Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2039/2025 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə) qarşı “bağ sahəsinə mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək “Xəzri” bağçılıq yoldaşlığı tərəfindən ##.##.1990-cı ildə */*** saylı qərarla ayrılmış ** saylı 0,06 ha bağ sahəsinin üzərində naturada mövcud olan ölçülərdə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər rayonu, Şimali DRES qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi olan ** saylı bağ sahəsi ##.##.1990-cı ildə */*** saylı qərarla iddiaçıya ayrılmışdır. Hazırki iddia ərizəsinə surəti əlavə edilən üzvlük kitabçasından (bileti) da görünür ki, iddiaçı ## #### 1990-cı ildən “Xəzri” Bağçılıq yoldaşlığının üzvü olmuşdur və üzvlük haqqı ödəmişdir. Torpaq sahəsi ona ayrılan gündən bu günədək qeyd edilən bağ sahəsi onun sahibliyində və istifadəsindədir. Iddiaçı həmin bağ sahəsində özünə istirahət bağı saldığından bu sahə üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını zəruri hesab etmirdi, lakin, hazırda iddiaçı öz mülkiyyət hüquqlarının qeydə alınması qərarına gəlmişdir. Bu məqsədlə cavabdeh inzibati orqana ərizə ilə müraciət etdi. Hazırki iddia ərizəsinə surəti əlavə edilən cavabdeh inzibati orqanın ##.##.2023-cü il tarixli 3-21-3-30/2-M0976/2-8/20 ************ saylı imtina məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsini naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi məlum olmuşdur. Həmçinin göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıq-yoldaşlığın ayrıc Aktı daxilində yerləşmir. Lakin iddiaçı cavabdehin bu imtinası ilə razı deyil, düşünür ki, cavabdeh bilərəkdən belə əsassız iddia ilə onun hüquqlarını pozmaqdadır. Belə ki, artıq 34 ildir ki, iddiaçı sözügedən bağ sahəsinə sahiblik edir, bağ sahəsindən istifadə edir. Düşünür ki, cavabdehin öz imtinasında əsaslandığı elektron kadastr düzgün tərtib edilməmiş, və bağçılıq- yoldaşlığın balansında olan torpaq sahəsi bilərəkdən ayrıc Aktına düz daxil edilməmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Idarəyə iki dəfə müraciət etmiş və hər müraciət zamanı fərqli sahə və konfiqurasiya göstərmişdir. ##.##.2023-cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 483 kv.m təşkil edir və göstərilən bağ sahəsi qonşu torpaqla ümumi hasar daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən isə ilk müraciətdə göstərilən torpaq sahəsinin 68 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. ##.##.2023-cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 441 kv.m təşkil edir və bağ sahəsi hasarlanıb. Hər iki müraciəti zamanı göstərilən torpaq sahələri heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir və torpaq sahələrinin yerləşmələri bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007- ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Yerli Icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2007-ci il tarixli sərəncamı ilə yerli Icra hakimiyyəti orqanlarının, o cümlədən, Bakı şəhəri Icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə verilməsini təmin edilməsi və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılması qərara alınmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarixli, *** nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Bakı şəhər XDS-nin Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı qərarı ilə təsdiq edilmiş “xxxx” MBON işçilərindən ibarət 43 nəfər bağçılıq yoldaşılığın üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır. Həmin siyahı “xxxx” MBON baş direktorunun imza və möhürü ilə təsdiq edilmişdir. Halbuki, üzvlük kitabçası yalnız bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi halda hüquqmüəyyənedici sənəd qüvvəsinə malik hesab olunur. Bundan əlavə, məhkəmə sorğusu əsasında Xəzər rayonu, Şimali Dres qəsəbəsi “Xəzri” bağçılıq yoldaşlığına aid olan ayrıc aktı və həmin ayrıc aktı daxilində yerləşən ərazi ilə iddiaçının naturada ** saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsi göstərilməklə müqayisəli ortofoto görüntüsünün müqayisəli təhlilindən müəyyən olunur ki, iddiaçı tərəfindən “Xəzri” Bağçılıq birliyinin ayrıldığını iddia etdiyi ** nömrəli bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir, habelə həmin bağ sahəsi hər bağçılıqyoldaşlığın ayrıc aktı daxilində deyil. Xəzri bağçılıq yoldaşlığa aid qeydiyyatdan keçmiş bağ sahələri 4, 9, 10, 11 və ** nömrəli bağ sahələri olmaqla iddiaçı tərəfindən iddia olunan ərazidən kənarda yerləşir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı həmin torpaq sahəsini ##.##.1993-cü ildə əldə etmiş və ona göstərilən sərhədlər daxilində, yəni göstərilən koordinatlara uyğun ətrafını hasarlamış, həmin sahədə bir mərtəbəli bağ evi və qazanxana inşa etmişdir. Həmin tarixdən ona qeyd olunan sahəni bağ sahəsi kimi istifadə etmiş, ona qarşı bu günə qədər heç bir etiraz olmamışdır. Qonşuları və digər şəxslər ilə torpaq sahəsi ilə əlaqədar heç bir mübahisəsi olmamışdır. Birinci instansiya məhkəməsinin əvvəlki sorğularına verilmiş cavabda göstərilənlərdən fərqli olaraq ##.##.2023-cü il tarixli sorğuya cavab olaraq göstərilir ki, “Baxış zamanı məlum oldu ki, Bağ sahəsinin sərhədləri dəqiqləşdirilərək mişar daşı ilə hasarlanıb, faktiki olaraq göstərilən sahə yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşmür.” Cavabdeh tərəfindən bir neçə dəfə mənfi rəy verilmiş və torpaq sahəsini Dövlət Reyestrində qeydiyyata almaqdan imtina etmiş orqan, sözsüz ki, verdiyi müayinə aktlarında eyni cavab verilməli idi. Cavabdeh tərəf qərəzli olaraq müayinə aktları tərtib etmiş, birinci instansiya məhkəməsi isə bu məsələləri araşdırmadan qərar qəbul etmişdir. Torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi ilə əlaqədar ekspertiza təyin olunmalı idi. Birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmiş, bunun nəticəsində də qeyri-obyektiv qərar qəbul edilmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Inzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Iddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasının 1999-cu il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin *** saylı ##.##.1999-cu il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## ### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏmlakMəsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Işin faktiki hallarından görünür ki, Xəzər rayonu, Şimali DRES qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi olan ** saylı bağ sahəsi ##.##.1990-cı ildə */*** saylı qərarla iddiaçıya ayrılmış və buna dair iddiaçıya üzvlük kitabçası təqdim edilmişdır. Iddiaçı qeyd olunan hüquqmüəyyənedici sənədə istinad edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata almaq məqsədi ilə cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında o hallara istinad etmişdir ki: - iddiaçı idarəyə iki dəfə müraciət etmiş və hər müraciət zamanı fərqli sahə və konfiqurasiya göstərmişdir. ##.##.2023-cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 483 kv.m təşkil edir və göstərilən bağ sahəsi qonşu torpaqla ümumi hasar daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən isə ilk müraciətdə göstərilən torpaq sahəsinin 68 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. ##.##.2023-cü il tarixdə Idarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 600 kv.m qeyd olunsa da, faktiki olaraq 441 kv.m təşkil edir və bağ sahəsi hasarlanıb. Hər iki müraciəti zamanı göstərilən torpaq sahələri heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir və torpaq sahələrinin yerləşmələri bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Habelə birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi bağlı gəldiyi nəticədə o hallara istinad etmişdir ki: - Iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Bakı şəhər XDS-nin Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı qərarı ilə təsdiq edilmiş “xxxx” MBON işçilərindən ibarət 43 nəfər bağçılıq yoldaşılığın üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır. - Qeyd olunan bağ sahəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir və bağçılıq – yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Iddiaçı hazırda tələbində inzibati orqanın imtinasını mübahisələndirir və sözügedən torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Bununla bağlı kollegiya iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı ##.##.2023- cü il tarixli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmədiyi məlum olmuşdur. Həmçinin, göstərilən torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşmir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.06 ha, faktiki 0.0441 ha təşkil edir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. - Bakı şəhər XDS IK-nin ##.##.1990-cı il tarixli, */*** saylı qərarına əsasən Bakı şəhər XDS-nin Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı Qərarı ilə bağçılıq yoldaşlıqların və s. məqsədlərlə torpaq sahələrinin ayrılması qərara alınmış, o cümlədən “xxxx” müəssisəsinin 43 nəfər işçisinə Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES ərazisində torpaq sahəsinin ayrılması qərara alınmışdır. - “Xəzri” Bağçılıq yoldaşlığı tərəfindən verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, Bakı şəhər XDS IK-nin ##.##.1990-cı il tarixli qərarına əsasən İddiaçı 600 kv.m olan ** nömrəli bağ sahəsi ayrılmışdır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli ************ nömrəli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES ərazisində yerləşən “Xəzri” Bağçılıq yoldaşlığı üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısının və ayrıc aktının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli ************ nömrəli məktubunda bildirilmişdir ki, “Xəzri” Bağçılıq yoldaşlığının Bakı şəhəri, Xəzər rayonu, Şimali DRES (Şüvəlan bağ massivi) ərazisində yerləşən ** saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli ************ nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Sənəd üzrə 0.06 ha, faktiki sahəsi 0.0441 ha təşkil edir. Torpaq sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın sxeminə uyğun gəlmir. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi hər hansı bir ayrıc aktı daxilinə düşmür. Tikilinin qeydiyyatı barədə məlumat yoxdur. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən ** saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -0.06 ha, faktiki 0.0483 ha. Bağ sahəsi qonşu torpaqla ümumi hasar daxilindədir, ara sərhəd 3 sıra mişar daşı ilə hasarlanıb. Qonşu torpağa dair sənəd təqdim edilməyib. Bağ sahəsində A-1 mərtəbəli bağ evi və 1 qazanxana var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq – yoldaşlığının bölgü sxeminə uyğun gəlmir. Həmçinin bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Şimal tərəfdən yüksək gərginlikli elektrik xətti keçir-110kV. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə göndərilmiş Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən ** saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən ##.##.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə -0.06 ha, faktiki 0.0441ha. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Təkrar baxış zamanı məlum oldu ki, bağ sahəsinin sərhədləri dəqiqləşdirilərək mişar daşı ilə hasarlanıb. Faktiki olaraq göstərilən sahə yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşmür. Bağ sahəsində A-1 mərtəbəli bağ evi və 1 qazanxana var. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq – yoldaşlığının bölgü sxeminə uyğun gəlmir. Həmçinin bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə Bakı şəhəri, Xəzər rayonu, Şimali Dres qəsəbəsində yerləşən ** saylı torpaq sahəsinin ətrafında olan 1361, 1323 və **** saylı bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə təqdim olunmuşdur: X8 və istismarı Birliyi ilə A.V.Namazov arasında bağlanmış ##.##.2007-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Şüvəlan ərazisində **** nömrəli 0.12 ha bağ sahəsi icarəçinin istifadəsinə verilir. X8 və istismarı Birliyi ilə Ə.A.Mustafayev arasında bağlanmış ##.##.2007-ci il tarixli ***** nömrəli müqaviləyə əsasən Şüvəlan ərazisində **** nömrəli 0.12 ha bağ sahəsi icarəçinin istifadəsinə verilir. Bağlar Təsərrüfatının Idarəsinin ** nömrəli orderinə əsasən Şüvəlan bağlar sahəsində ** nömrəli BTK tərkibində 0.12 ha ölçüdə **** nömrəli bağ sahəsi Ə.H.Əmiraslanovun istifadəsinə verilmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli məktubu ilə Xəzər rayonu, Şimali Dres qəsəbəsi “Xəzri” bağçılıq yoldaşlığına aid olan ayrıc aktı daxilində yerləşən ərazi və iddiaçının naturada ** saylı bağ sahəsi kimi iddia etdiyi torpaq sahəsi göstərilməklə müqayisəli ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Cavabdehin imtina və etirazının birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh inzibati orqana sorğu ünvanlanaraq Xəzri bağçılıq-yoldaşlığına aid arxiv qovluğu tələb olunmuşdur. Apellyasiya baxışı zamanı nümayəndə vasitəsilə Xəzri bağçılıq-yoldaşlığına aid arxiv qovluğunun əsli məhkəməyə təqdim olunmuş və baxış keçirilərək müəyyən olunmuşdur ki, Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı qərarı ilə “xxxx” müəssisəsinin 43 nəfər işçisinə bağ sahələri ayrılmışdır. Xəzri bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı 6-cı sırada qeyd olunmuşdur. Eyni zamanda Bakı şəhər X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı qərarın, bağçılıq-yoldaşlığa aid ayrıc aktının, üzvlər siyahısının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd olunan “Iş üzrə müəyyən olunur ki, iddiaçının adı arxivdə saxlanılan və məhkəmə sorğusu ilə əldə edilmiş Bakı şəhər XDS-nin Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** saylı qərarı ilə təsdiq edilmiş “xxxx” MBON işçilərindən ibarət 43 nəfər bağçılıq yoldaşılığın üzvlərinin adlı siyahısında nəzərdə tutulmamışdır.” mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Xəzri bağçılıq-yoldaşlığının üzvlərinin siyahısında iddiaçının adı 6-cı sırada qeyd olunmuşdur. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, cavabdeh inzibati orqanın arxiv qovluqda iddiaçıya aid bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlük kitabçasının olmaması əsası ilə onun müraciətinin təmin edilməsindən imtinası əsaslı və məntiqə uyğun hesab edilə bilməz. Bununla yanaşı iş üzrə araşdırma nəticəsində də müəyyən edilir ki, iddiaçı iş yeri üzrə yaradılmış bağçılıq-yoldaşlığa üzv seçilərək ona qeyd edilən torpaq (bağ) sahəsi verilmiş və həmin bağ sahəsindən bügünədək faktiki istifadə edir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi ayrılan zamanı qüvvədə olmuş torpaq qanunvericiliyinə (1992-ci ilədək qüvvədə olmuş Torpaq Məcəlləsinin 20-ci maddəsi) əsasən torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq X5 icraiyyə komitəsi tərəfindən onun qərarı əsasında ayrılırdı. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar həmin Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində də nəzərdə tutulmuşdur. Eyni zamanda həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Iddiaçıya bağ torpaq sahəsinin ayrılması barədə kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası iş materiallarına əlavə edilmişdir. Cavabdehin ikinci və üçüncü dəlilinə münasibətdə qeyd olunmalıdır ki, torpaq sahəsinin ayrıc aktından kənarda olub-olmamasının və mübahisəli torpaq sahəsinin müəyyən hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşübdüşməməsinin müəyyən edilməsi xüsusi bilik tələb edən sahə olduğundan, bununla bağlı apellyasiya baxışı zamanı məhkəmənin müvafiq qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında iddiaçı X1 iddia etdiyi Bakı şəhər keçmiş X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */*** saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES ərazisində yerləşən ** saylı bağ torpaq sahəsinin koordinatlarının (sahə sərhədlərinin) müəyyən edilməsi, bağ torpaq sahəsinin ayrıc aktına əsasən (bölgü sxeminə uyğun olaraq) və faktiki naturada harada yerləşməsi, həmin bağ torpaq sahəsinin yerləşdiyi sahənin “Xəzri” bağçılıq-yoldaşlığın ayrıc aktının daxilində olması, əgər ayrıc aktından kənarda yerləşirsə, ayrıc aktından kənarda yerləşməsi məsafəsinin müəyyən edilməsi, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda “Xəzri” bağçılıqyoldaşlığın sənədləri əsasında qeydiyyatdan keçən bağ sahələrinin olması, bağ torpaq sahəsinin ərazisinin digər şəxslərə məxsus bağ (torpaq) sahələri ilə üst-üstə düşübdüşməməsi, bağ torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşib-yerləşməməsi barədə barədə suallar qoyulmuşdur. Bununla əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza keçirilmiş, müvafiq ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci sualı üzrə - Iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri keçmiş X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */*** saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES ərazisində yerləşən ** saylı bağ torpaq sahəsinin koordinatları aşağıdakı kimidir: X Y 433895.9492 4482821.3872 433895.8838 4482834.6170 433880.8581 4482840.6682 433874.3584 4482841.3327 433874.3657 4482841.3327 433872.0362 4482841.3766 433871.1201 4482820.1465 Qərardadın ikinci sualı üzrə - Iddiaçı İddiaçı iddia etdiyi Bakı şəhəri keçmiş X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */*** saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES ərazisində yerləşən ** saylı bağ torpaq sahəsi paylanılarkən koordinat sistemində verilmədiyindən dəqiq koordinatlarının müəyyən etmək mümkün olmamışdır. Qərardadın üçüncü və dördüncü sualları üzrə - Mərkəzdə torpaq sahələrinə dair elektron baza məlumatları mövcud olmadığından, eyni zamanda iş materiallarına əlavə edilmiş ayrıc aktında və xəritə materialında “Xəzri” bağçılıq- yoldaşlıq ərazisinin koordinatları qeyd olunmadığından sözügedən torpaq sahəsinin yerləşdiyi ərazinin “Ayrıc Aktı”nın daxilində yerləşib-yerləşməməsi barədə tədqiqat aparılmadı. Qeyd olunur ki, İddiaçı iddia etdiyi Bakı şəhər, keçmiş X5 Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli, */*** saylı qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Şimal DRES ərazisində yerləşən ** saylı bağ torpaq sahəsinin yerləşdiyi sahənin "Xəzri” bağçılıq-yoldaşlığın ayrıc aktının daxilində yerləşib-yerləşməməsi, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda “Xəzri” bağçılıq-yoldaşlığın sənədləri əsasında qeydiyyatdan keçən bağ sahələri olub-olmaması, iddiaçının iddia etdiyi bağ sahəsinin digər şəxslərə məxsus bağ (torpaq) sahələri ilə üst-üstə düşüb-düşməməsi məsələsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi Idarəsinə sorğu göndərilməklə müəyyən edilə bilər. Qərardadın beşinci sualı üzrə - Baxış zamanı torpaq sahəsinin ətrafında hər hansı elektrik xətti müşahidə edilmədiyindən, iddia olunan torpaq sahəsinin (bağ sahəsi) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşmədiyi müəyyən olunur. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən qərardadda qeyd edilmiş suallarla əlaqədar *-**-*-**/*-*****/**** nömrəli # ###### 2025-ci il tarixli məktubla məhkəməyə mütəxəssis rəyi təqdim edilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, ** saylı bağ sahəsi kimi göstərilən sahə sənəd üzrə 0.06 ha olsa da, faktiki olaraq hasardaxili 0.0441 ha təşkil edir. Torpaq sahəsinin üzərində birmərtəbəli yaşayış evi və köməkçi tikili (qazanxana) mövcuddur. Bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxeminə uyğun gəlmir. Bundan əlavə bağ sahəsi bağçılıq- yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Göstərilən sahənin koordinatlarını əks etdirən sxem rəyə əlavə olunmuşdur. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından, həmçinin bağ sahəsi paylanarkən koordinat sistemində verilmədiyindən dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Yuxarıda qeyd olunduğu kimi ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından, həmçinin bağ sahəsi paylanarkən koordinat sistemində verilmədiyindən dəqiq koordinatlarını təyin etmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə heç bir bağçılıq- yoldaşlığın ayrıc aktı daxilinə düşmür. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Xəzri" bağçılıq-yoldaşlığının ərazisindən 250.0 metr məsafədə yerləşir. Sahənin ən yaxın qonşuluğunda qeydiyyatdan keçmiş 003013006600 və ************ reyestr nömrəli sahələr mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət qeydiyyatına alınmış sahə ilə üst-üstə düşmür. Faktiki olaraq iddia olunan torpaq sahəsi (bağ sahəsi) yüksək gərginlikli elektrik xəttinin mühafizəsinə düşmür. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88- ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Apellyasiya baxışı zamanı ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandığından ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyini tərtib etmiş X3 məhkəmə iclasına dəvət olunmuşdur. Apellyasiya baxışı zamanı videokonfrans vasitəsilə iclasa qoşulmuş X3 ifadəsində qeyd etmişdir ki, inzibati orqan tərəfindən iddiaçının iddia etdiyi torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyi qeyd edilsə də, lakin iş materiallarına əlavə edilən Xəzri Bağçılıq-Yoldaşılığına məxsus xəritədə istinad nöqtələri qeyd edilməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən vahid elektron kadastr baza məlumatları və onun işlənilməsi üçün əsas olan sənəd təqdim edilməmişdir. Buna görə də tam dəqiqliklə torpaq sahəsinin ayrıc aktından kənarda yerləşdiyini demək olmaz. Tərəfindən ünvana baxış keçirilən zaman onun ətrafında qeydiyyatdan keçən bağ sahələri olduğu aşkar edilmiş, lakin həmin bağ sahələrinin qeydiyyata alınma əsasları məlum deyildir, çox güman ki, Xəzri bağçılıq-yoldaşlığı tərəfindən verilmiş torpaq sahələridir. Sözügedən bağ sahəsinin başqa bağçılıq üçün ayrılmış ərazidə yerləşməsi və digər şəxslərin bağ sahələri ilə üst-üstə düşməsi müəyyən edilmir. Məhkəmə kollegiyası cavabdehin imtinası, ekspert rəyi və ekspertin izahatı əsasında qeyd edir ki, cavabdeh tərəfindən iş materiallarına əlavə olunmuş ayrıc aktında hər hansı bir koordinatlar mövcud deyildir. Həmçinin xüsusi bilik tələb edən hal olduğundan sözügedən ayrıc aktının əsli iş materialları ilə birlikdə ekspertizaya təqdim edilmiş və ekspert də həm rəyində, həm də məhkəmə iclası zamanı verdiyi izahatında da sözügedən ayrıc aktında heç bir koordinatların olmadığını və bu əsasla sözügedən bağ sahəsinin həmin ayrıc aktı daxilində olub-olmamasını müəyyən etmək mümkün olmadığını qeyd etmişdir. Cavabdeh isə elektron kadastr məlumatları əsasında imtinasını vermişdir. Qeyd edilənlərə əsasən ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən mötəbər sübut qismində qiymətləndirir. Cavabdehin üçüncü dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən, həmçinin də ekspert rəyindən də müəyyən edilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi (bağ sahəsi) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşmür. Bununla belə Kollegiya cavabdeh orqanın sözügedən dəlilinə münasibətdə qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni tələb 1991-ci il # ###### tarixli Torpaq Məcəlləsinin 81-ci maddəsində də təsbit olunmuşdur. Həmin normaya əsasən, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, sahibləri və istifadəçiləri aidiyyəti üzrə mülkiyyət, sahiblik və istifadə hüququndan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, torpaq sahibləri və torpaq istifadəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il ## #### tarıxli qərarı ilə təsdiq edilmiş «Gərginliyi 1000 voltdan yuxari olan elektrik şəbəkələrinin mühafizəsi» Qaydalarının 3-cü bəndində qeyd edilir ki, elektrik şəbəkələrinin qorunmasının təmin edilməsi, istismar üçün normal şəraitin yaradılması və bədbəxt hadisələrin baş verməsinin qarşısının alınması məqsədi ilə torpaq sahələri ayrılır, mühafizə zonaları müəyyən edilir, yaşıllıq zonalarında və meşə massivlərində cığırlar salınır. Həmin Qaydaların 5-ci bəndində qeyd edilir ki, hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində >1≤20 Un, KV gərginliyində 10 metr elektrik şəbəkəsinin mühafizəsi zonası müəyyən edilmişdir. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfındən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6-cı bənd); Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə «Tikinti Normaları və Qaydaları»na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların yolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir (9-cu bənd); Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri yenidən qurulması və sökülməsi; b) hər növ dağmədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; Beləliklə, qüvvədə olan qanunvericilik elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadəyə verilməsini istisna etməsə də, mühafizə zonasına aid torpaq sahəsinin istifadəçisi qeyd olunan Qaydaların 12-ci bəndinə nəzərdə tutulmuş işləri elektrik şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan apara bilməz. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Analoji hüquqi mövqə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2019-cu il tarixli qərarında, *-*(***)-****/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, 2- *(***)-***/**** saylı iş üzrə ## #### 2020-ci il tarixli qərarında, *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2021-ci il qərarında, *-*(***)-****/**** saylı iş üzrə ##.##.2023-cü il tarixli qərarında da öz təsdiqini tapmışdır. Beləliklə, qüvvədə olan qanunvericiliyin və mövcud məhkəmə təcrübəsinin tələblərinə əsasən hətta torpaq sahəsinin elektrik şəbəkələrinin mühafizə zonasında yerləşməsi, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün maneə yaratmır. Bu səbəbdən kollegiya cavabdehin qeyd edilən dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, sözügedən torpaq (bağ) sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir. Cavabdeh tərəfindən həmin bağ sahəsinin digər hüquqi və fiziki şəxslərin adına reyestrdə qeydiyyata alınması, eləcə də iddiaçıya ayrılmış bağ sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin iddia olunan bağ sahəsinin ölçüsü ilə bağlı diqqətə çatdırır ki, iş materiallarından müəyyən edildiyi kimi bağ sahəsinə baxış zamanı tərtib edilmiş müayinə aktlarında naturada bağ sahəsinin daha az olduğu qeyd edilmişdir. Cavabdeh də həm imtinasında, həm də məhkəmə araşdırmaları zamanı nümayəndəsinin izahatlarında bağ sahəsinin ölçüsü ilə bağlı uyğunsuzluğun olduğunu qeyd etmişdir. Bununla bağlı da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddiasında “Xəzri” bağçılıq yoldaşlığı tərəfindən ##.##.1990-cı ildə */*** saylı qərarla ona ayrılmış ** saylı 0,06 ha bağ sahəsinin üzərində naturada mövcud olan ölçülərdə mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması və hüquqların Dövlət Qeydiyyatı haqqında çıxarışın hazırlanıb verilməsini tələb edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qərarı yekunda iddiaçının xeyrinə olaraq qanuni qüvvəsini alarsa, icra zamanı naturada mövcud olan ölçüdə sözügedən bağ sahəsi ilə bağlı iddiaçının mülkiyyət hüquqları qeydiyyata alınacaqdır. Beləliklə, inzibati işin araşdırılmış hallarından göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası fikrini ümumiləşdirərək qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Bununla da, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Iş materiallarında olan ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri ümumilikdə 50 manat təşkil etmişdir. Iddia tələbi təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri qismində 50 manat cavabdehin üzərinə qoyulmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. “Xəzri” bağçılıq yoldaşlığı tərəfindən ##.##.1990-cı ildə */*** saylı qərarla iddiaçıya ayrılmış ** saylı 0,06 ha bağ sahəsinin üzərində naturada mövcud olan ölçüdə iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq 50 (əlli) manat cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: 1700326621 Hesab AZ34CTRE00000000000002088501) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(103)-2039/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2039/2025
15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver