lakin, ev təhvil verilmədiyi üçün pasport qeydiyyatları mübahisələndirilən evdə qalmışdır. X8 Abbas oğlu bir gün də olsa yaşamadığından qeydiyyatı formaldır. Atakişiyev Timur Abbas oğlu iddiaçıya qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı onun tərəfindən qarşılıqlı iddia verilərək, ilkin iddianın rədd edilməsi, Atakişiyev Timur Abbas oğlunun 5000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022- ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdeh İddiaçı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına köçürülməsi və Atakişiyev Timur Abbas oğlunun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manatın və 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, iş üzrə "xxxx" MMC-nin 02 81/22 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlu tərəfindən ödənilmiş 500 (beş yüz) manatın ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya qaydasında İddiaçı tərəfindən mübahisələndirilmiş və qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ondan ibarət olmuşdur ki, iddiaçı mübahisələrdirilən yaşayış evində istifadə hüququnun olduğunu iddia etsə də, bunu təsdiq edən öz izahatından başqa hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində pasport qeydiyyatında olması həmin evdə istifadə hüququnun yaranmasını təsdiq edən hal kimi qəbul edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsində istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi əsaslı olmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, yalnız iddiaçının cavabdehin ailə üzvü olub həmin yaşayış evində pasport qeydiyyatında olmaqla, istifadə hüququnun olması barədə düzgün nəticəyə gəlməmiş və maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış evində istifadə hüququnun olması müəyyən edilmədiyindən, cavabdehin apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməsini təklif edilən kompensasiya məbləğinin ədalətli olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti də əsaslı hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda, ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. Lakin hazırkı' işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddiaya dair hissədə qətnamə ləğv edilib, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023- cü il tarixli, 2(103) 974/2023 saylı qətnaməsi qanuni qüvvəsini almışdır, belə ki, həmin qətnamə Atakişiyev Timur Abbas oğlu tərəfindən kassasiya qaydasında mübahisələndirilsə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2555/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə aktı ilə Atakişiyev Timur Abbas oğlunun mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilmişdir. Bu isə mülkiyyətçi kimi iddiaçının mənzil üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Atakişiyev Timur Abbas oğlunun həmin mənzildə yaşamasa da formal olaraq qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını məhdudlaşdırmaqla, mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneədir. Bununla bağlı olaraq Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə müraciət edərək, Atakişiyev Timur Abbas oğlunun mübahisələndirilən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etsə də İdarədən verilmiş cavab məktubunda məhkəmə orqanlarına müraciət etməsi “tövsiyə” edilmişdir. Halbuki işin qeyd olunan halları ilə Atakişiyev Timur Abbas oğlunun mübahisələndirilən mənzilə istifadə hüququ müəyyən edilməmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14620/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Atakişiyev Timur Abbas oğlu və X2 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Atakişiyev Timur Abbas oğlu və X1 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-974/2023 №-li qətnaməsi ilə onun Bakı ş, Buzovna qəsəbəsi, Abşeron küç, ev 85-də istifadə hüququnun olmadığının müəyyən edildiyinə əsaslanmışdır. Halbuki həmin qətnamə ilə müəyyən olunan hallar yalnız ona münasibətdə tətbiq oluna bilər və azyaşlı övladının həmin evə qeydiyyatının ləğv olunması üçün əsas ola bilməz. Lakin məhkəmə qərar qəbul edərkən bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materialarında olan: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü Atakişiyev Timur Abbas oğlu, 16.10.202-ci il təvəllüdlü X2 Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 18/2-34073/2023 nömrəli məktubunda bildirilmişdir ki, X7 xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeydiyyata əsas verən sənədlərin saxlanma müddəti (5 il) bitdiyinə görə məhv edildiyindən həmin sənədlərin Sizə təqdim edilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********81 nömrəli məktubunda bildirilmişdir ki, Atakişiyev Timur Abbas oğlunun sözügedən ünvanda istifadə hüququnun dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 0.116433 ha sahəsi olan 359 saylı sahə X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən xx.xx.2016cı il tarixdə ölmüş X4 vərəsəsi İddiaçıdır. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən miras əmlakdan 1/1 hissədə pay almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində 0.1164 ha torpaq sahəsi və üzərində yerləşən sahəsi 228.27 kv.m olan ev 85 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun himayəsində olan azyaşlı uşağı xx.xx.2020-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına köçürülməsi və Atakişiyev Timur Abbas oğlunun həmin yaşayış evinə istifadə hüququnun bərpa edilməsi, ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlunun pozulmuş hüquqlarının bərpası ilə bağlı tərəfindən xərclənmiş 500 manatın və 100 manat dövlət rüsumunun ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, iş üzrə "xxxx" MMC-nin 02-81/22 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinin alınması ilə bağlı ilk iddia üzrə iddiaçı Atakişiyev Timur Abbas oğlu tərəfindən ödənilmiş 500 (beş yüz) manatın ilk iddia üzrə cavabdeh İddiaçı tutularaq iddiaçı Atakişiyev Timur Abbas oğluna ödənilməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun 5.000 manat kompensasiya ödənilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivi, ünvan 3 ünvanına istifadə hüquqlarının itirilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-974/2023 nömrəli, xx.xx.2023cü il tarixli Qətnaməsi ilə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-359/2022 saylı, 05 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğlunun cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Atakişiyev Timur Abbas oğluna qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2555/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Atakişiyev Timur Abbas oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-974/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli, 3- 13-45/2-A- 18269/11/23 nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq sözügedən məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinə görə şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxslərin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020- ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən sahəsi 228.27 kv.m olan ev 85 X4 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmış, sonuncunun xx.xx.2016-cı il tarixdə vəfatından sonra həmin əmlakla bağlı İddiaçı adına xx.xx.2017-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə verilmiş, daha sonra həmin fərdi yaşayış evi İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçının qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər Atakişiyev Timur Abbas oğlu iddiaçının oğlu və X2 nəvəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbinə baxılarkən ilk növbədə üçüncü şəxslərin həmin evə dair əmlak hüququnun olması baxımından yoxlanılmalıdır ki, üçüncü şəxsin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmişdir. Belə ki, işin hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-974/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Atakişiyev Timur Abbas oğlunun cavabdeh İddiaçı qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair” ilk iddiası və qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh Atakişiyev Timur Abbas oğluna qarşı “kompensassiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin 2(102)-2555/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarı ilə qüvvədə saxlanılmışdır. Adıçəkilən qətnamədə hazırkı üçüncü şəxsin mübahisəli əmlaka istifadə hüququna qiymət verərəkən məhkəmə qeyd etmişdir ki: “(...) Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirilən yaşayış sahəsində istifadə hüququnun olmasını təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi əsaslı olmamışdır. (...) İddiaçının mübahisələndirdiyi yaşayış evində istifadə hüququnun mövcud olduğu müəyyən edildiyi halda ona mülki qanunvericiliyin tələbinə uyğun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi müzakirə edilə bilərdi. Lakin hazırki işdə iddiaçının istifadə hüququ müəyyən edilmədiyi üçün, onun istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi barədə qarşılıqlı iddianı müzakirə üçün də hüquqi əsaslar olmamışdır.” Göründüyü kimi üçüncü şəxs mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Digər tərəfdən qeyd edilməlidir ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs Atakişiyev Timur Abbas oğlunun sözügedən fərdi yaşayış evinə istifadə hüququnun mövcud olmaması barədə məsələ öz həllini tapdığından, qanunla himayəsində olan, valideynin yaşadığı yer həm də yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri hesab olunduğundan hazırkı halda üçüncü şəxsin yetkinlik yaşına çatmayan ailə üzvü olan X1 da həmin ünvandan qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Üçüncü şəxs Atakişiyev Timur Abbas oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.