Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-204/2023 21.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı2 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “texniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi və sair” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2062/2022 saylı 14 aprel 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Məcid qızı və İddiaçı5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Dövlət Gömrük Komitəsinin X1 İdarəsinə qarşı Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 İddiaçı3 adına, C11404457 və C11357050 İddiaçı4 adına 14 iyul 2021-ci il tarixdə; C11401604 və C11356451 İddiaçı2 adına, C11365643 İddiaçı5 adına 05 avqust 2021-ci ii tarixdə Azərbaycan Respublikasına gətirmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməməsinə yönəlmiş hərəkətlərinin (hərəkətsizliyinin) əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq, həmin avtonəqliyyat vasitələrinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi X1 İdarəsinə həvalə olunması; Cavabdeh Dövlət Gömrük Komitəsinin İddiaçı1 tərəfindən, digər iddiaçıların adından ona təqdim olunmuş etibarnamələr əsasında, Yaponiya istehsalı olan, buraxılış ili 2010-cu il, kateqoriyası M1- 8703, şassi nömrələri müvafiq olaraq- C11354424 və C11407617 X2 adına, C11404457 və C11357050 İddiaçı4 adına 14 iyul 2021-cı il tarixdə, C11401694 və C11356451 İddiaçı2 adına, C11365643 İddiaçı5 adına 05 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasına gətirmiş, cəmi 7 ədəd Nissan Tiida markalı avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsindən imtinasının əsassız hesab edilməsi və iddiaçıların adlarına müvafiq olaraq, hamin avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi vəzifəsinin Dövlət Gömrük Komitəsinə həvalə olunması; Həmin avtonəqliyyat vasitələrinin dayanacaqda məcburi saxlanılması üçün gündəlik 10 manat olmaqla qərar icra olunan günədək ödəniş haqqı miqdarında, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı2 və İddiaçı5 dəymiş maddi zərərin, eləcə də dayanacaqda məcburi saxlanılması müddəti ərzində avtonəqliyyat vasitələrinin əvvəlki xarici görünüşünün itirilməsinə, eyni zamanda müəyyən detalların, mexanizmlərin və digər ləvazimatının uzun müddət işləməməsi nəticəsində yararsız vəziyyətə düşməsinə görə hər bir avtonəqliyyat vasitəsinə ayrı-ayrılıqda dəymiş 500 manat, yəni İddiaçı3 1000 manat; İddiaçı4 1000 manat; İddiaçı2 1000 manat və İddiaçı5 500 manat maddi ziyanın, eləcə da hər bir iddiaçıya ayrı-ayrılıqda 2500 manat (toplam 10 000) mənəvi ziyanın; hüquqi xidmətə görə 1400 manat və məhkəmə xərcləri 50 manat, cəmi 1450 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulması və müvafiq olaraq iddiaçılara ödənilməsi barədə qərar çıxarılması, cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinin istisna edilməsi şübhəli olduğundan, onlar barəsində xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2062/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 Məcid qızının və İddiaçı5 7 ədəd Nissan Tiida markalı, buraxılış ili 2010-cu il, kateqoriyası M1-8703, şassi nömrələri C11354424, C11407617, C11404457, C11357050, C11365643, C11401694, C11356451 olan avtonəqliyyat vasitəsinə tekniki eyniləşdirmə şəhadətnaməsinin verilməsi barədə müraciətləri ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 Məcid qızı və İddiaçı5 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın qismən iddianın təmin olunan hissədə dəyişdirilmədən saxlanılaraq, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün avtomobillərin 2021-ci ilin iyul ayından hazırki vaxta kimi gömrükdə saxlanılması ilə əlaqədar hər hansı qüsurların yaranıb-yaranmaması, belə qüsurlar mövcud olduğu təqdirdə onların aradan qaldırılması üçün nə qədər xərcin tələb edilməsinin müəyyən edilməsi məqsədilə məhkəmənin 21 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəməekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/9365-8/3670 saylı 31 yanvar 2023-cü il tarixli ekspert rəyi məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmiş və işə yenidən baxılması xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclası barədə məlumatlandırılmış 3-cü şəxslər "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxslər "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X1 İdarəsi nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 9/9365-8/3670 saylı 31 yanvar 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Yol-nəqliyyat hadisələrinin ekspertizası qarşısında qoyulan suallar yol-nəqliyyat hadisəsində iştirak edən nəqliyyat vasitələrinin sürücülərinin hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi, hadisənin baş verməsinə zəmin yarada bilən nasazlıqların aşkar olunması və bununla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi ilə bağlıdır. Nəqliyyat vasitələrinin saxlanılması ilə əlaqədar həmin avtomobillərdə hər hansı qüsurlrın yaranmasının müəyyən edilməsi yol-nəqliyat hadisələri ekspertinin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı "Nissan Tida” markalı, S11356451 Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 4166,0 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci İl tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı "Nissan Tida” markah, ********* Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 3585,0 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı "Nissan Tida” markalı, S11354424 Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 4600,0 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı “Nissan Tida” markah, S11401694 Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 4155,0 manat, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu il buraxılışlı “Nissan Tida” markah, S11357050 Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 3774,0 manat və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən 2010-cu İİ buraxılışlı “Nissan Tida” markah, S11404457 Ban nömrəli avtomobilin təmir-bərpa xərci təxminən 4559,0 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş üzrə təyin edilmiş kompleks məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı ekspert qarşısında qoyulmuş suallara tam cavab verilməmiş və bunun gələcəkdə tərəflər arasında yeni mübahisə yaradacağını nəzərə alaraq hesab edir ki, avtomobillərin 2021-ci ilin iyul ayından hazırki vaxta kimi gömrükdə saxlanılması ilə əlaqədar hər hansı qüsurların yaranıb-yaranmamasının müəyyən edilməsi məqsədilə və avtomobillərdə yaranmış qüsurların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixli ekspert rəyində göstərilmiş məbləğlərin mənbəyi göstərilməklə açıqlamasının təqdim olunması zəruridir və bununla bağlı iş üzrə təkrar kompleks məhkəmə ekspertizası təyin edilməli və ekspertizanın keçirilməsi tərəflərin nümayəndələrinin və "xxxx" MMC-nin mütəxəssisinin iştirakı təmin edilməklə keçirilməlidir. Bu məqsədlə məhkəmənin 10 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar kompleks məhkəmə-ekspertizasının təyin edilməsi və ekspert rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/1580 saylı xx.xx.2023-cü il və 9/4062 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyləri məhkəməyə daxil olmuşdur. Bununla bağlı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. Həmin tarixdə keçirilən məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili bu barədə məlumatlandırılsa da, iştirakını təmin etməmişdir. İşdə iştirak edən cavabdehin nümayəndəsi hazırki işə iddiaçıların nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəə kollegiyası hazırki işə iddiaçıların nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə baxışı zamanı məlum olmuşdu ki, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən məhkəmənin elektron kabinetinə iddiadan imtina barədə ərizə yerləşdirilmiş. Həmin ərizənin məzmununda iddiaçıların tələblərinin cavabdeh inzibati orqan tərəfindən tam təmin olunduğu, buna görə də iddiadan imtina edildiyi bildirilmiş və bununla bağlı iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İşdə iştirak edən cavabdeh nümayəndəsi Elşad İsayev iddiaçıların nümayəndəsi və vəkilinin iddiadan imtina barədə verdiyi ərizəsinin məhkəmə tərəfindən qəbul edilməsinə və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçıların etibanamə üzrə nümayəndəsi və vəkili tərəfindən verilmiş iddiadan imtina barədə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkilinin iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçıların nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilsin və iddiadan imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (yüz) manat pul iddiaçılardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-204/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-204/2023
21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver